Bütün xəbərlər
Putin və Tramp enerji, kosmos sahələrində bir sıra layihələrdə qarşılıqlı marağı təsdiqləyiblər
Tarix: 03-07-2025 21:08 | Bölmə: Karusel

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin və Tramp bir sıra layihələrdə, o cümlədən enerji və kosmosda qarşılıqlı marağı təsdiqləyiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun izah etdiyinə görə, bu mövzu Rusiya və ABŞ arasında ikitərəfli münasibətlər çərçivəsində iki ölkə liderləri tərəfindən müzakirə edilib.
"İkitərəfli məsələlərə dair fikir mübadiləsi çərçivəsində bir sıra perspektivli iqtisadi layihələrin, xüsusilə enerji və kosmik tədqiqatların həyata keçirilməsində qarşılıqlı maraq təsdiqlənib", - Uşakov qeyd edib.
Rusiya prezidentinin köməkçisi həmçinin bildirib ki, Putinlə Tramp arasında söhbət səmimi olub. Moskva ilə Vaşinqton arasında ünsiyyət davam edəcək.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb