22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
XALQ ŞAİRİ QABİLİN “NƏSİMİ” POEMASINDA NƏSİMİ OBRAZI-PÜSTƏ ƏHMƏDOVA
Tarix: 23-06-2021 00:43 | Bölmə: Ədəbiyyat

Azərbaycan ədəbiyyatında böyük Azərbaycan şairləri və görkəmli şəxsiyyətlərinin obrazları yaradılan çoxsaylı əsərlər var. Ümumiyyətlə, müəyyən görkəmli bir şəxsiyyət və ya sənətkara əsər həsr etmək, onun dövrü, mühiti, həyatı və fəaliyyətini işıqlandırmaq, Azərbaycan tarixi və ya mədəniyyətinin müəyyən bir dövrünü bədii mündəricəyə daxil etmək bir ənənə təşkil etmişdir. Bədii əsərlərin mərkəzinə gətirilən belə görkəmli şəxsiyyətlər arasında Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin özünəməxsus mövqeyi var. Bədii yaradıcılığın müxtəlif sahələrində - kiçik lirik şeirlərdən tutmuş iri poemalara, bədii nəsrə və dramaturgiyaya qədər İmadəddin Nəsiminin həyatı, taleyi və dövrü əks olunan çoxsaylı qiymətli əsərlər vardır. Bu əsərlər içərisində İmadəddin Nəsimini həyatı və idealları ilə mükəmməl şəkildə obrazlaşdıran daha bir əsər müasir Azərbaycan şairi Qabilin “Nəsimi” irihəcmli poemasıdır.
Ümumiyyətlə, “Nəsrdə ən böyük əsər İsa Hüseynovun “Məhşər” romanıdır. Nəzmdə isə Əli Kərimin 1969-cu ildə yazdığı “Şəhidliyin zirvəsi” kiçik poeması, 1972-1973-cü ildə Xalq şairi Rəsul Rzanın yazdığı “Son gecə” poeması və onlarca şeirlər ədəbiyyatımızda özünəməxsus yer tutmaqdadır” (B.Bərdəli). Xalq şairi Qabilin “Nəsimi” poeması ümummilli ideallara qarşı əks ideologiya yürüdüən sovet cəmiyyətində 70-ci illərdə qələmə alınmışdır. Görünür, 60-cı illərin bədii yeniləşməsinin davam etdiyi ənənələri və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin mühüm təsirinin nəticəsində Xalq şairi Qabilin “Nəsimi” və digər sənətkarların milli ideyalar əxz edən əsərləri meydana gəlmişdir. Poemada Nəsiminin uşaqlığından tutmuş dövrü, mühiti, həyatı və idealları geniş planda əks etdirilmişdir. Üç hissədən ibarət olan geniş həcmli poemanın birinci hissəsində İmadəddin Nəsiminin uşaqlığından tutmuş ilk gənclik illərinə qədər, ikinci hissədə gənc və istedadlı şair kimi parlamaqda olan Nəsiminin yetişməsi və hürufilər arasında mənəvi məktəb keçməsi, hürufilik fəaliyyəti və Fəzlullah Nəiminin ideyaları naminə mübarizəsi, üçüncü hissədə isə onun Andolu və müxtəlif yerlərə səfəri və səfər təəssüratları, buradakı ictimai fikir və təriqət nümayəndələri ilə görüşü və s. haqqında bəhs olunur.
Əsərdə Nəsiminin həyatı və taleyi ətrafında bir sıra ictimai-mənəvi məsələlər ehtiva olunur. Şəxsiyyətin qüdrəti və idealları məsələsi poemanın başlıca əxz etdiyi ideyadır. Əsərdə həmçinin Şirvanda – Şamaxıda dünyaya göz açmış böyük Azərbaycan şairi Nəsiminin həyatı fonunda ümumvətən ideyası əks olunmuşdur. Çünki şəxsiyyət özünün dəyərləri, dünyagörüşü və tərbiyəsi məsələlərində təkcə dövrü və mühiti deyil, həm də onun mənsub olduğu, sözün geniş mənasında, vətəni də ehtiva edib ortaya çıxarır. Nəsimi də özünün şəxsiyyətindən tutmuş səfərlərinə qədər ümumvətən ideyasını ortaya qoyur. Əlbəttə, bu ideya Azərbaycan şairi Qabilin qələmə aldığı bədii əsər çərçivəsində 70-ci illərdə ortaya qoyduğu vətən ideyasının böyük cəsarət nümunəsi idi. Qabil bir sənətkar olaraq Nəsiminin bütün yaradıcılığına vətənpərvərlik qayəsi verir, ona vətənpərvərlik nöqteyi-nəzərindən yanaşırdı. Anadilli şeirimizin böyük ustadı olan Nəsiminin bütün həyatı, mübarizəsi, əsərləri və qayəsi kontekstində ona vətən mücahidi, insanlıq aşiqi, azadlıq nəğməkarı kimi yanaşırdı. Əsərin birinci hissəsininin “Qiymət” adlanan və müəllif tərəfindən deyilən bölməsində Qabil bu qayədən çıxış edərək yazırdı:
“Vətən” kəlməsinə rast gəlmədim mən,
Bircə beytində də bircə yol barı.
Fəqət haqq uğrunda döyüşlərdə sən
Oldun xalqımızın fəxri, vüqarı.
Xalq şairi əsrlər öncə - dini məhkəmələrin qüdrətli, fanatizm və radikal islamın güclü olduğu bir zamanda azad və kamil insan ideyası uğrunda hayqıran bir filosof-şairin mənəvi mücəssəməsini yaradır. Bircə beyti, bircə sözü də vətən deməyən bu şairin mübarizə idealları və şəxsiyyətində Vətən ümumiləşdirən Xalq şairi Qabil onun ideaya və ideallarından çıxış edərək bir sıra azadlıq və mənəvi dəyərlərindən aşınmış Azərbaycan xalqının 70-ci illərdəki həyat amalına çevirir, onu zəngin tarixli və mədəni inkişaflı Vətən timsalında ümumiləşdirir.
Əsərdə maraqlı cəhət odur ki, Xaq şairinin Nəsiminin obrazı və taleyi əhatəsində təqdim etdiyi vətən idealı kiçik miqyasda qalmır, o, iki məzmunda müəyyənləşir və bütövlükdə Azərbaycan-türk xalqının tarixi taleyinə çevrilir: 1. Kiçik vətən, Ana vətən – buraya tarixi Azərbaycan əraziləri daxildir; 2. Böyük Vətən, Ata vətən, buraya oğuz-türk əraziləri daxildir. Xalq şairi məhz bu kimi ciddi məna, məzmun və ideya kəsb edən məsələlərdən az və ya çox dərəcədə əsərin hər bir hissəsində, xüsusilə birinci və üçüncü hissələrdə bəhs edir. Poemanın birinci hissəsində Nəsimini bir şəxsiyyət olaraq yetişdirən və parlamağına vətənlik edən Şamaxı mühitindən genişliklə bəhs olunur. Şamaxı Nəsimini yetirən, yetişdirən, hürfizmlə tanış edən, Fəzlullah Nəimi kimi ustadla qarşılaşdıran və buradan geniş dünyaya, mübarizə dolu bir həyata yola salan ana vətəndir. Müəllif bir neçə bölmədən ibarət poemanın üçüncü hissəsində də Xalq şairi Nəsimini böyük Rum ellərində, Anadolu ərazilərində gəzdirərək onu həm ideya, həm də mənşə etibarilə doğma olan insanlarla görüşdürür, onun bu mübarək ərazilərə gəlməsini şadyanalıq, bayram kimi təsvir edir. Böyük Mövlana Cəlaləddin Rumini, anadilli türk şeirinin nəhəng siması böyük Yunus Əmrəni, hürufilik cərəyanı və onun ideoloqu Fəzlullah Nəiminin davamçısı olan Əliül Əlanı və başqlarını xatırladan şair İmadəddin Nəsimini onlarla görüşdürür və bu görüşlər ətrafında böyük fikirlər əxz etdirir. Şair Nəsimini qardaş Azərbaycan üçün doğma olan Konya, Ərzurum, Ağ şəhər, Ağ saray, Qaraman, ümumən Rum elini gəzdirib dolaşdırır, onu böyük hörmət və məhəbbətlə qonaq etdirir, görüşdüyü adamlarla odlu, dərin söhbətlərini təqdim edir, iki xalq kimi görünən bədənlərin altında bir mənəviyyat, bir amal, bir dəyər əks və əxz etdirir. Əlbəttə, Sovet dövründə belə bir əsərin yazılması böyük cəsarət tələb edirdi və hələ belə bir qorxunc dövrdə bu əsərin yazılması Azərbaycan ziyalılğı, ədəbiyyatı üçün böyük nailiyyət hesab oluna bilər.
Poemanın üçüncü hisəsinin bir neçə bölməsindən olan “Şirvanlı Murad”, “Zəhra”, “Ağ saray” bölmələri bilavasitə qeyd etdiyimiz ümumvətən və vətən sevgisi ideyalarını ehtiva edir. Adından da göründüyü kimi, Şirvanlı Murad Şamaxılı İmadəddin Nəsiminin dosdoğma həmyerlisidir, bir vətəndən, bir yurddandırlar. Həm də Şirvanlı Muradın da taleyi müəyyən mənada Nəsiminin taleyinə bənzəyir. Doğrudur, Nəsimi ideyaları və mübarizəsi naminə yollara düşüb, dərvişlərin izilə gəlib bu yerlərə çıxıb, mənəvi qardaşlarının səsinə yetişib, amma Şirvanlı Murad qürbət sevdası ilə bu ellərə gəlib çıxıb və buralarda yaşamalı olub:
Səni vətənindən məslək ayırdı,
Səni dərviş etdi böyük bir amal.
Məni vətənimdən fələk ayırdı,
Beynimi, başımı o qan eylədi.
Amma hər ikisi qəribdir və bir vətəndəndirlər. Qabil Şirvanlı Muradın dililə bu ellərin də doğma, canayaxın, dili bir, dini bir, ruhu bir yurd olduğuna işarə edir, bu səbəbdən burada yuva qurduğunu deyir.Xalq şairi Şirvanlı Muradla Nəsiminin alaçıqda görüşləri xüsusunda Azərbaycanı, Şamaxını yada salmaqla “kiçik Vətəni” ümumiləşdirir:
Hər gəbədə bir sürünün yatır qiyməti,
Azərbaycan xalçaları Vətən şöhrəti...
Bu Şamaxı, bu Qəbələ, bu Gəncə, Quba...
Hər butada aləm açıb bir sərvi-tuba.
Güllər vurub, qönçə düzüb neçə el qızı,
Vətən ruhu ruhlandırır qürbətdə bizi.
Şairin bir alaçığın, onun otağının təsvirində qürbət həsrəti, qəriblik psixologiyası ümumiləşdirilib, bir qəriblik həsrətinin sönməsi üçün ehtiyac olan və qəribliyi obrazlaşdıran əşyalar təqdim edilib. Muradla Nəsiminin söhbəti də məhz iki qəribin tipik söhbətini xatırladır və öz el-obasından olan söhbətlə bir qəribin rahatlayan ruhu sanki təsvirini tapıb:
Murad dedi: - Qırx ildir
Şamaxıdan kənaram.
Vətənin həsrətiylə
Gecə-gündüz yanıram.
Şamaxıda kim ölüb,
Kim qalıb indiyədək?
Kimin belini büküb,
Qəddini əyib fələk?
Məhəllələr, küçələr
Yerindəmi eləcə?
Necə görünür şəhər
Həm səhər, həm də gecə?
Heç olmasa bir-iki
Tanış adı çək axı...
Beləliklə, iki həmyerlinin söhbəti, sözü vətən həsrəti və el-oba məhəbbəti əxz edərək təqdim edilir. Bu kimi təsvirlərlə şair “kiçik vətən” ideyasını təzahür etdirmiş olur. Onu ətrafında isə cərəyan edən azad insan – kamil insan ideyası işığında “böyük vətən” amalıdır. Buna görə də müəllif Nəsimini Rum eli boyunca səyahət etdirib ən görkəmli şəxsiyyətlərlə görüşdürür, onların azad və böyük dünya amalını ehtiva edir. Bu civarda, əlbəttə, biz bu gün də yaşayan və inkişaf edən iki türk – Azərbaycan və türk xalqının qardaşca yaxınlaşmasını müşahidə edirik. Bun görə də, fikrimizcə, əsərin müəllifi Xalq şairi Qabil Nəsiminin səyahəti coğrafiyası və xəritəsi böyunca mənəvi bütövlük kəsb edən bir dünyanın fonunda həm də coğrafi bir bütövlük kəsb ediləsi olan “böyük vətən” ideyasını əks etdirmişdir. 70-ci illərin ictimai-tarixi imkanları daxilində şairin bu cür fikirlər ifadə etməsi keçmiş ədəbi ənənələrə sadiqlik və gələcəyi görən uzaqgörənlik nümunəsi idi. Əlbəttə, nəzərə alsaq ki, XX əsrin əvvəllərində Azərbaycan romantikləri Ə.Hüseynzadə, H.Cavid, M.Hadi, Ə.Ağaoğlu və başqaları “böyük və bütöv türk yurdu - Turan” ideyası və idealı işığında fəaliyyət göstərirdilər və bu ideya qardaş Azərbaycanda hər zaman yaşayan başlıca ideal olub, o zaman Xalq şairi Qabilin “Nəsimi” poeması çərçivəsində bədii imkanlar daxilində məhz bu “vahid ölkə, vahid Turan” ideyasına işarə etdiyini düşünə bilərik. Buna imkan verən isə müəyyən mənada hürufilərin azad və kamil insan ideyasının sovet ideologiyasına imkan verdiyi mənəvi bağlantıdan və Nəsimi də daxil olmaqla hürufilərin fəaliyyət miqyası və coğrafiyası bağlantılarında Türkiyədə də olmaları idi. Bu isə, şair Qabilin təbirincə, qəti fikrimizə görə, siyasi mənada olmasa da, mənəvi anlamda birlik ideyası idi. Əsərdə də bütövlükdə Nəsimi şəxsiyyətini sözün bütün geniş mənasında əhatə edən obrazının yaradılması da məhz onun şəxsiyyəti ilə bağlı olan, həyatını keçən əraziləri vətən mənasında ehtiva etmişdir.
PÜSTƏ ƏHMƏDOVA,
Naxçıvan Dölət Universiteti
Tarix-filologiya fakültəsinin tyutoru
Baxış sayı: 1 628
Bölməyə aid digər xəbərlər

4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!