Bütün xəbərlər
Uşakov: "Putin və Tramp yaxın gələcəkdə ünsiyyətlərini davam etdirəcəklər"
Tarix: 03-07-2025 21:13 | Bölmə: Manşet

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp yaxın gələcəkdə əlaqəni davam etdirəcəklər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, iki ölkə liderləri arasında söhbət həmişə olduğu kimi səmimi olub.
"Prezidentlər təbii ki, yaxın gələcəkdə ünsiyyətlərini davam etdirəcəklər", - Uşakov bildirib.
İyulun 3-də prezident Vladimir Putin ASİ-nin “Yeni Zamanın Güclü İdeyaları” forumunda layihələrdən birini şərh edərkən Trampa zəng etməyi planlaşdırdığını bildirib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər