22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
MONOQRAFİYA REPRESSİYA QURBANLARININ RUHUNA EHTİRAM İFADƏSİDİR-ƏBÜLFƏZ AMAN oğlu QULİYEV
Tarix: 17-03-2022 23:55 | Bölmə: Ədəbiyyat

Bütün dövrlərdə xalqda milli mənlik şüurunu oyatmaq əhəmiyyətli bir vəzifə olmuşdur. Bu məqsədlə gənc nəslin tərbiyəsində keçmiş təcrübədən, soykökümüzün pedaqoji irsindən istifadə etmək, milli kökə, xalq ruhuna bağlı olan şəxsiyyətlər yetişdirmək aktuallıq kəsb etmiş, böyük əhəmiyyət daşımışdır. Bu baxımdan xalqımızın bir çox görkəmli ictimai xadim və ədəbi simalarının irsi və fəaliyyəti bu sahədə əhəmiyyətli nümunəyə çevrilmişdir. Görkəmli ədəbi simalarımız olan Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Salman Mümtazın,Yusif Vəzir Çəmənzəminlinin, Hənəfi Zeynallının, Seyid Hüseynin, Tağı Şahbazi Simurğun pedaqoji irslərinin öyrənilməsi də bu baxımdan yüksək əhəmiyyət kəsb edir.
Fikrimizcə, hər hansı bir tarixi şəxsiyyətin dünyagörüşünə düzgün qiymət vermək üçün tədqiqatda bir neçə şərtə riayət edilməlidir. Hər şeydən əvvəl, tarixi şəxsiyyətin – pedaqoqun, filosofun, siyasi xadimin, ədibin, şairin və ya başqalarının dünyagörüşü yaşadığı dövrün iqtisadi və sosial-siyasi şəraiti ilə qırılmaz əlaqədə götürülməlidir. Bunsuz şəxsiyyətin dünyagörüşünün elmi tədqiqindən bəhs etmək çətindir. Sonra şəxsiyyətin dünyagörüşü öz dövrünün bütün elmi-pedaqoji, fəlsəfi, ideoloji görüşləri sistemində öyrənilməli, dövrün bütün başlıca ideya-fəlsəfi cərəyanları fonunda tədqiq edilməli və bu yolla onların dünyagörüşünün tarixi yeri müəyyənləşdirilməlidir. Bu mənada Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika elmləri doktoru Kamal Camalovun “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyası olduqca əhəmiyyətli, qeyd edilən kriteriyalara uyğun ərsəyə gəlmiş, aktual mövzuya həsr edilən ciddi bir elmi əsərdir. Pedaqogika elmləri doktoru Kamal Camalovun monoqrafiyasında Azərbaycan məktəb və pedaqoji fikir və mədəniyyətinin görkəmli xadimləri olan Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin və Tağı Şahbazi Simurğun pedaqoji görüşləri geniş təhlil obyektinə çevrilmişdir. Əsərdə bu görkəmli şəxsiyyətlərin əxlaqi fikirləri, elm, maarif və təhsil haqda fikirləri, ictimai ideyaları, ana dili haqqında qayğıları, müəllim və müəllim hazırlığı haqqında tələbləri tədqiq və təhlildən keçirilmiş, sərf-nəzər edilmişdir.
Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində böyük rol oynamış repressiya qurbanları olan bəzi ziyalılarımızın, o cümlədən ədəbi şəxsiyyətlərimizin pedaqoji ideyalarını araşdırmaq olduqca əhəmiyyətli və aktual məsələdir. Adlarını qeyd etdiyimiz Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Tağı Şahbazi Simurğ, Hənəfi Zeynallı, Seyid Hüseyn və digər bu kimi milli ziyalılar xalqın gələcək taleyinin böyüyən nəslin məqsədəmüvafiq vətəndaşlıq tərbiyəsindən çox asılı olduğunu aydın dərk edirdilər. Bu baxımdan bu görkəmli şəxsiyyətlər həm fikirlərində alovlu maarifçilik ideyalarını səsləndirmiş və həm də xalqın maariflənməsi yolunda fədakarlıqla çalışmışlar. Fikrimizcə, bu böyük mütəfəkkirlərin: “Hər bir millət üçün nicat yolu balaca uşaqları məktəbə aparıb tərbiyə vermək ilə əmələ gəlir. Əgər belə olmasa heç bir şey fayda bağışlamayacaq”, – deyə irəli sürdükləri təkcə bir ideya, bir fikir onların Azərbaycan pedaqoji fikir tarixində nə dərəcədə mühüm bir yerə sahib olduqlarını göstərir və bu baxımdan da xalqımızın pedaqoji fikir nümayəndələri sırasına daxil etməyə tam əsas verir.
Belə hesab edirəm ki, Kamal Camalovun “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyası aktual olan bir mövzuya həsr olunduğundan əhəmiyyətlidir, xalqımızın inkişafı və oyanışında görkəmli xidmətləri olan repressiya qurbanlarının ruhuna ehtiramın bir ifadəsidir. Adıgedən monoqrafiyada repressiya qurbanlarının vətəndaşlıq ideyaları və fəaliyyəti elmi-pedaqoji aspektdən təhlil edilmiş, yaradıcılıqlarındakı vətəndaşlıq ideyalarının müasir dövr üçün əhəmiyyəti göstərilmiş və həmçinin, vətən fədailərinin yaradıcılığındakı milli düşüncə və vətəndaşlıq ideallarının təcəssümü müəllif tərəfindən uğurla səciyyələndirilmişdir.
Monoqrafiyada böyük maarifçilərin həyatı, yaradıcılığı və maarifçilik ideyalarının yeri və rolundan bəhs edilir. Tədqiqatçı vətənpərvərlik duyğuları ilə zəngin olan nakam maarifçilərin tarixin çarxını yeni yola salmasından, dünyanı çirkablardan təmizləməsindən, yer üzünə yeni baxış, yeni düşüncə, azadlıq və səadət gətirmək uğrunda yorulmaz fəaliyyətlərindən, dönməz mü-cadilələrindən danışır. Həmçinin Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Tağı Şahbazi Simurğ və digər nəhəng fikir adamlarının məsuliyyətli ömür yollarından, Vətənin istiqlalı naminə maarif və elm səngərində keçən mübarizə xidmətlərindən və s. bəhs edilmişdir. Bu görkəmli şəxsiyyətlərin ictimai həyatda həmişə azərbaycançılıq mövqeyində dayanan böyük müdafiəçisi olmalarından da tədqiqatçı tərəfindən aydın dillə danışılmış və bəhs edilmişdir.
Monoqrafiyada tədqiqatçı tərəfindən repressiya qurbanlarının fikriləri vətəndaş mövqeyi və şəxsi ləyaqət məsələsi, azərbaycanlılıq xarakteri, əsil insana məxsus mənəvi keyfiyyətlər və əqidə sahibi olmaq cəhətindən təsnif edilərək tədqiq edilmişdir. Ən başlıcası isə, bu görkəmli ziyalıların fikirlərindəki Azərbaycan torpağının hər qarışının belə dünyada hər şeydən qiymətli və əziz, müqəddəs olduğunu, vətən və xalq sevgisini inama, məfkurəyə, ideala, amala çevirmək yolunda maarifçilik xidmətlərini təhlildən keçirmək qarşıya qoyulan əsas məqsəd olmuşdur.
Fikrimizcə, pedaqogika elmləri doktoru, əməkdar müəllim Kamal Camalov repressiya qurbanlarının yaradıcılığında vətəndaşlıq tərbiyəsinin aşılanması ideyasının əsil ruhunu tuta bilmiş, bu ideyaların bu gün də istifadə üçün aktual olduğunu elmi dəlillərlə sübut etmiş, həmçinin onların yaradıcılığındakı ictimai-mədəni şəraiti səciyyələndirmiş, vətəndaşlıq tərbiyəsində nəzərə alınması məsələləri və eləcə də tərbiyə sistemində psixoloji-pedaqoji xüsusiyyətləri elmi-pedaqoji aspektdən təhlil obyektinə çevirmişdir.
Monoqrafiyada, həmçinin repressiya qurbanlarının ailə tərbiyəsi haqqında fikirləri də müvəffəqiyyətlə işlənmişdir. Xüsusilə, ailə tərbiyəsinin xüsusiyyətləri, ailədə ananın müstəsna rolu barədə Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin ideya görüşlərinin düzgün ümumiləşdirilməsi Kamal müəllimin həm mövzuya yaxından bələd olduğuna, həm də müasir pedaqogika elmini lazımi səviyyədə bildiyinə dəlalət edir. Müəllif haqlı olaraq vurğulayır ki, bu görkəmli ziyalılar ailə tərbiyəsi, estetik tərbiyə, əmək tərbiyəsi və s. məsələlərə də geniş yer vermişlər. Hüseyn Cavidin və Yusif Vəzir Çəmənzəminlinin əsərlərindəki fikirlərinin təhlili də göstərir ki, milli mədəniyyətimizin bu görkəmli nümayəndələri tərbiyə və tərəqqi işində ailəyə çox böyük diqqət vermiş və onun möhkəmləndirilməsini cəmiyyətin mütərəqqi inkişafı üçün zəruri hesab etmişlər. Repressiya qurbanları haqlı güman etmişlər ki, ailə münasibətləri, eləcə də qadına qarşı münasibətlər qaydaya düşərsə, cəmiyyətdə baş verən bir sıra pozğunluqların qarşısını almaq mümkün olacaqdır. Düzdür, Cavid Çəmənzəminlidən fərqli olaraq yaradıcılığının ilk illərində qadınların çadraya örtünməsi, bürünməsi tərəfdarı olsa da (“Pənbə çarşaf” şeirində olduğu kimi), çox çəkmir ki, bu ideyanın qəti əleyhinə çıxmış və qadınların çadradan birdəfəlik uzaqlaşacağının çox yaxında olduğunu da hiss etmişdir. Həmçinin, “Maral” əsərində xanımların açıq gəzməsində “heç bir məhzur” görməyən Hüseyn Cavid bununla bərabər, “əcnəbilərdə olan mənasız sərbəstliyə də əsla tərəfdar” olmamışdır.
Monoqrafiyada ailə tərbiyəsində özülü qoyulan, cəmiyyətdə möhkəmlənən vətəndaşlıq kredosu, ailədə vətəndaşlıq tərbiyəsinə hazırlıq işinin imkan və yolları məsələləri də tədqiqatçı tərəfindən bacarıqla araşdırılmış, təhlil edilib ümumiləşdirilə bilmişdir. Tədqiqatçı Kamal Camalov mənəvi tərbiyənin əhəmiyyətini, təsvirini, təşəkkülü və inkişafını repressiya qurbanlarının görüşü baxımından təhlil etmiş, gənclərin milli ruhda tərbiyəsi məsələlərini, həmin tərbiyəvi örnəklərin rolunu elmi əsaslarla müəyyənləşdirmişdir. Burada da tədqiqatçı böyük mütəfəkkirlərin əxlaq tərbiyəsi, əmək tərbiyəsi, böyüyən nəslin vətənpərvərlik tərbiyəsi, dostluq-yoldaşlıq tərbiyəsi haqda fikirlərindən müasir pedaqoji mühitdə müvəffəqiyyətlə istifadə oluna biləcəyini inandırıcılıqla əsaslandıra bilmişdir. Tədqiqatçı haqlı olaraq əbədiyaşar sənətkarların tərbiyəyə dair fikirlərində vətənpərvərlik ideyasının aparıcı yer tutduğu qənaətinə gəlmişdir. Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin və Tağı Şahbazi Simurğun satqınlığa, xəyanətkarlığa qarşı mübarizəsinin əsasında uşaqlara, yeniyetmələrə, gənclərə düzgün əqli və əxlaqi tərbiyə verilməsinin zəruriliyi ideyasının doğurduğunu söyləməkdə də tədqiqatçı haqlıdır. Müəllif Kamal Camalov yazır ki, repressiya qurbanlarına görə tərbiyənin məqsədi saf əxlaqa malik, əqlli, kamil, vətənpərvər insan tərbiyə etməkdir. İnsan adını yüksək tutan, ən ülvi hisslərlə ona ehtiram bəsləyən humanist nasir və şairlər insanlıq borcunu yerinə yetirmək üçün onun tərbiyə olunmasının zəruriliyini irəli sürmüşlər. Onlar ümumilikdə bu fikirdə idilər ki, “vəzi-cahanın dəyişdiyi” XX əsrdə mədəni tərəqqinin müasir mərhələsində “rindanə” əsərlər yazmaq, günün məsələlərinə biganə qalmaq cinayətdir. “Tərbiyeyi-millət”, “millətə xidmət” hər bir şairin, ziyalının borcudur. Onlar zülm zənciri altında işgəncə çəkən, fəlakətdə qalan millətin qurtuluş yolunu tərbiyədə görürdülər. Ona görə də dövrün bütün mütərəqqi ziyalılarını bu işə cəlb etməyə çalışırdılar. Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Tağı ŞahbaziSimurğ, Hənəfi Zeynallı və digərləri xalqın dərdinə “qəmxar” olmayan, onun tərbiyəsi qeydinə qalmayan, “avamdan heç nə hasil olmaz”, – deyə xalq kütlələrindən ümidini üzərək, onlara qarşı laqeyd olan üzdəniraq ziyalıları məzəmmətləyir və xalqa inam bəsləməyi, böyük ümidlə yaşamağı tövsiyə edirdilər. Bu da onların bir pedaqoq, maarifçi kimi nikbinliyindən, öz canlarından artıq sevdiyi millətin gələcəyi haqqında narahatlığından irəli gəlirdi.
Ümumiyyətlə, əsər elmi üslubu ilə seçilən, aydın, səlis, oxunaqlı bir dillə yazılmış bitkin, mükəmməl monoqrafiyadır. Fikrimizcə, Kamal Camalov “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyasında qarşısına qoyduğu məqsəd və vəzifələri tam yerinə yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində repressiya qurbanlarının özünəməxsus əhəmiyyətli yer tutduğunu müvəffəqiyyətlə sübut etmişdir.
ƏBÜLFƏZ AMAN oğlu QULİYEV,
Filologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Baxış sayı: 1 351
Bölməyə aid digər xəbərlər

4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!