21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
" Əzəl gündən könül verib Vətənə"-Ələsgər Talıboğlu
Tarix: 17-06-2021 01:22 | Bölmə: Ədəbiyyat
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz bir tərkib hissəsi olduğu kimi, Naxçıvan ədəbi mühiti də Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir.Azərbaycan torpağını Naxçıvansız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan ədəbi aləmini də Naxçıvan ədəbi mühiti olmadan dolğun təsəvvür etmək olmaz.Çünki bütöv görünməz. Yarım qalar bir bucağı, bir küncü dağıdılmış bina kimi... Zəif sanılar düzəni, çəkimi...
O yerdə ki, ötən əsrin əllinci illərindən doxsanıncı illərə qədərki Naxçıvan ədəbi mühitindən, yəni Naxçıvanda yaşayıb- yaradan sənətkarlardan söhbət açmaq, danışmaq istəyiriksə o zaman Azərbaycan ədəbiyyatında tutarlı söz sahibi olan Hüseyn Razi, Adil Babayev, Müzəffər Nəsirli, Kəmalə Ağayeva, Adil Qasımov kimi ustad şairlərimizin adlarını çəkməmək qeyri - mümkündür. Axı bu imzalar hər bir Azərbaycan oxucusuna bu gün də yaxından tanışdır.
Bu cür imzalar içərisində bir imza- Əliyar Yusiflinin (1929- 1991) imzası da var. Hansı ki, onun mükəmməl və rəngarəng şeirləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri vardır.Bu gözəl şairimiz Şərur mahalının Püsyan kəndindən dünyaya boy vermiş və qəlbindən heç zaman əksilməyən Vətən sevgisi də elə bu kənddən başlamışdır. Elə kiçik yaşlarından da şeirə, sənətə vurulmuş və bu sevgi də onu Azərbaycan Dövlət Pedaqoji Universitetinə, oradan isə Moskvaya- Maksim Qorki adına Ədəbiyyat İnstitutuna aparıb çıxarmışdır.
Əliyar Yusifli ilk şeirlərindən başlayaraq yurdumuzun hər bir obasını- oymağını dərin sevgi ilə tərənnüm etmişdir.
Gəl, ilqarsız demə, dostum, sən mənə,
Mən ürəkdə etibarı sevmişəm.
Əzəl gündən könül verib Vətənə,
Xoş baharlı bu diyarı sevmişəm.
Şair "Vətən" şeirində isə Vətənə olan ülvi sevgisini, məhəbbətini daha da dərinləşdirərək poetik dillə belə ifadə edir:
Durmuşam səninlə nəfəs-nəfəsə,
Hazıram ürəyin, qəlbin nə desə.
Qurbanın olmağa oğul gərəksə,
Dizinə baş qoyub ölərəm, Vətən!
Böyük bəstəkarımız Cahangir Cahangirovun yazdığı "Naxçıvan" kantatasının sözləri sevimli şairimiz Əliyar Yusiflinindir. O "Muxtar respublikam" adlandırdığı bu şeirində Naxçıvan torpağına olan övlad məhəbbətini bu cür əks etdirir:
.... Bu yurdun qolunda aslan gücü var,
Burdan cahangirlər peşman gedibdir.
... Bu yerlər qıy vuran qartal yeridir,
Dostlar qonaq gəlsin, qoy, dəstə-dəstə.
Mənim Naxçıvanım gül buketidir,
Durub Vətənimin qolları üstə.
Şair durna qatarı tək səf- səf düzülən uca dağların sırasında Əlincə qalasını qartala bənzədir və bu qala ilə bağlı şanlı tariximizi böyük sevgiylə belə qələmə alır:
.... Burada dağları əyninə geyib,
Səngəri amaldan qurub igidlər.
Burada on dörd il qurğuşun yeyib,
Vətən keşiyində durub igidlər.
Ə. Yusifli şeirlərində ana bildiyi Şərur torpağının gözəlliklərini - Tənənəm dağını, yaşıl donlu Şəngilayi, zümrüd gözlü Arpaçayını, Sədərəyin üzüm bağlarını sevə- sevə vəsf etməklə belə bir qənaətə gəlir:
Ağsaçlı babalar yaxşı deyibdir:
"Xəzinə yurdudur Şərur torpağı!"
Onun bu baxımdan " Gəlsən Batabata" şeiri də hər bir oxucunun qəlbini riqqətə gətirir.
Yazda aranda da sayrışar çiçək,
Gəlsən Batabata, qardaş, yayda gəl.
Sərində Zorbulaq nəyinə gərək,
Düzlərə od tökən isti yayda gəl.
Dolanar burada bulud başına,
Qarşılar düzdə gül, döşdə qar səni.
Əl boyda lalələr çıxıb qarşına,
Titrəyər ləçəklə salamlar səni.
Doğulduğu elə- obaya dərin sevgisi, Vətən torpağına ülvi məhəbbəti şairin "Vətəndən uzaqda" şeirində daha uğurlu şəkildə öz poetik həllini tapmışdır.
Arayır gözlərin Arazı, Kürü,
Bilmir bu hicrindən ürək neyləsin.
Qayada oxuyan kəklikdən ötrü,
Az qalır burnumun ucu göynəsin.
Dindirmə, ay qardaş, kövrəlmişəm mən,
Ancaq bir çay dəmlə, dəmlə sən canın.
O çayın buğlanıb qalxan ətrindən,
Qoy duyum ətrini Azərbaycanın.
Vətən duyğulu şeirlərinin içərisində " Təbrizim" şeirini ustad şairin daha dərin sevgiylə qələmə aldığını desəm, elə bilirəm ki, heç də yanılmaram. Təbriz istər o taylı, istərsə də bu taylı Azərbaycanımızın ən göynərtili qaysaq bağlamayan yarasıdır axı...
Anamı
üç gün görməyəndə darıxıram.
Ya görüşünə gedir.
Ya pəncərəni açıb
Yollara baxıram!
Sən mənə
Gözəllikdə sonasan,
Doğmalıqda anasan!
Dünyaya gələndən
Vüsalının həsrətində dolanır,
Hicranının dənizində üzürəm.
Heç bilmirəm bu ayrılığa
Necə tablaşır,
Bu hicrana necə dözürəm!
Sevimli müəllimim ustad sənətkar, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə bizə " Müasir Azərbaycan ədəbiyyatı" fənnini tədris edərkən öz mühazirələrində süjetli lirikaya dərin qiymət verərdi. Bildirərdi ki, hər bir lirik şeirdə belə sujet xətti - "konkret detal" olmalıdır.Gözəl şairimiz Əliyar Yusiflinin şeirlərində rast gəldiyim bu cür nümunələrin çoxluğu məni olduqca sevindirdi və məftun etdi.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, şair Asim Yadigarın Əliyar Yusifli haqqında "Əmim Əliyar Yusifli haqqında söz" məqaləsində oxuyuruq: “Əliyar Yusiflinin şeirlərində süjetli lirikanın çox gözəl nümunələrinə rast gələ bilirik. Akademik İsa Həbibbəyli Əliyar Yusiflinin süjetli şeirlərindən söhbət açarkən onun yaradıcılığını Əhməd Cəmilin yaradıcılığı ilə müqayisə edərək hər iki şairin süjetli şeirlərini yüksək qiymətləndirib.Şair Əliağa Kürçaylı isə Əliyar Yusiflinin "Saçlarına dən salmışam" şeirini 1974- cü ildə "Ulduz" jurnalında çox yüksək səviyyəli bir əsər kimi dəyərləndirib”.
Onun hansı süjetli lirik şeirini oxuyursan oxu, şairin bu ədəbi priyomdan necə məharətlə istifadə etdiyinin sehirinə düşərsən. "Bir bülbül, bir sərçə" şeirindəki süjet xətti istər- istəməz oxucunu özünə cəlb edir.Şair qəfəsdəki bülbüllə, azadlıqdakı sərçənin acınacaqlı həyat tərzini poetik bir dillə açıb göstərir.
Qəlbimə qəm gətirir
Quşların qəmi.
Birinin azadlığı yoxdur,
Birinin yemi!
Mənə elə gəlir ki, şairin lirik süjetli şeirlərinin içərisində "Buhenvald" şeirinin özünəməxsus yeri vardır.Çünki bu şeir 1941-45 - ci illərin acı dəhşətlərini daha dolğun formada göstərməklə bərabər, bu günümüzlə- canlı şahidi olduğumuz l və ll Qarabağ müharibələri ilə olduqca çox səsləşir. Bu əsərdə iki obraz var: biri atası Buhenvald sobasında yanan şair, ikincisi isə oğlu müharibədə itkin düşən, oğlunu hər yoldan gəlib keçəndən dönə- dönə intizarla soraqlayan şikəst Sənəm qarı...
Elə hey deyir,
Yuxuda balamın nəfəsi
Nəfəsimə dəyib.
Oğlum alovu keçirtmək üçün
Məndən su istəyib.
Bu yazıq, şikəst qarı son xəbəri Buhenvalddan gələn balasının yolunu həsrətlə gözləyir.Şair- atasının Buhenvald sobasında yandığını bilən oğul Sənəm qarının oğlu İbrahimin öldüyü yeri dəqiq bilir.
Mən qarıya necə deyim,
Bir ovuc küldür indi
İbrahimin dünyada ,
Mən qarıya necə deyim,
Oğlunu yandırıblar
Atam yanan sobada.
" Buhenval" şeiri ilə şair Buhenvald, Ostvensim kimi həbs düşərgələrini " dünya boyda ləkə" adlandırır və müharibələrə öz dərin nifrətini bildirir.
Onun " Bunu mənə danışdılar" şeirində süjet xətti son dərəcə ilginc bir mövzu üzərində qurulmuşdur. Belə ki, axşamdan bərədə sakitcə uzanan ovçu " üfüq qızaran"- da talaya çıxan ana ceyranı nişan alır və" Birinci güllədən yıxılan ceyran gücünü toplayıb irəli yüyürür". Di gəl ki, " Öndən qulağını bir doğma nəfəs, Arxadan izini güllələr" döyür. Bəs sonra nə olur?...
Ovçu nəfsi ilə dağları dəlib,
Qalın qamışlıga özünü saldı.
Yersiz günahından dəhşətə gəlib,
Əlində silahı quruyub qaldı.
Ceyran sinəsindən qana boyanıb,
Son dəfə çöllərə göz gəzdirirdi.
Dörd ayaq üstündə güclə dayanıb,
Körpə balasını əmizdirirdi.
Poeziyamızın bəşəri mövzusu olan məhəbbət mövzusuna Əliyar Yusiflinin yaradıcılığında da geniş yer verilmişdir.Şair şeirlərində saf və təmiz məhəbbəti ilahi bir güclə sevə- sevə tərənnüm edir.Və bu şeirlərdə də süjetli lirik duyğulardan, poetik çalarlardan əlvan boyalarla istifadə edir.
Vağzaldan tərpənən qatar görəndə
Səni, səni anıram.
Ancaq fərqi budur ki,
Bir vaxt qoşa yandığımız oda
İndi təkcə yanıram!
Ülvi sevgi duyğularını böyük məhəbbətlə tərənnüm edən şair deyir ki, ürəyim vüsalın bayraq qaldıranda gülüb, hicranın "qılınc çəkəndə ağlayıb".
Budur görüş yerimiz,
Çinar qalır, qol qalır.
Sevdiyin ağ ləpələr
Üstümə qanad çalır.
və yaxud başqa bir şeirində:
Durub qulaq asardıq
Burda suyun səsinə.
Göl sakit duran zaman
Əksimiz cüt düşərdi
Bu gölün sinəsinə.
" Qız görüşə çıxacaq" şeirində də şairin saf məhəbbətə münasibəti dərin cizgilərlə öz xoş ahəngini tapıb.
Xəyalında baxça- bağ,
Əlindən düşmür daraq.
Saçından ətir gəlir,
Qız görüşə çıxacaq
və sonra əlavə edir...
.... Bir kövrək arzusu var,
Qığılcım dəysə yanar.
Od alar, alovlanar,
Yol göstərin, insanlar!
Əliyar Yusifli yaradıcılığı boyu hansı mövzuya müraciət edirdisə etsin, orada öz sözünü deməyi bacaran bir söz adamı mükəmməl sənətkardır. Bu, baxımdan " Duman" şeiri daha xarakterikdir.
Azca hiss edincə yorulduğunu,
Çiynini söykədi bir dağ başına.
...Üstdən çağırsa da onu dağ- dərə,
Əyilib torpağın üzündən öpdü.
Onun " Hünər" şeirində də eyni xarakterik xüsusiyyətlər öz bariz ifadəsini tapa bilmişdir.
Zülmətdə
Özünə yol açmaq
Asandan- asan.
Hünər odur
Başqasını
Qaranlıqdan
Çıxarmağı bacarasan.
O dövrün böyük sənətkarları kimi, Əliyar Yusiflinin də şeirlərinə çoxlu gözəl mahnılar bəstələnib, sağlığında və bu gün də sevilə- sevilə ifa olunmaqdadır.
Bir nurlu, uzaqgörən, əqidəli övlad tək Vətəninin yolunda canından belə keçməyə hazır an şair " Vəsiyyət" şeirində son olaraq bu cür deyir:
Əcəl küləyi əsəndə
Başım üstə narın- narın
Vətənin ən narahat sərhəddində
Mənə
Beş qarış yer ayırın.
Düşmən ayağa dəysə
Məzarımın
Üstündəki torpağa,
Əlimdə qılınc qalxım ayağa!
Mən isə deyərdim ki, ey ustad, məzarında çox...çox rahat yata bilərsən, gənclərimiz Vətən torpaqlarını artıq işğaldan azad ediblər.Səninsə ideyaların və Vətən duyğulu düşüncələrin gənclərimizin qəlbində Vətənə sevgi hisslərini yenə də aşılamaqdadır.Səni sevənlər yaşayırsa, demək ki, sən də yaşayırsan.
9- 14 may 2021- ci il
Ələsgər Talıboğlu,
Şair- publisist, AYB- nin
üzvü, Məmməd Araz mükafatı laureatı
Baxış sayı: 1 179
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR