14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“YAŞA AZƏRBAYCAN!”- VÜQAR ƏHMƏD
Tarix: 18-11-2021 02:33 | Bölmə: Ədəbiyyat
    
İKİ PƏRDƏLİ,  İYİRMİ ŞƏKİLLİ DRAM
(Əsər arxiv materiallarına və tarixi sənədlərə istinadən qələmə alınmışdır)
                                                
BAKI-2021
               
                                                  
İŞTİRAK EDİRLƏR:
MƏMMƏD ƏMİN RƏSULZADƏ---------------- İctimai-siyasi xadim, publisisist, AXDC-nin qurucusu,17-21-34-71 yaşında
ƏHMƏD BƏY AĞAOĞLU---------------------------İctimai-siyasi xadim, pulisist,------------------45-58 yaşında
SULTAN MƏCİD QƏNİZADƏ---------------------Rəsulzadənin məktəbdə oxuyarkən müəllimi, 40 yaşında
HƏBİBBƏY--------------------------------------------- Həmin məktəbin müəllimi--------------------------40yaşında
ƏLİMƏRDAN BƏY------------------------------------İctimai-siyasi xadim, vəkil,--------------------------45 yaşında
DOKTOR NƏRİMAN---------------------------------İctimai-siyas4i xadim, publisit-dramaturq-,----35 yaşında
BİLAL----------------------------------------------------Məktəbli yeniyetmə, Rəsulzadənin sinif yoldaşı-17 yaşında
MÜZNİB  (Əlabbas Müznib)-------------------------Publisist, jurnalist, şair, tarixçi, tərcüməçi- -23-36 yaşında
ABİD-------------------------------------------------------Onun kiçik qardaşı, şair,---------------------------19 yaşında
AĞA ƏLİZADƏ-----------------------------------------İlahiyyatçı, Bakı şəhərinin qazisi,,-----------------40 yaşında,
HACI  ZEYNALABDİN TAĞIYEV----------------Xeyriyyəçi, El atası, Neftxuda, Maarifçi,-------70 yaşında
HƏSƏN BƏY ZƏRDABİ------------------------------Publisit-jurnalist, Maarifçi,-----------------------70 yaşında
YUNTİSKİ------------------------------------------------Bakı quberniyasının pravoslav din rəhbəri,----60 yaşında
AĞAKƏRİM---------------------------------------------Vətənpərvər bir igid,--------------------------------30 yaşında
NƏCƏFQULU-------------------------------------------Vətənpərvər bir qəhrəman,----------------------------30 yaşında
QOÇƏLİ---------------------------------------------------Qəvi cüssəli Vətənpərvər qəhrəman,-----------33 yaşında
MUSA------------------------------------------------------Qəvi cüssəli Vətənpərvər qəhrəman,-----------32 yaşında
MARAL ANA---------------------------------------------Rəsulzadəyə analıq etmiş mələkruhlu qadın-,50 yaşında
ƏHMƏD CAVAD----------------------------------------Şair-döyüşçü, Vətənpərvər bir igid,-----------30 yaşında
NURİ PAŞA-----------------------------------------------Qafqaz islam Ordusunun komandanı,--------30 yaşında
XƏLİL PAŞA--------------------------------------------- Nuri Paşanın köməkçisi,------------------------32 yaşında
RÜŞDÜ MİNBAŞI-----------------------------------------Qafqaz İslam Ordusunun minbaşısı,---------30 yaşında
ORXAN YÜZBAŞI----------------------------------------Qafqaz İslam Ordusunun yüzbaşısı,----------28 yaşında
ÜSTƏĞMƏN ƏZİZ------------------------------Qafqaz islam Ordusunun üsttəğməni (baş leytnant),-30 yaşında
HEMELTON-------------------------------------------------Britaniya ordusunun yüksək rütbəli zabiti,-30 yaşında
ÇAVUŞ--------------------------------------------------------Qafqaz İslam Ordusunun çavuşu,--------------25 yaşınd
NECATİ-------------------------------------------------------Qafqaz İslam Ordusunun igid əsgəri,--------20 yaşında
TURQUT------------------------------------------------------Qafqaz İslam Ordusunun igid əsgəri,---------18 yaşında
TİBB BACISI-----------------------------------------------Qafqaz İslam Ordusunun səyyar tibb məntəqisində tibb bacısı------------------------------------------------------------------------------------------------------------19 yaşında
ABAS BƏY---------------------------------------------------Nuri             Paşanın köməkçisi (azərbaycanlı),-----30 yaşında
MİRZƏBALA------------------------------------------------İctimai-siyasi xadim, Publisit,--------------19-56 yaşında
ƏBDÜLVAHAB---------------------------------------------Türkiyəli bir Vətənpərvər,--------------------50 yaşında
ƏHMƏD CƏFƏROĞLU-----------------------------------Türkiyəli bir Vətənipərvər,-------------------52 yaşında
KƏRİM YAYĞILI-------------------------------------------Türkiyəli bir Vətənpərvər,-------------------54 yaşında
CAMAL---------------------------------------------------------Xəyali surət--------------------------------------------
FİRUZƏ--------------------------------------------------------Məhəmməd Əminin nəvəsi------------------13 yaşında
SOS--------------------------------------------------------------Daşnak,------------------------------------------40 yaşında
LALAYEV-----------------------------------------------------Daşnak,------------------------------------------45 yaşında
SARKİSYAN--------------------------------------------------Daşnak,------------------------------------------45 yaşında
ŞAUMYAN----------------------------------------------------Bolşevik qiyafəsinə girmiş daşnak,------35-48 yaşında
LUKYANİN---------------------------------------------------Satqın prokuror,-------------------------------45 yaşında
HAYKANUŞ---------------------------------------------------Erməni fahişəsi,-------------------------------40 yaşında
NATAŞA--------------------------------------------------------Rus qızı,-----------------------------------------18 yaşında
ALMANİYA NÜMAYƏNDƏSİ----------------------------Riyakar bir siyasətçi,------------------------40 yaşında
RUSİYA NÜMAYƏNDƏSİ---------------------------------Riyakar bir siyasətçi,------------------------45 yaşında
AKOPYAN-----------------------------------------------------Riyakar bir erməni,--------------------------45 yaşında
MAMİKYAN--------------------------------------------------Riyakar bir erməni,---------------------------50 yaşında
EPİZODLARDA: Jandarmlar, məktəbli oğlanlar, məktəbli qızlar, müsəlman igidlər, Qafqaz İslam Ordusunun əsgərləri, Tavakalyan, Nazaryan, Aramyan, daşnak əsgərləri, bir yığın erməni, ingilis əsgərləri, onlara qoşluan hindli əsgərlər, məktub gətirən İngilis, general Pankratov, bolşevik əsgərləri. çinovnik və ilaxır.
                            
                            PƏRDƏ AÇILIR
 I ŞƏKİL
         Ləngərli bir musiqi sələnir. Səhnədə sadə bir sinif otağı görünür. Sinifdə iyirmiyə qədər əyinlərində göy rəngli, qızıl rəngli düymələri olan məktəbli forması olan yeniyetmə şagird var. Məhəmməd Əmin də onların arasındadır, ilk sırada əyləşib. Şagirdlər aşağı səslə bir-birilə söhbət edir, keçdikləri dərsləri müzakirə edirlər. Bir neçə saniyədən sonra Sultan Məcid Qənizadə səhnəyə daxil olur. Şagirdlər dərhal ayağa qalxırlar.
SULTAN MƏCİD-(Əliylə işarə edir) Əyləşin! (Şagirdlər əyləşir) Sabahınız xeyir cocuqlar!
ŞAGİRDLƏR-(Bir ağızdan) Aqibətiniz xeyir, mirzə!
SULTAN MƏCİD-(Əyləşib şagirdləri nəzərdən keçirir, sonra dərs jurnalına baxır. Başını qaldırmadan) Hamısı yerindədi?
MƏHƏMMƏD ƏMİN-(Ayağa qalxır) Bəli, mirzə!
SULTAN MƏCİD-(Başını qaldırıb diqqətlə onu süzür) Otur oğlum! (Məhəmmməd Əmin oturur. Sultan Məcid ani olaraq küçəyə açılan pəncərəyə baxır) Ətrafı yenə qara buludlar bürüyüb. Deyəsən, payız yenə yağışlı və soyuq keçəcək.
MƏHƏMMƏD ƏMİN-(Əlini qaldırır) Mirzə izn versəydiniz bir sual verərdim?!
SULTAN MƏCİD-Buyur, oğlum!
MƏHƏMMƏD ƏMİN-(Ayağa durur) Məni bir şey çox narahat eləyir mirzə. Niyə bizim padşahımız rusdur? Niyə bizim xalqımız qeyri-müslüm olan insanların rəiyyəti olmağı belə rahat qəbul eləyib? Kimə sual vermişəmsə cavab ala bilməmişəm. Düşünürəm ki, siz bu suala cavab tapa biləcəksiz.
SULTAN MƏCİD-(Köksünü ötürüb bir qədər susandan sonra) Otur oğlum! (Məhəmməd Əmin oturur) Bilirsiz, cocuqlar, bizim bu ölkəmiz çox-çox qədim bir ölkədir. Təsəvvür eləyin ki, bu Bakı şəhərinin ən azı 2500 yaşı var. Bunu hələ eramızın əvvəllərində yaşamış yunan coğrafiyaşünası Promotey də öz dərsliklərində qeyd eləyib. Bizim bu ölkə ərazisində düz on yeddi dəfə dövlət qurulub. Sonuncu dövlət isə Şah İsmayıl Xətai tərəfindən qurulan Səfəvilər dövləti idi ki, hüdudları bütün Cənubi Qafqazı, İranı, İraq əcəmini əhatə edirdi ki, sərhədinin cənubi-şərq tərəfi Hindistana gedib çıxırdı. (Bir qədər susub yenə sözünə davam edir) Bizim xalqımız çox yaxşı xalqdır. Zəhmətkeş, qonaqsevər, namuslu, səxavətli. Bir sözlə məziyyətləri çoxdu. Amma eyibdən, qüsurdan da kənar deyil. Birlik yoxdu bizim xalqımızda, birlik... Gəncə xanı ilə Bakı xanı bir-birinə düşmən kəsildi. Qarabağ xanı ilə Şamaxı xanı, Quba xanı. Ruslar da bundan məharətlə istifadə eləyib, necə deyərlər, parçalayıb hökm sürməyə başladılar. Bizim son yüz illərdə Səfəvi dövləti kimi nəhəng və gözəl, müstəqil dövlətimiz var idi. Şah İsmayıl Xətai yaratmışdı bu dövləti. Onun oğlu Şah Təhmasib isə bir az da qüvvətləndirmişdi onu. Şah Təhmasib öləndən sonra isə, var-dövlət yığmaq hərisliyi bir sıra Səfəvi hökmdarlarını uçuruma apardı, Zaman keçəndən sonra bu dövlət xanlıqlara parçalandı və bu xanlıqlar bir-biriylə lazımsız, xalqa yalnız ziyan gətirən mücadilələrə, qarşıdurmalara başladılar. Sünni məzhəbindən olanlar, şiə məzhəbindən olanlara, şiə məzhəbindən olanlar sünni məzhəbindən olanlara dəhşətli dərəcədə nifrət edirdi. Lakin bəla yalnız bunda deyildi, bütün xanlar bir-birinin torpaqına göz dikib ərazilərini böyütmək istəyirdilər. Bu da günahsız insanların qanının tökülməsinə səbəb olurdu. Bax, bizi Rusiyanın yarımüstəmləkəsinə çevirən bütün bunlar oldu. (Ah çəkir) İndi kim bilir, qiyamətə qədər bizim müstəqil dövlətimiz olacaqmı?!
MƏHƏMMƏD ƏMİN-(Qətiyyətlə) Olacaq mirzə, inşallah, hökmən olacaq.  Özü də mən inanıram ki, o günə çox qalmayıb.
SULTAN MƏCİD-(Bir qədər sonra ayağa durub Məhəmməd Əminə yaxınlaşaraq onun əlini sıxır) Sağ ol, Məhəmməd Əmin, çox sağ ol! (Şagirdlərə) Daha kimin sualı var?
BİLAL-Mirzə, mən bir Avropa kitabından oxumuşam ki, guya insan meymundan əmələ gəlmişdir. İngiltərədə yaşayan Çarlz Darvin adlı bir adam cürbəcür dəlillər gətirərək hər vəchlə sübuta yetirmək istəyir ki, insan meymundan əmələ gəlmişdir. Sözün düzü mənim buna heç inanmağım gəlmir.
SULTAN MƏCİD-Uca Allah müqəddəs Qurani-Kərimdə ilk insanı, yəni Həzrəti Adəm əleyhissəlamı torpaqdan yaratdığını bir çox ayələrdə vurğulayıb. Təbii ki, bu danılmaz həqiqətdir, çünki insan bədənindəki elementlər, torpaqdakı mikro-elementlərlə üst-üstə düşür. Bundan əlavə son zamanlarda elə Avropanın özündə elmi məntiqin ardıcıl surətdə izlənməsi insanın fövqəltəbii yolla yaradıldığı qənaətinə gətirir. İnsan bədəni 200 növdən artıq 30 trilyon hüceyrədən təşəkkül tapıb. Onun beyni 12 milyard hüceyrədən təşkil olunmuşdur. Orda 120 trilyon sinir teli mövcuddur. Bütün bunlar şuurun yalnız insana məxsus olduğuna sübutdur. Meymun isə heç bir şeylə başqa heyvanlardan fərqlənməyən şuursuz bir məxluqdur.  Artıq çoxuna məlumdur ki, Çarlz Darvin özü də bütün bunları çox yaxşı bildiyinə baxmayaraq tarixdə adı yaşasın deyə bu və ya digər cəfəngiyyatları uydurmuşdur. (Bir qədər susandan sonra) Bilirsiz uşaqlar, son əsrlərdə avropalı alimlər çox kəşflər, ixtiralar etmişdir. Təbii ki, bunlar bəşər övladı üçün çox gərəkli və vacibdir. Lakin məsələ burasındadır ki, bu ixtiraların, kəşflərin əksəriyyətinin bünövrəsı müsəlman alimlər tərəfindən qoyulmuşdur. Məsələn, İmam Cəfəri Sadiq əleyhissəlam zamanın nisbi olduğunu sübuta yetirmişdir. Onun tələbəsi Cabiri Həyyan atomu kəşf etmiş, eyni zamanda kimyəvi elementlərin cədvəlini tərtib etmişdir. Kağız fabriki ilk dəfə bağdadlı ibn Fəzl tərəfindən inşa edilmişdir. İlk saatı da müsəlmanlar düzəltdilər. 10-cu, 11-ci əsrlərdə yaşamış İbn Sina tibb haqqında Həzrəti Muhəmməd əleyhissəlatu vəssəlləmin müqəddəs Qurani-Kərimin mübarək ayələrinə dayanan “Tibbnamə” kitabının nəzəri əsasları əsasında Qanun kitabı” adlı elə bir əsər ərsəyə gətirmişdir ki, indinin özündə də Avropanın çox yerlərində onun tibbi nəzəriyyələrindən istifadə edirlər və təsadüfü deyil ki, İtaliyada, Fransada bütün tibbi dərsliklər həmin əsərin əsasında tərtib olunmuşdur. Kiçik qan dövranını XIII əsrdə yaşamış İbnun Nəfis kəşf etmişdir, 10-cu əsrdə yaşamış İbrahim Cəssar cüzam xəstəliyinin  səbəbini və müalicə yollarını göstərmişdir. Özü də bütün bunlar o zaman baş vermişdi ki, Avropada həkimi sehrbaz, xəstəxananı isə şeytan yuvası hesab edir, cərrahiyyə əməliyyatları aparmaq istəyən həkimləri təqib edir, həbsə alaraq boğazından asırdılar. İlk xəstəxana isə VIII əsrdə Vəlid İbn Əbdülməlik tərəfindən yaradılmışdır. Riyaziyyat məsələlərinə gəldikdə isə məələn məhşur avropalı alim Qautye yazır ki, yalnız cəbr deyil,  digər elmləri də Avropa müsəlmanlardan əxz etmişdir. Triqonometriyanın gerçək mənada əsasını qoyan IX, X əsrlərdə yaşamış Bəttanidir. Sinusu tapanlar da müsəlmanlardır. Triqonometriyaya tangens, kotangens və kosekansı 10-cu əsrdə yaşamış Əbül-Vəfa qazandırmışdır. Triqonometriya ilə bağlı ilk elmi və ciddi əsəri isə bilavasitə bizim əcdadlarımızdan olan 13-cü əsrdə yaşamış Nəsrəddin Tusi yazmışdır ki, bu gün mən məhz sizə -onun haqqında danışmaq istəyirəm. O, çox böyük bir alim idi və belə ki, olduqca təlatümlü bir dövrdə yaşamağına baxmayaraq müxtəlif mövzularda 190 kitabın və elmi əsərin müəllifidir. Bunlardan onu daha çox məhşurdur ki, tək Avropanın deyil, bütün dünyanın dərslikləriinin bir qismi bu kitabların əsasında tərtib olunmuşdur. Onun  “Əxlaqi-Nasiri” əsəri Aristotelin, Platonun əsərlərindən qat-qat dəyərli  və qiymətlidir. Bəla burasındadır ki, avropalılar öz alimlərini çox şişirtdikləri halda, müsəlmanlar müsəlman alimlərin nəzəriyyələrini, kəşflərini ya çox ucuz qiymətə satmış, ya da sandıqlara qoyub qıfıllamışlar. Təkcə bunu nümunə gətirmək olar ki, bütün dünyada ilk rəsədxananı Nəsrəddin Tusi yaratmışdır.  Tusi həm də çox gözəl əxlaq sahibi idi, belə ki, şiə və əhli-sünni alimlərindən bir çoxu Tusinin yüksək əxlaqının müqabilində öz heyrətlərini gizlədə bilməmiş, öz əsərlərində daim onu mədh etmişlər. Onu da deyim ki, onun çoxlu şəyirdləri olmuşdur və bu şəyirdlər ondan öyrəndikləri yüksək elmi fəhm ilə bəşəriyyət qarşısında böyük xidmətlər göstərmişlər. Uşaqlar, Tusi haqqında günlərlə danışmaq olar, lakin mənim istəyim budur ki, siz bu cür alimlərimizin qədrini biləsiniz, imkan daxilində onların elmi yaradıcılığına bələd olasınız. Bax, bu zaman siz özünüz də tək xalqımıza deyil, bütün bəşəriyyətə yalnız xeyir verə bilərsiz. Çünki həyat elm üzərində təşəkkül tapmışdır. Elmsiz insan qurumuş bir ağaca bənzəyir ki, onun nəinki başqasına, heç özünə də faydası yoxdur. Bunu da unutmayın ki, xalqın istiqbalına, rifahının yüksəlməsinə, vətənin, torpaqın çiçəklənməsinə yalnız və yalnız elmlə nail olmaq mümkündür. Əcdadlarımız bizim üçün çox böyük miras qoyub getmişlər. Biz də bu mirası əziz tutmalı, onu qorumalı, yaxşı-yaxşı öyrənməli və gücümüz gəldiyi qədər xalqımız arasında paylamalıyıq. İslam dünyasında çox dəyərli yeri olan, eyni zaman heyrətamiz elm sahibi Həzrət Əli əleyhissəlam buyurmuşdur ki, var-dövlət fironlardan, elm isə peyğəmbərlərdən qalmışdır. Var-dövləti xərclədikcə azalar, elmi xərclədikcə isə çoxalar. Hə, uşaqlar, kimjin nə sualı var?!
MƏHƏMMƏD ƏMİN-Mirzə, hər şeyi elə anlatdınız ki, daha suala ehtiyac qalmadı.
SULTAN MƏCİD-Elə isə bu günlük bəsdir. Sabaha qədər. (Qovluğunu götürüb çıxır. Şagirdlər də məmmun halda sinif otağını tərk edirlər).
                                   II ŞƏKİL
İşıq sönüb-yanır. Həmin sinif otağı... Dərs hələ başlanmadığı üçün şagirdlər orda olsalar da, müəllimləri Sultan Məcid hələ sinif otağına daxil olmayıb.
BİLAL-(Şeir oxuyur) Nəhayət ki, bitər xalqın başı üstə kafir zülməti,
                                     İnşallah içilər mülki-vətəndə istiqlal şərbəti.
                                     Hürriyyət ən gözəl bir məfhumdur ki, Haqqın inayəti,
                                     Bir gün azadlıq günəşi nurlandırar  bu məmləkəti.
             (Məhəmməd Əminə) Nə gözəl şeirdir, bunu haçan yazmısan?
MƏHƏMMƏD ƏMİN-Bu gün..  (Qoltuq cibindən bir kağız çıxarıb Bilala göstərir) Bax, budur bizim amalımız, arzumuz..
BİLAL-(baxır) Bu nədir, Məhəmməd Əmin?
MƏHƏMMƏD ƏMİN-Ay-ulduz.. Bu hürriyyət nişanıdır, Bilal, hürriyyət. Bu fikrin rəhbəri Əli Bəy Hüseynzadədir. Əli bəy bizə qırmızı qaranlıqlar içində yaşıl işıqlar yandırmağın yolunu göstərir. Bu ən doğru yoldur, yalnız bu vasitə ilə bizi əsrdən çox boğan qaranlıqlardan işığa çıxa bilərik.
(Uca səslə)
                       Hər arzum, muradım, fikrim, xəyalım vətəndir,
                       Ömrümün mənası, əhdim-ilqarım vətəndir.
                       Vermərəm, vəd etsələr də bütün dünyanı mənə,
                       Gülüm, çiçəyim, yazım, baharım vətəndir.
                       Vermərəm, bəxş etsələr dörd nəhəng dəryanı mənə.
                       Ruhum, nəfəsim, yüksək amalım vətəndir.
                       Canım, ürəyim, tək bir meyarım vətəndir.
                       Sevincim, qururum, iftixarım vətəndir,
                       Yazım, sözüm, sazım, baş şüarım vətəndir,
                       İlk və son mənzilim, cənnət diyarım vətəndir.

(Üzünü şagirdlərə tutur) Uca Yaradanın aləmlərə rəhmət olaraq göndərdiyi Həzrəti Muhəmməd səlləllahu-əleyhi və alihi vəssəlləm öz mübarək hədisi-şəriflərinin birində: “Vətəni sevmək imandandır”,
-deyə buyurmuşdur. Yəni bir insanın imanı yoxdursa, yəni şübhəsiz ki, o, vətənini sevə bilməz və yaxud əksinə vətənini sevməyən insanın imanı ola bilməz. Vətən hər gün ayaq basdığın, çörəyini yediyin, suyunu içdiyin müqəddəs torpaqdır. Vətənin hüdudları sənin ona olan sevginlə ölçülür. Əgər bir insanda vətən sevgisi yoxdursa, deməli onun vətəni də yoxdur. Vətəni sevməyən insanda heç bir müsbət xüsusiyyət ola bilməz. Vətən sevgisi insanın ən yüksək mənəvi keyfiyyətlərini müəyyənləşdirən, təsdiq edən amildir. Milli-mənəvi dəyərlər, adət-ənənələr, din, dil, hamısı vətən sevgisi üzərində bərqərar olur. Vətən sevgisindən məhrum olan şəxs bunların hamısından məhrumdur. İnsan öncə onu yaradan Uca Allahı, sonra da Onun sevdiklərini sevməlidir. Uca Yaradan bütün həyatı və kainatı sevə-sevə yaratmışdır. Bizim vətənimiz də kainatın bir parçasıdır. Allah bizim gülüstana bənzəyən vətənimizi intəhasız eşqi ilə xəlq etmişdir. Biz bu səbəbdən də vətənimizə sonsuz məhəbbət bağlamalıyıq. Yüz ildən artıqdır bizim cənnət vətənimiz rus imperiyası tərəfindən işğal olunub. Yüz ildən artıqdır tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz təqib olunur. Vətən sevgisindən uzaq olan insanlarımız da bu işlərdə onların ən yaxın köməkçilərinə çevrilib. Biz hökmən buna qarşı mübarizə aparmalıyıq, nəyin bahasına olursa-olsun yağı düşməni cənnət vətənimizdən qovub çıxarmalı, yüz ildən artıqdır hürr yaşamaqdan məhrum olan xalqımızı yenidən hürriyyətə qovuşdurmalıyıq. (Əlini yuxarı qaldırır) Allahu Əkbər!

HAMI-Allahu Əkbər! (Bu vaxt səhnə arxasından səs-küy gəlməyə başlayır).
SƏSLƏR-Dinimiz əldən getdi. Rəzil olduq. Namusumuz tapdalandı. Hacı bizi biqeyrət eləmək istəyir. Lənət olsun! Lənət olsun!
MƏHƏMMƏD ƏMİN-(Diqqətlə qulaq asır) Bu nə səsdi belə? Bunlar nə deyirlər? (Şagirdlər hamısı pəncərə ətrafına yığılıb baxır).
SULTAN MƏCİD-(Səhnəyə daxil olur) Qaraguruhçulardı. Molla İbrahimxəlilin fitvası ilə Hacı Zeynalabdin Tağıyevə qarşı çıxırlar.
MƏHƏMMƏD ƏMİN-İstəkləri nədir, mirzə?
SULTAN MƏCİD-Bilirsiz ki, Hacı şəhərin mərkəzində qızlarımızın təhsil alması üçün məktəb açdırmaq istəyir. Molla İbrahimxəlil bu cahil insanları tovlayıb ki, guya qızların oxumağı haramdır. Onlar Hacının evinə tərəf gedirlər. Bu çox təhlükəlidi.
MƏHƏMMƏD ƏMİN-Mirzə, icazə versəydiz, biz onların qarşısını kəsərdik.
SULTAN MƏCİD-Sən nə danışırsan, oğlum, onlar cahil insanlardır. Əllərində isti və soyuq silahlar var. Özləri də çoxdular. Ayqa altında qalarsız. Həm də sizə xətər toxundura bilərlər. Mən buna heç vaxt razı olmaram.
MƏHƏMMƏD ƏMİN-Mirzə, axı Hacı bu xalqın ağsaqqalıdı, kasıb əhalinin hamisidi. Ehtiyac içində yaşayanlara daim yardım əlini uzadıb. Savadlı gənclərimizi başqa-başqa ölkələrə oxumağa göndərib. Qəzet-jurnallar açdırıb, xalqı maarifləndirir.
SULTAN MƏCİD-Bunlar hamısı həqiqətdi oğlum, amma onu da bilin ki, mən təkcə müəlliminiz deyiləm, bu məktəbin müdiri kimi sizin sağlamlığınız üçün də cavabdehəm. Mən heç vaxt razı olmaram ki, sizin başınızdan bir tük əksik olsun. (Bu vaxt bayırdan iki dəfə güllə səsi eşidilir. Hamı həyəcan içində pəncərədən baxır).
BİLAL-Kütlə uzaqlaşıb, görəsən orada nə baş verib?
SULTAN MƏCİD-Allah özü kömək olsun! (Hamı təlaş içində bir-birinə baxır. Bir qədər keçir və Həbib bəy səhnəyə daxil olur. Sultan Məcid dərhal üzünü ona tutur) Həbib bəy, orda nə oldu? O, nə güllə səsləri idi belə?
HƏBİB BƏY-Cahil insanlar bir yığın münafiq mollanın fitvası ilə Hacının evinə tərəf yüyürürdülər. Birdən Qoçu Ağakərim peyda oldu, tapançasını çıxarıb havaya iki güllə atdı. (gülümsünür) Hamı arxalarına belə baxmadan qaçdı. Molla İbrahimxəlil qaçanda yıxıldı da. (Bir az bərkdən gülür) Yıxılanda çuxasının cibindən yumruq boyda bir tiryək kisəsi düşdü. Tiryək ətrafa dağıldı.
SULTAN MƏCİD-(Başını bulayır) Bu da bizim mollamız.
HƏBİB BƏY-Göründüyü kimi tiryək qəbul eləyirmiş.
SULTAN MƏCİD-Yəni şeytana qulluq elədiyi halda özünü mələk kimi göstərib din adıyla nə istəyir uydurur. Belələri dinimizi gözdən salır. Hələ Hacı Məkkə, Mədinə şəhərlərinə nümayəndə göndərib möhürlü kağız aldırıb ki, qız uşaqlarına oxumaq haram deyil.
                                        III ŞƏKİL
         Səhnədə Azərbaycan memarlığının milli-romantik üslubunda, əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülən iki mərtəbəli füsunkar bir bina görünür. Binanın iri, şəbəkəli və naxışlı qapısının üstündə Azərbaycan dilində ərəb əlifbası və kiril əlifbası ilə rus dilində bu sözlər yazılmışdır: “Rus-müsəlman ünasiyyə məktəbi”. Arxa planda Bakı şəhərinin füsunkar mənzərəsi camlanır.
         Binanın qarşısına xeyli adam yığışıb. Həzin bir musiqi səslənir. Bir tərəfdə bir neçə 13-14 yaşlı gözəl geyimli qız uşaqları cərgəyə düzülmüş, başqa bir tərəfdə təxminən on nəfər əyinlərində düymələri gümüşü rəngli kitel, mahud şalvar, başlarında ağ zolaqlı papaq yeniyetmə oğlan uşaqları, rüşdiyyə məktəbinin müsəlman şagirdləri cərgəyə düzülmüşdür. Məktəbin qapısına yaşıl rəngli lent çəkilmişdir. Bakı quberniya qazisi Ağa Əlizadə kürsüyə çıxır.
AĞA ƏLİZADƏ-Bismilləhir-Rəhmənir-Rəhim... Hörmətli xanımlar və cənablar! Bu gün bizim sevincimizin həddi-hududu yoxdur. Məmləkətimizin yolunda uzun illər xeyirxah işlər görən Hacı Zeynalabdin Tağıyev növbəti dəfə saleh əməllər sahibi olduğunu izhar etmişdir. Xalqının elmlənməsindən ötrü bir daha səxavətini əsirgəməmiş, olduqca müqəddəs bir iş görərək qız məktəbinin açılması üçün fərh vermişdir. Müqəddəs Qurani-Kərimdə Uca Allah buyurur: “Elm qadına da, kişiyə də halal edilmişdir”. Sevgili Peyğəmbərimiz həzrəti Muhəmməd səlləlahu əleyhi və alihi vəssəlləm isə buyurmuşdur ki, “Elm oxumaq qadına da, kişiyə də vacib edildi”. Mən bütün mütərəqqi ruhanilər adından Hacı Zenalabdin cənablarına təşəkkürümü bildirir, ona Uca Yaradandan can sağlığı, uzun ömür, səadət arzulayıram və ondan da çox şad olduğumu nəzərinizə çatdırmaq istəyirəm ki, bu qız məktəbində dünyəvi elmlərlə yanaşı ilahiyyat fənni də tədris olunacaqdır.
         (Axund Ağa Əlizadə nitq söylədiyi zaman xeyli insan sakitcə dayanıb bu mötəbər cənabın nitqinə qulaq asdığı halda Franqulyan Sos və Lala Lalayev [1]riyakarcasına pıçıldaşırlar).
SOS-Belə  görünür ki, ayılıblar. Artıq tək oğlanları deyil, qızları da savad alacaqmış.
LALAYEV-Bu bizim ziyanımızadır. Nəyin bahasına olursa-olsun, bunun qarşısı alınmalıdır.
SOS-Hansı üsulla?
LALAYEV-Daim iğtişaş törətmək, qarşıdurma yaratmaq, bir də ki, dostlarımız vasitəsilə müsəlman qızlarının oxumasını böyük günah olduğunu sübuta yetirməklə.
SOS-Bu o qədər də asan deyil. Müsəlman icmasında hamısı küt deyil. Artıq bu üsuldan istifadə eləmişik, amma bir nəticəsi olmayıb.
LALAYEV-Onda başqa vasitələrə əl atmaq lazımdır.
HƏSƏN BƏY ZƏRDABİ-(Söz verilir Bakı quberniyasının baş pravoslav keşişi Yuntski cənablarına..
YUNTİSKİ-(kürsüyə qalxır) Cənablar! Yer üzünün bütün dərrakəli, dərin düşünən insanları bilir ki,  xristianların da, müsəlmanların da yəhudilərin də, hamımızın Allahımızbirdir. Lakin əfsuslar olsun ki, bəzi riyakar insanlar daim bu dinlərin arasında nifaq salmağa çalışır, fitnə-fəsad törədir, insanı insan qatili olmağa sövq edir. Tarix boyu bizim əcdadlarımız bunun cəzasını çəkib, indiki zamanda bəzən biz də bu iyrənc niyyətlı insanların qurduqları tora düşürük və bir-birimizə ölüm hökmü oxuyuruq. Cənab Tağıyevi tək Bakıda deyil, bütün Qafqazda tanımayan yoxdu və Rusiyanın özünündə də onun adını eşidən az deyil. O, buna öz xeyirxahlığı, nəcibliyi, yüksək mənəvi keyfiyyətləri ilə nail olmuşdur.Təsadüfü deyil ki, cənab Tağıyevin əlahəzrət çarın yanında xüsusi kreslosu varmış. Cənab Tağıyev daim xeyirxah işlərlə məşğul olmuş və millətindən asılı olmayaraq ona müraciət eləyən insanları heç vaxt boş qaytarmamış, əlindən gələni əsirgəməmişdir. Bakıdakı bütün dini mərkəzlərdə, həm pravoslav kilsəsində, həm yəhudi sinaqoqunda, həm də şübhəsiz ki, müsəlman ruhaniləri arasında cənab Tağıyevin inanılmaz dərəcədə hörməti var və bu hörmət, bu hüsnü-rəğbət boş-boşuna deyil. Cənab Tağıyev bu ehtiramı öz yüksək şəxsiyyətilə qazanmış, əsil Allah adamı kimi hərəkət edərək bu üç səmavi dinin arasında körpü salmağa çalışmış və bu körpünün üstündə dostluq, mehribançılıq toxumu səpmişdir. Onun Rusiya şəhərlərində inşa etdirdiyi kilsələr və burda tikdirdiyi məktəblər buna parlaq sübutdur. (Üzünü Hacı Zeynalabdinə tutur) Cənab Tağıyev! Bakıda rus-müsəlman ünasiyyə məktəbi təsis etmənizə görə ola bilər elə paxıl, xəbis şəxslər tapılsın ki, bu işdə sizi məzəmmət etsin. Şübhəsiz ki, bu təbii bir şeydir. Müsəlmanlarda çox gözəl bir zərbi-misal var: “Bar verən ağaca daş atan çox olar.”. Onu da bilin ki, siz həmişəki kimi düzgün mövqe seçmisiz və həqiqət sizin tərəfinizdədir. (Yuntiski əlini sinəsinə qoyub kürsüdən düşür).
HƏSƏN BƏY ZƏRDABİ-Əzizimiz Hacı! Bir neçə müsəlman ziyalı, sizin ünvanınıza təbrik məktubu yazıb imzalamışıq. Əgər izn versəydiz məktubu Əlimərdan bəy Topçubaşov oxuyardı.
ƏLİMƏRDAN BƏY-(kürsüyə çıxır və məktubu açıb oxumağa başlayır) Möhtərəm Hacı! Bu nəcabət meydanında siz bu növ müqavimət etməklə müsəlmanların ünasiyə tərbiyəsinin müəssisi və banisi olmaq şərəsinə bais olduz. Müsəlman qızları nəhayət ki, cəhalətdən xilas oldular. Sizə dərin hörmətimizi və təşəkkürümüzü bildiririk. Məktubu Həsənbəy Zərdabi, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağa oğlu, Doktor Məhəmmədrza Vəkilov, Fətullabəy Rüstəmbəyov, Ədilxan Bakıxanov, Məhəmmədbəy Hüseynbəyov,  Bəhrambəy Rüstəmbəyov, Ağalarbəy Xanlarov, Teymurbəy Mehmandarov, Nəcəfbəy Vəzirov, Əbdüləlibəy Əmircanov və Əlibəy Novruzov imzalayıblar. (Alqış sədaları altında kürsüdən düşür).
HƏSƏN BƏY ZƏRDABİ-Söz verilir doktor Nərimana...
NƏRİMANOV-(Kürsüyə qalxır) Möhtərəm cənablar və xanımlar! Çoxunuza məlumdur ki, mən Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Odes darülfününün tibb şöbəsini bitirmişəm və artıq neçə ildir həm təbib kimi vəzifəmi yerinə yetirirəm, həm də müəllim kimi müsəlman uşaqlarının savadlanması üçün bacardığım qədər fəaliyyət göstərirəm. Mən Hacının vəsaiti ilə Avropanın, Rusiyanın, müsəlman Şərqinin ali tədris ocaqlarında təhsil alan yüzlərlə insandan biriyəm. Hacının burda da müsəlman cocuqlarının savadlanması üçün necə çalışdığı göz qabağındadır.  Onun inşa etdirdiyi onlarla rüşdiyyə məktəbləri buna parlaq sübutdur. Bu yaxında da Bakıya su çəkdirməkdən ötrü Avropadan mühəndis gətizdirib və artıq həmin mühəndis Xaçmaz yaxınlığında tərtəmiz suyu olan əla bir mənbə tapıb. Hacı kifayət qədər vəsait ayırıb və inşallah Bakıya su çəkiləcək. Ümumiyyətlə, Hacının xalqımızın rifahı, səadəti, istiqbalı, xoşbəxtliyi uğrunda gördüyü işlərdən onlarla kitab bağlamaq olar. Bu gün isə xalqımızın tarixində ən əlamətdar günlərdən biridir ki, bunu da məhz Hacı Zeynalabdin Tağıev qızıl hərflərlə tariximizə yazdı. Hacı bizim tariximizə elə parlaq səhifələr yazmışdır ki, mən inanıram ki, qiyamətə qədər xalqımız, gələcək nəsillərimiz onun saleh əməllərindən danışacaq, ona saysız-hesabsız rəhmət oxuyacaq. (Üzünü Hacıya tutur) Hacı mən sizinlə qurur duyuram və özümü çox xoşbəxt hesab eləyirəm ki, sizin haqqınızda iki kəlmə söz danışmaq mənə də nəsib oldu. İnanın ki, bu gün mənim ən xoşbəxt günümdü. Dünya durduqca durasız Hacı! Allah sizi başımızın üstündən əksik eləməsin! (Alqış sədaları altında kürsüdən enir. Nərimanov danışdıqca yenə erməni Sosla, Lalayev riyakarcasına pıçıldaşırlar).
SOS-Stepan bunu əbləh hesab eləyir. Səhv eləyirmiş. Bu ki, yekə bir millətçi imiş.
LALAYEV-Amma Stepana yaman inanır.. Stepan da bunun ona inamından məharətlə istifadə eləyir.
HƏSƏN BƏY ZƏRDABİ-(Doktor Nəriman kürsüdən düşəndən sonra) Sultan Məcid Qənizadə bizim ən mütərəqqi ziyalılarımızdan biridir. O, ilk insandır ki, doğma dilimizdə məktəb açmış və dərsliklər hazırlamışdır. Onun məktəbinin məzunları artıq cəmiyyətimizdə gözəl işlər görürlər. Bu məktəbin sonuncu sinifində oxuyan bir gəncin heyrətamiz isteadadı, biliyi, qabiliyyəti haqqında çox eşitmişəm. İnanıram ki, bu gənc yaxın zamanlarda xalqımıza çox fayda verəcəkdir. İndi isə çıxış üçün sözü ona vermək istəyirəm. (Alqış sədaları altında  Məhəmməd Əminə baxır).
MƏHƏMMƏD ƏMİN-(Kürsüyə çıxır) Çox hörmətli cənablar və xanımlar! Bütün dünyaya məlumdur ki, xalqın mənəvi həyatının zənginləşməsində, gözünün açılmasında, inkişafında, çətin işlərini asan edilməsində elmin, təhsilin olduqca əhəmiyyətli rolu var. Elmin insanların həyatında misilsiz rol oynadığını hələ min üç yüz il bundan qabaq kainatın əfəndisi, sevgili Peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlahu, əleyhi və alihi və səlləm öz mübarək hədisi-şəriflərində dönə-dönə qeyd etmişdir. Bunu  Bakının qazisi möhtərəm Ağa Əlizadə də qeyd elədi. Peyğəmbərimiz bir alimin mürəkkəbinin nə qədər qiymətli olduğunu, elm Çində olsa belə onun arxasıyca getməyi  öz hümmətinə tövsiyə etmişdir. Lakin əcdadlarımız nədənsə daim oğlanları, erkək xaylağlarını təhsil, elm arxasıyca göndərmiş, qız uşaqlarının elm haqqında isə demək olar ki, fikirləşməmişdir. Nəhayət hamımızın ağsaqqalı, el atası və ümuyyətlə mənəvi atamız Hacı Zeynalabdin Tağıyev, maarifpərvər alimimiz, gözəl insan Həsənbəy Zərdabinin təşəbbüsü ilə bu xalqa ancaq ziyan gətirən, böyük zəhmətdən və əziyyətdən sonra qızlarımızın oxuması üçün inanılmaz bir şərait yaratmışdır. Biz, ziyalı gənclər, eyni zamanda bizim xocamız Sultan Məcid Qənizadə el atası Hacı Zeynalabdin Tağıyevin bu xidmətini olduqca vacib, gərəkli, eyni zamanda misilsiz bir xidmət heab edir, həm məktəbimiz, həm də bütün ziyalı gənclər, eyni zamanda xocamız adından həm Hacı Zeynalabdin Tağıyeva, həm də böyük maarifçimiz Həsənbəy Zərdabiyə, həm də bu işdə dəstək –olan hər kəsə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, başda Hacı Zeynalabdin Tağıyev olmaqla bu işdə xidməti olan bütün insanlara Uca Yaradandan Uca Yaradandan hər iki dünyada xoşbəxt, firavan həyat arzulayırıq. Bir neçə gün bundan qabaq cahil insanların Hacının bu müəzzəm əməlinə qarşı çıxdığının şahidi olduq. Bu səbəbdən də icazə versəydiz çıxışımı bir şeirlə bitirərdim:
                        Məktəb abad etdikcə açır hər guşədə min qönçə,
                        Hər çiçək  başqa-başqa ətir saçır incə-incə.
                        Nə şadəm ki, yetişib dövr, təhsil alır qızlarımız,
                        Elmi-irfanə dolur, işıqlanır gözlərimiz.
                        Boşboğazlıq eləyib, hay-küy salma Molla Xəlil,
                        Qız lisanı haram isə, göstər bizə bircə dəlil.
                        Qızların oxumağı küfr?!  Bunu yazıb hansı kitab?
                        Bir sübut göstər görüm, sonra eylə bizə xitab.
                        Bir gün gələr bu qönçələr elmdən bir çələng hörər,
                        Bu elmin hər hikməti başımıza nur səpələr.
                        Səhv edirsən Molla Xəlil, artıq böylə nida etdim,
                        Bu məktəbi abad edən Hacımıza dua etdim.
(Gurultulu alqışlar. Məhəmməd Əmin kürsüdən enir və Həsən bəy Zərdabi kürsüyə qalxır).
HƏSƏN BƏY ZƏRDABİ-Cənablar, qız məktəbinin açılması münasibətilə Hacının ünvanına Peterburqdan, İstanbuldan, Tiflisdən, Simferopoldan, Saratovadan, Xarkovdan, Ufadan, Baxçasaraydan, Kazandan, Moskva müsəlmanları adından Alimovdan, Misir darülfününün və mədrəsələrinin rəisindən, Naxçıvandan, Şamaxıdan, Şəkidən, Səlyandan və bir sıra başqa yerlərdən təbrik teleqramları gəlmişdir. Teleqramların hamısını oxumağa vaxt yoxdur, lakin onlardan birini qarşısınza oxumağı vacib bilirəm. (Teleqramı cibindən çıxarıb açır) Təsis buyurduyğunuz məktəbin güşadını xeyli zamandan bəri sükut içində intizarda qalmışıq. Bir kərrə mətləb hasil oldu. Fituhat qızlarımız, bəşarət cümləmiz. Maarif günəşi bunlara doğur. Bəşəriyyətin yansını təşkil edən tayifənin Qafqasiyyə qisminin ən böyük ehtiyac zəruriyyətləri də bu idi. “İstanbul qazisi Məhəmməd Əmin Şeyxzadə”. (Alqışlar. Həsən bəy üzünü Hacıya tutur) Çıxış üçün söz verilir Hacı Zeynalabdin Tağıyevə.. (kürsüdən düşür və Hacı kürsüyə qalxır).
HACI-Bu məktəbin guşadı barəsində sizin mənimlə bu cür həmrəy olmağınız, bu məktəbə olan məhəbbət və hissiyyatınız məni məcbur edir ki, gələcəkdə mən bu məktəbin üstündə bina etdirim və məktəbi müsəlmanlar üçün “Ünasiyyə mədrəsə rüşdiyyəsi” olmasına qərar verim. (Əlini cərgə ilə düzülmüş oğlan uşaqlarına tərəf uzadır) udur, bir baxın, bunlar müsəlman uşaqlarıdır. Rüşdiyyə məktəbində oxuyurlar. Ataları bir yerə məktub yazanda daha gedib mirzəyə pul vermirlər ki, mirzə Filənkəs, bunu mənim üçün yaz. Bu balalar gələcəyin alimləri, mühəndisləri, həkimləri, müəllimləri, vəkilləri, hüquqşünaslarıdır. Bu balaca qızlar da öz qardaşlarının yolu ilə gedəcək inşallah! Bu uşaqlar yavaş-yavaş böyük-böyük alimlərin kitablarını oxuyacaq və bir çox elmlərdən hali olacaqlar. Onu da deyim ki, bir oğlan uşağının təhsil alması bir nəfərin elmli olması deməkdi. Amma bir qız uşağının savad alması bir ailənin elmli olduğuna dəlalət eləyir. Mən sözümü burda bitirirəm və sözü balaca qızcığazlara verirəm. (Kürsüdən gurultulu alqış sədaları altında düşür və qızcığazlardan biri kürsüyə qalxır).
QIZCIĞAZ-Söz veririk ki, Hacı Zeynalabdin Tağıyevin və bizə dərs verəcək müəllimlərin adını əziz tutacaq, dərslərimizi yaxşı oxuyaraq məmləkətimiz üçün layiqli övladlara çevriləcəyik. (Kürsüdən alqış sədaları altında enir).
MƏKTƏBLİ OĞLANLAR-(Gözəl bir ahənglə Seyid Əzim Şirvaninin şeirini oxumağa başlayırlar)
                                  Ey taci sərim, xoşbəxt pədərim,
                                  Həsrət oduna yanar cigərim.
                                  Saç birdəm atəşə ab,
                                  Elmdən eylə bizi sirab.
                                  Qandır ki, məktəb darülmandır,
                                  Təhsili-elm cism üçün candır.
                                  Bizə imdad et, məktəb abad et,
                              Bizi bir dəm şad et!
(Şərqi bitdikcə Hacı alqış sədaları altında yaşıl lenti kəsir və səhnə dəyişir).
                                          IV ŞƏKİL
 İri bir otaq. Otaqda bir neçə erməni var. Onlar pıçıltı ilə nəsə danışırlar. Şaumyan səhnəyə daxil olur, ordakılar onu görən kimi ayağa qalxırlar.
SARKİSYAN-(Ona) Nə yaxşı gəldiz cənab Şaumyan! Sizin dünən Bakıdan döndüyünüzü bilirdik və sizi səbirsizliklə gözləyirdik. Şübhə eləmirik ki, Bakıdan yeni xəbərlərlə gəlmisiz. Biz sizi dinləmək istəyirik, əziz Stepan?!
ŞAUMYAN-(Bir qədər hamısını süzəndən sonra) Bakıda bizimkilər çox yaxşı hazırlıq görüblər. Bir neçə yerdə, erməni kilsəsində, məhşur karxana sahibi Lalayevin evinin zirzəmisində, onu da deyim ki, o zirzəmi çox böyükdür ki, orda da kifayət qədər silah-sursat, partlayıcı maddə və bomba gizlədilib. Əli silah tutan hər bir erməniyə naqan, tüfəng və xetyli patron verilib. Rusiya ordusunda yüksək rütbəli erməni zabitlər əllərində olan bütün imkanlardan istifadə edərək, əllərinin altında olan bütün silahlı qüvvələri hazır vəziyyətə gətiriblər. Baqramyanla, Baqdasaryanın orduları Dağıstanda mənim əmrimi gözləyirlər. Yelizavetapoldan, Şuşadan və Yerevandan aldığım məlumatlara görə oralarda da güclü hazırlıqlar görülüb və bizimkilər mənim göstərişimi gözləyirlər. Mən burda, Tiflisdə olduğu kimi adını sinfi mübarizə qoyaraq Bakı da fəhlələr qarşısında çıxışlar eləmişəm və elə fikir formalaşdırmışam ki, guya bizim davamız  çar istilasına qarşıdır. Bir həftədən sonra sizin iştirakınızla burda Tiflisdə, eyni zamanda Bakıdakı, Gəncədəki, Şuşadakı, Yerevandakı adamlarımızın başçılığı ilə həmin yerlərdə güclü üsyanlar başlayacaq. Biz bundan məharətlə istifadə etməliyik. Eyni vaxtda, gözlənilmədən, qəfilfən bütün bu şəhərlərdə soyqırıma başlamalıyıq, lakin bunu elə eləməliyik ki, çar məmurları bunu bizim tərəfimizdən törənən qətliyam kimi başa düşməsinlər, əksinə bu yerlərdə erməni əhalisinin müsəlmanların təcavüzünə məruz qaldığını, ermənilərin isə özlərini müdafiə eləməyə məcbur olduğunu düşünsünlər. 
SARKİSYAN-Bunu planlaşdırmısızmı cənab Şaumyan?
ŞAUMYAN-Təbii ki.. Bizim adamlarımız iki gündən sonra Qafqaz canişini Nakaşidzeni qətlə yetirəcək, lakin bunu elə edəcəklər ki, şandarmlar elə biləcəklər ki, bu müsəlmanlar tərəfindən törənib.
TAVAKALYAN-Axı bu necə ola bilər?
ŞAUMYAN-Çox asan. Bu terroru törədəcək adamlar müsəlmanca təmiz bilirlər. Onlar üçün müsəlmanlar arasında vurub-yıxmaqları ilə ad çıxaran qoçu geyimləri hazırlamışıq. Onlar Nakaşidzeni öldürən zaman hay-küy salacaqlar ki, Nakaşidze müsəlmanlara qarşı haqsızlıqlar eləyir, öz haqsızlıqları ilə  bizi bezikdirib, onun iyrənc əməlləri bizi təngə gətirib, daha dözə bilmirik.
NAZARYAN-Bu da öz növbəsində rus məmurları qıcıqlandıracaq və onlar şübhəsiz ki, bizdən öncə müsəlmanlara qarşı qətliyama başlayacaqlar.
ŞAUMYAN-Elədir ki, var. Burda biz elə müsəlmanlar demişkən, bir güllə ilə iki dovşan vura bilərik. İlk növbədə, daha bizə müqəddəs niyyətimizi həyata keçirməyimizə mane olmayacaq. O, başqası ilə əvəz olunana qədər isə biz çox işlər görə bilərik. Eyni zamanda, Nakaşidzenin müsəlmanlar tərəfindən öldürüldüyünü düşünən rus məmurlar, Nazaryanın dediyi kimi, buna qarşılıq olaraq qırğın zamanı bizim tərəfimizdən öldürülən türklərin hesabını nəiniki bizdən istəməyəcəklər, əksinə bizə türkləri öldürməkdə kömək eləyəcəklər. (Bir qədər susandan sonra)  Mənim əzizlərim, mənim əziz ermənilərim! Siz hamınız bu qətliyamda iştirak eləməlisiz, hamınız! Özü də türkləri sarsıtmaqdan ötrü ncə onların uşaqlarını, qadınlarını və qocalarını cürbəcür üsullarla qətlə yetirmək lazımdır. Əvvəlcə onların iç-çalatı yırtılıb-dağıdılmalı, sonra bütün əzaları kəsilib doğranmalı və parçalanmış cəsədləri başqa türklərə göstərilməlidir. Kimin nə sözü var?
TAVAKALYAN-Onların gözlərini ovub yerə tökmək, dillərini qopartmaq, hamilə qadınların döşlərini kəsmək, qarınlarını yırtıb bəbəyini çıxarıb özünə yedizdirmək, eyni zamanda həmin qadının ərinin başını kəsib onun qarnına salıb tikmək daha məqsədəuyğundur.
ŞAUMYAN-Sağ ol, Tavakalyan, bütün bunlar mənim təxəyyülümün süzgəcindən keçib. Əgər biz ermənilər bu üsullardan istifadə eləməsək, türklər bizdən qorxmayacaqlar.
NAZARYAN-Lakin bir iş də var cənab Şaumyan, Əgər bunu başqa millətlər görsə, biz vəhşi kimi ad çıxararıq, sonra bu ləkə bizim üstümüzdən silinməz.
ŞAUMYAN-Narahat olma Nazaryan, biz bu qətliyamı törədib sudan quru çıxacağıq.
NAZARYAN-Axı bu necə ola bilər?
ŞAUMYAN-Mən xüsusi adamlar hazırlamışam. Onlar rus dilində çıxan qəzetlərdə fotoşəkillər dərc edəcək və bunu ermənilərə qarşı müsəlmanlar tərəfindən törədilən soyqırım kimi bəyan edəcəklər. Müsəlmanlar göyə də çıxsalar, bu qətliyamın bizim tərəfimizdən törədildiyiyi sübuta yetirə bilməyəcəklər. Əksinə, bu onların boynunda qara ləkə kimi qalacaq və onlar heç vaxt bu ləkəni üzərlərindən silə bilməyəcəklər.
                                            V ŞƏKİL
 Mətbuat.. Məhəmməd Əmin masa arxasında oturub nəsə yazır. Müznib səhnəyə daxil olur və əlindəki kiçik bir kitabı masanın üstünə qoyur.
MƏHƏMMƏD ƏMİN-Bu nədir belə Müznib?
MÜZNİB-Ərəb-əcəm tarixçilərinin bizim Bakı haqqında yazıları.
MƏHƏMMƏD ƏMİN-(Diqqətlə baxır) Bu ki, ərəbcədi.
MÜZNİB-Hə, ərəbcədi.. Amma çox maraqlıdı. Burda bilmədiyimiz bir çox şeylər var. Əl-Bakuvinin, osmanı səyyahı Övliya Çələbinin və başqa səyyahların Bakı şəhəri haqqında olduqca dəyərli qeydləri var. Lakin ən əsası odur ki, burda Bakı əhalisinin soykökünün məhz oğuz türklərinə aid olduğu, Xəzər dənizinin isə bir vaxtlar Quz, yəni oğuz dənizi adlandırılması qeydə alınmışdır. Bundan başqa ərəb tarixçilərinin və coğrafiyaşünaslarının Bakı əhalisinin heç bir vaxt atəşpərəst olmaqları, bir zamanlar göy Tanrıya inandıqları, səkkizinci əsrin əvvəllərindən isə İslam dinini qəbul etdikləri vurğulanır. Ələlxüsus İslam coğrafiyaşünası Əl-Müqəddəsinin bu barədə olduqca ətraflı qeydləri var.  Həm də burda Bakıda lap bineyi qədimdən neft çıxardıldığı, şəhər karxanalarında neftin necə emal olunduğu, ondan cürbəcür mallar istehsal olunduğu, eyni zamanda Xəzər dənizi vasitəsilə haralara ixrac olunduğu öz əksini tapıb. Bir də ki, bəzi ağzıgöyçəklər Bakının bir fars şəhəri olduğunu iddia edirlər. Lakin bu kitabda açıq-aşkar dəlillərlə sübuta yetirilir ki, Bakı təxminən iki min beş yüz il bundan qabaq salınmış bir türk şəhəridir və farslarla heç bir bağlantısı yoxdur.
MƏHƏMMƏD ƏMİN-Doğrudan da, çox maraqlıdır. Sənin rus, fars və ingilis dillərində təmiz danışdığını bilirdim. Deməli sən ərəbcə də bilirmişsən?!
MÜZNİB-Hə. Rus dilini Bakı şəhərində doğulub böyüdüyüm üçün uşaq vaxtından mənimsəmişəm. Fars dilini mədrəsədə öyrənmişəm. İngilis dilinə görə ayrıca müəllim yanına getmişəm.  Ərəb dilini isə mənə atam öyrədib.
MƏHƏMMƏD ƏMİN-Allah atana rəhmət eləsin, Müznib! Onda tezliklə tərcümə elə, Əli bəyə, Əhməd bəyə göstər. Şübhə etmirəm ki, bizim bu ustadlarımız dərhal onu jurnalımızda dərc etmək üçün göstəriş verəcəklər,  çünki bu doğurdan olduqca vacib və əhəmiyyətlidir.
MÜZNİB-Çalışaram tez bir zamanda tərcümə eləyim.  (Bu vaxt hər tərəfdən güclü səs-küy gəlməyə başlayır. Məhəmməd Əmin ayağa qalxıb pəncərə önünə gələrək bayıra baxır.
MƏHƏMMƏD ƏMİN-Bu nədir belə? Hər tərəfdə jandarmlar var. Qarşılarına çıxanı tutub aparırlar. Özü də yalnız müsəlmanları. Burda nəsə var.
MÜZNİB-Bu dəqiqə öyrənərəm. (Çıxır).
MƏHƏMMƏD ƏMİN-(Pəncərə önündən çəkilmir. Özü-özünə) Burda nəsə təxribat var, bu çox təhlükəlidir, bu məni çox narahat eləyir.(Bir qədər keçəndən sonra Müznib qayıdır).
MÜZNİB-(Həyəcan içində) Qubernatoru öldürüblər.
MƏHƏMMƏD ƏMİN-Bunu kim eləyib?
MÜZNİB-(Köksünü ötürür) Bilmək olmur. Görənlər deyir ki, onlar qoçu geyimində idilər. Yəni quzu dərindən qazamatı papaq, çərkəzi çuxa, uzunboğaz çəkmələr. Özü də müsəlman dilində danışırdılar.
MƏHƏMMƏD ƏMİN-Səbəb?
MÜZNİB-Guya qubernatoru öldürənlər çığır-bağır salıblarmış. ki, qubernator müsəlmanlara zülm eləyir, ona görə də o yaşamamalıdır. İndi dəJandarmların əlinə yaxşı bəhanə keçib. Kimin başında quzu dərisindən papaq, əynində çərkəzi çuxa var, yaxalayıb döyə-döyə idarələrinə aparırlar.
MƏHƏMMƏD ƏMİN-Bəs həmin qoçuları tanıyam olubmu?
MÜZNİB-(Başını bulayır) Yox..
MƏHƏMMƏD ƏMİN-Bax, elə bu da şübhə doğurur. Çünki Bakının müsəlman əhalisi Bakıdakı qoçuların hamısını əla tanıyır. Deməli, burda nəsə var. Bura bax Müznib, sən Ağakərimi yaxşı tanıyırsan. Mən onunla görüşməliyəm, özü də tez bir zamanda.
MÜZNİB-Mən onu taparam.
MƏHƏMMƏD ƏMİN-Ehtiyatlı ol!
MÜZNİB-Arxayın ol! (Çıxır).
MƏHƏMMƏD ƏMİN-(Tək) Bu ermənilərin işidi. Mən buna əminəm. Özü də mən bilirəm bu hansı daşın altından çıxır. Yüz faiz əminəm ki, bu işin başında Şaumyan dayanıb, şeytan Şaumyan.  (Yenə pəncərədən baxır. Bir qədər sonra Əhməd bəy Ağa oğlu içəri girir və Məhəmməd Əminə bir söz demədən olduqca qəzəbli və məyus halda kətildə oturur. Bir qədər sükunət hökm sürür, nəhayət Əhməd bəy üzünü MOəhəmməd Əminə tutur) Sən çox gənc olsan da, şuurun çox iti işləyir. Yəqin bunun kimlər tərəfindən törədildiyini anlamısan.
MƏHƏMMƏD ƏMİN-(Başını tərpədir) Bəli Əhməd bəy, anlamışam.
ƏHMƏD BƏY-Ermənilər öz iyrənc niyyətlərini həyata keçirməkdən ötrü hər vasitəyə əl atırlar. Belə görürəm ki, onlar şeytana, şeytan da onlara xidmət eləyir. (Məhəmməd Əmin) Nə fikirdəsən Məhəmməd Əmin?
MƏHƏMMƏD ƏMİN-Mən on dörd yaşından Bakıdayam, deməli yeddi ildir. Burdakı müsəlman əhalinin əksəriyyətini tanımağa başlamışam. Lakin qoçu Ağakərimi elə Bakıya təzə gəldiyim vaxtlardan tanıyıram. O çox zirək adamdır, Bakının cikinə də, bikinə də bələddir, bir sözlə, Bakı həyatının görünən və görünməz tərəfini yaxşı görür. Ona görə də mən Müznibə onu tapmağı tapşırdım.
ƏHMƏD BƏY-Bu işini də çox bəyəndim, Məhəmməd Əmin. (Bu vaxt iki nəfər jandarm içəri girir).
I JANDARM-(rus dilində) Qalabəyidən göstəriş almışıq, müsəlmanlara aid bütün qəzet-jurnallar bağlanmalıdır.
ƏHMƏD BƏY-İcazə versəydiz bir sual verərdim?
I JANDARM-Ver görək?!
ƏHMƏD BƏY-Qatilləri həbs eləmisizmi?
I JANDARM-Bunun məsələyə heç bir adiyyatı yoxdu.
ƏHMƏD BƏY-Bu qanunsuzluğu..
I JANDARM- Bura baxın, bizə qanundan dərs verməyin, biz qanunun özüyük.
ƏHMƏD BƏY-Amma qanunun əleyhinə gedirsiz.
I JANDARM- Bura baxın, dilinizi qarnınıza qoysaz, hər halda sizin üçün yaxşı olar. Bəlkə bu qətldə elə sizin əliniz var.
MƏHƏMMƏD ƏMİN-Biz hardan bilək ki, bu qətldə sizin əliniz yoxdu.
I JANDARM-(Ona yaxınlaşır) Bura bax cavan oğıan, deyəsən barmaqlıqlar arasına düşmək istəyirsən axı!
MƏHƏMMƏD ƏMİN-Məni barmaqlıqlarla qorxutmayın. Görürəm artıq yüzlərlə günahsız müsəlmanı həbs eləmisiz, mən onlardan artıq deyiləm. Amma onu da bilin ki, müsəlmanlar sizin düşündüyünüz qədər də aciz deyil.
I JANDARM-(Cibindən qandal çıxarır) İndi səni də qandallayaram, ağlın başına gələr. (Qandalları Məhəmməd Əminin qollarına vurmaq istəyir).
ƏHMƏD BƏY-(İrəli gəlir) Toxunma ona! (Bu vaxt qoçu Ağakərimlə Müznib səhnəyə daxil olurlar).
AĞAKƏRİM-(Tapançasını çıxarıb jandarmın üstünə tuşlayır) Geriyə çəkil, yoxsa beynini dağıdaram! (İkinci jandarm əlini tapançasına atmaq istəyəndə Müznib cəld tapançasını ona tərəf tuşlayır. Birinci jandarm vəziyyəti belə görüb geri çəkilir. (Ağakərim səhnə arxasına səslənir) Gətirin bura! (İki nəfər qoçu qiyafəsinə bürünmüş ermənini səhnəyə gətirirlər. Ağakərim üzünü Məhəmməd Əminlə Əhməd bəyə tutur) Mən burda, yaxında idim. Müznib mənə vəziyyəti anladandan sonra dərhal izə düşdüm və bir az bundan qabaq yaxaladım. Hələ də qoçu geyimində idi. Dedim kəlmeyi-şəhadətini de! Dili-dodağı titrəyə-titrəyə baxdı üzümə. Sonra yaxasını açdım (erməninin yaxasını açıb göstərir) Gördüm erməni xaçı var. (Erməniyə) Hə, danış görək, əgər bir kəlmə yalan danışsan, səni elə bu jandarmların gözü qarşısında parçalayacağam.
Hamı bilir ki, mən Allahdan başqa kimsədən qorxmuram. Hə, danış, tez ol!
ERMƏNİ-(Titrəyə-titrəyə, aşqa səslə) Müsəlman dilini yaxşı bildiyimiz üçün bizi Lalayev silahlandırıb və geyindirib.
ƏHMƏD BƏY-Nakaşidzeni öldürməkdə fikriniz söz yox ki, bu günahı müsəlmanların üstünə yıxıb onları gözdən salmaq və çar məmurlarını onların üstünə qaldırmaq idi, düzdümü?! (erməni susur).
AĞAKƏRİM-Cavab ver, yoxsa beynini qatığa döndərərəm.
ERMƏNİ-(Bir qədər sonra) Elədir.
ƏHMƏD BƏY-(Jandarmlara) Artıq şərhə ehtiyac yoxdur ki?!
I JANDARM-Bunun bir nömrə olmadığını sübut eləyəsiz gərək.
MƏHƏMMƏD ƏMİN-(Ona) Bu sizin işinizdir.
I JANDARM-Nə?
MƏHƏMMƏD ƏMİN-Sübuta yetirin ki, bu bir nömrədir. Axı siz huquq mühafizəçisiz, biz yox..
I JANDARM –Eybi yox, mütləq sübuta yetirərik.
AĞAKƏRİM-(Ermənini masa arxasına çəkir. Erməni bağırır. Ağakərim üzünü jandarma tutur) Buna da sübut lazımdır, görmürsən o sünnət olunmayıb?! Əgər bir qram dərrakən varsa, bilməlisən ki, müsəlmanlar uşaq vaxtından sünnət olunurlar. (Səsini qaldırır) Buna da məgər sübut lazımdır?! Cürbəcür bəhanələr gətirib özünüzdən hoqqa çıxarmayın. Bunu yanında üç nəfər də varmış. Tez zamanda onlarında ələ keçirdəcəyəm, onda daha heç bir bəhanəniz qalmayacaq.
ƏHMƏD BƏY-Daha bəhanəniz qalmayacaq. Ona görə də günahsız yerə həbs elədiyiniz müsəlmanları zəhmət çəkib azad edin!
I JANDARM-Bu mənim səlahiyyətimdə deyil.
ƏHMƏD BƏY-Bəs kimin səlahiyyətindədir?
I JANDARM-Qalabəyi Martınovun..
AĞAKƏRİM-Onda aparaq onu Martınovun yanına. (Jandarmlara) Amma siz də bizimlə gedəcəksiz, yoxsa işlər tamam tərsinə dönər. (Jandarmlar qorxu içində olduqları üçün onunla razılaşırlar).
ƏHMƏD BƏY-Özünüz də daha müsəlman redaksiyalarını yox, erməni redaksiyalarını bağlayın!
I JANDARM-Bu da bizim səlahiyyətimiz də deyil.
ƏHMƏD BƏY-Ermənilər nə hoqqa istəsələr çıxaracaqlar, onlara qarşı cəza tədbirləri görmək lazım gələndə, deyirsiz bu bizim səlahiyyətimizdə deyil, yalnız günahsız müsəlmanları həbs eləmək isə sizin səlahiyyətinizdədir?!  Çünki müsəlmanların daşı çox ağırdı, düşüb sizin başınıza. Onu da bilin ki, nə qədər çalışsaz da, bizi əzə bilməyəcəksiz. (Jandarm söz tapa bilmir.  Ağakərim sürüyə-sürüyə ermənini aparır. Müznib, onlarla bərabər iki nəfər  və jandarmlar səhnəni tərk edir. Məhəmməd Əminlə Əhməd bəy isə orda qalırlar. Bir qədər sonra Maral ana səhnəyə daxil olur).
MARAL ANA-(Məhəmməd Əminə tərəf gəlir) Ay bala, ay sənə qurban olum, şükür, şükür ki, sağ-salamatsan. Dedilər şəhərdə qarışıqlıq düşüb, özü də müsəlmanları durduqları yerdə tutub aparırlar, elə nigaran qaldım ki.. Buranı da gəlib güclə tapmışam.
MƏHƏMMƏD ƏMİN-Məndən nigaran qalma ana, bilirsən ki, məni dəyirmana ölü salsalar, diri çıxaram.
MARAL ANA-Ay bala, zəmanə pisdi, bu kafirlərin allahı yoxdu, sənə xətər toxundurarlar. Bax mən qoca arvadam, amma indi yol boyu gəldikcə mənə elə tərs-tərs baxırdılar ki, canımı vahimə bürüyürdü. Elə bil quduz itdilər. Atan da burda yoxdu, səhər tezdən Novxanıya gedib. Bacın da səndən çox nigarandır. (Əhməd bəyə baxır) Bağışla qardaş, o qədər həyəcanlıyam ki, bəzi ədəb qaydalarını yaddan çıxarmışam. Üzrlü hesab elə qardaş, bir az ucadan danışdım.
ƏHMƏD BƏY-Anaların səsi ucalanda daha da şirin olur. Analar o qədər müqəddəsdirlər ki, sevgili Peyğəmbərmiz əleyhissəlatu vəssəlləm cənnəti onların ayağının altına sərib.
MARAL ANA-Çox sağ ol, qardaş, çox sağ ol! Allah ömrünü uzun eləsin! (Məhəmməd Əminə) Yaxşı, gəl gedək!
MƏHƏMMƏD ƏMİN-Sən get ana, mənim burda işlərim var, özü də məndən nigaran qalma.
MARAL ANA-(Başını bulayır) Onsuz da səni yola gətirmək mümkün deyil. Yaxşı, mən gedim. (Əhməd bəyə) Sağ ol, qardaş!
ƏHMƏD BƏY-Sağ ol, ana! (Maral ana çıxır. Əhməd bəy üzünü Məhəmməd Əminə tutur) Anan müqəddəs insandır. Nümunəvi anadır. Mən ona heyran oldum.
MƏHƏMMƏD ƏMİN-O, mənim doğma anam deyil.
ƏHMƏD BƏY-(Təəccüblə) Doğma anan deyil?
MƏHƏMMƏD ƏMİN-(Başını bulayır) Xeyr Əhməd bəy. Doğma anam rəhmətə gedəndə məniim dörd, bacımın iki yaşı vardı. Anam qəfildən öldü, biz körpələr ana istiliyindən, ana hərarətindən, ana qucağından məhrum olduq. Çox balaca idim, amma anamın ölümünə inana bilmirdim. Elə bilirdim bu dəqiqə qapı açılacaq, anam içəri girəcək. Nə isə... Düz iki il anasız qaldıq, nəhayət, atam bizim çox xiffət çəkdiyimizi görüb Maral ananı alıb gətirdi. O isə bizə elə qayğı göstərdi ki, biz tez bir zaman içində anasızlığı unudaraq onun isti ağuşuna sığındıq. O bizi əzizləyib bağrına basdı, nəvaziş göstərdi ki, görənlər, bilənlər heyran oldular. Əhməd bəy, təsəvvür eləyin ki, mənim indi iyirmi bir yaşım var, indinin özündə də gecə yatanda əgər üstüm açılıbsa, gəlib üstümü örtür, başımı sığallayır, mən xəstələnəndə göz yaşı töküb ağlayır, deyir ki, oğlum, Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. (Gözləri yaşarmış) Mən onu doğma hesab eləyirəm Əhməd bəy, yanımda ögey ana ifadəsi işlədiləndə dəhşətə gəlirəm və Allahıma şükür eləyirəm ki, məni bu cür əməlisaleh bir insanla qarşılaşdırıb. Düzdü, o məni doğmayıb, lakin Əhməd bəy, sizin bir az bundan qabaq dediyiniz kimi, Rəsulllahın mübarək hədisi-şərifinədə deyildiyi kimi cənnət həm də Maral ana kimi anaların ayağları altındadır.
                                   VI ŞƏKİL
 Yarıqaranlıq bir oda. Burda beş nəfər erməni var. Onlar çox pərişan halda kətillərin üstündə oturublar. Şaumyan içəri girir. Ermənilər dərhal ayağa qalxır.
ŞAUMYAN-(Əli ilə işarə edir) Oturun! (Ermənilər oturur) Alınmadı... Görünür ki, türklər bizim düşündüyümüz kimi səfeh deyillərmiş.
LALAYEV-Neyləmək fikrindəsən əziz Stepan?
ŞAUMYAN-Hələ bir qərar qəbul eləməmişəm.
SARKİSYAN-Yəqin budəfə ki, qərarınız daha mükəmməl olar.
ŞAUMYAN-Bilmirəm?!
SARKİSYAN-Belə görünür ki, düşmənlərin arasında düşünən beyinlər var. ŞAUMYAN-(Cibindən qəzet çıxarır) Əlbəttə var, bir baxın iyirmi bir yaşlı türk nə yazır. (Oxuyur) “Ermənilər zatən minsifətli olan din xadimlərinin, eyni zamanda riyakar liderlərinin zəhərli üfürtüsü ilə Daşnaksutyun deyilən çibanlarını irinilə həddindən artıq şişirtdikləri üçün çiban vaxtından qabaq partlayıb irinini ətrafa yaymağa başlayıb və Qafqazın hər bölgəsində müsəlman-türkləri irin püskürtüsünə tutmaq istəyirlər. Lakin irin elə irindir, o natəmizlik doğuntusudur, təmiz yerlərdə bir qələt eləyə bilmir, sağlam, saf və təmiz hüceyrələr onu yaxına buraxmırlar, sərrast atəşlərilə yandırıb məhv edirlər. Daşnak-sutyunun məkri bu dəfə baş tutmadı, qubernatoru öldürərək bunu müsəlmanların boynuna yıxmaq planları alt-üst oldu, müsəlman igidlər tərəfindən qatillər ələ keçdi və onların məhz daşnak-sutyunun üzvləri olduğu aşkarlandı. Daşnak-sutyunun liderlərinin böyük Ermənistan yaratmaq xülyaları yenə xülya olaraq qaldı və biz əminik ki, qiyamətə qədər də xülya olaraq qalacaq”. “Həyat” qəzeti, Məhəmməd Əmin Rəsulzadə.
LALAYEV-Bəlkə elə öncə bu alçağı silmək məsləhətdi.
ŞAUMYAN-Son hadisələr göstərdi ki, o düşünən beyinlər iki-üç nəfər deyil. Bunu silməklə yəqin ki, işlər düzəlməyəcək. Çünki o, turançılıq, türkçülük ideyasını yaymaqda çox bacarıqlı adamların sadəcə olaraq yetişdirməsidi. (Yumruğunu düyünləyir) Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topşubaşov və ilaxır. Bunlar həm də osmanlılarla bir ittifaq yaradıblar. Özü də məsələ burasındadır ki, bu işdə onları maliyyələşdirənlər var.
LALAYEV-Kimdir onlar?
ŞAUMYAN-Elə birinin adını çəkmək kifayətdir, məsələn, Tağıyev, onların mətbuat orqanları açmağına, qəzet-jurnallar buraxmağına, bir sözlə turançılıq, türkçülük ideyasını bütün aləmə yaymağlarına istədikləri qədər vəsait buraxır.
SARKİSYAN-Bu Tağıyev bizi lap boğaza yığıb. Məncə elə onu da təmizləməyin vaxtı yetişib.
ŞAUMYAN-Mənasız danışırsan, Sarkisyan. Tağıyevə qarşı törədilən terror bütün Rusiyanı ayağa qaldırar. Məgər bilmirsən ki, onun çarın yanında kreslosu var, Rusiyada qızıl günbəzli kilsə inşa elətdirib. Əgər ona qarşı nəsə törətsək, çar məmurları bunun üstünü açmaq üçün əllərindən gələni edərlər. Onda bizim planlarımız tamamilə batıb-gedər. (Bir qədər sonra) Biz səhv elədik mənim əziz ermənilərim. Lakin mən elə bir səhv buraxmışam ki, bunu özümə heç cürə bağışlaya bilmirəm.
SARKİSYAN-O nə səhvdir elə əziz Stepan? Mən Qori mahalında doğulmuşam, lakin Tiflisdə böyümüşəm. (Kinayə ilə gülür) Bir müsəlmanın himayəsi ilə təhsil də almışam, özüm də müsəlmanca təmiz danışıram. Lakin ən böyük axmaqlığım olub ki, özümün erməni olduğumu bəyan eləmişəm. (Bir qədər sonra) Əgər özümü müsəlman kimi qələmə versəydim, yəqin ki, planlarımızın həyata keçməsi üçün daha heç bir maneə olmazdı.
LALAYEV-Lakin mən bildiyim qədər bir sıra müsəlmanlar, məsələn doktor Nəriman, Əzizbəyov və başqaları sizə çox inanırlar.
ŞAUMYAN-Elədir, inanırlar, onlar məni inqilabi hərəkatın ən fəal üzvülərindən və səmimi qəlbdən sinfi mübarizə aparan qətiyyətli, əzmkar bir yoldaş hesab edirlər. Lakin bu çox azdır, çünki nə olursa-olsun onların gözündə mən bir erməniyəm. Yox əgər müsəlman qiyafəsində olsaydım, əks sinfin nümayəndələri belə mənim “Daşnak-syutun”un üzvü olduğumdan qətiyyən şübhələnməyəcəkdilər. Məsələn doktor Nəriman əks sinfin adamları arasında da böyük nüfuz qazanıb. Baxmayaraq ki, o, onların hər cəhətdən rəqibidir.
SARKİSYAN-Siz yalandan İslam dinini qəbul eləyə bilərsiz..
ŞAUMYAN-(Qəribə şəkildə gülümsəyir) Ah əzizim Sarkis, sözün açığı sənin b u qədər sadəlövh olduğunu heç düşünməzdim.
SARKİSYAN-Nəyə görə?
ŞAUMYAN-İslam dinini qəbul edən xristianlarla tanışlığın varmı?
SARKİSYAN-(Başını bulayır) Yox..
ŞAUMYAN-Ancaq mən bir neçəsini tanıyıram. Onlar anadan müsəlman doğulanlardan qat-qat artıq ibadətlə məşğul olurlar, gündə yüz rükət namaz qılır, elə hey Quran oxuyur və Allaha dua edirlər. İslam dini çox ağır dindir, ora hətta saxtakarcasına soxulmaq çox çətindir. Bundan əlavə mən İslam dininə o qədər nifrət edirəm ki, onun süni köynəyini belə geyinsəm, havalana bilərəm. Bundan əlavə, sən Qafqazdakı bütün erməniləri necə inandıra bilərsən ki, Şaumyan yalandan Tanrının təkliyinə şəhadət verib. Birdə ki, elə ilk növbədə məni tanıyan bütün xristianlar mənə düşmən olarlar. Bundan başqa da, bizim (gülür) inqilabi-demokratik proqramımızda din məfhumu yoxdur. Bu firqədən olanlar elə bilirlər ki, mən də onlar kimi əbləhəm.
LALAYEV-Mənim bir planım var, cənab Şaumyan!
ŞAUMYAN-Buyur görək?!
LALAYEV-Armyanski küçəsindəki erməni məktəbində təhsil alan bir neçə erməni uşağını öldürmək.
ŞAUMYAN-Sən nə danışırsan,səni eşşək qapıb nədir?
LALAYEV-Məni eşşək qapmayıb əziz Stepan, bunu elə həyata keçirmək lazımdır ki, guya bunu müsəlmanlar bizdən intiqam almaq məqsədilə törədiblər.
ŞAUMYAN-Erməni uşaqlarını öldürmək? Nə dediyini anlayırsanmı Lalayev?!
LALAYEV-Düzdü, beş-altı erməni uşağı öləcək, lakin yüz minlərlə erməninin nəhayət ki, torpaqı, vətəni olacaq. Əgər belə bir hadisə baş versə, biz bütün dünyanı ayağa qaldıraraq, türklər tərəfindən zülmə, soyqırıma, təcavüzə məruz qaldığımızı sübut eləyə bilərik. O zaman tək xristian dünyası deyil, başqa dinlərə mənsub olanlar da bizim tərəfimizdə olar.  Bax bu zaman bizim yüz illərdir xülya olaraq qalan böyük Ermənistan planımız yüz faiz həyata keçər.
ŞAUMYAN-Türklər qubernatorun qətli ilə bağlı planımızı məhv etdilər. Jandarmeriya idarəsinə, hətta qalabəyinin özünə bunun biz ermənilər tərəfindən həyata keçdiyini sübuta yetirdilər. Sənin dediyin planla hərəkət etsək, Jandarmeriya idarəsi bizə inanacaqmı?!
LALAYEV-Ölmüş erməni uşaqlarının cəsədləri elə dəlil olacaq ki, burda şübhə üçün heç bir yer qalmayacaq.
ŞAUMYAN-(Bir qədər sonra) Hələ qəti qərar verə bilmərəm. Erməni uşaqlarının ölümü mənim ürəyimə ağır zərbə vura bilər.
LALAYEV-Lakin bütün türk uşaqlarının kökünü kəsməyə əlimizdə bəhanə olar. Bax, bu zaman biz türklərin yer üzündə yaşamağını haram edərik, onları qırıb Xəzərə, Kürə, Araza, Qara dənizə, Aralıq dənizinə tökərik. Daha tərtib etdiyimiz xəritəyə baxıb ah çəkmərik. Aralıq dənizindən Xəzərə kimi hər yer bizə məxsus olar.
ŞAUMYAN-Yaxşı, qoy sən deyən olsun. Lakin bu işdə çox ehtiyatlı olmaq lazımdır. Gərək bu qətli həyata keçirənlər müsəlman dilində təmiz bilən adamlarımız həyata keçirsinlər, bu dəfə əvvəlkilər kimi özlərini qoçuların əlinə verməsinlər. Yoxsa hər şey alt-üst olar. Onu da bilin ki, bu işdə tamamilə tələsmək olmaz. Biz qadınlarımızdan da imkan daxilində istifadə etməliyik. Onlar da hər cür qiyafəyə düşməyi bacarmalıdılar. Tarix boyu qadınlarımız erməni xalqının firavan yaşaması üçün hər qılığa giriblər. Bundan əlavə biz xristian dinindən də hər zaman bir siyasət kimi istifadə etməliyik, əks təqdirdə heç bir şeyə nail ola bilmərik.
                         VII ŞƏKİL
İri bir ziyafət zalı. Təxminən beş cüt qadın və kişi “vals” musiqisi ilə rəqs edirlər. Erməni qadın Haykanuş, Rus Hərbi Məhkəməsinin prokuroru Lukyanin ilə rəqs edir.
LUKYANİN-(Ucadan Haykanuşa) Niyə adınızı söyləmirsiz?
HAYKANUŞ-(Ucadan) Xoşunuza gəlirəmsə adımı söyləyə bilərəm.
LUKYANİN-Çox xoşuma gəlirsiz.
HAYKANUŞ-Adım Haykanuşdur.
LUKYANİN-Görürəm ki, müsəlman deyilsiz?!
HAYKANUŞ-Heç mən azadlığları ərləri tərəfindən zəncirlənən müsəlman qadınlara bənzəyirəmmi?!
LUKYANİN-Elə buna görə də müsəlman olmadığınızı dərhal anladım. Görünür ermənisiz?!
HAYKANUŞ-Hə, erməniyəm.
LUKYANİN-Erməni qadınlar çox  cazibədardır, lakin siz bir möcüzəsiz. Sözün açığı deyəsən yavaş-yavaş məni heyrətə gətirirsiz.
HAYKANUŞ-Amma mən eşitdiyimə görə siz evlisiz?!
LUKYANİN-Arvadım Peterburqdadır, buna görə də artıq altı aydır ki, burda xalis subayam. Ondan ötrü də sizin kimi cazibədar qadına çox ehtiyacım var. (Musiqi bitdiyi üçün əl-ələ tutub kənara çəkilirlər və xidmətçinin məcməyidən şərab götürürlər. Lukyanin badəsini Haykanuşun badəsinə vurur) Sizin sağlığınıza! (İçirlər) Bakıda çoxdan yaşayırsız?
HAYKANUŞ-Valideynlərim mən uşaq olanda Bakıya köçüblər..
LUKYANİN-Altı aydır burda vəzifəyə təyin olunmuşam, görürəm burda müsəlmanlar qədər də olmasa, xeyli erməni yaşayır. Lakin məni bir şey təəcübləndirir, niyə üç yüz minlik Bakıda cəmisi bir dənə erməni kilsəsi var, amma müsəlman məscidi yüzlərlədir.
HAYKANUŞ-Bu vəhşilər xristianlara düşməndilər, bizim hər cəhətdən qarşımızı alırlar. Görürsüz Bakıda elə cəmisi bir dənə də pravoslav kilsəsi var. Bu müsəlmanlar ruslara qarşı da haqsızlıqlar eləyirlər. Məgər siz bunun şahidi olmamısız?
LUKYANİN-(Başını bulayır. Ucadan) Yox.. Sözün düzü burda olduğum altı ay müddətində heç vaxt belə şeylərin şahidi olmamışam.
HAYKANUŞ-(Səsini bir az da qaldırır) Amma olacaqsız və bunların necə vəhşi olduqlarına əmin olacaqsız. (Bu vaxt bir çinovnik səhnəyə daxil olub Lukyaninə yaxınlaşır və qulağına nəsə deyir. Lukyanin olduqca narahat halda əlini yuxarı qaldırır) Hörmətli ziyafət iştirakçıları məlum bir səbəbdən ziyafətimiz sona yetir. Xahiş edirəm, evlərinizə dağılasız. Lakin çox ehtiyatlı olun! Çünki indi aldığım məlumata görə şəhərdə müsəlmanlar azğınlaşıb və o qədər insanlığlarını itiriblər ki, Armyanski küçəsində yerləşən ermənilərə aid realnı məktəbə girib iyirmidən çox günahsız ermənii uşağını vəhşicəsinə qətlə yetiriblər. Yəqin ki, indi Qalabəyi Martınov şəhərin bütün küçələrinə polis dəstələri təyin eləyib. Lakin hər ehtimala qarşı ehtiyatlı olun ki, yırtıcılaşmış müsəlmanların caynağına keçməyəsiz.
HAYKANUŞ-(Ona)İndi mənə inandınızmı? (Lukyanin bir söz demədən səhnəni tərk edir və onun ardınca bütün ziyafət iştirakçıları başlarını bulaya-bulaya səhnəni tərk edirlər. Haykanuş isə riyakarcasına gülə-gülə bir neçə saniyə orda qalır, lakin sonra o da səhnəni tərk edir).
                                        VIII ŞƏKİL
Məhəmməd Əmin qolları qandallanmış halda prokurorluğa gətirilir. Lukyanin burdadır. Polislər Məhəmməd Əmini kətildə otuzdururlar. Lukyanin əli ilə onlara “çıxın” işarəsini verir. Polislər səhnədən çıxırlar.
LUKYANİN-(Üzünü Məhəmməd Əminə tutur) Aldığım məlumata görə bu insanlığa sığmayan qətliyamın təşkilatçısı sənsən. Lakin mən əminəm ki, sənin başbilənin var. Kimdir o?
MƏHƏMMƏD ƏMİN-Sizə bu məlumatı kim verib?
LUKYANİN-Onun sənə dəxli yoxdur. Sualıma cavab ver! Həm də qatillərin yerini de! Yoxsa cəzan o qədər ağır olacaq ki, atanın, ananın belə kim olduğunu unudacaqsan.
MƏHƏMMƏD ƏMİN-Siz özünüz də çox yaxşı bilirsiz ki, bu qətliyam məhz ermənilərin özləri tərəfindən törədilib. Lakin hansı səbəblərə görəsə bunu müsəlmanların boynuna atırsız.
LUKYANİN-(Ona yaxınlaşıb bağırır) Qatillər müsəlmanca danışırmış, əyinlərində müsəlman geyimləri varimiş.
MƏHƏMMƏD ƏMİN-Nə olsun, iki həftə bundan qabaq qubernatoru öldürənlər də müsəlman qiyafəsində imişlər və müsəlmanca danışırlarmış. Lakin biz sübuta yetirdik ki, qatillər ermənidir. Bakıda yaşayan ermənilərin əksəriyyəti müsəlmanca təmiz danışa bilir və müsəlmanlar kimi qaragöz, qaraqaşdılar. O ki, qaldı qiyafə dəyişməyinə, bu çox asan bir şeydir. Özü də izn versəydiz mən sizə bir sual verərdim, nəyə görə qatillər həbs olunmayıb?
LUKYANİN-(Əvvəlkindən də möhkəm bağırır) Kəs səsini! Mənə sual verənə bax! Başına bir oyun açaram ki, dilin həmişəlik tutular.
MƏHƏMMƏD ƏMİN-Yaxşı deyirlər, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Mən ermənilərin fitnələrinə, riyakarlığlarına qarşı mətbuatda publisistik çıxışlar edirəm, bu onları çox qorxudur. Qorxurlar ki, böyük Ermənistan yaratmaq kimi iyrənc niyyətlərinə nail ola bilməzlər.  Ona görə də özlərinin törətdikləri cinayətləri mənim və mənim məslək yoldaşlarımın üzərinə atmaq istəyirlər. Siz də onlardan rüşvət alıb onlara havadarlıq edirsiniz. Özü də mənim üstümə bağırmayın! Sizdən qorxan yoxdur. Onu da bilin ki, biz müsəlmanıq, haqq yolunda nə ölümdən, nə zindandan, nə də başqa bir şeydən qorxarıq. Siz aciz və cılız bir məmursuz ki, əsil cinayətkarları tapmaq əvəzinə tülkü görmüş xoruz kimi hay-küy salırsız. Sizi qorxutmuram, amma xəbərdarlıq edirəm, ermənilərin fitvası ilə müsəlmanlara, o cümlədən mənə atdığınız böhtana görə peşiman olacaqsız.
LUKYANİN-(Gözləri kəlləsinə çıxmış halda) Mən peşman olacam? (Bu vaxt bayırdan səslər gəlir. Lukyanin həyəcan içində qulaqlarını şəkləyir) bu nə səslərdi belə? (Elə bu zaman Əhməd bəy Ağaoğlu bir neçə jandarmla səhnəyə girir).
ƏHMƏD BƏY-(Lukyaninə) Bəli sən peşman olacaqsan! (Lukyanin  qaşları çatılır)  Erməni uşaqlarını məhz dörd dənə erməni, müsəlmanca təmiz danışan dörd erməni qətlə yetirib. Çox yaxşı ki, həmin sinifdə təhsil alan erməni uşaqlardan biri partanın altına girdiyi üçün sağ qalıbmış və qatillərin çaşaraq erməni dilində danışdıqlarını eşidib. Özü–öz dililə müfəttişlərə ifadə verib. Bundan başqa ordakı müəllimlərin biri də onlardan birini tanıdığını söylədi. Lakin əfsuslar olsun ki, onlar Jandarmeriya idarəsinin əməkdaşları tərəfindən həbsə alınarkən naməlum şəxslər tərəfindən öldürüldülər. Ancaq buna baxmayaraq qatillərin məhz onlar olduğu açıq-aşkar sübuta yetirildi. Cənab Lukyanin, siz  bu işin içində olmusuz, daşnaksutyunun liderlərindən külli miqdarda pul alıb erməni qadın Haykanuşla bilərəkdən təşkil etdiyiniz ziyafətdə   əla bir oyun oynamısız.
LUKYANİN-Mən çar məmuruyam, prokuroram, mənə atdığınız böhtana görə sizi ölüm cəzası gözləyir.
ƏHMƏD BƏY-Məni ölüm cəzası gözləmir, çünki bizim əlimizdə sübut var. (Səsini qaldırır) Gətirin! (İki nəfər jandarm səhnə arxasından Haykanuşu gətirir. Lukyaninin gözləri kəlləsinə çıxır. Haykanuş başını aşağı salıb. Əhməd bəy üzünü ona tutur) Danış görək!
HAYKANUŞ-Nə danışım? Onsuz da hər şeyi bilirsiz. Daşnak-sutyunun liderləri buna iki yüz min pul vermişdilər ki, törədəcəkləri cinayəti müsəlmanların boynuna yıxmaqda, eyni zamanda bu qətliyamın təşkilatçısının Rəsulzadə oilduğunu sübut eləməkdə onlara kömək eləsin.  Əvvəldən hər şeyi planlaşdırmışdılar. Bu bir ziyafət təşkil elədi və orda mən bunun məşuqəsinə çevrildim. Bu alçaq həmin gecə mənimlə yatağa uzandı, sonra isə... (qəzəblə) Sonra isə mənə vəd etdiyi on mini mənə vermədi, hələ üstəlik də məndən iyrəndi.. Məni aşağıladı, təhqir elədi. (Başı ilə Əhməd bəyə işarə edir) Mən özüm bunu müsəlmanlara bildirdim, onlar da dərhal Jandarmeriya idarəsinə xəbər verdilər   (Lukyaninin üzünə tüpürür) Sən mənim əlimə su tökməyə yaramazsan, sən kişisən bəyəm?! Arvaddan da betərsən.
LUKYANİN-Bəs belə?! Fahişə... Sən özünü nə hesab edirsən?! Yoxsa elə bilirdin ki, sənin kimi iyrənc birini özümə məşuqə edəcəm?!
HAYKANUŞ-(Bir də onun üzünə tüpürür) Tfu sənə, kərtənkələ.
ƏHMƏD BƏY-(Jandarmlara baxır) Nəyi gözləyirsiz?! Hər şey açıq-aşkar sübuta yetdi! (Məhəmməd Əmini göstərir) Açın onun qollarını! (Lukyanini göstərir) Və bu xaini qandallayın! (Jandarmlar özləri də istəmədən yaxınlaşıb Məhəmməd Əminin qollarından qanidalları açıb  Lukyaninin qollarına vururaq aparırlar. Haykanuş da onlarla gedir).
MƏHƏMMƏD ƏMİN-(Əhməd bəyi bağrına basır) Çox sağ ol ustad.
ƏHMƏD BƏY-(Onun çiyinlərində tutur) Sən də sağ ol, Məhəmməd Əmin! Lakin bundan sonra ehtiyatlı ol! Onlar səni aradan götürməkdən ötrü əllərindən gələni əsirgəməyəcəklər. Sən isə bizə çox lazımsan. Xalqımızın gələcəyi, rifahı azadlığı üçün.
MƏHƏMMƏD ƏMİN-Mən sizsiz qanadsız quşam, ustad. Məni siz yetişdirdiz, hürriyyətin, istiqlalın nə olduğunu Əli bəylə siz mənə anlatdız Əhməd bəy. Məndə vətənpərvərlik hisslərini siz qığılcımlandırdız. Bütün bunları heç vaxt unuda bilmərəm.
ƏHMƏD BƏY-Biz çox xoşbəxt bir xalqıq ki, sənin kimi gənclərimiz var, Məhəmməd Əmin, çox xoşbəxt. İndi isə gedək Məhəmməd Əmin! Burda çox qala bilmərik! (Əlini Məhəmməd Əminin boynuna salır və səhnədən çıxırlar. Pərdə enir).
                     II PƏRDƏ
                              IX ŞƏKİL
Vahiməli musiqi eşidilir. Pərdə açılmamışdan güclü güllə və top səsləri, eyni zamanda nalə və fəryad səsləri eşidilir. Pərdə açılır, Uzaq planda Bakı şəhərinin mənzərəsi görünür. Məhəmməd Əmin, Müznib və Mİrzəbala təlaş içərisində səhnə önünə gəlirlər.
MƏHƏMMƏD ƏMİN-Artıq yuxarı məhəllələrə hücum eləyirlər, nalə səslərini eşidirsizmi?
MÜZNİB-(Diqqətlə qulaq asır) Eyni zamanda top səsləri.. Onlar şəhəri həm də dənizdən top atəşinə tutublar.
MƏHƏMMƏD ƏMİN-Mən nəyin bahasına olursa olsun özümü poçta çatdırmalıyam. Bu qətliyamı bütün dünyaya bildirmək lazımdır.
MİRZƏBALA-Daşnaklar bütün yolları tutublar. Sən ora necə gedəcəksən?
MƏHƏMMƏD ƏMİN-Bir yol taparam. (Bu vaxt Nəcəfqulu görünür) NƏCƏFQULU-Narahat olma! Mən səni ötürərəm, qədeş. (Ətrafa baxır) Bu onlara çox baha başa gələcək, çox. Onlar buna görə çox peşman olacaqlar. (Onlara baxır) Bizim uşaqlar yuxarı məhəllələri qoruyur. Bir azdan Bakı kəndlərindən də kömək gələcək. Maştağalı igidlər artıq gəliblər. Ermənilər on mindən yuxarı adamımızı ən vəhşi şəkildə öldürdülər. Qaniçən köpəy oğlanları. Uşaqları, qocaları, hamilə qadınları, xəstələri.. Dənizdəki matros gəmilərindən Təzə-Pir məscidinə, Qız qalasına, İsmayilliyə də top atıblar. Mən bura gələnə qədər bir neçəsini gəbərtdim. Bizə bir az vaxt lazımdır, intiqamımızı alacağıq inşallah! Gedək Məhəmməd Əmin bəy! (Bu vaxt iki əli silahlı erməni səhnəyə girir və Nəcəfqulu zaman kəsiyində iki tapança çıxarıb hər ikisini gəbərdir. O iki erməninin ardınca üç nəfər silahlı erməni də görünür. Nəcəfqulu onların ikisini öldürür və tapançasını üçüncü erməninin üstünə tuşlayır) Silahı at yerə, yoxsa o iyrənc başın yerə elə dığırlanacaq ki, tikələri belə tapılmayacaq! (Erməni silahı yerə atır. Müznib ona yaxınlaşıb diz üstə çökdürür. Nəcəfqulu ona yaxınlaşıb tapançasının lüləsini gicgahına söykəyir) Bu qətliyamın başında kim dayanıb, tez elə cavab ver, yoxsa beynini yüz yerə böləcəm.
ERMƏNİ-Öldürmə məni, öldürmə, mənim heç bir günahım yoxdu.
NƏCƏFQULU-Alə, ay tüllab, indi bu dəqiqə səndən tapança çıxmadı? Üstümüzə gəlmirdin?! Allah bilir, nə qədər müsəlman öldürmüsən artıq?! Cavab ver, eşitmirsən, başçınız kimdi? (Tapançanı onun gicgahına sürtür).
ERMƏNİ-Şaumyan, Stepan Şaumyan..
NƏCƏFQULU-Deməli, Şaumyan, hə?! Bolşevik firqəsinin böyüyü Şaumyan..
MƏHƏMMƏD ƏMİN-Mən bunu çoxdan bilirdim. (Əli ilə işarə edir) Məsələ burasındadır ki, şəhərimizi atəşə tutan bolşevik matrosların gəmiləridir. Bunlara nə bolşevik, nə daşnak... Necə deyərlər, tula itdən murdar. Nərimanov da bunlara inanıb. Elə bilirdi ki, Şaumyan da onun kimi sinfi mübarizə aparır. Mən onu heç cürə başa sala bilmədim ki, bir ermənidən ötrü firqə, din məfhumu yoxdur. Onlar hamısı eyni batağlığın qurbağalarıdır. Məsələ burasındadır ki, bunlara həm də o it südü əmmiş Lenin kömək eləyir. Bütün silah və sursatları o göndərib bunlarçun və hal-hazırda da göndərir.
MÜZNİB-Əuzu billəhi-minəş-şeytanir-rəcim, Bismilləhir-Rəhmənir-Rəhim. Rəbbənə,  iğfirlənə, zunubənə və isrəfənə  fi əmrinə vəsəbbih, əqdəmənə və ənsurnə ələl qəvmil kafirin.. Mədət ya Ərhəmər Rahimin. (Ayəni təkrar-təkrar oxuyur).
MİRZƏBALA-(Təəcüblə baxır) Müznib hansı duanı oxuyur, görəsən?
MƏHƏMMƏD ƏMİN-Ya Rəbbimiz! Günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir! Düşmənlə savaşda dizimizə qüvvət ver! və kafirlərə qələbə çalmaqda bizə kömək et!  “Ali-İmran” surəsi 147-ci ayə. Əslində bu ayəni gecə-gündüz hamımız oxumalıyıq ki, Uca Allah bizə kafirlər üzərində qələbə qismət eləsin!  (Bu vaxt Qoçəli görünür)
QOÇƏLİ-(Nəcəfquluya yaxınlaşır) Qədeş, bildim ki, burdasan, ona görə tez gəldim.
NƏCƏFQULU-Sizin kəndlərdə vəziyyət necədir?
QOÇƏLİ-Fatmaylı Əlizaman Fatmayı igidlərini toplayıb, pirşağlı Bədəl də Pirşağı igidlərini. Artıq Fatmayı, Pirşağı yolunu təmizləyib, yaxşı istehkam qurublar. Xeyli şəhid versək də, bir erməni o tərəfə keçə bilmir.
NƏCƏFQULU-Əhsən!(Bu vaxt bir dəstə erməni onlara tərəf güllə atır. Hamı ağacların arxasına keçib onlarla atışmağa başlayır. Nəcəfqulu ilə Qoçəli dərhal ermənilərin neçəsini vurur. Bir qədər sonra hər ikisi irəli atılıb ermənilərlə əlbəyaxa döyüşə başlayırlar və hər bir yumruq bir erməninin ölümü ilə nəticələnir. Qoçəli erməniləri bir-bir başının üstünə qaldırıb endirir və dizinə vurub bellərini sındırır).
QOÇƏLİ-(Onları öldürdükcə) Al dığa köpəyoğlu! Bu südəmərlərin! Bu hamilə anaların!  Bu qocaların! Bu xəstələrin! Bu da bütün günahsız xalqımın!
NƏCƏFQULU-(Onu tutub sakitləşdirir) Sakit ol Qoçəli! Gücünü qoru! Sənin gücün hələ bizə çox lazım olacaq.
QOÇƏLİ-Narahat olma, qədeş, bunları əzib-tökməkdə mənim gücüm tükənməz, tükənməz.. (Qəfildən ağlayır) Axı nə idi, nə idi o günahsız anaların, bacıların, qızların, körpələrin, çağaların, qocaların günahı, nəydi?! Kimə bir pislik eləmişdilər, kimə?! Yox qədeş, mən sakitləşməyəcəm, sakitləşə bilməyəcəm. Bunlardan intiqam almayınca özümə yer tapa bilməyəcəm.
MƏHƏMMƏD ƏMİN-(Gözləri yaşarmış halda ona yaxınlaşıb bağrına basır və Nəcəfquluya baxır) Sizinlə qurur duyuram. Nə yaxşı ki, varsız. Sizə baxanda ümidlərim artır və inanıram ki, biz inşallah tez bir zamanda hürriyətimizə qovuşacağıq. Yaxşı, söhbət dananı qurda verər, gedək!
NƏCƏFQULU-Gedək Məhəmməd Əmin bəy! Qoçəli də bizi müşayət eləyər! (Səhnə önünü tərk edirlər).
                                         X ŞƏKİL                                          
 Daşnaklara aid məkan. Bir neçə daşnak lider, o cümlədən Şaumyan süfrə arxasında oturub badə qaldırıblar.
ŞAUMYAN-İçək türklərin matəmi, bizim qələbəmiz şərəfinə! (Badə badəyə vurub içirlər) Darıxmayın, tezliklə istəyimiz bütünlüklə nail olacağıq.
SARKİSYAN-Eşitdiyimə görə Rəsulzadə Tiflisə gedib.
ARAMYAN-Bizim uşaqlar onu öldürə bilmədilər. Qoçular imkan vermədi.
ŞAUMYAN-Tiflisdə bir qələt eləyə bilməyəcək.
TAVAKALYAN-Lakin bildiyim qədər o çox zirəkdir.
ŞAUMYAN-Zirəkliyi başında çatlayacaq. Artıq Qafqazın böyük bir hissəsi bizim əlimizdədi. Bir qədər zaman keçəndən sonra gürcülərə aid torpaqları da ələ keçirəcəyik. Cənubi Qafqaz isə tamamilə bizim əlimizə keçəndən sonra Şimalı Qafqazı da zəbt eləyəcəyik. Sonra isə Anadolunu və İranı tapdağımız altına alacağıq. Daha bizim qarşımızı kimsə ala bilməz. (Kinayə ilə gülür) Mənim köhnə dostum doktor Nəriman elə bilir ki, mən sinfi mübarizə aparıram, sinfi mübarizə.. Ay bədbəxt.. (Badəsini şərabla doldurur) Gəlin içək, yaxın zamanda yaradacağımız böyük Ermənistanın şərəfinə! (Badə badəyə vurub içirlər. Şaumyan şərabı içib bitirəndən sonra səsini qaldırır). O rus qancığını bura gətirin! (İki nəfər Nataşanı əlləri bağlı səhnəyə gətirir. Nataşa möhkəm döyüldüyü üçün üz-gözü gömgöydür və ayaq üstə güclə dayanır).
SARKİSYAN-(Təəccüblə) Bu kimdir əziz Stepan?
ŞAUMYAN-İndi biləcəksiz kimdi? (Cibindən məktub çıxarır) Bu məktubu bu fahişə yazıb, Rusiyada yaşayan qohumuna göndərərkən bizim uşaqlar yaxalayıb. Bir baxın, nə yazır?! (Oxuyur)
“Дорагая Нина Василийевна! Армяне совершили погромы, поджоги городе Баку и других районах где проживаеть мусулмани. В результате учинённого армянами  геноцида только за свою национальную принадлеж-мусульманов-женщин, детей и стариков, сожжени, разграблени дома, разрушены памятники национальных культур, места религиозного поклонения.
 Армяне совершили массовое погромы в Баку и в отдельных районах. Начатый армянамы 31 марта погром длился три дня. За ети три дня только в Баку с особой жестокостью армянами были убиты более тридцати тысяч мирных людей.
 Во время погрома у мусульманов захватили дoрогоценности и имущество на сумму четерёхсот миллионов манатов, разрушили и сравняли с землёй многие место поклонение и исторические памятники. Открыв огонь по мечети «Тезе Пир», армяне сожгли здание «Исмаиллийе».
 Такие же жестокие погромы армяне совершили и в Шамахе. Полностью сожгли територию Шамахи, где проживали мусульмане, мечети в 13 кварталах и известную мечеть Джуме. Было убита десять тысяч мусульман, среди которых были женщтны и дети.
 С помощю большевиков, которымы руковадил Степан Шаумян армяны уничтажали уже 80 тысяч людей. Во время етих событий были убити не только турки-мусульмани, но и лезгини, еврейи. Армяне-болшевистские формирования разрушили в Губинском уезде 162 деревни».
(Məktubu oxuyub bitirir və ordakılara baxır) Sizcə bu qancığı hansı üsulla öldürmək lazımdır?
ARAMYAN- Bütün türklərə verdiyimiz işgəncələri ona verib sonra gəbərtmək lazımdır.
ŞAUMYAN-Onu qardaşımız Andronikin üsullarından biri ilə öldürsək başqa bir ləzzət alarıq.
SARKİSYAN-O nə üsuldur elə?
ŞAUMYAN-(Əl çalır) Hədiyyəni gətirin! (İki erməni iri  bir qılınc gətirirlər. Şaumyan qılıncı qəbzəsindən çıxarıb yuxarı qaldırır) Bu qılınc bizim ulu babamız Tiqrandan yadigar qalıb. Onu bizə 1915-ci ildə Anadoluda 600 türk kəndini yandırmış, Naxçıvanda, Zəngəzurda və Yerivan ətrafında on minlərlə türkü diri-diri odlamış, indinin özündə də türk qafalarından qüllələr düzəldən əzizimiz Andronik Ozanyandan hədiyyə eləyib. Andronik qardaşımız bu qılıncla minlərlə müsəlman-türkün başını kəsib. Belə düşünürəm ki, biz bu rus qancığını bu qılıncla öldürsək, Andronik də bizdən çox razı qalar. Mənim əziz qardaşlarım! Bir sual verəcəyəm?! Kim bu sualın cavabını birinci tapsa, bu şərəfə də o nail olacaq. Kim deyə bilər, Latın Amerikasında keçmiş zamanlarda hansı dildə danışırlarmış?
SARKİSYAN-Erməni dilində.
ŞAUMYAN-Əhsən! Yarışı uddun! Ona görə də indi şahidi olacağımız mənzərə ən çox sənə zövq verəcək. (Qılıncı ona uzadır) Buyur! (Sarkisyan qılıncı alır və yavaşca əlini sürtüb başı üstünə qaldırır. Diz üstə çökdürülmüş Nataşa pıçıltı ilə dua edir. Ordakı ermənilər, o cümlədən Şaumyan səbirsizliklə Sarkisyanın qılıncı Nataşanın boynuna nə vaxt endirəcəyini gözləyirlər. Bu vaxt iti sürətlə səhnəyə girən qoçu Musa dəqiq güllə ilə Sarkisyanı vurur. Qılınc Sarkisyanın əlindən düşür, o yerə yıxılıb gəbərir. Bu vaxt Nəcəfqulu, Qoçəli və Müznib səhnəyə daxil olaraq Şaumyandan başqa bütün erməniləri öldürürlər, təkcə Aramyan yaralansa da ölmür, lakin özünü ölülüyə vurur. Musa Nataşanın əllərini açır və ayağa qaldırır. Nataşa başını onun çiyninə qoyub hönkürtü ilə ağlayır).
ŞAUMYAN-Məni öldürməyin! Mən bunların tayı deyiləm. Bayaqdan yalvarırdım ki, qızın başını kəsməyin, günahdır. Mənə qulaq asmadılar.
NATAŞA-(Ağlamağını kəsir. Təmiz müsəlmanca) Gözünün içinə qədər yalan deyir. Bir əlindəki məktuba baxın! Mənim məktubumdur, mən Bakıda doğulub böyümüşəm. Bu daşnakların insanlığa söğmayan vəhşilikləri məni elə dəhşətə gətirib ki, məktub yazıb Peterburqdakı qohumum Nina Vasileyevnaya göndərmək istəyirdim. Məktubu poçt qutusuna salmaq istərkər ermənilər məni yaxalayıb bura gətirdilər. (Şaumyana işarə eləyir) Bu isə mənim qətlimə fərman verdi, özü də Andronikin hədiyyəsi olan (Yerdəki qılıncı göstərir) qılınca başımı kəsməli idilər. (Şaumyana işarə edir) Bu cəllad dedi ki, Andronik bu qılıncla minlərlə müsəlman-türkün başını kəsib.
MÜZNİB-(Yaxınlaşıb məktubu götürüb oxuyur və üzünü Nataşaya tutur)
Bağışla xanım, sən russan?
NATAŞA-Hə!
MÜZNİB-Bu məktub erməni faşistliyini sübuta yetirən əla bir sənəddir. Ona görə ki, bir müsəlmanın yox, dini ermənilərlə bir olan rus bir xanımın əlilə yazılıb. İzn versəydin xanım, bu məktubun üzünü çıxartdırıb sizə qaytarardıq.
NATAŞA-Əlbəttə!
MÜZNİB-(Nəcəfquluya) Bu məktub bizə su kimi, hava kimi lazım olacaq! Onu Məhəmməd Əminə göndərəcəyəm. (Məktubu cibinə qoyur).
NƏCƏFQULU-Mənim belə şeylərdən başım çıxmır, qədeş. (Şaumyana) Yüz ildən çoxdur dayanmadan rusların gündəyməzindən öpürsüz. Özünüzü elə göstərirsiz ki, guya ruslardan ötrü ürəyiniz gedir. Onlara köləlik edirsiz. Bizimlə üz-üzə gələndə də onların arxasında gizlənirsiz. Onlar da sizdən ötrü əllərindən gələnii eləyirlər. Amma gizlincə gənc bir rus qızının başını kəsmək istəyirsiz.
MÜZNİB-Çünki həqiqəti yazıb, haqqı bəyan eləyib, bunların iç üzünü açıb göstərib.
NƏCƏFQULU-(Şaumyana) Deməli, sən bu yazıq qızın başını bu qılıncla kəsmək istəyirdin, hə?! (Nataşaya) Nə olar, indi biz də bunun bu iyrənc başını elə bu qılıncla kəsərik.
ŞAUMYAN-Yox, yox... İtiniz, köpəyiniz olaram.
NƏCƏFQULU-O qədər cındırsan ki, səndən heç köpək də olmaz. (Qılıncı qınına salıb belinə bağlayır) And olsun ki, bu qılıncla başı kəsilən müsəlmanların hamısının intiqamı alınacaq. Bu qılınc geriyə çevrilib o qədər erməni başı kəsəcək ki, erməni başlarından nəhəg bir dağ yaranacaq.  (Bu vaxt Aramyan gözlərini açıb əlini tapançasına atır və Nəcəfqulunu güllə ilə vurmaq istəyir(, lakin Nəcəfqulu bunu görüb zaman kəsiyində qılıncı ona atır və qılınc Aramyanın düz boğazına sancılır. Bundan sonra Nəcəfqulu qılıncı götürüb Şaumyanın  boğazına tutur) Səni bir şərtlə öldürmərik.
ŞAUMYAN-(Gözlərində ümid qığılcımı görünür) Nə şərt?! Nə desəz razıyam.
NƏCƏFQULU-(Müznibə işarə edir. Müznib cibindən iki ağ, bir qara kağız və qələm çıxarıb masanın üstünə qoyur. Nəcəfqulu kağızlara və qələmə işarə edir) Ağ kağızın birini qara kağızın altına, birini üstünə qoy və rus dilində Stepan Lalayana yaz ki, əsir aldığınız bütün müsəlmanları azad eləsin! Yoxsa kəlləni parçalayıb beynini çıxarıb sümsük köpəklərə atacağam!
ŞAUMYAN-(Udquna-udquna) Əgər əsirlər azad olunsa məni buraxacaqsızmı?
NƏCƏFQULU-Biz müsəlmanıq, çox işıqlı və gözəl dinimiz var. Hər zaman da verdiyimiz sözün üstündə durarıq. Siz ermənilər kimi nacins və yalançı deyilik. Əsirlər azad olan kimi səni buraxacağam, hansı cəhənnəmə gedirsən, get! (Şaumyan Nəcəfqulunun dediyi kimi eləyib yazmağa başlayır və bir qədər sonra yazını bitirib Nəcəfquluya uzadır. Nəcəfqulu Nataşaya baxır).
NATAŞA-(Nə qədər əzgin olsa da, yazını oxuyub tərcümə edir).
Əziz qardaşım Stepan Lalayev! Müsəlman qoçular saxladığınız bütün müsəlman əsirlərin əvəzinə məni girov götürüblər. Əgər sənin yanında mənim həqiqətən də, dəyərim varsa müsəlman əsirləri azad et və razı olma ki, doğma qardaşın qədər sevdiyin adamı qoçular parça-parça eləsin. Özün yaxşı bilirsən ki, mən erməni xalqına çox gərəkli adamam və ömrü boyu erməni xalqının mənefiyindən ötrü çalışmışam. Əgər erməni xalqını daha ağır fəlakətlərə yuvarlamaq istəmirsənsə, sözlərimə əməl elə! Yoxsa yüz minlərlə erməninin arzuları puç olacaq. Əziz dostun və qardaşın, Stepan Şaumyan!
NƏCƏFQULU-(Məktubu alıb bükür və onlarla gələn bir igidə uzadır) Bunu Saşaya verərsən, o tulalara çatdırsın, sonra da cavab məktubunu alıb gətirsin!
İGİD-Baş üstə! (Məktubu alıb cibinə qoyur)
NƏCƏFQULU-(Şaumyana) Düş qabağımıza gedək! Bunu da yadında saxla ki, bu neçə vaxtı törətdiyiniz bu qətliyamlara görə çox peşman olacaqsız, çox. (Qoçəliyə) Qədeş, bunu sən qat qabağva apar, amma elə elə ki, tumanını batıtrmasın.
QOÇƏLİ-Arxayın ol qədeş!
ABİD-(Gəlir və cəld üzünü Müzniibə tutur) Əlabbas, canım qardaşım, bayaqdan səni axrarıram. Nə yaxşı ki, səni tapdım.
MÜZNİB-Bura necə gəldin?
ABİD-Gizli yollarla.
MÜZNİB-Bəs bizim harda olduğumuzu hardan bildin?
ABİD-Bayaq özün dedin ki, Nəcəfquluya qoşulub erməni liderlərin tifaqımı dağltmağa gedəcəyik və elə edəcəyik ki, bütün müsəlman əsirləri azad etdinlər.  Əvvəldən bilirdim ki, (Şaumyanı göstərir) bunlar həmişə burda yığışırlar. Deməli bunu yaxalamasız, hə?
MÜZNİB-Hə! Bura bax qaqaş, sənə nə olub, yaman sevincək görsənirsən?
ABİD-(Cibindən qəzet çıxarır) Bundan yaxşı heç nə ola bilməz. (Qəzeti Əlabbasa uzadır).
MÜZNİB-(Qəzeti alıb baxır və sevincək üzünü ordakılara tutur) Zaqafqaziya seymi dağılıb. Dünən 28 mayıs günü Məhəmməd Əmin Rəsulzadə Tiflisdə dörd müsəlman partiyasının iştirakı ilə qurultay çağırıb və Azər6baycan Xalq Demokratik Cumhuriyyəti elan edib! (Qəzeti Şaumyanın gözünə soxur) Azərbaycan Demokratik Xalq Cumhuriyyəti, ay düdük, bu bilirsən nəı deməkdi?! (Ordakılara) Biz azad olduq, qardaşlar!  Hürriyyətə qovuşduq. Bundan sonra kimsə başımızın üstündə ağalıq eləməyəcək. Özümüz öz ağamız olacağıq. Bu gün mənim həyatımda ən xoşbəxt gündür. (Ordakıları bir-bir qucaqlayır, sonra dizi üstə çöküb əllərini görə açır) Şükür Sənə, Ya Rəbbim, Ya Haqq Allahım! Sən nə qədər mərhəmətlisən, nə qədər rəhmlisən! Sənə nə qədər şükr eləsək yenə də azdır, ey yerlərin və göylərin yeganə Hakimi!
QOÇƏLİ-Deməli, müstəqil olduq. Bu gün doğrudan da misilsiz bir gündür.
NƏCƏFQULU-Yatsaydım, heç yuxuma da girməzdi.
MUSA-Amma mən neçə dəfə yuxuda görmüşəm.
ABİD-       İstiqlal, o yaşayan millətin qəlbində can,
                   Istiqlal, o səadət, həyat, zəfər, şərəf-şan.
                   İstiqlal, o sönməyən  müəbbədiri  məşəl,
                    Könüllərdə tutuşur, gözlərdə sönsə belə.

NƏCƏFQULU-(Abid şeiri oxuduqca məmmun halda başını tərpədir) Dostlar, biz istiqlalımızı qorumalıyıq və sonuncu damla qanımıza qədər savaşmalıyıq ki, vətənimizi (Şaumyana işarə edir) bu itlərdən təmizləyək. Bu gün, doğrudan da bənzərsiz bir gündür. (Şaumyana) Cırılıb dağılsaz da bir qələt eləyə bilməyəcəksiz, çünki Uca Allah bizimlədir. Bilirsən nəyə görə?! Çünki biz haqqı müdafiə edirik, siz isə başdan ayağa nahaqsız. (Müznibə Abidi göstərir) Qiyamət qardaşın var Əlabbas! Ondan muğayat ol!
NATAŞA-Sizi təbrik edirəm!
NƏCƏFQULU-Çox sağ ol! Sən də daha burda qalma, gedək bizimlə! Yoxsa ermənilər qanını içərlər. Gedək dostlar! (Səhnədən çıxırlar).
                                 XI ŞƏKİL                             
İclas salonu. Salonda xeyli adam var.
APARICI-İclası açıq elan edirəm. Bura nədən ötrü toplaşmağımızın səbəbini hamınız çox yaxşı bilirsiz. Yeni qurulan Azərbaycan Demokratik Cumhuriyyətinin dağıdılması üçün alman-rus bolşevik Brest-Litovsk sazişinə etiraz olaraq Azərbaycan hökuməti adından bəyanat verilib. İlk olaraq, çıxış üçün söz verilir Almaniya nümayəndəsinə.
ALMANİYA NÜMAYƏNDƏSİ-(Kürsüyə qalxır) Hörmətli müşavirə iştirakçıları!  Biz Almaniya olaraq bu bəyanəti lazımsız və dəyərsiz hesab edirik. Müşavirə iştirakçılarının əksəriyyəti bunu təsdiq edə bilər ki, Azərbaycan deyilən bir ölkə heç bir zaman mövcud olmayıb. Azərbaycan türkləri adlandıran millət əsrlər boyu İranda farsların kölgəsində yaşamışlar. Onların heç vaxt dövləti olmayıb. On səkkizinci əsrin sonlarından isə Qafqaz Rusiya tərəfindən işğal olunandan sonra bunların Araz dedikləri çayın cənubunda yaşayanlar farsların tabeliyində qalmış, şimalında yaşayanlar rusların tabeliyinə keçmişlər. Bu səbəbdən də bu bəyanat tamamilə əsassız sayılır. Vəssalam, mən sözümü bitirdim. (Kürsüdən düşür).
APARICI-Çıxış üçün söz verilir Rusiya nümayəndəsinə!
RUSİYA NÜMAYƏNDƏSİ-(Kürsüyə qalxır) Möhtərəm müşavirə iştirakçıları! Almaniya nümayəndəsinin sözlərinin təsdiqi olaraq deyə bilərəm ki, o millətin tarix boyu dövləti olmamışdır. Özəllişdirmək istədikləri yer adları tamamilə onlara məxsus deyil. Bir misal gətirə bilərəm ki, bunların mədrəsələrində, məktəblərində belə dərslər heç zaman öz dillərində tədris olunmayıb. Əvvəllər yalnız fars dilində, bizim, yəni rusların tabeliyinə keçəndən sonra isə rus dilində. Bunların öz dillərində qəzet-jurnalları belə yoxdur. Buna görə də bu bəyanat tamamilə mənasızdır. Özü də mən bilmirəm bu tatarlar özlərini nə hesab edirlər?! Mənim sözüm bu qədər.. (Kürsüdən düşür).
APARICI-(Ona) Sizə kim ixtiyar verib ki, hansısa milləti təhqir eləyəsiz. Bu sizin savadsızlığınızdan irəli gəlir. (Üzünü iclas iştirakçılarına tutur) Çıxış üçün söz verilir Osmanlı tələbəsi, lakin milliyyətcə erməni olan Qurgen Akopyana...
AKOPYAN-(Kürsüyə qalxır) Məndən əvvəl çıxış edən Almaniya və Rusiya nümayəndələri o qədər ətraflı və dəqiq danışdılar ki, bəlkə mənim danışımama heç ehtiyac yoxdur. Lakin mən bir erməni olaraq, daha doğrusu, daim sözü gedən millət tərəfindən tarix boyu soyqırıma məruz qalmış bir xalqın nümayəndəsi olaraq bir neçə kəlmə söz deməyə məcburam. Mən tək burda müşavirə iştirakçılarına deyil, bütün bəşər əhalisinin ağıllı zümrəsinə üz tutub deyirəm ki, bəşəriyyətin tamamilə məhv olmağını istəmirsizsə, dırnağarası Azərbaycan hökumətinin verdiyi bu bəyənatı sadəcə olaraq oda atıb yandırın. Burda Rusiya nümayəndəsi çox gözəl vurğuladı, bu millətin tarix boyu dövləti olmamışdır. Onlar vaxtilə ermənilərə aid olan Armeniyyəni işğal edərək orda kök salmışlar. Soykökləri isə Sibir və Çin tərəfdən Qafqaza gəlib çıxmışdır. Mən hamıdan çox xahiş edirəm ki, bu bəyannamənin etibarsızlığı haqqında əl qaldırsınlar, yoxsa elə təhlükələr törəyər ki, bunun dəhşəti çox-çox insanları kor və lal edər. Sadəcə bir misal gətirmək istəyirəm, nə qədər ki, bu millət rusların tabeliyində idilər əl-qol aça bilmirdilər. Elə ki, kağız üstündə də olsa müstəqil oldular on minlərlə günahsız ermənini vəhşicəsinə qətlə yetirdilər. Bilirsiz nəyə görə?! Sadəcə olaraq ermənilər xristian olduğuna görə. Mən bilən, daha şərhə ehtiyac yoxdur. O saziş isə toxunulmaz qalmalıdır! (Ermənipərəstlər var gücləri ilə onu alqışlayırlar. Akopyan kürsüdən düşür. Əhməd bəy əsəbi halda ürəyini tutur).
MƏHƏMMƏD ƏMİN-(Ona) əsəbləşmə Əhməd bəy! Allah eləməsin ürək iflici keçirərsən! Heç narahat olma! Buu dəqiqə onların atasını yandıracam!
APARICI-Çıxış üçün söz verilir bəyanatı bizə təqdim edən Rəsulzadəyə!
MƏHƏMMƏD ƏMİN-(Kürsüyə qalxır) Hörmətli müşavirə iştirakçıları! Bizdə yaxşı bir zərb-məsəl var. Deyir oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.  İlk növbədə söyləmək istəyirəm ki, bu dövlət Azərbaycanın on səkkizinci dövlətidi. Bir qismini saya da bilərəm. Manna, Midiya, Atrapaten, Albaniya, Şirvanşahlar, Rəbbanilər, Şəddadilər, Ravilər, Eldəgizlər, Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Ərdəbil Şeyxləri, Səfəvilər və ilaxır. Şübhəniz varsa Peterburq arxivlərinə girib minlərlə arxiv materialları ilə tanış ola bilərsiz. Burda milliyyətcə erməni olan iclas iştirakçısı dedi ki, guya onların Azərbaycan ərazisində Ərməniyyə deyilən bir dövlətləri olub və biz bu dövləti işğal eləmişik. Nəzərinizə çatdırmaq istəyirəm ki, onun nəzərdə tutduğu dövlətin adı Albaniya olub, lakin ərəb dilinin qrammatik qanunlarına, yəni ərəb dilinin morfologiyası və sintaksisinə əsasən, ərəbcə bunlara sərf və nəhv deyirlər, Albaniya sözündə lam hərifi ra,  ba isə mim ilə əvəz olunduğundan Albaniya Ərməniyyə kimi səslənmiş və İslam dini Qafqazda yayılandan sonra tarixə bu adla düşmüşdür. Çoxları bilir ki, ermənilər özlərini “hay” adlandırırlar və tarixi mənbələrə nəzər yetirsək, onların o zamanlar xristian olan albanların bütün abidələrini, kilsələrini, dini məbədlərini, eyni zamanda 52 hərfdən ibarət əlifbasını zəbt edərək öz adlarına çıxarmışlar. Özlərini doğrultmaqdan ötrü ərəb dilinə uyğun olaraq erməni ifadəsini meydana gətirmişlər. Bütün qeyri-erməni tarixi mənbələr göstərir ki, bizim deyil, ermənilərin heç vaxt dövlətləri olmamışdır və hardan gəldikləri də məlum deyildir. Onlar sadəcə olaraq 15-ci əsrin əvvəllərində qaraqoyunlu hökmdar Qara Yusifdən Qafqaz ərazisində, Üç müəzzin deyilən yerdə öz dini mərkəzlərini yaratmaq üçün izn almışlar. Sonra isə xırda ticarət adıyla oralara dolmuş və tədricən çoxalmışlar. Məsələ burasındadır ki, o torpaqlar da bilavasitə Azərbaycan türklərinə aid torpaqlardır ki, bunu yəqin eləməkdən ötrü ordakı müsəlmanlara aid abidələrə nəzər yetirmək kifayətdir. Burda Risiya nümayəndəsi dedi ki, guya bizim heç vaxt öz dilimizdə dərsliklərimiz olmayıb və məktəblərdə tədris əvvəllər fars dilində on doqquzuncu əsrin axırından rus dilində keçirilib. Sözün açığı bizim tolirantlığımız həmişə başımıza bəla olub. Biz tarix boyu başqa millətlərə hörmət göstərmişik, onlara qarşı çox səmimi olmuşuq. Əfsuslar olsun ki, onların bir qismi bunu anlamayıb. Məktəblərdə, mədrəsələtrdə tədrisin öz dilimizdə olmamağına gəlincə isə bu da quru böhtandan başqa bir şey deyildir. Biz daim klassiklərimizi Füzulini, Xətaini, Vaqifi, Seyid Əzimi şagirdlərə öz dilimizdə tədris eləmişik. Bizim dilimizdəki “Vətən dili” dərsliyini təxminən qırx beş il bundan əvvəl Qori Müəllimlər Seminariyasının milliyətcə rus müəllimi Çernyayev tərtib etmişdir ki, həmin dərslik indiyə qədər 250 çox savadlı müəllimin  yetişməsinə səbəb olmuşdur. Rusiya bizi tatar adlandırır və çox yaxşı da bilir ki, biz tatar deyilik, Qafqaz türkləriyik. Rusiya Azərbaycanı işğal eləyəndən sonra bizim milləti aşağılamaqdan ötrü bizi tatar, yəni geridə qalmış, çirkin, vəhşi adlıandırmışlar. Hansı ki, bütün Rusiyanı zəbt eləmiş Çingiz xanın, Batı xanın hərbi fəaliyyətlərinə nəzər yetirsək, rusların monqol-tatarları ilə çox qarışdığını görərik. (Rusiya nümayəndəsinə) Amma biz tolirant olduğmuz üçün yenə də sizi aşağılayıb tatar adlandırmaq və sizin kimi mədəniyyətsiz birinə görə rus xalqını təhqir eləmək fikrində deyilik. Çünki rus xalqının arasından Dostayevski, Tolstoy, Puşkin, Lermantov kimi elə dahilər çıxmışdır ki, mənim ölkəmdə də onları həddindən artıq çox sevirlər və onların əsərlərini masaüstü kitablarına çevirirlər. O ki, qaldı Akopyanın böhtanlarına, mən sizə bu yaxında əldə etdiyimiz bir məktub oxuyacağam ki, bu da elə bir arxiv materialıdır. Məktub rus dilində yazılıb, ancaq mən onu türk dilinə çevirib oxuyacağam. (Nataşanın məktubunu cibindən çıxarıb oxumağa başlayır)
Hörmətli Nina Vasileyevna! Ermənilər Bakı şəhərini və müsəlmanlar yaşayan bölgələri viran elədilər, yanğınlar törətdilər. Ermənilər yerli xalq məhz müsəlman olduğu üçün onlara  qarşı insanlığa sığmayan şəkildə qətliyam törətdilər və bu qətliyamda südəmər körpələrə, qocalara belə rəhm etmədən vəhşicəsinə qətlə yetirdilər. Müsəlmanlara aid evləri yandırdılar, qədim abidələri, ibadətgahları yerlə-yeksan elədilər.
  31 Martda başlayan bu qətliyam düz üç gün davam elədi və bu üç gün ərzində ermənilərdən ibarət daşnak-bolşevik neofaşist hərbi birləşmələri Bakı şəhərində 30 min günahsız insanı uşaqdan qocaya qədər qətlə yetirdilər.
 Bu qətliyam ərzində ermənilər müsəlmanlara aid ziynət əşyalarını və dörd yüz milyon qızıl pulu qarət elədilər, müsəlmanlara aid ziyarətgahları, qədim tikililəri, o cümlədən Təzə Pir məscidini və İsmayılliyə binasını yandırdılar.
 Erməniilər bu cür qətliyamları müsəlmanlar yaşayan bir çox bjölgələrdə, o cümlədən Şəamaxıda və Qubada törətdilər. Onlar Şamaxıdakı Cümə məscidində iki yüz müsəlman namaz qılarkən məscidi yandırdılar, bundan əlavə Şamaxıda on mindən yuxarı günahsız insanı, o cümlədən körpə uşaqları, qadınları  və qocaları  ən vəhşi üsullarla qətlə yetirdilər.
 Daşnaklar, rəhbərləri Stepan Şaumyan olan erməni bolşevikləin köməyilə tək Bakıda, Şamaxıda və başqa bölgələrdə deyil, Qubada da  162 kəndi yandırıb Quba əhalisinə qarşı da tarixdə görünməmiş qətliyam törətdilər. Həm də burda tək müsəlman-türkləri deyil,  minlərlə ləzgini və yəhudini qətlə yetirdilər. (Rusiya nümayəndəsinə) Bu məktuba görə ermənilər, başda sizin liderlərinizdən biri, bolşevik donuna girmiş Şaumyan olmaqla on səkkiz yaşlı Nataşanın başını kəsmək istəyirlərmiş. Yaxşı ki, vaxtında müsəlman igidlər özlərini yetirib qızı xilas ediblər. (Rusiya nümayəndəsi məyus halda başını aşağı dikir, Məhəmməd Əmin üzünü iclas iştirakçılarına tutur). Şübhə etmirəm ki, türk olmayan müşavirə iştirakçıları tərcüməçilər vasitəsilə məktubun məzmununu çox gözəl anladılar və erməni vandalizminin bu əşyayi-dəlil vasitəsilə açıq şəkildə şahidi oldular. Məktubun saxta olmadığını dəqiqləşdirmək üçün Avropanın bütün dəftərxanalarında yoxlatdıra bilərsiz. Onu da qeyd eləyim ki, bu məktub Rusiyanın bir çox bölgələrindəki mətbuatlarda dərc olunmuşdur. (Cibindən bir qəzet çıxarb açır) Bu Peterburqda çıxan “Известия” qəzetidir, buyurub oxuya bilərsiz. (Qəzeti tam açılmış şəkildə müşavirə iştirakçılarına göstərir) İndi baxın! Kimdi qətliyam törədən biz Azərbaycan türkləri, yoxsa bizə quru böhtanlar atan ermənilər?! Hörmətli müşavirə iştitakçıları! Müsəlmanlar heç vaxt kimisə xristian və yaxud yəhudi olduğuna görə öldürməyiblər, əksinə elə məktubda qeyd olunduğu kimi müsəlman olduqlarına görə başqa dinlərin nümayəndələri tərəfindən öldürüblər.  (Akopyana) Elə burda, Anadoluda, cəmisi üç il bundan qabaq Andranik Ozanyanın başçılığı ilə erməni faşist birləşmələri altı yüz türk-müsəlman köyünü yandırıb və əlli mindən çox günahsız insanı  südəmər cocuqdan yüz yaşlı ixtiyara qədər insanlığa sığmayan üsullarla qətlə yetirib. Bunu burda hər kəs bilir.Onu da bilin ki, əsrlərdir püskürdüyünüz zəhər bir gün özünüzü yandırıb külə döndərəcək. İlluziyalara qapılıb xəyalən qurduğunuz böyük Erməstanı isə heç vaxt yarada bilməyəcəksiz. (Salondakı ermənipərəstlər çığır-bağır salıraq söyüş söyməyə başlayırlar. Məhəmməd Əmin üzünü müşavirə iştirakçılarına tutur) Daha sözüm yoxdur! (Kürsüdən düşür).
APARICI-(Ermənipərəstlərə) Sakit olun! Özünüzü ləyaqətli aparın! Yoxsa bu dəqiqə göstəriş verərəm hamınızı salondan bayıra atarlar! (Ermənipərəstlər bir az da artıq hay-küy salırlar. Aparıcı qapıda duran türk əsgərlərinə işarə edir. Uca boylu, cüssəli türk əsgərləri yaxınlaşıb təxminən on nəfər hay-küy salan iştirakçının qollarından yapışıb salondan bayıra aparır. Bir az sonra salonda sakitlik yaranır. Aparıcı üzünü iştirakçılara tutur) Bəyənatın qəbul olunub-olunmamasını səsə qoyuram! (Əllər yuxarı qalxır. Aparıcı saymağa başlayır) Beləliklə bəyənat səsçoxluğu ilə qəbul olundu! (Məhəmməd Əminlə Əhməd bəyə) Təbrik edirəm! Brest-Litovsk sazişi bu andan etibarən ləğv olundu. (Bu vaxt başına fəs qoymuş uca boylu bir türk gənc ona yaxınlaşıb bir məktub verir. Aparıcı məktubu açıb nəzərdən keçirir. Üzündə təbəssüm) Sizi təbrik edirəm Məhəmməd Əmin bəy! Osmanlı Dövlətimin Qafqaz İslam Ordusunun yaranmasına qərar verib. (Oxuyur) Sayın Mehmet Emin bey! Sizin Osmanlı Dövletindən herbi yardım istemenizie müqabil olarak yıllarca savaşlarda tecrübe toplamış, kahramanlıklar göstermiş subay ve asgerlerden ibaret Kafqaz İslam Ordusunun yaranmasına karar verdik. Bu ordu tezlikle Kafkaza, yani gaurlar tarafından işğala meruz kalmış yerlere yürüş ederek türk-müslüman ahalini hilas edecekdir. Buna yemin ola bilersiz! (Məhəmməd Əmin bəylə Əhməd bəy qucaqlaşırlar. Aparıcı yaxınlaşıb məktubu Məhəmməd Əminə uzadır) Buyurun! (Məhəmməd Əmin məktubu alıb öpərək aparıcının əlini sıxır və Əhməd bəylə birlikdə səhnədən çıxır. Akopyan olduqca qəzəbli halda yanındakı erməniyə gözü ilə onları göstərir. Erməni başını tərpədib onların arxasınca çıxır. Qapı yaxınlığında dayanan Orxan yüzbaşı burda bir xəyanət olacağını hiss edib yanında dayanan çavuşa nəsə deyir. Çavuş başını tərpədir və Orxan yüzbaşı erməninin arxasınca çıxır).


                       XII ŞƏKİL
  Səhnə önü. Bura yarıqaranlıqdır. Bir qədər sonra Əhməd bəylə Məhəmməd Əmin bəy görünürlər. Onlar bir-birilə danışmadan sol tərəfə gedirlər. Üzlərində sevinc ifadəsi var. Onlar səhnənin ortasına çatmamış arxadan bir qaraltı görünür. O, orğun-orğun arxadan onlara yaxınlaşır. Bu vaxt başqa bir qaraltı görünür, o da olduqca ehtiyatla həmin qaraltıya yaxınlaşır. I qaraltı Əhməd bəylə Məhəmməd Əminə yarım addım qalmış qoynundan iti bir bıçaq çıxarıb Məhəmməd Əmini vurmaq istəyir, lakin II qaraltı özünü çatdırıb ild5rım sürətilə onun biləyindən yapışıb qararaq yerə çökdürür və bıçağı əlindən alır. II qaraltı onun qolunu möhkəm qardığı üçün I qaraltı zarıyır. Əhməd bəylə Məhəmməd Əmin geriyə çevrilirlər və dərhal içlərini çəkib bir qədər geri çəkilirlər.
ƏHMƏD BƏY-(Məhəmməd Əminə) Gördün?! Deməli tək vətəndə deyil, burda da kifayət qədər düşmənlərimiz var. (II qaraltıya) Onu öldürmə, görək kimdir, kimlər tərəfindən hazırlanıb?
MƏHƏMMƏD ƏMİN-Mən əminəm ki, bunu Akopyan fitvalayıb.
II QARALTI-Bən bu ahlaksızı çok eyi tanıyorum. Bu bi ərmini..
ƏHMƏD BƏY-Onu nərədən tanıyorsun?
II QARALTI-Bin doquz yüz on beşinci yılda Osmanlını işğal etməkdən ötrü gelen rusların destesində idi. Türk-müslüman ahalini kırmakda önde gidənlərdən biriydi. Ben Sarıkamış cebhesində idim. Bunlar, yeni ərminilərin ihaneti ilə ruslar bize gelen yardımları çaldılar. Ac-susuz ve ateşsiz kaldıq. Sarıkamışda  kırk derece şaxta vardı. Çok zeif düşmüşdük. Binlərcə subayımız ve asgerimiz acından-susuzdan, soyukdan öldü. Bizi esir aldılar. Bizimle birlikde çok sayda sivil insanları da esir almışdılar. Erdehandan, Karsdan, Erzurumdan.. Ararında üç yaşlı cocuqlar, hamile kadınlar ve ihtiyarlar var idi.
MƏHƏMMƏD ƏMİN-Senin adın nedir  qardaş?
II QARALTI-Adım Orhandır, efendim. Arkadaşlarımızın çokunu Rusiyanın başqa-başqa yərlərinə apardılar. Beni isə binlərcə əsgerimiz ve subayımızla birlikdə Baku yahınlığında yerleşen Nargin adasına getirdilər. Bize işgence etməkdən ötrü yüzlarla ərmini ile birlikde bunu da teyin etmişlərdi. Halə yolda da bize çok işgencelər verdilər. Büyük Cezire deyilen Nargin adasında isə akibetimiz daha da ağır oldu. Bunlar bizi sınık-soyuk baraklarda ac-susuz sahlayır, her gün vehşicə dövürdülər. Beni beş arkadaşımla birlikde Sona anım Hacıyeva ve Dağ Aslanı deyilən Musa adlı bi iyid penir çelleklerində kaçırdıb İçerişehrə getirdilər. Orda bizi çok mehşur ve güzəl bi insan olan Hacı Zeynalabdin Tağıyevin əsgi evində gizletdilər. (Məhəmməd Əminlə Əhməd bəy bir-birinə baxır) Həmin odada bize Hacının kızları, mehşur nefthuda Muhtarovun anımı bize her gün ilac, ekmek, çox tatlı yiyeceklər, endiselər ve başqa şeyler getirirdilər. Biz üç ay orda kaldık, sağlamlığımız yerine gelenden sonra Dağ Aslanı bizi Anadoluya getirdi. (Hələ də zarımağını kəsməyən erməniyə baxır) Bunun adı Petros, soyadı Tarahçiyandır. Bu bize hamıdan çok işgence verirdi.
MƏHƏMMƏD ƏMİN-Bizi nereden tanıyorsun ve bunun bizi öldüreciyini nereden bildin?
ORXAN YÜZBAŞI-(Məhəmməd Əminə) Mehmed Emin bey! İçerişehrdə iken sizin neşr etdirdiyiniz “Açıq söz” qazetəsinin her numrasını oxuyurdum. Bana qazetələri Hacının kızları getirirdiler. Onları okudukca hem haberleri öyrenirdim, heç de sadece olarak çok mutlu olurdum.  (Üzünü Əhməd bəyə çevirir) Siz isə Ahmed bey, yıllardır Osmanlıdasız. Metbuatda çıkışlar ediyorsunuz, türk milletini ayıldıyorsunuz, yani dostu ile duşmanını ona anlatıyorsunuz. Sizi hala ruslara esir düşmemişden tanıyordum. İki yıl sora, yəni ben artıq Anadoluda iken, duydum ki, doktor Nerimanın ezmkarlığı, Hacı Zeynalabdinin ve bi sıra emelisaleh insanların parası, aynı zamanda Baku Şeyxülislamı Ağa Alizadənin  fətvası ilə Nargin adasındakı tüm türk esirleri hilas oldu.
ƏHMƏD BƏY-(Təəcüblə) Peki nereden bildin ki, bu bizi öldürmək istiyor?
ORXAN YÜZBAŞI-Ben toplantı zamanı ora nezaret edirdim. Bir az arkada olduğum için siz beni duymadız. (erməniyə işarə edir) Bu da orda idi. Ben onu görmüşdüm, ama o beni görmemişdi. Siz toplantı salonundan çıxan zaman Akopyan deyilen o adam arkadan sizi buna gösterdi. Bu da arkanızca çıkdı. Ben şübhelendim ve çavuşa bir azdan qayıdacağımı söyleyib bunun arkasınca düşdüm. Şimdi görürem ki, şübhelenmekde haklı imişem. (Erməniyə) Şimdi bunu Osmanlı kanunlarına göre karargaha götürüceyem, orda her şeyi konuşucaq. Sora size bildiricem. Ha, nasıl da oldu şunu unutdum. Sizi hürr bir cumhuriyyet kurduğunuza göre kutlyorum. Bakuda olanda bunu çok arzulardım. İnanız ki, duyunca o kadar multlu oldum ki, anadan doğduğumdan beri bu kadar multlu olduğumu hiç hatırlamiyorum. Ama bildiyim kadar müstakil Azerbaycan hala da gaur tapdağındadır. Bak, bu beni çok üzüyor.
ƏHMƏD BƏY-Hiç merak etmə Orhan yüzbaşı. (Cibindən sənəd çıxarır) Azerbaycana hərbi yardım etmekden ötrü Kafqaz İslam Ordusu yaranıcak. Biz (Məhəmməd Əminə işarə edir) Biz Mehmed Emin beyin zekası güçüne buna nail olduq.
ORXAN YÜZBAŞI-(Sevincək) Bunu da toplantı salonunda duydum. Bu beni çok, ama çok mutlu etdi. Enver Paşaya dilekce yazıcam ve o ordu ile birlikde inşallah can Azerbaycanı xilas etmeye gelicəm. Şimdi bana, ey vallah! (Erməninin boynundan yapışıb aparır).
ƏHMƏD BƏY-Uca Allah bizdən inayətini əsirgəmədi. Amma bundan sonra daha da ehtiyatlı olmaq lazımdı Məhəmməd Əmin bəy!
MƏHƏMMƏD ƏMİN-Allah qoruyacaqsa, qoruyacaq, yox əgər...
ƏHMƏD BƏY-O ermənini kim tovlayıb göndəribsə, bilir ki, səni aradan götürsələr çox şeylər əldə eləyə bilərlər.
MƏHƏMMƏD ƏMİN-Bəs siz Əhməd bəy?
ƏHMƏD BƏY-Mən onlar üçün o qədər də təhlükəli deyiləm.
MƏHƏMMƏD ƏMİN-Amma onlar sizi hər an püskürə bilən vulkan adlandırmışdılar.
ƏHMƏD BƏY-(Başını bulayır) Onlar heç cürə anlamırlar ki, qulaqlarının ardını görəndə böyük Ermənistanı da görərlər. Bir də başqa düşmürlər ki, iş-işdən keçib. Sənin əzmkarlığın, qətiyyətinlə, çalışqanlığınla imzalanan bu sənəd artıq daşdan keçər. Bu yenə də 28 mayısda sənin bacarığınla, zirəkliyinlə Tiflisdə qəbul olunan müstəqilliyimizin sadəcə kağız üstündə yox, gerçəkdən həyata keçməsi deməkdi. Çox güclü bir ordu, Qafqaz İslam Ordusu yaranacaq və mən şübhə eləmirəm ki, düşmən nə qədər güclü olsa da bu ordunun qarşısında diz çökəcək. Mən Nuri Paşanı, Qarabəkir Paşanı, Xəlil Paşanı, İzzət Süleyman Paşanı, Həbib bəyi, Rüşdü minbaşını çox yaxşı tanıyıram. Onların başçılığı ilə mehmedciklər düşmənlərimizin ağzını elə ovacaq ki, qiyamətə qədər lal olacaqlar. Buna görə xalqımız ən çox sənə minnətdar olmalıdı Məhəmməd Əmin.
MƏHƏMMƏD ƏMİN-Siz, Nəsib bəy, Xoyski, Hacınski, məndən də çox işlər gördüz. Minnətdarlıq ilk növbədə sizə olmalıdır.
ƏHMƏD BƏY-Təvəzökarlıq eləmə Məhəmməd Əmin. Axı bunun bünövrəsini sən yaratdın, bizi addım-addım istiqlala sən apardın. Gecələr yatmadın, gündüzlər dincəlmədin, əlləşdin, vuruşdun, çalışdın, nəhayət bir çox xalqalara nəsib olmayan hürriyyət şərbətini xalqımıza içirdtin.
                      XIII ŞƏKİL
Səhnə dərəli, təpəli dekorlarla əhatə olunmuşdur. Güclü atəş səsləri gəlir. Qafqaz İslam Ordusu əsgərləri bir təpənin arxasında istehkam quraraq düşmənlə atışırlar.
ORXAN YÜZBAŞI-(Tapançasının darağını fırladır. Yanındakı əsgərlərə) Cocuqlar patronumuz az qalıb. Patrona qənaət edin! (Durbinlə baxır) Bunların sayı anbar siçovulları kimi get-gedə çoxalır. Əminəm ki, bunlara hardansa güclü kömək gəlib. (Diqqətlə baxır. Əllərində qumbara onlara tərəf sürünən iki ermənini görür ehtiyatlı olun cocuqlar! (Qəfildən ayağa durub ermənilərin hər ikisini güllə ilə vurur. Ermənilər möhkəm yaralı halda zarıyırlar. Orxan yüzbaşı zaman kəsiyində yüyürüb onların əlindən yerə düşmüş, lakin ipi çəkilməmiş qumbaraları götürür və yerə uzanaraq qumbaraların iplərini çəkib düşmən mövqeyinə atır. Ordan bağırtılar eşidilir. Sonra o, ermənilərdən bir ağır yaralandığı üçün onu güllə ilə vurub öldürür, nisbətən yüngül yalanmış ermənini isə sürüyə-sürüyə öz mövqelərinə gətirir)
ERMƏNİ-(Zarıyaraq. Təmiz Azərbaycan türkcəsində) Öldürməyin məni! Mən buyruq quluyam. Neyləyim?! Kim hərbiyə yazılmadısa, güllələdilər. Mənim ailəm, uşaqlarım var. Onları yetim qoymayın!
ORXAN YÜZBAŞI-Bizim də ailəmiz, uşaqlarımız var. Elə bir az bundan qabaq qumbara atıb bizi məhv eləmək istəmirdinmi?!
ERMƏNİ-Komandir əmr elədi, neyləyim, axı onun dediyinə əməl eləməsəydim dərhal məni güllələyərdi. (Ağlayır) ödürməyin nə olar?!
ORXAN YÜZBAŞI-Sən dedin, biz də inandıq, özü də çox inandıq. Yaxşı, səni öldürmərik. Heç işgəncə də vermərik. Çünki bizim dinimizdə kiməsə işgəncə vermək çox pis şey sayılır. Səninlə ermənilərin əlində olan əsirlərimizdən biri dəyişərik. (Düşmən tərəfə güllə ata-ata) Amma suallarıma cavab ver!
ERMƏNİ-(Zarıyaraq) Baş üstə!
ORXAN YÜZBAŞI-Siz bu qədər deyildiz, birdən nə oldu leşə düşən qurdlar kimi çoxaldız?
ERMƏNİ-Bolşevik firqəsinin başçısı Stepan Şaumyan Lenindən çoxlu silah-sursat alaraq bura, Qara Məryəm ətrafına sizin qarşınızı kəsməkdən ötrü on səkkiz minlik ordu göndərib. Biz əvvəl gələnlərik. Bu bir hissədir. Hələ arxası gələcək.
ORXAN YÜZBAŞI-(Ətrafında olan əsgərlərdən birinə) Əsgər bura gəl!
ƏSGƏR-(Yaxınlaşır) Əmr edərsiz komandanım?!
ORXAN YÜZBAŞI-(Erməniyə işarə edir) Bu əbləhi apar, imkan varsa tibbi yardım eləsinlər, gəbərməsin!
ƏSGƏR-Baş üstünə, komandanım! (Ermənini sürüyə-sürüyə aparır).
ORXAN YÜZBAŞI-(Çavuşa) Çavuş!
ÇAVUŞ-Əmr edərsiz komandanım?!
ORXAN YÜZBAŞI-Tezliklə Nuri Paşaya teleqraf çəkmək lazımdır, ki, tezliklə bizə yardım göndərsin, yoxsa gec olar. Özünü Göyçaydakı poçta çatdır!
ÇAVUŞ-Baş üstünə komandanım!
ORXAN YÜZBAŞI-Ehtiyatlı ol çavuş, özünü qoru! Allah yardımçın olsun! (Çavuş hərbi salam verib uzaqlaşır. Atışma davam edir. Birdən düşmən tərəfindən atılan bir güllə Turqut adlı əsgərin sinəsinə dəyir. Turqut yerə yıxılır. Orxan yüzbaşı ona tərəf əyilir) Sənə nə oldu Turqut?
TURQUT-(İnildəyir) Sinəm yanır komandanım.
ORXAN YÜZBAŞI-(Cibindən yaylıq çıxarıb onun yarasının üstünə basır) Döz Turqut, döz, bir qədər döz, narahat olma, səni tezliklə yaxındakı tibb məntəqisinə çatdırarlar. (O tərəfdəki əsgərlərə) Bura gəlin! (Əsgərlər ehtiyatla ora yaxınlaşırlar).
TURQUT-Gecdi komandanım, mən ölürəm.. (Can verir. Güclə eşidiləcək səslə) Əşhədüənla İlahəilləllah və əşhədü ənnə Muhəmmədən əbduhu və Rəsuluhu. (Ölür).
ORXAN YÜZBAŞI-(Ağlaya-ağlaya başını onun qan içində olan sinəsinə qoyur) İnnə lillahil və innə İləyhi raciun.. (Qəfildən ayağa durur) Sizi lənətə gələsiz, onun cəmisi on səkkiz yaşı var idi. (Güllə ata-ata düşmənlərin üstünə gedir) Allah sizə lənət eləsin! (Yenə güllə atır).
NECATİ-Komandanım, komandanım, siz neynirsiz? Komandanım geri qayıdın! Sizi vurarlar! (Bu vaxt Orxan yüzbaşıya güllə dəyir və o yerə yıxılır. Necati qışqırır) Komandanım! Aman ya Rəbbim! (Əyilə-əyilə ona tərəf qaçaraq özünü onun yanına yetirir) Komandanım, sizə nə oldu?!
ORXAN YÜZBAŞI-(Ağir nəfəs alır) Arzum İstanbul qədər sevdiyim Bakını işğaldan azad edildiyini görmək idi. Malesef deyəsən arzuma yetə bilməyəcəm. Sən geri qayıt, yoxsa səni də vurarlar.
NECATİ-Yox komandanım, heç vaxt! (Orxan yüzbaşıdan yapışıb güllə yağışı altında öz mövqelərinə tərəf aparır. Nəhayət, istehkama yetişir. Üzünü sol tərəfə tutub səsini qaldırır) Ey, orda kim var, Orxan yüzbaşı ağır yaralanıb. (Onun səsini uzaqdan eşidən bir tibb bacısı dərhal qaça-qaça  gəlir. O, bir söz demədən Orxan yüzbaşının yarasına içi pambıqlı tənzif qoyur. Lakin qanın dayanmadığını görür, artıq tənzif qurtardığı üçün hicabını açaraq yaraya bağlamaq istəyir. Bu vaxt üsttəğmən Əziz də ora yaxınlaşır).
ORXAN YÜZBAŞI-(Güclə eşidilən səslə) Yox bacım, yox... Biz elə bu hicabdan ötrü şəhid oluruq. Başını bağla, mənim gözəl bacım. Başın bağlı ikən sən daha gözəl görsənirsən.
TİBB BACISI-(Qəhər onu boğa-boğa) Amma sən ölməsən mən daha da gözəl olaram, abi. (Hicabı ilə onun yarasını sarıyır və ona iynə vurur. Sonra üzünü Necatiyə tutur) Onu tez bir zamanda səyyar tibb məntəqəsinə çatdırmaq lazımdır.
NECATİ-Hə, əlbəttə.. (Orxan yüzbaşını arxasına alır) Getdik! (Orxan yüzbaşı canlı bir kişi olsa da, Necati onu qaça-qaça aparır. Bir az sonra çavuş istehkama gəlir).
ÇAVUŞ-Aman Allah! Orxan yüzbaşı hanı?
ÜSTTƏĞMƏN ƏZİZ-(İstehkama gəlir) Orxan yüzbaşı möhkəm yaralanıb. Onu səyyar tibb məntəqəsinə götürdülər. Sən hardan gəlirsən?
ÇAVUŞ-Orxan komandanım mənə tapşırmışdı ki, Nuri Paşaya teleqraf çəkim. Bu səbəbdən getmişdim.
ÜSTTƏĞMƏN ƏZİZ-Çəkə bildinmi?
ÇAVUŞ-Hə, komandanım!
ÜSTƏĞMƏN ƏZİZ-Demək kömək gələcək!  (Düşmən mövqelərinə güllə ata-ata) Ancaq o vaxta qədər bunların qabağını saxlaya biləcəyikmi?
ÇAVUŞ-Orxan komandanım bir ermənini əsir götürmüşdü, ondan öyrəndik ki, başlarında dayanan Şaumyan adlı bir erməni ruslardan çoxlu silah sursat alıb. Bura isə bizim üstümüzə on səkkiz minlik ordu göndərib.
ÜSTTƏĞMƏN ƏZİZ-(Durbinlə baxır) Sayları həddindən artıq çoxdu. Bunlar bizim sayımızı bilmirlər. Bu qədər az olduğumuzu bilsələr, yəqin ki, o dəqiqə hücuma keçərlər.
CAVAD-(İstehkama  girir) Qonaq qəbul edərsizmi?
ÜSTTƏĞMƏN ƏZİZ-Cavad abi, canım qardaşım.. (Qucaqlaşırlar) Bura nasıl gəldin?
CAVAD-Duydum ki, köməyə ehtiyacınız var, quş olub uçdum. Amma tək deyiləm. (Sol tərəfə işarə edir) İki yüzdən çox subay və əsgərlə gəlmişəm.
ÜSTTƏĞMƏN ƏZİZ-Sənin şeirlərin üçün elə darıxmışdım ki.. Yadına gəlir hələ Balkan savaşlarında gözəl-gözəl şeirlər söyləyib bizi məmmun edirdin. Nerdə o günlər?!
CAVAD-Yenə məmnun edəcəm inşallah, lakin bu kafirlər ordusunu bütünlüklə yenib gözəl şəhərimiz Bakıya daxil olarkən! (Atışma güclənir. Ir qədər Cavad sonra səngərdən çıxıb səsini ucaldır) Hücum!   Bismilləhir-Rəhmənir-Rəhim. Və qatilu səbilillahi-illəzinə yuqatilu nəkum və lə təətədu innAllahə lə yuhibbu mutədin... 
Savaşın o kəslərlə ki, sizlərə qarşı qətliyam törədirlər. Allah yolunda savaşın! Lakin həddi aşmayın! Allah həddi aşanları sevməz.Allahu Əkbər!
HAMI BİR AĞIZDAN-Allahu Əkbər! 
(Qafqaz İslam Ordusunun xeyli əsgəri güllə ata-ata düşmən mövqelərinə tərəf hücum edirlər. Bir qədər sonra əlbəyaxa döyüş başlanır. Düşmənlərdən daha güclü və  cəsarətli olan Qafqaz İslam Ordusunun əsgərləri başda Cavad və Üsttəğmən Əziz olmaqla düşmənləri süngü, iti bıçaq və güllələrlə öldürürlər. Bir az sonra Nuri Paşanın göndərdiyi taqımlar da gəlib çıxır. Döyüş bir az da şiddətlənir. Şanlı ordu hər cəhətdən düşmənə üstün gəlir. Lakin eyni zamanda şəhid də verir. Qazilər şəhidləri döyüş meydanından çıxarır. Bir az sonra orda düşmənlər tatamilə darmadağın edilir.
CAVAD-(Əlini yuxarı qaldırır) Allahu Əkbər!
HAMI BİR AĞIZDAN-Allahu Əkbər!
                                          XIV ŞƏKİL
 Səhnədə Bakı şəhərinin mənzərəsi görünür. Bir qədər sonra erməni əsgərlər və bir dənə ingilisi zabuiti səhnəyə daxil olurlar.
İNGİLİS ZABİTİ HEMELTON-(Durmadan addımlamaqdan tənginəfəs olan erməni əsgərlərə hərbi nizamla addımlamağı öyrədir) Bir, iki, bir, iki, sol, sol... Bir, iki, bir iki, sol, sol.. Dayan! (Erməni taqımı dayanır)  Farağat! Azad! (Bir qədər onları süzür) Çox piylisiz, çox.. Arıqlamaq lazımdır, mütləq! 1915-ci ildə İraqın Kut şəhərini türklərdən təmizləmək üçün türk əsgərlərilə dəfələrlə üz-üzə gəldik. Bir dəridilər, bir sümük. Amma düşmən də olsalar etiraf etməliyəm ki, əla döyüşürlər. Bilirsiz niyə?! Çünki az yeyirlər. Dünən sizə aid yeməkxanada sizin necə nahar etdiyinizi gördüm. Lap baronlar kimi yeyirsiz. (Mədəsinə işarə edir) Əsgərin mədəsi çox zaman boş olmalıdır. Açığını desəm bizim Britaniya dövləti bizim Britaniya əsgərlərini də çox yedirdir. Nə gizlədim, bəlkə elə buna görə silahımız, sursatımız və canlı heyətimiz türklərinkindən xeyli olsa da, müharibənin so-nunda onlara məğlub olduq. (Səsini ucaldır) Bu yerişlə türklərə heç zaman qalib gəlmək olmaz! (Bir az da ucadan) Farağat! Sola dön! Addımla marş! (Erməni taqımı əyri-üyrü şəkildə addımlamağa başlayır) Bir, iki, bir, iki, sol, sol.. (Yaxınlaşıb əlindəki nazik çubuqla bir erməni əsgərinin qıçına vurur) Bu nədir, səni it qapıb bəyəm?! Qıçını düzəlt! (Çığırır) Bu nədir, hamiləsiz bəyəm? Dizlərinizi qatlamayın! Ayaqlarınızı yuxarı qaldırın, yuxarı! Bir, iki, bir, iki, sol, sol, sol.. Dayan! (Taqım dayanır) Silah! (Erməinilər tüfənglərini çiyinlərindən götürürlər) Süngü sola! Süngü sağa! Süngü aşağı! Süngü yuxarı! Süngü arxaya! (Ermənilərin əksəriyyəti onun əmrinin əksinə eləyir) Süngü yuxarı, yuxarı! Tfu! Bütün dünya ingilis dilində danışır, amma mən bundan sonra gərək işimi-gücümü atım erməni dilini örgənim. (Səsini bir az da ucaldır) Süngü yuxarı! Endir! (Piyli bir erməniyə yaxınlaşır) Endir! Endir!  (Erməni ağır hərəkətlə süngünü yuxarıdan aşağı endirir) Lənət şeytana! Sən belə hərəkət edincə türk sənin qarnını dəlmə-deşik eləyər. Mən heç cürə anlamıram ki, siz dörd ay yarım bundan əvvəl bu şəhərdə otuz min müsəlmanı necə qətlə yetirmisiz? (Səsini bir az qaldırır) Farağat! Addımla marş! (Taqım yorğun və əzgin halda addımlamağa başlayır. (Bu vaxt ora erməni polkovnik Mamikyan gəlir) Dayan! (Taqım dayanır) Farağat! (Mamikyana) Nəsə sözünüz var, cənab polkovnik?
MAMİKYAN-Türklər Şaumyanın göndərdiyi on səkkiz minlik ordunu Qara Məryəmdə yendilər, daha doğrusu hamısını öldürdülər. (Ah çəkir) Bizim uşaqları Şamaxıda qanına qəltan elədilər, indi də üç min nəfərlik bir türk ordusu Qurd Ağzına yaxınlaşırlar. Vəziyyət çox ağırlaşıb. (Bu vaxt  Qoçəlilə Musa səhnəyə girir və arxadan sakitcə yaxınlaşıb o tərəf, bu tərəfə gəzişən iki erməni əsgərinin  boynunusındıraraq sürüyüb görünməyən bir nöqtəyə aparırlar. Bundan sonra işarə edirlər, Nəcəfquluyla Müznib də səhnəyə daxil olur və dördü də sağ tərəfdəki sıx ağaclığın arxasında mövqe tuturlar).
QOÇƏLİ-(Tapançasına əl atır. Yavaşca) Nəcəfqulu qədeş məqamdır, biz bunları burda alaq otu kimi biçə bilərik.
NƏCƏFQULU-(Əlilə işarə edir. Yavaşca) Sakit ol Qoçəli! Görək bu murdar erməni bu donuz balasına nə deyir?! Gərək bizim burda olmağımızı qətiyyən duymasınlar!
HEMELTON-(Mamikyana) Elə buna görəmi gəlmisiz?! Bolşeviklərin nə qədər aciz olduqları bütün dünyaya məlum oldu. Onlar türklərin qabağından dovşan canavardan qorxub qaçan kimi qaçdılar. Lakin heç də vahimələnməyin cənab Mamikyan, ingilislər bolşeviklərin tayı deyil. Artıq beş min Britaniya döyüşçüsü toplarla və ən müasir silahlarla orda hazır dayanıb! Narahat olmayın cənab Mamikyan, bizim əsgərlər Şaumyanın göndərdiyi aciz əsgərlər kimi deyil, onları  Bakıya buraxmayacaqlar. Hələ ataman Biçeraxovla da danışmışıq, o da bizə min dənə kazak döyüşçü verəcək.
MAMİKYAN-(Erməni taqımına işarə edir) Bunları döyüşə göndərəcəksizmi?
HEMELTON-Onları döyüşə göndərmək qartalla savaşa sərçəni göndərmək kimi bir şeydi. (Köksünü ötürür) Bunların hamısından yalnız mətbəxdə kartof təmizləmək üçün istifadə eləmək olar. İstəyirsiz göndərim növbə ilə kartof təmizləsinlər.
MAMİKYAN-Mən buna görə gəlməmişəm.
HEMELTON-Bəs nəyə görə gəlmisiz?
MAMİKYAN-Qarakösdən eşalonla minlərlə türk əsgəri gəlib, onlar Hacıqabulda qatardan düşüblər və artıq yarımadaya daxil olublar. Yolda bizimkilər onların qarşısını kəsmək istəyib, lakin bacarmayıblar. Beş yüzə qədər itgi vermişik. Lütvən onların qarşısını kəsmək üçün Britaniya dviziyası göndərin! Əllərində yüzlərlə top, onlarla dəzgahlı pulyamot, üç mindən yuxarı tüfəng var. Əgər onları mühasirəyə salsaz, bunların hamısını ələ keçirərsiz və bu da türklər üzərində tam qələbə çalmaq üçün zəmin yaradar.
HEMELTON-Onları hansı yolla mühasirəyə salmaq olar?
MAMİKYAN-(Xəritə göstərir) Türklər bu tərəfə istiqamət götürəcəklər. Bu tərəfə yol Yanardağın ətrafındadır. Bax burda pusqu qurmaqdan ötrü starateji  nöqtələr var. Burda yol təpəciklərin arası ilə gedir. Baxın, (xəritədə göstərir) bu təpəciklərin arxasında gizlənib onları tamamilə mühasirəyə salmaq olar. Mən sizə bələdçilik edərəm. (Hemeltonla Mamikyan ingilis dilində danışırlar və onlar danışdıqca ingilis dilini təmiz bilən Müznib aşağı səslə onların danışdığını yanındakılar üçün tərcümə edir).
HEMELTON-Hərbi biliyiniz o qədər də pis deyilmiş cənab Mamikyan. (Taqıma) Dağıl! Dincəlin! (Mamikyana) Gedək! (Səhnədən çıxırlar).
NƏCƏFQUQLU-(Qoçəliyə) Gördün qədeş?! Səbr elədik və qazandıq. İndi ingilislərin bütün bir dviziyası bizim ovcumuzun içində olacaq. Buna görə Qobustan yoluna çıxıb türk qardaşlarımızı xəbərdar eləməliyik. (Erməni əsgərlərə işarə edir) Bunların işinə sonra baxarıq. Lakin tələsmək lazımdır, yoxsa gec olar!  Gedək! (Sürətlə səhnədən çıxırlar).
                                     XV ŞƏKİL                                
İngilis döyüşçülər Hemeltonun başçılığı ilə Yanardağ ətrafında türk döyüşçülərə pusqu qurmaqdan ötrü həmin məkana yaxınlaşırlar və birdən Rüşdü minbaşının başçılıq etdiyi Qafqaz İslam Ordusu dviziyasının döyüşçüləri tərəfindən mühasirəyə alınırlar.
RÜŞDÜ MİNBAŞI-(Uca səslə) Tülkü şikara çıxdı, lakin özü ovçuya şikar oldu! Təslim olun! Yoxsa burdan biriniz də sağ çıxmayacaqsız! Haydı, silahlar yerə!
HEMELTON-(Bir qədər duruxub qalır və özünü elə göstərir ki, guya tapançasını yerə atmaq istəyir, lakin birdən yerə uzanıb Rüşdü minbaşıya tərəf güllə atır. Uca səslə) Cəld yerə yatın və bunlara təslim olmağı heç alınıza gətirməyin! Onları güllə-baran eləyin! Qorxmayın! Onların sayı bizdən azdır! (Bütün ingilis əsgərlər onun kimi eləyir. Güclü atışma başlayır. Hemelton üzünü qorxudan tir-tir əsən Mamikyana tutur) Bizə tuzağa salmısan, Mamikyan, demək sən xain imişsən. (Onu güllə ilə vurur, Mamikyan yerə yıxılıb gəbərir. Atışma davam edir... Britaniya əsgərlərinin arasında bütpərəst hindlilər də var. Onlar özlərini ingilis əsgərlərinə nisbətən daha çox itirdikləri üçün  Qafqaz islam Ordusu əsgərləri tərəfindən daha tez nişangaha gəlib vururular. İngilis diviziyası mühasirədə olduğu üçün inanılmaz dərəcədə itgi verirlər. Bir neçə hindli əsgər yüz faiz öldürüləcəklərinə əmin olduğlarına görə təslim olmaq üçün əllərini qaldırırlar. Bunu belə görən Hemelton bağırır) Satqınlar! Xainlər! lənət olsun sizə!   (Nişan alıb hindli əsgərlərdən ikisini vurur) Alçaqlar! (Hind əsgərləri qaça-qaça Qafqaz islam Ordusunun əsgərlərinə tərəf gəlirək onların yaxınlığında dizi üstə çökürlər. Atışma bir az da güclənir və Qafqaz islam Ordusunun əsgərləri az bir zaman içində xeyli ingilis əsgərini öldürürlər. Nəcəfqulu, Qoçəli, Musa, Müznib də burdadır. Onlar da illərlə təlim görmüş əsgərlər kimi ingilislərə qarşı qəhrəmancasına döyüşürlər və onlarla ingilisi məhv edirlər).
RÜŞDÜ MİNBAŞI-(Uca səslə) Bura bax, albay! Boş yerə müqavimət göstərirsiz. Gəl belə danışaq! Gördüyüm qədər min nəfərdən çox idiz, artıq yarıdan çoxunuz öldürülüb, nə qədər də yaralılarınız var. Əgər təslim olsaz, silahlarınızı almaq şərtilə sizi azad edəcəyik. Lakin gəmiyə mindirib Ənzəliyə özümüz yola salacağıq. İran şahı sizi necə bağrına basıb, indi də basar. Ordan da cəhənnəm olub gedərsiz İngiltərəyə! Ağılsızlıq eləməyin!
RUŞDU MİNBAŞI-(Uca səslə) Ermənilərə can yandırmağınız sizin aqibətinizi Qaraməryəmdə bizim şanlı ordumuzun qəhrəman döyüşçüləri tərəyfindən öldürülən  minlərlə  rus əsgərinin aqibətinə döndərəcək! Axmaqlığı buraxın və təslim olun!
HEMELTON-(Diqqətlə baxır) Tanıdım, İraqda bunu görmüşdüm. Rüşdü minbaşı.. (Köksünü ötürür) Bunun caynağından qurtarmaq müşgüldür. (Bir neçə addım qabağa gəlir. Uca sələ) Təslim oluruq! Güllə atmayın! (Silahını yerə atır. Bütün ingilis əsgərləri də onun kimi edib təslim olurlar).
RÜŞDÜ MİNBAŞI-(Hemeltona yaxınlaşır) Hə, Hemelton?! (Gülümsünür) Köhnə döst?! Yəqin o vaxt başında açdığım dəliklər bitişib. Ermənilərə təlim keçirsən, hə?!
HEMELTON-Minbaşı, sən bunu hardan bilirsən?
RÜŞDÜ MİNBAŞI-Uca Allah ilk insanı, yəni hamımızın ulu babası Həzrəti Adəm əleyhissəlamı torpaqdan yaradıb. Torpaq mənim canımın cövhəridir. (Yaxınlığında dayanmış Nəcəfquluya, Qoçəliyə, Musaya və Müznibə baxıb gülümsəyir) Ona görə də istədiyim məlumatı torpaqdan ala bilirəm. Lakin ermənilərin çaldığı zurnaların havası ilə oynamağınız mənə müəmmalı görünür. Başa düşdüm, fikriniz var ki, Bakının neftinə sahib olasız, sonra da Azərbaycanın torpaqlarını bölüşdürəsiz, yarısını siz götürəsiz, yarısını da ermənilər. Niyə Britaniyadan ermənilərə pay vermirsiz? Nə isə.. Narahat olma Hemelton. Biz müsəlmanıq, vədimizə heç vaxt xilaf çıxmırıq. Siz artıq azadsız. Ancaq nəzarət altında. Dediyim kimi Zığ burnu limanında saxladığınız hərbi gəmiyə minib Ənzəliyə gedəcəksiz. Ordan da bütün dünyanı boğaza yığmış Britaniyaya cəhənnəm olacaqsız. (Qafqaz İslam Ordusunun əsgərlərinə) Silahları yığın! (Əsgərlər ingilislərin yerə tulladığı silahları yığırlar. Rüşdü Minbaşı üzünü Hemeltona tutur) Yəqin ki, general Denstrevil sizin belə biyabırçı şəkildə bizə məğlub olmanızı heç də yaxşı qarşılamayacaq. Ona görə də sakitcə çıxıb getsəz, yəqin ki, başınız daha da salamat olar! (Əli ilə işarə edir) Gedə bilərsiz! (İngilislər gedirlər. Rüşdü Minbaşı üzünü Qafqaz islam Ordusu əsgərlərinə tutur) Düzlən! (Əsgərlər düzlənir. Rüşdü Minbaşı Nəcıfquluya, Qoçəliyə, Müznibə baxır) Sağ olun, qardaşlar! Siz olmasaydız yəqin ki, burdan biz salamat çıxmayacaqdıq. Vaxtında bizi xəbərdar etdiz. Siz çox minnətdaram!
MÜZNİB-Əslində biz sizə minnətdar olmalıyıq komandanım. Qafqaz İslam Ordusunun Azərbaycanı işğal etmiş gaur hərbi birləşmələri üzərində qələbəsinə artıq heç bir şübhə yoxdur. Əgər siz olmasaydız, bizim baxımsızlığımız yəqin ki, kağız üstündə qalacaqdı.
RÜŞDÜ MİNBAŞI-(Müznibə) Həpimiz aynı milletin çocuqlarıyız. Bi türküz, ama öncə müslümanız. Sevgili Peyğəmbərimiz Həzreti Muhəmməd səlllahu əleyhi və alihi vəssəlləm nə sözyləmiş: “Müslüman müslmanın kərdeşidir”. Kardeşiz ve kiyametə kadar da kardeş olacağız.. (Nəctəfquluya Qoçəliyə və Musaya baxır) Bu cür iyidləri olan bir halq hökmən hürriyətinə kovuşardı. Onların kahramanğı bəni hayran elədi. Ben bu barədə hukmən Nuri Paşaya məlumat verəcəyəm! (Döyüşçülərə) Haydı gidəlim! (Bir az sonra hamı səhnədən çıxır).
                                        XVI ŞƏKİL
Qurd ağzının yaxınlığında geniş bir düzənlik. Düzənliyin əngiliyində bir təpə görünür. Sağ tərəfdə iri bir çadır qurulmuşdu. Güclü top səsləri gəlir.
NURİ PAŞA-(Çadırın yaxınlığında hündür bir yerdə dayanıb durbinlə baxır. Yanında durmuş Xəlil Paşaya) Zəfərə az qalıb Xəlil Paşa. İngilislər artıq zəif düşmüşlər. Təslim olacaqlarına heç bir şübhə yox.
XƏLİL PAŞA-Bildiyim qədər,  min dənə ölüləri, iki o qədər də yaralıları var.
NURİ PAŞA-Əlimizdə min dənə də əsirləri də var. Ataman Biçeraxovun üstümüzə göndərdiyi kazakların yarısı əsgərləmiz tərəfindən ödürüldü, o biri yarısı da əsir olaraq əlimizə keçdi. (Yenə durbinlə baxır)  Bütün cəbhə boyu Naxçıvan, Zəngəzur cəbhəsində Qarabəklir Paşa, Gəncədən bu yana dabiz daşnak-bolşevik neofaşist hərbi bilməşmələrini yaxa-yaxa gəldik. Lakin (Durbini gözündən çəkir) bu ingilisləri yenmək o qədər də asan olmadı. Çünki bunlar daşnaklar, bolşeviklər kimi deyil, bunların çoxəsrlik döyüş təcrübəsi  var. Lakin bir şeyi anlamırlar ki, türk olmaq çox zor, çünki bütün dünyala savaşır, lakin türk olmamaq daha zor, çünki türklə savaşır. Türkün savaşı həmişə zəfərlə bitir, çünki biz tarix boyu haqq-ədalət uğrunda savaşmışıq.
XƏLİL PAŞA-İngilislər bura ermənilərin dəvəti ilə gəliblər, əgər Allah uzaq eləsin, bizə qalib gəlsəydilər Bakı şəhərini ermənilərə buraxacaqdılarmı?! Mənim buna heç inanmağım gəlmir.
NURİ PAŞA-Tarix göstərir ki, ingilislər hər zaman öz mənafeylərini güdüblər, milli maraqları olmasa, kimsədən ötrü özlərini təhlükəyə atmayıblar. Şübhə  eləmirəm ki, Bakının neftində gözləri var. Əgər bizi yensəydilər, ilk olaraq elə erməniləri Bakıdan qovacaqdılar. (Bu vaxt Abas bəy gəlir. Nuru Paşa üzünü ona tutur) Şehirde durum nasıl, Abas bey?
ABAS BƏY-Çox iyi xəbərlərim var, Paşam. Rüşdü minbaşının komandanlıq etdiyi diviziya düşmənlərə çox ağır zərbələr vurub, dəmiryol vağzalını, poçtu, Binəqədi yolunu və şəhərin mərkəzini tamamilə düşməndən təmizləyib. 60-cı piyada taboru, 13-cü piyada alayı və 38-ci süvari alayı Sentrokaspi-höküməti-diktaturası qoşunlarını Sumqayıt, Güzdək istiqamətində, Xırdalan və Biləcəri kəndləri arasında darmadağın eləyib. Bakının özünü-müdafiə dəstələri başlarında qoçu Nəcəfqulu olmaqla şəhərin qalan nöqtələrini daşnaklardan təmizləyib. Maştağa, Zabrat yolunda Mir İbrahim ağanın Maştağa qarnizonu bir dənə də daşnakı sağ buraxmayıb. Neçə ay bundan qabaq otuz min günahsız müsəlmanın qətliyamını bayram edən ermənilər qaçır. Dəniz limanında yaman qalabalıq var. Türkmənistana qaçırlar. Biletin biri min manatdır. Amma eşitdiyim bir şey məni çox pərişan edib.
NURİ PAŞA-O nədir elə?
ABAS BƏY-Sən demə Şaumyan hələ ingilislər Bakıya soxulmamışdan Bakının dörd yüz altun dəyərində varidatını Sevan gəmisinə yığıb, ailəsini və erməni komissarlarını götürüb qaçıb. Hara getdikləri isə məlum deyil.
NURİ PAŞA-Tfu, soysuz.. (Yenə durbinlə baxır və əllərini qaldırmış bir ingilisin onlara tər6əf gəldiyini görür. Xəlil Paşaya) Bir ingilis döyüşçüsü bu tərəfə gəlir. Yəqin nəsə xəbər gətirir. Tapşır, onu vurmasınlar və onu özün buraya gətir!
XƏLİL PAŞA-Baş üstə Paşam. (Gedir və bir az sonra ingilis zabiti ilə birlikdə geri qayıdır).
İNGİLİS-(Cibindən məktub çıxararıb Nuri Paşaya uzadır) General Denstrevildəndir.
NURİ PAŞA-(Məktubu açıb oxuyur) Təslim olmaq təklifinizi qəbul etdik. Tapşırın atışmanı dayandırsınlar! Atəş dayanan kimi silahlarımızı yerə qoyacağıq! Lakin xahiş edirəm verdiyiniz vədə əməl edib əlinizdə olan əsirlərimizi qaytarasız! (Məktubu qatlayıb cibinə qoyur) Bu çox iyi! (Məktub gətirən ingilisə) Ona de ki, narahat olmasın, biz vədimizə heç vaxt xilaf çıxmamışıq! (İngilisə;-gedə bilərsən”,-komandası verir. İngilis yüngülcə başını tərpədib uzaqlaşır. Nuri Paşa üzünü Xəlil Paşaya tutur) Xəlil Paşa, dərhal atəşi dayandırmaq lazımdır!
XƏLİL PAŞA-Əmr edərsiniz Paşam! (Gedir. Bir qədər sonra atəş səsləri susur).
NURİ PAŞA-(Yenə durbinlə baxır) Silahları yerə qoydular! (Üzünü ona yaxınlaşan Əhməd Cavada tutur) Silahları yerə qoydular! Biz çox gərəkli bir zəfər qazandıq, Cavad bəy!
CAVAD-(Sevincindən ağlayır) Göz yaşlarımı saxlaya bilmirəm.
NURİ PAŞA-Bu gün qurban bayramıdır. Bakıya girib bu gözəldən də gözəl bayramı Azərbaycan xalqı ilə birlikdə keçirəcəyik. Eh, keşkə Mehmed Əmin bəy bunu görəydi... Çox mutlu olardı.
CAVAD-Paşam, Məhəmməd Əmin bəyi yaxından görmüsüzmü?
NURİ PAŞA-Əvət! İstanbulda məhz Qafqaz İslam Ordusunun yaranması ilə bağlı toplantıda görmüşəm. Ənvər Paşa bizi tanışdırdı. Özüm də çox mutluyam ki, vətənini canavarların caynağından qoparıb baxımsız bir türk məmləkəti yaradan o böyük insanla tanış oldum.. Mehmed Əmin bəy səni tanıyırmı Cavad?
CAVAD-Əvət Paşam! Nəinki tanıyır, hətta arkadaşız..
NURİ PAŞA-Ya, öyləmi?! Nə qədər gözəl.. Cavad bəy, sən bizim Mehmed Akif Ərsoy kimi bir istiqlal şairisən. Bir şeir söylə ki, ruhumuz bir qədər də göylərə yüksəlsin.
CAVAD-Baş üstünə, Paşam!
                                      Atıldı dağlardan zəfər topları,
                                      Yürüdü irəli əsgər, Bismillah.
                                      O, Xan sarayında çiçəkli bir qız,
                                      Bəkliyor bizləri zəfər, Bismillah.
                                      Ey hərbin taleyi bizə yol ver, yol,
                                      Sən ey coşan dəniz, gəl türkə ram ol!
                                      Sən ey sağa, sola qılınc vuran qol,
                                      Qollarına qüvvət gəlir, Bismillah.
(Ətrafdakı döyüşçülər çox şad halda onu alqışlayır).
NURİ PAŞA-(Cavadı bağrına basır) Bismillah.. Hər şeyin başlanğıcı da bunda. Bundan da daha gözəl söz ola bilməz. (Yanında dayanan yüzbaşıya) Yüzbaşı, tez topçuların yanına get və tapşır ki, havaya yaylım atəşləri atsınlar. Bakıya varid oluruq. (Qılıncını çıxarıb yuxarı qaldırır) Allahu Əkbər!
HAMI BİR AĞIZDAN-Allahu Əkbər!
NURİ PAŞA-Bu qılınc müslüman kardeşlərimizin, analarımızın, atalarımızın, nənələrimizin, babalarımızın, bacılarımızın, övladlarımızın, şəhidlərimiz və günahsız yerə öldürülən insanlarımızın intiqamını almayınca qınına girməyəcəkdir. Allahu Əkbər! (Ətrafda durmuş iki əsgərə) Əsgər!
ƏSGƏRLƏR-Əmr edərsiz, Paşam!
NURİ PAŞA-Gətirin! (Əsgərlər Azərbaycan bayrağını gətirir) Qaldırın! (Əsgərlər bayrağı yüksəldir. Nuri Paşa böyük sevinc içində bayrağa baxır) Bu bayrağı yüksəltməkdən ötrü çoxlu şəhid verdik və o şəhidlərin qəhrəmanlığı hesabına Uca Allaha çox şükürlər olsun ki, bu müqəddəs sancağı göyə yüksəltdik.
NURİ PAŞA-Nə qədər də gözəl söyləmiş xocamız Mehmed Akif Ərsoy:
                              Şühəda gövdəsi bir baksana dağlar, taşlar,
                              O ruku olmasa dünyada əyilməz başlar.
                              Yaralanmış temiz alnından uzanmış yatıyor,
                              Bir hilal uğruna ya Rəbb, ne günəşlər batıyor.
                              Ey bu topraqlar için toprağa düşmüş asger,
                              Gökdən ecdad inərək öpse o pak alnı deyər.
                              Ne böyüksün kü, kanın kurtarıyor Tevhidi,
                              Bədrin aslanları ancak bu kadar şanlı idi.
                              Sana dar gəlməyəcək makbəri kimlər qazsın?
                           “Gömərim gəl seni tarihə!” desəm, sığmazsın.
                              Hərcü-mərcin etdiyin edvara da yetməz o kitab,
                              Seni ancaq edebiyyetler eder istiab.
                              Bu taşındır deyərək Kabeyi tiksəm başına,
                              Ruhumun vəhyini duysam da keçirsəm taşına.
                              Sora gök kübbeyi alsam rida namı ile,
                              Kanayan lahtine çeksem bütün ecramı ile.
                              Mor bulutlarla açıb türbene çatsam da tavan,
                              Yeddi kandilli surayeyi uzatsam orada.
                              Sen bu abizenin altında bürünmüş kanına,
                              Uzanırken gece mehtabı getirsem yanına.
                              Türbadarın gibi ta fecre kadar bekletsen,
                              Gündüzün fecr ile abizeni lebriz etsen.
                              Tüllenen meğribi akşamları sarsam yarana,
                              Yene bir şey yapa bildim deyemem hatirana.
                             Sen ki İslamı kuşatmış boğuyorkan husran.
                             O demir çenberi göksünde kırıb parçaladın.
                             Sen ki, ruhunla beraber gezer ecramı adın.
                             Sen ki, asara gömülsen taşacaksın heyhat.
                             Ene gelmez bu ufuklar, seni almaz cihad.
                             Ey şehid oğlu şehid, isteme bəndən makbər,
                             Sana ağuşunu açmış duruyor  Peyğəmbər.
(Salavat verir) Allahun-məəsəlli-əla Muhəmmədin və ali Muhəmməd. Allahu Əkbər!
HAMI BİR AĞIZDAN-Allahu Əkbər!
NURİ PAŞA-(Göz yaşları içində) Yaşasın bu yeni, fəqət bütün türk dünyasına işıq salan hilalımız!
HAMI BİR AĞIZDAN-Yaşasın hilalımız!
NURİ PAŞA-Allahu Əklbər!
HAMI BİR AĞIZDAN-Allahu Əkbər!
(Əzəmətli bir marş sədası altında səhnədə mənzərəsi görünən Bakı şəhərinə tərəf addımlayırlar).
                                   XVII ŞƏKİL
Həmin məkan. Səhnədə kimsə yoxdur. Azərbaycan bayrağı isə durmadan dalğalanır. Bu vaxt uzaqdan nalə, fəryad səsləri eşidilir. Bir az sonira səhnəyə Nəcəfqulu, Qoçəli və Musa gəlirlər.
NƏCƏFQULU-Bu nə səslərdir belə?
MÜZNİB-(Həyəcan içində səhnəyə daxil olur) Leninin əmri ilə on birinci qırmızı bolşevik ordusu Bakını işğal elədi, xalqımızı qırdı, adamlarımızı öldürdü, bir sözlə müstəqilliyimizi əlimizdən aldı.
NƏCƏFQULU-Lənət olsun! (Bu vaxt xeyli bolşevik əsgəri başlarında general Pankratov səhnəyə daxil olurlar. Azərbaycanlı igidlər onları görən kimi görünməz bir yerə keçirlər).
PANKRATOV-(Qırmızı əsgərlərə Azərbaycan bayrağını göstərir) Endirin! (İkiəsgər bayrağı endirmək istəyir. Nəcəfqulu sərrast atəşlə hər ikisini vurur. Pankratov bağırır) Güllələyin! Öldürün! Birini də sağ buraxmayın! (Atışma başlanır. Düşmən azərbaycanlı igidlərdən yüz dəfə çoxdur. Lakin igidlər qorxmadan döyüşürlər. Bir qədər sonra əlbəyaxa döyüş başlanır və igidlər nə qədər güclü olsalar da düşmən qat-qat çox olduğu üçün Nəcəfqulu ilə Musa şəhid olurlar. Müznib isə ağır yaralanır. Qoçəli təkbaşına savaşır. Qırmızı əsgərlər yenə bayrağı yatızdırmaq istəyirlər. Qoçəlinin gülləsi qurtardığı üçün şir kimi onların üstünə atılıb neçəsini öldürür, lakin özü də ağır yaralanır. Buna baxmayaraq bayrağı götürüb qaçmağa başlayır. Düşmən əsgərlər onu yenə yüz yerdən yaralayırlar. Nəhayət o düzənliyin ənginliyində görünən hündür bir təpənin üsünə çıxır. Yenə də ona xeyli güllə dəyir.
QOÇƏLİ-(Öləcəyinə əmin olduğu üçün) Keç mənim günahlarımdan ya Rəbbim, ya Haqq Allahım! İnnə lillahil və innə iləyhi raciun! Əşhədü əlla İlahəilləllah və əşhədü ənnə Muhəmmədən əbduhu və rəsuluhu. (Yerə yıxılır və son nəfəsdə son gücünü toplayıb bayrağı öz qarnına saplayır. Pankratov hey bağırır. Düşmən əsgərlər nə qədər çalışırlarsa nə həmin təpənin üstünə dırmaşa bilmirlər, nə də bayrağı vura bilmirlər. Bayraq isə hey dalğalanır. Bu vaxt səhnə arxasında səs eşidilir)
                        Şəhid oğlu şəhidəm, bəxtim böylə imzalanmış,
                        Çünki lövheyi-məhfuzda, məni yazan şəhid yazmış.
                        Uca Allah tərəfindən böylə nəqş olmuş  mizanım,
                        Torpaq üstə qazılsa da, behiştə axmış məzarım,
                        Çünki Haqq zatən şəhidi, bağrına basmış Rizvanın.
                        Mən şəhidlik zirvəsinə ondan ötəri qalxdım ki,
                        Birdəfəlik sona yetsin, millətimin ahu-zarı.
                        Mən düşmənin məsləyini öylə bir odla yaxdım ki,
                        Bundan sonra ta özünü, alışdırsın öz azarı.
                        Bütün cismim doğransa da, parçalansa da bu canım,
                        Mən yenə də bu savaşdan öylə pak adla çıxdım ki,
                        Məhşərədək qaynayacaq, mənim o zəfər qazanım.
                        Mən şəhidlik şərbətini, öylə iştahla içdim ki,
                        Daim vətən səmasında sədalansın azanım.
                        Mən solmayan gülə dönüb, öylə bir ətir saçdım ki,
                        Uca Yaradanım dayandıranacan zamanı,
                        Dalğalansın bayrağı, müstəqil Azərbaycanın.
                        Şəhid öylə bir gül ki, hər kəs onun sorağında,
                        Həzrəti Hüseyn əkmiş onu cənnət bağında.
                                   XVIII ŞƏKİL
  Səhnədə qarlı qış təsviri verilir. Uzaqda küknar və şam ağacları görünür. Sol tərəfdə iri toyuq hininə bənzəyən bir daxma var. Olduqca güclü külək vıyıltısı gəlir. Əynində ona xeyli böyük olan köhnə palto, köhnəlikdən burunları əyilmiş ayyaqqabılar, başında köhnəlikdən rəngi bilinməyən nazik şal olan Firuzə içində xırda-xırda doğranmış odun parçaları olan iri vedrə zorla güclü küləyə sinə gərərək irəliləyib daxmanın qapısına çatır. Vedrəni yerə qoyur və qapını döyməyə başlayır, lakin nə qədər döyürsəqapını açan olmur. Nəhayət geri çəkilib zəif çiyni ilə qapıya bir neçə zərbə ilişdirir. Çərçivəsində zorla dayanan qapı cəftəsindən qırılıb yerə düşür. Firuzə qapını qaldırıbn çox çətinliklə yerinə salır və vedrəni götürüb daxmaya daxil  olur. Anası ilə kiçik bacısı künc tərəfdə uzanıb. Üstlərində köhnə, nazik adyal var. Firuzə bir neçə yerdən cırılmış əlcəklərini çıxarıb sağ əliylə donmuş dodaqlarını ovuşdura-ovuşdura anası ilə bacısına baxır. Onların üzündə həyat əlaməti yoxdur.
FİRUZƏ-(Əyilib anasinin cəsədini qucaqlayır) Ana, ana... Sənə nə oub ana?! Ana qalx! Bax mən gəldim. Ana, ana, neyçün cavab vermirsən, ana, ana? Cavab ver, ana?! (Yanığlı səslə ağlamağa başlayır) Ana, mən sənziz neyləyəcəm? Ana, kaş mən də səninlə birlikdə öləydim. Ana, ana... (Kiçik bacısı Evşənə baxır) Evşən, Evşən, Evşən, Evşən... (Evşənin də öldüyünü görüb nalə çəkir) Evşən, körpə yavrucuğaz, aman Allah aman Allah... Evşənim, sən niyə öldün, niyə?! (Fəryad qoparır) Niyə, axı niyə? Neyləmişdi bu üç yaşlı tifil?! Nədən ötrü, nəyə görə?! İndi mən neyləyəcəm, neyləyəcəm? (Əllərini görə açır) Öldür məni ey gözə görünməz Allah, öldür! Mən bundan sonra necə yaşayacağam, necə?! (Bir az da bərkdən fəryad qoparıb çənə ata-ata hönkürtü ilə ağlayır. Bir qədər sonra Camal daxmaya daxil olur).
CAMAL-(Firuzəni anasının və bacısının cəsədi üstündən qaldırır) Sakit ol qızım, sakit ol! Özünü ələ al, yoxsa ürəyin partlayar.
FİRUZƏ-(Hönkürə-hönkürə) Üç ildi bizi bura sürgün eləyiblər. (Evşənin cəsədinə işarə edir) Bu bacımdan başqa Sona adında bir bacım da var idi. Sürgünə təzə gələn zaman itgin düşdü. Anam onun dərdindən az qala havalanacaqdı. (Bir az da bərkdən hönkürür) Mədəndə işləyirdi, çox cüzi pul alırdı, amma zorla da olsa bir qarnı ac, bir qarnı tox dolandırırdı bizi. Bir ay idi xəstə idi, işə çıxa bilmirdi. İki həftə idi dilimizə bir parça quru çörək də dəyməmişdi. Mənim üzüm bərk oldu, ölmədim, amma.. (Yenə hönkürür).
CAMAL-(Firuzənin başını qucaqlayıb üzünü tamaşaçılara tutur) Bu bütün dünyaya car çəkir; “Biz ideal bir quruluş yaratmışıq, bizim vətəndaşlarımızın hamısı bəxtəvərdir, bizim vətəndaşlarımızın heç bir problemi yoxdur, həmişə qarınları tox, qış zamanı yataqları isti, yay vaxtı sərindir, bizim şanlı sovet ölkəsində insanlar o qədər nəşə ilə həyat sürürlər ki, bunu başqa yerlərdə yaşayanlar ancaq yuxular6ında görə bilərlər”,-bar-bar bağıran Şura hökümətinin iç üzünün ən bariz göstəricisidir. Bu hökümət ona yaltaqlanıb xumarlanmayanlarla bu cür rəftar eləyir. Onun proqramı əslində zülm eləməkdən, inctitməkdən, işgəncə verməkdən, öldürməkdən, asmaqdan, kəsməkdən, qan tökməkdən ibarətdir. Baxın! Bu qızcığaz istiqlal uğrunda illərlə mübarizə aparmış, xalqının rdüşmənlərinə savaşmış, döyüşmüş, çarpışmış, xalqının xoşbəxtliyi uğrunda dəfələrlə ölümün gözünə dik baxmış, nəhayət, xalqına müstəqillik bəxş eləmiş Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir. (Əlini Firuzənin anasının cəsədinə uzadır) Bu heç bir günahı olmadan, məhz Məhəmməd Əmin Rəsulzadənin qızı olduğu üçün Qazaxstanın soyuq çöllərinə sürgün edilən və burda acından, soyuqdan ölən Lətifənin cəsədidir. (Əlini üç yaşlı Evşənin cəsədinə iuzadır) Bu isə onun üç yaşlı qızı Evşənin cəsədidir. Şura höküməti Məhəmməd Əmin Rəsulzadən böyük oğlu Rəsulu da heç bir səbəb olmadan edam etmiş, ona analıq etmiş Maral ananı, zövcəsi Ümbülbənini, burda soyuqdan, acından ölən qızı Lətifədən başqa qızı Xalidəni, kiçik oğlu Azəri də Qazaxstana sürgün etmişdir. Maral ana yol boyu düz iyirmi səkkiz gün abrına bürünüb dilinə çörək və su vurmadığından hələ mənzil başına çatmamış vəfat etmişdir. Şura höküməti on minlərlə Azərbaycanın ən qabaqcıl ziyalarını, 1918-ci ildə düşmənlərə qarşı vuruşan qəhrəmanlarını edam etmiş, onların ailələrini isə suyuq Sibirə yaxud Qazaxstana sürgün etsə də dünyaya isə özünü ən humanist, ən mülayim, ən mehriban, qarışqanı belə tapdalamayan bir quruluş kimi göstərir. (Firuzəyə) Ağlama qızım, ağlama! Mən əminəm ki, bir gün haqq yerini tapacaq, babanın Şura höküməti tərəfindən qaralanmış adı  yenə Azərbaycanın istiqlal tarixində ən şərəfli səhifəsində yer alacaq və bütün vətənpərvər insanlar onun qiymətsiz ifadəsini söyləyəcək: “Bir kərə yüksələn bayraq bir daha enməz!”
                                 XIX ŞƏKİL
Xəstəxana. Bir adamlıq palatada Məhəmməd Əmin ağır xəstə halda çarpayıda uzanmışdır. Tamaşadakı sağ qalmış bütün müsbət personajlar onun ətrafındadır. Üstəlik türkiyəli dostlar da ora yığışıb. Baş tərəfində isə zövcəsi Leyla oturub. Hamı çox pərişandır. Bir qədər sonra Mirzəbala səhnəyə gəlir.
MİRZƏBALA-(Aşağı səslə) Gətirdim Məhəmməd Əmin bəy! (Məhəmməd Əmin gözlərini açır. Mirzəbala qoynundan Azərbaycan bayrağını çıxarıb ona uzadır).
MƏHƏMMƏD ƏMİN-(Leylanın köməyilə durub oturur, sonra bayrağı alıb bir neçə dəfə öpərək açır və ordakıların yardımı ilə əlində bayraq səhnə önünə gəlir. Bayrağı yenə öpüb üzünü tamaşaçılara tutur)
                          Bu bayrağa Peyğəmbər azanı hopmuş,
                          Bu bayrağa şəhidimin qanı hopmuş,
                          By bayrağa ulu türkün şanı hopmuş.
                          Bu bayraq daim Allaha səcdədədir,
                          Əbədi hürriyyətə peymanədədir.
                          Ucaldıqca ucalacaq ərşə kimi.
                          Sancılacaq düşmənə bir tişə kimi.
                          Üfüqlərdə bərq vuracaq günəş kimi.
                          Hər bir zaman bir az da yüksəlmədədir,
                          Əbədi hürriyyətə peymanədədir.
                          Tariximin yazarıdır bu bayrağım.
                          Azadlığın timsalıdır bu bayrağım.
                          Düşmənimin məzarıdır bu bayrağım.
                          Ay-ulduzun əksi bu dürdanədədir,
                          Əbədi hürriyyətə peymanədədir.
                          Məhşərə tək enməyəcək bu bayrağım.
                          Sevda ilə açılacaq hər sabahım.
                          Haqqdan gəlmiş, haqqdan yanan bu çırağım.
                          Ol səbəbdən də ən uca zirvədədir,
                          Əbədi hürriyyətə peymanədədir.
                          Şəm əgər Haqdan yanarsa bad ilə sönməz,
                          Bir kərə yüksələn bayraq bir daha enməz.
(Şeri oxuyub bitirəndən sonra yenə bayrağı öpür və üzünü yanındakılara tutur) Mənim cəsədimi bu bayrağa bükərsiz! (Nə qədər taqətsiz olsa da) Azərbaycan, Azərbaycan, Azərbaycan!!! (Üçüncü dəfə Azərbaycan deyəndən sonra qəfildən yıxılır. Yanındakılar onu tamamilə yıxılmağa qoymurlar və ağlaya-ağlaya gətirib çarpayıya uzadaraq bayrağı onun üstünə örtürlər).
                             XX ŞƏKİL
Hamı üzərinə Məhəmməd Əmin Rəsulzadənin üzərinə Azərbaycan bayrağı örtülmüş məzarı başındadır. Din xadimi müqəddəs Qurani-Kərimin “Yəsin” surəsini oxuyur. “Yəsin” oxunub bitəndən sonra Əbdül Vahab Yurdsevər Məhəmməd Əminin məzarını öpərək qəddini düzəldib kürsüyə qalxır).
ƏBDÜLVAHAB-Əziz arkadaşlarım! Bu gün son yarım əsrlik türk tarixinin ən böyük və nurlu simalarından birini torpaqa təslim etdik. Məhəmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai, elmi, ədəbi çalışmaları, türklük və Azərbaycan uğrundakı qəhrəmanca savaşları ilə bu yüksək ünvana və şanlı mərhələyə çatmışdır. Məhəmməd Əmin bəy türk ulusunun qurtuluş yoluna təşkilatlandıran parlaq bir istiqbala götürənlərdən biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur.
 Məhəmməd Əmin bəyin böyüklüyü və yüksəkliyi ölümündən sonra bir qüvvət halında yaşamasında və əsərləri ilə bütün bir milləti yaşatmasındadır. Torpaqa verdiyimiz onun vücududur. Qəlbimizdə yaşayan isə onun ölməz, böyük ruhudur. Çətin vəzifəsini yerinə yetirmiş və pak, açıq bir alınla istiqlal şəhidlərimizin huzuruna çıxmaqdadır. Özünə Haqdan rəhmət, sizlərə isə səbr və mətanət diləyirəm! (Kürsüdən enir).
ƏHMƏD CƏFƏROĞLU-(Məhəmməd Əminin məzarını öpüb qəddini düzəldir kürsüyə qalxır) Vücudunu bu gün göz yaşları içində Anadoludan əziz torpaqlarına əmanət etdiyimiz böyük ustad Məhəmməd Əmin Rəsulzadə milli hürriyyət və istiqlal uğrunda əlli ildən bəri şanla və şərəflə apardığı çətin mübarizə yoluna gənc yaşlarında Bakıdan başlayaraq Tehranda və İstanbulda eyni şövq və həyəcanla davam etmiş, hadisələrin seyri naminə təkrar Azərbaycana dönmüş, orada yandırdığı müqəddəs qurtuluş məşəlini 1917-ci ildə toplanan türk və müsəlman nümayəndələri nin tarixi qurultayına qədər götürmüş, orada inamı ilə qəlbləri tutuşdurmuş,  dönüşündə Azərbaycanın rus zülmündən qurtuluşunda baş rol oynamış, bolşevik istilasından sonra yenə yurdunu tərk etməyə məcbur olaraq Avropa məmləkətlərinə çıxmış, lakin siyasi-publisistik fəaliyyətini dayandırmamış, ömrünün axırına qədər Azərbaycan həqiqiqətini bütün dünyaya bəyan etmişdir. Nə şərəfli bir həyat! Cənabi Haqq onu rəhmətlərinə qərq etsin və bizlərə də ona layiq olmağa nəsib etsin!
MİRZƏBALA-(Kürsüyə qalxır. Göz yaşları içində) Bütün ömrünü xalqının hürr yaşamasına, milli istiqlal qazanmasına sərf etdi. Lakin cəllad ruhlu Şura höküməti heç bir səbəb olmadan böyük oğlu Rəsulu edam etdi, ona analıq etmiş Maral ananı, zövcəsi Ümbülbənini, qızları Lətifəni, Xalidəni, kiçik oğlu Azəri, nəvələri Firuzəni, Evşəni soyuq Qazaxstan çöllərinə sürgün elədi. Maral ana, həyat yoldaşı Ümbülbəni və azyaşlı qızcığaz Evşən Qazaxstanın buzlu çöllərində faciəvi şəkildə həlak oldular. Bu idimi Şura hökümətinin insanlara gətirdiyi işıq?! (Bir qədər susur) Lakin o sınmadı, ruhdan düşmədi, yenə Avropanın cürbəcür məkanlarındakı mətbuatlarda xalqının haqq səsini bəyan elədi, Şura hökümətinin eybəcərliyini bütün dünyaya yaydı. Onun burda, Ankara radisoundakı çıxışları bütün türk dünyasına Şura hökümətinin qırmızı terrorunun əsarət altında saxladığı xalqlara, o cümlədən Azərbaycan xalqına hansı bəlaları gətirdiyini anlatdı. (Yenə bir qədər susur)Mən onun yanında yetişdim, vətəni, torpaqı, xalqını, millətini, bayrağını sevməyi ondan öyrəndim. O, tək mənə deyil, yüz minlərlə insana vətən sevgisi aşılayırdı. İstəyi, arzusu yalnız və yalnız xalqını, millətini xoşbəxt, firavan görmək idi. Onun qaldırdığı bayrağı müvəqqəti olaraq endirdilər, lakin o elə bir cığır açıb ki, şübhə eləmirəm ki, gələcək nəsillər bu cığırı daha da genişləndirəcək və Azərbaycan bayrağını üfüqlərə elə yüksəldəcəklər ki, qiyamətə qədər bu bayraq Azərbaycan səmasında şövqlə dalğalanacaqdır. Allah ona qəni-qəni rəhmət eləsin! (Kürsüdən enir)  
KƏRİM YAYĞILI-(Kürsüyə qalxır)-

Sarmışkən atəşiylə imanlı qəlbimizi,
Bir soyuq qarlı axşam tərk edib getdi bizi.
Təsəllisi güc olur ona vurulanların,
O ümid günəşiydi geridə qalanların.
Bir nəslə həyat verən işıqdı, irfandı o,
Bir nəslin varlığıydı, şahlanan inamdı o.
Yaşatmazdı qəlblərdə ümidsizlik nə məlal,
 Onun məfkurəsiydi, Haqq, müsavat, istiqlal.
Sar köksünə Ankara, yurdumun ziynətini,
Günü gəlincə istər, səndən əmanətini.
Şüktranını sınarkən bir gün hörmətlə sənə,
O sümüklər gedəcək, gedəcək o vətənə.
Saxla qoynunda onu, vermə özgəyə ələ,
Bir hədiyyən olacaq yurdumdakı heykələ!
 

O, ailəsini övladlarını, nəvələrini, ən yaxın dostlarını qurban verdi. Lakin heç bir şey, heç bir şey onu əqidəsindən döndərə bilmədi. Biz əminik ki, vaxtilə ucaltdığı bayraq müvəqqəti enmişdir və inşallah, vaxt gələcək bu bayraq yenə ərşə yüksələcək. Yenə murdar adamlar bu bayrağı endirmək istəyəcəklər, xalqın istəyi ilə seçilən rəhbərlər bu bayrağı enməyə qoymayacaq və bu bayraq şeirdə deyildiyi kimi qiyamətə qədər enməyəcəkdir! (Kürsüdən düşür).
  (Səhnə arxasından Məhəmməd Əmin Rəsulzadənin səsi eşidilir)
MƏHƏMMƏD ƏMİN-Dünya tarixinin xülasəsi haqq ilə batil, hürriyyətlə əsarət mübarizəsinin bir ifadəsidir. Bir yandan hürriyyət və demokratiya, o biri yandan isə totalitarizmilə kommunizm cəbhəsinə ayrılan bu günkü dünya mənzərəsi həmin mübarizənin yeni, böyük qarşılasması deməkdir. Bu bəlkə də son qarşılaşmadır. Bu mübarizədə həqiqi vətənpərvərin vicdanına tərcüman olan böyük şərhçilərə görə vətən, hürriyyət və istiqlal ideallarına bağlı qaldığını güclü surətdə elan edən Azərbaycan türklüyünün yeri çoxdan təyin olunmuşdur. Müqəddəratını hürriyyət sevər millətlərin və mədəniyyət dünyasının müqəddaratı ilə bağlamış Azərbaycan, hürriyyət və demokratiya cəbhəsinin son və qəti zəfərinə əsla şübhə etməz! Duyduğu min bir iztirabdan sonra arzuladığı hürriyyət və istiqlalına qovuşacaq, şair Gültəkin Əmin Abidin bu beytini zəfər sevincləri içində təkrar edəcək: “Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
                          Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”
 (Bundan sonra səhnədə Heydər Əliyevin Azərbaycan bayrağını öpən video lenti, daha sonra 44 günlük müharibədə Azərbaycan əsgərlərinin qəhrəmanlığını əks  etdirən və Azərbaycanın prezidenti İlham Əliyevə aid videolent  göstərilir).
İLHAM ƏLİYEV-Qarabağ Azərbaycandır!   (Pərdə enir).
                                            SON




Baxış sayı: 1 053


Bölməyə aid digər xəbərlər