Bütün xəbərlər
Rusiya səfirliyi bildirib ki, hazırda İsrailə səfər etmək üçün heç bir maneə yoxdur
Tarix: 03-07-2025 16:00 | Bölmə: Dünya

İsraildə təhlükəsizliklə bağlı vəziyyət nisbətən sabitləşdiyi üçün hazırda rusiyalıların ölkəyə gəlməsinə heç bir maneə yoxdur.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təl-Əvivdəki səfirliyi məlumat yayıb.
Buna baxmayaraq, Rusiya diplomatik missiyası ruslara Suriya və Livanla sərhəd bölgələrə, eləcə də Qəzzaya yaxın ərazilərə getməməyi tövsiyə edib.
"Təhlükəsizlik vəziyyətinin nisbətən sabitləşməsi ilə əlaqədar olaraq bildiririk ki, hazırda İsrailə səfər etmək üçün heç bir maneə yoxdur", - səfirliyin bəyanatında deyilir.
Diplomatlar aydınlaşdırıblar ki, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə hələ də riayət etmək lazımdır.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını açıqlamışdı.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər