Bütün xəbərlər
Arvadını azyaşlı oğlunun gözü qarşısında bıçaqlayaraq öldürən şəxs həbs edilib
Tarix: 02-07-2025 20:05 | Bölmə: Cəmiyyət

Roman Balabin Sankt-Peterburqda arvadını azyaşlı oğlunun gözü qarşısında bıçaqlayaraq öldürərək cəsədini divanda gizlətdiyinə görə həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
İyunun 30-da axşam saatlarında kişi sərxoş halda Kolpino şəhərindəki mənzillərdən birində arvadının baş və boyun nahiyəsinə azı 14 bıçaq zərbəsi vurub. Zərərçəkmiş yerindəcə keçinib. Daha sonra kişi meyiti divan çekmecesində gizlətdi.
"Məhkəmə Kolpino Rayon Prokurorluğunun mövqeyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində 2025-ci il avqustun 31-dək həbs qətimkan tədbiri seçib", - idarənin məlumatında deyilir.
Prokurorluq cinayət işi üzrə istintaqın gedişi və nəticələrinə nəzarət edir.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər