00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
POEZİYA BƏŞƏRİ DUYĞULARIN İFADƏSİDİR- “Oyanan ruhlar...” kitabını oxuyarkən düşündüklərim
Tarix: 05-02-2022 01:16 | Bölmə: Ədəbiyyat

Mən yazılarımın birində yazmışdım ki, ədəbi yaradıcılıq ilə məşğul olmaq elə əslində ciddi ibadətdir. Ədəbi yaradıcılığın vətəni, yurdu könül olduğu üçün orda zalım fikirləri barındırmaq mümkün olmur. Düşünürəm ki, şairlik dərd ilə həm dərd olmaq qanunudur. Bu qanundan hər kəs eyni cür yararlanıb nəsibini ala bilmir. Bilmirəm yanlış mı yoxsa doğru gərçək olan odur ki, şairlər yer üzünün seçilmiş söz sahibləridir. Mənim həqiqətimə görə hər səhabinin də onun zövqünə dilmançılıq edən fikirlərinin çəkisində dindirmək lazımdır... Mən də istəyirəm ki, bu yazımla oyanan ruhlara dərddaşlıq edən şair Ədalət Əroğlunun cəfakeş şeirlərinin, cəfa məqamından ucalan səsinə qulaq verəm. Ömürlüyünü özətləməklə başlayım: Cəbrayıl rayonunun Hovuslu kəndində başlayıb dünyayla tanışlığı... Gəncliyinin qaynar çağı könülsüz sügünlüklə “təltif” olunub. İşğalçı qonşular tərəfindən... Talehinin qisməti və çalışqanlığı onu Bakı Dövlət Universitetinin hüquqçular dəstəsinə qoşub. Uzun illər məhkəmə qurumlarında çalışıb... Günümüz içində atasının adını daşıyan Məhdud Məsuliyyətli Cəmiyyətə rəhbərlik edir...Tanrısı poeziyadı... Varlığının mahiyyətini şeirdə tapan Ədalət Əroğlu yazır ki,
İlhamım göz açıb şeirlərimdə,
Misralar söz açıb şeirlərimdə,
Sözüm işıq saçıb şeirlərimdə,
Bir tarix yazırsan, ay İzzətoğlu.
Yazdığı ədəbi tarixə onun münasibətinin necəliyini oxucuya aydın çatdırmaq üçün “Oyanan Ruhlar...” kitabındakı şeirlərinin bir qismi ilə dərdləşməyi münasib saydım... Dərdinin naləsi dünyanı dizə gətirən şair yazır ki,
Dağlarım üstünə sən dağ elədin,
Bağça-bağlarıma buz qar ələdin,
Dönüb şimşəklərə odlar ələdin,
Odunla yanıram, mən sənin dünya!
***
Daş olub qalmışam qürbət ellərdə,
Vədəsiz ağarıb, qara tellərdə,
Keçdi cavanlığım səmum yellərdə,
Tufanda qalmışam səninlə dünya!
***
Xəyalım dolaşıb gəzdi hər yanı,
Taxmadım sinəmə şöhrəti-şanı,
Başıma tac bildim Azərbaycanı,
Vətənə tamarzı qaldım a dünya!
Şairin qüdrəti onun poetik-fəlsəfi fikirlərini aydın və səmimi bir dillə qələmə almaqla bahəm yüksək bədii zövqlə mübaliğə və istişarələri şeirə gətirməklə özünü göstərmiş olur...(Əfsuslar olsun ki, çağımız ədəbiyyatında bu anlamda “piyada” qalan qələmdaşlarımız, ermənilərin xarici ölkələrdən gətirdikləri muzdlu, paralı teroristlərin sayına yaxınlaşır).. Mütləq şeir fəsli anlarla gəlir... Şair mütaliə gücünün fədakarlığına və idrak gücünə arxalananda poeziya sevgisi onun könlündə Tur dağı qədər yüksək və ali olur.... Buna görədir ki, Ədalət Əroğlu yazır ki,
Nə işim var bu dünyanın işiylə,
Kölgəsində yaşayırıq dünyanın,
İşim yoxdu baharıyla, qışıyla,
Hər üzündə yaşayırıq dünyanın.
***
Qapqaradır dünyamızın hər üzü,
Son qalacaq yerimizdi gor üzü,
Ədaləti tapacaqdır hər üzü,
Hər üzündə yaşayırıq dünyanın...
***
Şair könlüm gör nələri istəyir,
Ürək dərdli, qamətimi dərd əyir,
Dünya daim xəlbirini ələyir,
Hər üzündə yaşayırıq dünyanın!
Mənim düşüncə tərzimə görə şair qəlbinə əziyyət etmək elə əslində ALLAHA əziyyətdir çünki, könül ilahinin təcəlləgahıdır... Poeziya məqami eşq məqamıdır... Mənim həqiqətimə görə poeziya haqq işi olduğu üçün tanrının diliylə danışır...O, da gərçəklikdir ki, ilahi eşqin atəşi od vurmayan könül sahibi “şairlərin” şairliyi sadəcə şəkil və mərasim şairliyindən başqa bir şey söz adamı sözə itaətdən zövq almalıdır ki, oxucusunun könlündə rahat-rahat dolaşa bilsin. Ədalət Əroğlunun uzun illər vətəndə qürbətçilik çəkməsi, komasının cəftəsinə qərib kimi toxunması onun şair yaradıcılığına qədərindən artıq qəm-qüssə yükləyib...Şair üzünü siyah buludlu göylərə tutub:
Yadıma yurdumun dağları düşüb,
Həsrətdən quruyan bağları düşüb,
Gənclik illərimin çağları düşüb,
Ürək necə dözsün bu ayrılığa?..
***
Dağlarım həşarat yurduna dönüb,
Vətəndə gör neçə ocağım sönüb,
Fələyin üzüdə ta məndən çönüb,
Ürək necə dözsün bu ayrılığa?..
***
Xəyalımda gəzir o, gözəl aləm,
Ürəyimdə kədər, gözlərimdə qəm,
Başıma fırlanır bütün bu aləm,
Ürək necə dözsün bu ayrılığa?..
Ürək necə dözsün bu ayrılığa Ya Rəbb deyərək sitəm edir... Onun şair talehi qoşa rels üzərində maneəsiz hərəkət edən qatar ömrü yaşamayıb... Məncə poetik mühit obyektivdi, ama bu mühitin səlnaməçisi şair oyaq ruhludursa qazanan ədəbiyyat olur. Ədalət Əroğlu şeiriyyətinin oyaq ruhlu vətən sevgisinin əsgəridir... Özü də çox kövrək adamdır.
Çox gördüm yurd yerlərindən söz düşəndə gözlərimdən başlayan araz kürü... Kiriyən kimi əlləri göyə açılır və
Xan çinar sızlayır mənsiz qalıbdır,
Tarlamız sünbülümüz, dənsiz qalıbdır,
Bülbüllər oxumur səssiz qalıbdır,
Dərdimin əlacı səndədir Allah...
***
Bir tonqal alışıb, qəhər çənində,
Dağlarda görsənmir, səhər çənində,
Yazıram şeirimi kədər içində,
Dərdimin əlacı səndədir Allah...
Son illərdə müxtəlif mətbu orqanlarında şeirləri çap olunan Ədalət Əroğlu hər şeirinin dilinə özünün pıçıltılarını yükləyir... Poeziya aləminə gec gəlsə də güc gəldi... İncə, zərif, poetik misraları ilə öz oxucularını qəlbinə hakim kəsilməyi bacardı. Ən böyük iddiası, iddiasızlığı, ən bahalı eqosu, eqosuzluğudur... Öfkəsinin ömrü bir göz qırpımının ömrü qədər deyil belə... Mənim inancıma görə yaradıcı adam düşüncəsində ulu olanda onun yaradıcı həqiqətinin mahiyyəti qərinələri aşıb irəli gedir və həp təzə görünür ki, biz buna klassika deyirik... Sadəcə onu yazmaqla kifayətlənirəm ki, Ədalə Əroğlunun zatı dərviş fəlsəfəsinə büründüyündə o öz şeirində özüdü, eləsi ilə də, beləsi ilə də...
Ürəyimin sarı simi oynadı,
Axan çaylar bir anlığa dayandı,
Sevinc hissi kədərimə boyandı,
Göz yaşlarım selə döndü ta bəsdi.
***
Bülbül nalə çəkdi bu necə səsdi,
Qərib düşən ürəyim yaman əsdi,
İllər ötdü ömür keçdi tələsdi,
Saç ağardı bel büküldü ta bəsdi...
***
Oxu bülbül, dərd calama dərdimə,
Dərdim böyük dərd bulama dərdimə,
Oxuduqca sən qoşuldun dərdimə,
Dərd əlindən üzülmüşəm ta bəsdi...
Doğru deyirsən qardaş dərddən çox oxuyanda dərd səndə üz bulub çevrəndə dərddən xalı toxuyur ta bəsdi, hər şeyin qədəri var... Mən də düşünürəm ki, oxucu dilini nasır etmədən bu yazımıza və Ədalət Əroğlu dərdinə yetər ta bəsdi, demək elə bu məqamdaca fərzi borcdur... Sonrası qalsın sonraya...
Hörmətlə: Xaqani Abbasəli Öztürk,
AYB və AJB-nin üzvü, şair-tənqidçi,
6 ocak 2022-ci il

Baxış sayı: 1 359
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR