Bütün xəbərlər
Bıçaq xəsarəti olan kişi meyiti tapılıb
Tarix: 03-07-2025 21:16 | Bölmə: Digər

Moskvanın cənub-qərbində, Ostrovityanova küçəsində boynundan bıçaq xəsarəti alan kişi meyiti tapılıb; hücum edən şəxs xəstəxanaya yerləşdirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva İstintaq Komitəsi (SK) və prokurorluq məlumat yayıb.
İstintaqın məlumatına görə, iyulun 3-də şübhəli şəxs yaşayış binalarından birində tanışı ilə spirtli içki qəbul edib və mübahisə zamanı naməlum səbəbdən onun boyun nahiyəsinə bıçaq xəsarəti yetirib. Zərərçəkən hadisə yerində ölüb.
Şübhəli yaralanıb, xəstəxanaya yerləşdirilib və hazırda ona tibbi yardım göstərilir.
Bu faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (Qətl öldürmə) ilə cinayət işi açılıb.
"Hadisə yerində paytaxt İstintaq Komitəsinin müstəntiqləri və kriminal ekspertləri işləyir. Baş verənlərlə bağlı tam mənzərənin yaradılmasına yönəlmiş bir sıra istintaq hərəkətləri həyata keçirilir", - İstintaq Komitəsinin məlumatında deyilir.
İş prokurorluğun nəzarətindədir.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər