Bütün xəbərlər
"El País": Makronun Putinə zəngi Avropa liderlərinin blokadasını qırdı
Tarix: 02-07-2025 20:47 | Bölmə: Manşet

“El Pais” qəzeti yazır ki, Fransa prezidenti Emmanuel Makron və Rusiya lideri Vladimir Putin arasında iyulun 1-də baş tutan telefon danışığı Avropa liderlərinin susqunluğuna son qoyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin vurğuladığına görə, Aİ ölkələri uzun müddətdir ki, Rusiya tərəfi ilə əlaqədən yayınıblar. Yeganə istisnalar Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyadakı həmkarı Robert Fiko idi.
“İki saatdan çox davam edən söhbət əlaqə saxlamağa razılaşan iki lider arasında uzun sürən sükuta son qoydu”, - deyə, məqalə müəllifi yekunlaşdırır.
Makron Putinə demək olar ki, üç ildən sonra zəng edib - prezidentlər arasında sonuncu təmas 2022-ci il sentyabrın 11-də baş tutub. Zəng zamanı Rusiya lideri Rusiya Federasiyasının Ukrayna ilə bağlı razılaşmalara fundamental yanaşmalarını təsdiqləyib.
O vurğulayıb ki, yanaşmalar hərtərəfli olmalı, uzunmüddətli nizamlanmaya və Ukrayna böhranının kök səbəblərinin aradan qaldırılmasına yönəldilməlidir. Bundan əlavə, razılaşmaların əldə olunması istiqamətində iş aparılarkən mövcud ərazi reallıqları nəzərə alınmalıdır.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər