Bütün xəbərlər
Karapetyanın şirkətinin ofisində aparılan axtarışlardan sonra Ermənistanda cinayət işi açılıb
Tarix: 03-07-2025 16:12 | Bölmə: Karusel

Ermənistan hüquq-mühafizə orqanları rusiyalı biznesmen Samvel Karapetyanın şirkətində axtarış apardıqdan sonra 4 nəfərə qarşı cinayət işi açıblar, Respublikanın İstintaq Komitəsi RİA Novosti-yə müsahibəsində bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə edib ki, iş üzrə iki təqsirləndirilən şəxs artıq həbs edilib. Agentlik təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamları dəqiqləşdirməyib.
Bundan əvvəl Ermənistan parlamenti həbsdə olan rusiyalı biznesmen Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsinə icazə verən qanun qəbul edib. Yekun oxunuşda qanunun qəbulunun lehinə 65 deputat, əleyhinə isə 27 deputat səs verib.




Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb