Bütün xəbərlər
Əfqanıstan XİN: Rusiya İslam Əmirliyini tanımaq qərarına gəlib
Tarix: 03-07-2025 23:24 | Bölmə: Karusel

Əfqanıstan Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov Rusiya hökumətinin Əfqanıstan İslam Əmirliyini tanımaq qərarını rəsmən elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan XİN rəhbəri ilə Rusiya səfiri arasında keçirilən görüşdə bildirilib.
“Görüş zamanı Rusiya səfiri Rusiya hökumətinin Əfqanıstan İslam Əmirliyinin tanınması ilə bağlı qərarını rəsmən elan edib”, nazirlik X sosial şəbəkəsində yazıb.
Kabildə bu hadisə tarixi adlandırılaraq, onun ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rolu qeyd edilib.
Bundan əvvəl Əfqanıstanın yeni səfiri etimadnaməsinin surətlərini Rusiya Federasiyası xarici işlər nazirinin müavininə təqdim edib.
Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov Rusiya Federasiyasının əfqan xalqına qarşı dost münasibətinə diqqət çəkib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb