Bütün xəbərlər
Kallas: "Aİ Xarici İşlər Nazirləri avqustda Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini müzakirə edəcəklər"
Tarix: 15-07-2025 20:13 | Bölmə: Manşet

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri avqustda Kiyevə hərbi yardımın maliyyələşdirilməsi üçün Rusiya aktivlərinin mümkün istifadəsini müzakirə edəcəklər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas məlumat verib.
Aİ xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra keçirilən mətbuat konfransında o qeyd edib ki, görüşdə Rusiya aktivləri mövzusu müzakirə olunmayıb.
"Bu, avqustun sonunda müzakirə olunacaq", - TASS Kallasdan sitat gətirir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiya aktivlərini mənimsəməsini soyğunçuluq adlandırmışdı.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər