Bütün xəbərlər
Norveç ilk milli nüvə təhlükəsizliyi strategiyasını təqdim edir
Tarix: 03-07-2025 13:13 | Bölmə: Karusel

Norveçdə ilk dəfə olaraq radiasiya və nüvə təhlükəsizliyi sahəsində milli strategiya yaranıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Skandinaviya ölkəsinin hökuməti məlumat yayıb.
Qeyd olunur ki, sənədin əsas məqsədi nüvə təhlükəsizliyi kontekstində ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı sahəsində səylərin tətbiqi çərçivəsini müəyyən etmək və əsas istiqamətləri işıqlandırmaqdır.
RİA Novosti Norveçin səhiyyə və sosial məsələlər naziri Yan Kristian Vestrenin sözlərini sitat gətirir: "Mən çox şadam ki, bu sahədə ölkədə ilk milli strategiyamız var. O, səhiyyə və ölkəmizin təhlükəsizliyi sahəsində hazırlığı gücləndirmək üçün nəzərdə tutulub".
Norveçin xarici işlər naziri Espen Barth Eide qlobal gərginliyin artdığı bir zamanda nüvə təhlükəsizliyi məsələsinin xüsusilə aktuallaşdığını vurğulayıb.
1957-ci ildə Norveç Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) üzvü oldu. Bundan əlavə, ölkə Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni (NPT) imzalayıb.
Ötən həftə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Roman Ustinov “Rossiya 24” telekanalına eksklüziv müsahibəsində bildirib ki, Rusiya Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq qalır.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb