Bütün xəbərlər
Futbolçu Dioqo Jotanın öldüyü qəza yerindən görüntülər yayılıb
Tarix: 03-07-2025 16:06 | Bölmə: Karusel

Sosial şəbəkələrdə Portuqaliya millisinin və İngiltərənin "Liverpul" klubunun futbolçusu Dioqo Jotanın öldüyü qəzanın yerindən görüntülər yayılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kadrlarda dəhşətli qəzanın nəticələri əks olunub: idmançının avtomobili tamamilə sıradan çıxıb, onun hissələri əraziyə səpələnib. Bundan əlavə, videoda qəza yerində polis əməkdaşlarının işlədiyi görünür.
Cümə axşamı məlum olub ki, Jota İspaniyanın Zamora əyalətində A-52 avtomobil yolunun 65-ci kilometrliyində qəzaya uğrayıb. 28 yaşlı portuqaliyalı futbolçu 26 yaşlı qardaşı Andre ilə "Lamborghini" ilə hərəkətdə olub.
Avtomobil yoldan çıxaraq yanıb.
"Liverpul"un tərkibində Jota İngiltərə Liqa Kubokunun ikiqat qalibi olmaqla yanaşı, İngiltərə Kubokunun çempionu və qalibi olub. Portuqaliya millisinin tərkibində idmançı iki dəfə Millətlər Liqasının qalibi olub. İyun ayında Jota sevgilisi Ruta Kardoso ilə evlənib və üç övladı var.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb