19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
XANƏLİ KƏRİMLİNİN “TANRI MÜJDƏSİ”
Tarix: 17-06-2021 01:44 | Bölmə: Ədəbiyyat

Dost hədiyyəsi şirin olar. Özü də Odlar Yurdu Azərbaycanımızın ən qədim və əbədi güşəsi olan, Şərqin Qapısı sayılan Naxçıvan ellərindən gələn hədiyyə.
Bu hədiyyə bizə dağlar qoynunda yerləşən Şahbuz rayonundakı məşhur “Toğluqayanın Məmməd Araza məktubu”nu, şəhid anasın “Saxla qəlbini buz tək” təsəllisini, “Zamanıma, nakam dostlarıma və özümə elegiya”sını, şanlı ordumuza “Vur, əsgərim, haqq sənin, həqiqət də sənindir” cağrışını, “Bir kərə yüksələn bayraq bir daha enməz” inamı ilə söylənən “Bayrağını uca qaldır, ana vətən” sədasını çatdırdı.
Qələm dostumuz, şair Xanəli Kərimlinin “Qanun” nəşriyyatında işıq üzü görən, anadan olunmasının 70 illik yubileyinə həsr olunmuş “Tanrı müjdəsi” şeirlər və poemalar kitabı bizlərdə bu rəngarəng fikirləri yaratdı.
70 illik yubleyiniqeyd etdiyimiz, “Tanrı müjdəsi” ilə qəlbimizə sevinc gətirən Xanəli Kərimlini geniş oxucu kütləsinə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Nuhçıxandan Naxçıvana” adlı kitabındakı “Xanəli Kərimli şeirinin imkanları ” məqaləsindən gətirdiyimiz fikirlə təqdim edirik: “Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Xanəli Kərimli çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. O, ədəbiyyatşünaslıq işi ilə də, bədii yaradıcılıqla da məşğul olur. Bununla belə Xanəli Kərimli şeir yaradıcılığında həssaslıq və vətəndaşlıq mövqeyi ön sırada dayanır. Həyata insanlara həssas münasibətlər Xanəli Kərimlinin şeirlərinə dərin lirizm gətirir. Belə məqamlarda Xanəlinin şeirlərində təbiət dil açıb danışır, ürək nəğmə oxuyur. Xanəli Kərimli həssas, nəcib, ülvi duyğuları şeirin dili ilə havalandırmağı bacarır. Şeirlərindən baxanda şairin özü də mənəvi saflığı, halallığı, pak duyğuları ilə əsərlərində istifadə etdiyi həssas düşüncələrinin məcmusu vəhdəti kimi görünür. Bütün məqamlarda Xanəli Kərimlinin şeirləri ilə şəxsiyyəti, daha çox da zəngin mənəvi ailəmi biri-birini tamamlayır”.
1998-ci ildə “Ay işığında” adlı kitabını nəşr etdirən Xanəli Kərimli ötən illər ərzində oxucularına müxtəlif janrlarda onlarla kitab bəxş etmişdir. Hər kitabın da, öz ətri, öz nəfəsi, öz təravəti olmuşdur və bu kitablar, oxucular tərəfindən yüksək səviyyədə qarşılanmışdır. “Tanrı müjdəsi” şairin zərgər dəqiqliyi ilə yazdığı, gözəl tərtibatçı kitablarındandır. Kitab “Taleyin öz yolu, öz ünvanı var” (Seçmə şeirlər), “Türkə ağı demək olmaz” (Türkiyə eskizləri), “Sən elə yaşa ki...” (İkiliklər və dördlüklər) və “Daha yollar bağlanıbdı, taleyimin qapısı tək” (Son illərin şeirləri) lirik poemalar bölmələrindən ibarətdir.
“Tanrı müjdəsi” kitabındakı ilk şeir “Toğrulqayanın Məmməd Araza məktubu” adlanır. Xalq şairinin çox səmimi və kövrək təsir bağışlayan:
Gecikmisən, Məmməd Araz,
Yəqin dağlar küsüb məndən,-
şah misralarına cavab olaraq şairin doğ
ulduğu Şahbuz rayonundakı məşhur Toğrulqayanın dili ilə elin-obanın məbbətini təcəssüm etdirir:
İndi mənim səbrim yaman daralıb.
Gözüm kökü həsrətindən saralıb.
Yollarımı boran alıb, qar alıb,
Qalmayibdı nə şənliyim, nə nazım,
Gəl görüşək, mənim Məmməd Arazım.
İllər boyu yollarına baxmışam,
Xısın-xısın ürəyimi yaxmışam,
Gah da olub şimşək kimi çaxmışam,
Bundan belə nə düşünüm, nə yazım...
Gəl görüşək, mənim Məmməd Arazım…
Ömrünü saf və müqəddəs müəllimlik peşəsinə həsr edən, orta məktəb şagirdlərinə və ali təhsil müəssisələrinin tələbələrinə həyat dərsi keçən, qəlbindən süzülüb gələn hisslərini sözə, şeirə çevirən, elinin-obasının müdrik adamı sayılan Xanəli Kərimlinin hər şeirində özünəməxsus mənalar var. Bu şeirlər oxucularının gözləri önündə canlı tablolara dönür, onları düşüdürür, düzlüyə, insanlığa hörmətə, el-obaya, ana torpağa məhəbbət hissləri aşılayır.
“Səadət hər kəsin öz əlindədir” –
Deyən qələmdaşım, bəlkə də, haqdır.
Ancaq qismətində yoxsa səadət,
Dağa-daşa düşmək, vallah, nahaqdır.
Cismani ömür şərəfli və şərəfsiz olur, ölüm də beləcə. Şəhidlik-taleyi az-az adama qıydığı dəyərli ölüm zirvəsidir. Şəhid məzarları yurdun qeyrət rəmzi, xalqın baş ucalığıdır. Şair Xanəli Kərimli öz yaradıcılığında bu müdrik fikirləri əsas tutaraq Şəhidlik mövzusunda milli ordunun kapitanı şəhid Ceyhun Orucəliyevin əziz xatirəsinə həsr etdiyi “Şəhidlik nəğməsi”, şəhid anasına yazdığı “Saxla qəlbini buz tək” şeirləri 20 Yanvar şəhidlərinə ünvanladığı “Ağrı” lirik poeması “Tanrı müjdəsi” kitabında yer alıbdır.
Sən, ey bu Vətənin şəhid övladı!
Qanınla yoğrulub Vətən torpağı.
Ölümü öldürən ölməzliyinə
Nəğmələr oxuyur Vətən bayrağı.
...O Vətən uğrunda şəhid oldun ki,
Sənə can vermişdi doğma canından.
Sən, ey bu Vətənin şəhid övladı,
Qanın mayalanıb şəhid qanından.
(“Şəhidlik nəğməsi”)
“24 mart 2000-ci il Türk xalqları tarixinin qızıl səhifələrindən biri kimi xatırlanacaq. Çünki həmin gün qardaş Türkiyənin Samsun şəhərində 8-ci türk dövlət və toplumlarının ənənəvi dostluq, qardaşlıq və iş birliyi qurultayı öz işinə başladı. Qurultaya Azərbaycandan dəvət olunmuş nümayəndə heyətinin tərkibində mən də vardım.” Bu fikirlərini Xanəli Kərimli “Tanrı müjdəsi” kitabının “Türkə ağı demək olmaz” bölməsindəki “Nə mutluluğ” şeirinin əvvəllərində qeyd etmişdir.
Türkün qədim eli, Atatürkün güvənc yeri olan Samsunda İsveçrədən, Belçikadan, Kosovadan, Çeçenistandan gələn soydaşlarla, qazax, özbək, qırğız, türkmən bir yerdədirlər. Ən qururverici an isə :
“Azərbaycan!” deyiləndə salon coşur ümman kimi,
Alqış, alqış sədasıyla vəsf edilir bir şan kimi.
Uç yüz otuz miliyonluq bir sırada mən də varam,
Onunçün də bu günümdə dünənimdən bəxtiyaram.
Bu birliyin hərarəti sığışmayır Yerə, Göyə,
Qürur ilə hayqırırıq:
“Nə mutluyuq türkəm deyə”!..
“Nə mutluyuq türkəm deyə”!..
Kitabdakı “Mərmərə dənizi”, “İstanbulda düşüncələr”, “Ağrıdağı”, “Van gölü”, “Qara dəniz” kimi şeirlərdə böyük, məğrur Türkiyəyə məhəbbət, sevgi tərənnüm olunmuşdur.
Xanəli Kərimlinin yaradıcılığına və qələminə xas olan ikiliklər və dördlüklər “Sən elə yaşa ki...” bölməsində toplanmışdır. Az sözlə böyük fikirlər ifadə etmək və fikirlərin aforizmə çevrilməsi bütün qələm sahibərinə nəsib olmur. Yaxşı haldır ki, şeirin bu formasından Xanəli Kərimli çox məharətlə istifadə edir. Onun ikiliklərində hər ikilik özü ayrılıqda müstəqil bir şeir rolunu oynayır, konkret fikrin, mətləbin ifadəsinə xidmət edir. Haqlı olaraq, Xanəli Kərimli yaradıcılığında diqqət cəlb edən, onun yaradıcılığında yenilik kimi qiymətləndirilən “İkiliklər” bu gün oxucu rəğbətini qazanmışdır.
Elmə yamaq olar nadan həmişə,
Çətinliyə düşcək düşər təşvişə.
Hər gecə özün çək öz hesabını,
Bir kimsə döyməsin səhər qapını.
Xoşbəxt o adamdır, ona vətəndə
Qəbir qismət olur, həm də kəfən də.
Haqdan gələn söz mənəm,
Haqqı görən göz mənəm,
Nartək dənələnsəm də,
Haqq əyilsə, dözmənəm.
“Tanrı müjdəsi” kitabının “Daha yollar bağlanıbdı taleyinin qapısı tək” bölməsində şairin son illərində yazdığı şeirlər toplanıbdır. Bu şeirlər şairin etiraf etdiyi kimi:
Quş öz balasını yemləyən kimi,
Mən də yemləyirəm şeirlərimi, -
deməsindən aydın olur ki, şair sözlərinə həmişə diqqət yetirir, təzətər çiçəklər kimi ətir saçmalarına çalışır. Elə ona görə də son illərin şeirləri öz mövzu dairələri, axıcılıqları, poetik səslənmələri ilə diqqəti cəlb edirlər. “Əvvəli də sirdir, sonu da sirdir”, “İşiğa can atıb ürəyim hər an”, “Qəribə adamlar, qərib adamlar”, “Bir də çətin gələ ələ bu dünya”, “Sən gözəl üz gördün, gözəl ürək yox” kimi şeirlərin adından da göründüyü kimi çox poetik, düşündürücü və əsl poezya nümunələridir. Bu şeirlərdə düzlük, təmizlik, üz gözəlliyi yox, ürək gözəlliyi, əxlaqı mənliyi, saflıq oxucuya aşılanır :
Duyar gözəlliyin gözəlliyini,
Könlü gözəlliyə dustaq olanlar.
Öpüb gözəlliyi qoyar göz üstə
Təmiz ürəklilər, təmiz qanlılar.
Üzü gözəllərdən uzaq ol, uzaq,
Qəlbi gözəllərin dur səcdəsinə.
Aldanma qəmzəli göz yaşlarına,
Vurul təmiz eşqim möcüzəsinə.
“Tanrı müjdəsi” kitabıdakı eyni adlı şeir şairin dünyasını vaxtsız dəyişən dostlarıın xatirəsinə həsr olunmuşdur.
...Dostlar durna qatarı tək
verib qanad-qanada
üzləri suluykən
köçdülər bu dünyadan.
Bu qəfil köç karvanıyla
mat qoydu bəndəsini
əzəmətli yaradan.
Ruhuyla yaddaşlara köçən əvəzsiz ana, istedadlı və ləyaqətli alim Fərqanə xanım Kazımovanın əziz xatirəsinə “Təsəlli”, qələmdaş dostu, şair Vaqif Məmmədovun ruhuna “Sən demə”, yazıçı, filoloq alim Rafiq Babayev üçün “Ruhu şad olsun”, milli ordunun kapitanı şəhid Ceyhun Orucəliyevə ithaf etdiyi “Hələ inanmırlar...”, məslək dostu, fəlsəfə üzrə fəlsəfə doktoru Sabir Bəşirovun unudulmaz xatirəsinə “Dağ çayı”, dünyasını vaxtsız dəyişmiş görkəmli dilçi, AMEA-nın müxbir üzvü Adil Bağırov haqqında “Əmanət” şeirləri oxucuda bir doğmalıq və bu doğmalıqdan doğan kövrəklik doğurur.
“Vur əsgərim, haqq sənin, həqiqət də sənindir” şeiri şanlı ordumuzun 28 illik əsarətə son qoymasını 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr vurmasını, qələbə çalmasını tərənnüm edir :
1. Otuz ildir millətin səbri belə sovrulur.
2. Indi zaman dəmidir, indi günəş doğulur
3. Vur,çatlasın,əsgərim,düşmənin qan yaddaşı!
4. Ucalsın enməzliyə Vətənin məğrur başı!
“Tanrı müjdəsi” kitabında Xanəli Kərimlinin “Ağrı”, “Bütövlük”, “İnam”, “Təbil”, “Bayrağını uca qaldır, Ana Vətən” adlı lirik poemaları yer almışdır. Bu poemalarda “20 Yanvar” dərdi: Bakının şəhidlər xiyabanında bir məşəlin harayı, 28May-istiqlal günü yurdumuzun toy-busat dəmi. Bir kərə yüksələn bayrağın bir daha enməzliyi şair qəlbi şair qələmiylə ilhamla tərənnüm olmuşdur.
Biz inanırıq ki, ömrünün müdrikləşən 70-ci baharında “Tanrı müjdəsi” kitabı ilə oxucularının görüşünə gəlmiş qələm dostumuz Xanəli Kərimlinin bu nəğməli söz buketi də oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.
Akif İmanlı,
filologiya elmlər doktoru, professor,
Naxçıvan MR-nın əməkdar müəllimi

İbrahim Yusifoğlu,
Şair-publisist, Prezident mükafatçısı,
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Baxış sayı: 955
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR