22:15 / 04-05-2026
İran ordusu Hörmüz boğazında xəbərdarlıq atəşi açıb
22:08 / 04-05-2026
78 yaşlı anasını döyərək öldürdüyünə görə həbs edilib
21:55 / 04-05-2026
Bernvald Livanda döyüşlərin davam etdiyini bildirdi
21:53 / 04-05-2026
Zelenski Kiyevin AB-yə üzvlük danışıqlarına hazır olduğunu açıqladı
21:48 / 04-05-2026
Elektrik skuterində olan gənc oğlan bir qızı vurub hadisə yerindən qaçıb
21:45 / 04-05-2026
Tanışını qətlə yetirməkdə ittiham olunan həbs edilib
21:42 / 04-05-2026
Lavrov Misir xarici işlər naziri Əbdüləti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
19:06 / 04-05-2026
Fırtına xəbərdarlığı verilib
19:04 / 04-05-2026
Finlandiya Rusiya sərhədinə yaxın olduqları üçün hava məkanına daxil olan dronları vurmadı
19:01 / 04-05-2026
Ermənistanın Avropaya inteqrasiyası Yerevan və Tehran arasındakı münasibətlərin pisləşməsinə səbəb ola bilər
18:58 / 04-05-2026
Uşaq beşinci mərtəbənin pəncərəsindən yıxılıb
18:55 / 04-05-2026
Fiko və Zelenski Yerevanda görüşdülər
18:09 / 04-05-2026
Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?
17:50 / 04-05-2026
Yaxın Şərq münaqişəsindən ən çox Almaniya əziyyət çəkdi
17:47 / 04-05-2026
Polşa Almaniyadan çıxarılan ABŞ qoşunlarını dəstəkləməyə hazırdır
17:08 / 04-05-2026
Ermənistan Makronun sözlərini ikiüzlü və yalan adlandırır
17:04 / 04-05-2026
İş adamından pul tələb edən dörd kişi həbs olundu
17:01 / 04-05-2026
ABŞ ordusu Hörmüz boğazında İİKK-nın qayıqlarına hücum edə biləcək
16:58 / 04-05-2026
Tanışını yandıran 9,5 il həbs cəzasına məhkum edilib
16:51 / 04-05-2026
Dağıstanın keçmiş rəhbəri yeni vəzifəyə göndərilməməsini xahiş edib
16:48 / 04-05-2026
Paşinyan Ermənistanın NATO ilə əməkdaşlığından danışdı
16:44 / 04-05-2026
Kanada Ukraynaya silah almaq üçün əlavə 200 milyon dollar xərcləyəcək
16:35 / 04-05-2026
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
16:16 / 04-05-2026
“Space”in yeni rəhbəri kimdir? - Dosye
23:15 / 03-05-2026
Tofiq Paşayevə ağır itki
22:58 / 03-05-2026
Mehriban Əliyeva və Alina Kabaeva Avropa kubokunu izlədilər - Fotolar
22:43 / 03-05-2026
Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - Fotolar
22:39 / 03-05-2026
Makron Yerevan sammitinə həyat yoldaşı olmadan gəlib
22:33 / 03-05-2026
İran ABŞ-dan 14 bəndlik sülh təklifinə cavab alıb
22:25 / 03-05-2026
Zelenski Yerevanda Keyr Starmer ilə görüşüb
22:21 / 03-05-2026
"Paşinyanın daha bir səhvi": Millət vəkili Çepa Ermənistanda keçirilən AB-Ukrayna sammiti ilə bağlı
22:14 / 03-05-2026
Türkiyənin şərqində avtobus qəzasında dörd nəfər ölüb
20:59 / 03-05-2026
"Afrika aslanı" təlimi zamanı iki ABŞ əsgəri itkin düşüb
20:54 / 03-05-2026
"The Guardian" Hegseth-in ən böyük qorxusu haqqında məlumat yayıb
20:49 / 03-05-2026
Politoloq Trampın Çin səfərindən nə gözləməli olduğunu açıqladı
20:46 / 03-05-2026
İran liderinin müşaviri blokadaya cavab olaraq ABŞ gəmilərini məhv etməklə hədələdi
20:40 / 03-05-2026
Larisa Dolinanın 2026-cı ilin sonuna qədər konsertlərinin sayı açıqlandı
20:35 / 03-05-2026
Keçmiş "Mançester Yunayted" meneceri Aleks Ferqyuson ev oyunundan əvvəl xəstəxanaya yerləşdirilib
BİR ŞAİR ÖMRÜNÜN SÖZ KÖZƏRTİSİ-İSMAYIL MƏRCANLI İMANZADƏ
Tarix: 15-05-2021 03:58 | Bölmə: Ədəbiyyat

SABİR ŞİRVAN
Deyirlər Peyğəmbərlərdən sonra Allaha ən yaxın olan zümrə şairlərdir. Əlbəttə, söhbət iddiaları özlərindən böyük olan, cızmaqaraları ilə elə bil insanların ədəbi zövqünü korlamağı özlərinə borc bilən və sosial şəbəkələrdə meydan sulayan qrafomanlardan yox, ədəbi aləmi zənginləşdirmək arzusunda olan əsl istedad sahiblərindən gedir.Məhz bu prizmadan yanaşanda, Sabir Şirvanın rəvan təbli-istedadlı söz adamı olduğunu elə bəri başdan əminlik hissiylə söyləyə bilərəm.Nə qədər təəccüblü olsa da, deyəcəyəm,-Sabir Şirvanı tanıyana qədər onun Şirvan mahalına məxsus qələm sahibi olduğunu zənn etmişəm. Ancaq sonradan bilmişəm ki, rayonumuzun ən gözəgəlimli kəndlərindən olan Xələflidə dünyaya göz açıb. Xələfli Cəbrayılın iri yaşayış məntəqələri ilə müqaisədə bir az kiçik görünsə də, öz yetirmələri ilə haqlı olaraq fəxr edə bilər. Ən azından görkəmli elm adamları və ədəbi aləmdə kifayət qədər tanınan Əli Rza Xələfli, Əjdər Yunus və Sabir Şirvan... kimi şairləri ilə.
Sabirlə tanış olmazdan qabaq onun çeşidli mətbuat orqanlarında və sosial şəbəkələrdə yer alan əsərləri barədə kifayət qədər təsəvvürə malik idim və onun bir neçə kitabını da oxumuşdum. Şair eloğlumun mövzu “politrası” geniş, əhatəli, rəngarəng və zəngindir. Bununla belə onunvətənpərvərlik, yurd həsrəti, ana təbiətin ilahi gözəlliklərinin tərənnümü, sevgi-məhəbbət notları, uşaq dünyasından söz açan mənalı-məzmunlu şeirləriədəbi yaradıcılığında əsas yer tutur.
Yeri gəlmişkən deyim ki, ilk gənclik illərindən şeirlər yazan Sabir Şirvan paytaxt Bakıda yaşadığı son iyirmi yeddi il ərzində imzasını sevdirməyi bacarıb.Şairin müxtəlif illərdə işıq üzü görən “Gordubaba”, “Səs salma, əzən külək”, “Ellər məni unutmayın”, “Könlümün közü”... adlı kitabları, mətbuat səhifələrində və sosial şəbəkələrdə yer alan şeirləri bu fikri vurğulamağa əsas verir...
Yaxşı yadımdadır, illər öncəsi AYB Mingəçevir bölməsinin xəttiylə nəşr olunan “Bənövşə” (“Mingəçevir leysanı”) adlı jurnalımızda da şairin “Azərbaycan” adlı poeması dərc edilmiş və ədəbi ictimaiyyət tərəfindən hərarətlə qarşılanmışdır...
Sabir Şirvan doğma ata ocağını məcburən tərk edən söz adamlarından biri kimi illər boyu dünyaya göz açdığı yurdla, bütövlükdə isə düşmən caynağında inləyən Qarabağın bir parçası olan Cəbrayılla ilgili ürəyində qövr eləyən sızıltıları qələmə aldığı şeirlərdə də öz əks etdirib. Bu baxımdan onun “Vətən” adlı şeiridaha böyük təsir gücünə sahibdir:
Qoymayın vətəndaşlar,
Bölünüb bənd-bənd Vətən.
Doğranmış torpaqları,
Eyləyək cənnət Vətən.
Bağlanıb hər yol, iriz,
Sevinci, dərdi əziz,
Borçalı, Göyçə,Təbriz,
Bir tərəf Dərbənd Vətən.
Olmayaq başsız bədən,
Qarabağ gedir əldən.
Silahlan, heç kimsədən,
Götürmə minnət, Vətən.
Dünyanı düşmənə dar,
Eyləmək çarəsi var.
Hər qızın Həcər, Nigar,
Hər oğlun bir mərd, Vətən.
Durmaram olsam çolaq,
Müjdəni verrəm soraq,
Dolanıb oymaq-oymaq,
Gəzərəm kənd-kənd, Vətən.
Kim sökdü, kimlər tikər,
Xiffətin Sabir çəkər.
Hər ovuc qumun şəkər,
Hər daşın bir qənd, Vətən.
Sabir Şirvan istedadlı şair olduğu qədər də həssas qəlbli insandır. Həm ölkəmizdə, həm də çalxalandıqca bulanan yer üzündə baş verən olaylara biganə qala bilmir, sanki dünyanın bütün ağrı-acıları tufana-qasırğaya çevrilərək üstündən adlayıb keçir. Tanınmış yazıçı-publisist, AYB-nin üzvü Nəriman Mahmudun bir yazısında deyildiyi kimi: “Sabir Şirvan öz şeirlərində son illər evimizdə-Yer kürəsində baş verən kataklizmləri, sayı getdikcə artan təbii fəlakətləri, ümumiyyətlə bəşəriyyətin mövcudluğu üçün yaranan potensial təhlükəni... dünya boyda dünyanı daxilində daşıyır,,,”
Bu əlamət onun “Xocalı” adlı şeirində daha qabarıq şəkildə üzə çıxır:
Nalən yetişmədi kar vicdanlara,
Özünü yollarda yoran Xocalı.
Belə vəhşiliyi tarix görməyib,
Oldun bir gecədə viran Xocalı.
...Yas tutub qaralar bağladı ellər,
Bəxtinə ağılar söylədi dillər.
O məşum gecədən ötsə də illər,
Hələ də qan sızır yaran Xocalı.
Şairin torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarından keçən ərən oğullara həsr etdiyi “Burda bir şəhid yatır” adlı şeirində isə kövrək şair qəlbinin həzin notları haray çəkir:
...Qəlbində oğul dağı,
Anası deyir ağı.
Ömrünün qönçə çağı,
Burda bir şəhid yatır.
Ölümü zəfərə səs,
Bacarmaz bunu hər kəs.
Keçdiyi yol müqəddəs,
Burda bir şəhid yatır...
Sabirin şeirlərində ana təbiətin əsrarəngiz gözəllikləri misra-misra dil açır, uşaqlıq çağlarından üzü bəri yaddaşının alt qatında iz salan əlvan çiçəkləri soraqlayıb,kol dibində, şehli çəməndə, yalda-yamacda yazağzı göz açan nərgizin, bənövşənin, lalənin, qərənfilin varlığından oxucuları halı edir:
...Dirçəldin gələndə baharın səsi,
Görəndə mat qoydu rəngin hər kəsi.
Gündüz gözəllərin odlu busəsi,
Gecə ləçəyinə şeh qondu, lalə.
...Sabir bir aşiqdir, xallı gözəl sən,
Çöhrəni görənlər söylədi əhsən.
Hüsnü-məlahətdə bircəsən, təksən,
Gözəllik nə doqquz, nə ondu, lalə.
Şair ilk baharda təravət saçan çiçəkləri tərənnüm edəndə belə, uzun illərdən bəri ürəyində sızlayan yurd nisgilini gizlədə bilmir. “Bənövşə” adlı şeirinin aşağıdakı bəndində olduğu kimi:
Yazsam da tərifin min-min varağa,
Kisəsi qismətdi vaxtsız qonağa.
Taleyi Sabiri saldı uzağa,
Çox dikmə gözünü yola, bənövşə...
Yaşadığı həyatda, əhatəsindəki insanlarda gördüyü, görə biləcəyi hər şeyin gözəl və ürəyə yatımlı olmasını arzulayan şair “Gözəldir” adlı şeirinin aşağıdakı iki bəndində qəlbindən keçənləri başqalarına da təlqin etməyə çalışır:
İnsanın yolunda əmək qoyasan,
Zəhmətin getməyə hədər gözəldir.
Əli uzun olan pisin, nakəsin,
Çəkilsə önünə çəpər gözəldir.
Maraq doğurmursa səsim, avazım,
Köçməsin kağıza duyğusuz yazım.
Mənasız kitabın yüzü nə lazım,
Bir olan, pir olan əsər gözəldir.
“İstərəm” adlı şeirində isə o, II Qarabağ Savaşında qazanılan zəfərlə ilgili sevincini belə açıqlayır:
Bu xoş gününü də gördük ilahi,
Sanki qanad taxıb uçmaq istərəm.
Üç rəngli bayrağı düz İrəvanda,
Ən uca zirvəyə sancmaq istərəm.
Son qoyduq otuz il uzanan aha,
Bir anın fərəhi ömürdən baha.
Yollar üzümüzə açıqdır daha,
Çəməndə gül kimi açmaq istərəm...
Doğma vətənimizi, elini-obasını ürəkdən sevən şairi narahat edən məsələlərdən biri də indiki günlərimizdə hərdən rastlaşdığımız haqsızlıqlar, bəzi yüksək səlahiyyət sahiblərinin talançılıq istəkləridir. Şair bu cür neqativ hallara qarşı susmağı eyib sayır. “Olur” adlı şeirində dedikləri kimi:
Vətən mülkü ac tamahda talanır,
Naçar qalan dağ vüqarım pərt olur.
Kor taleyin qismətindən qaçdı kim?
Bu taledir hərdən hökmü sərt olur.
...Göz dağıdır əsir düşən hər qəbir,
Hey dözürük, qismətimiz tək səbir.
Bu zamanın sınağıdır ay Sabir,
Bu sınaqdan çıxan kəslər mərd olur.
Bu qəbildən olan “Görüntü” adlı bir şeirində isə vəzifəyə, dünya malına həris olanları yamanlayır:
Sən kabinet vurğunu,
Sən vəzifə düşgünü.
Vaxtın yox dinləməyə,
Narazını, küskünü.
Çətində, darda səndən,
Olmayıb kömək alan.
Bərkə-boşa düşəndə,
Verdiyin vədlər yalan...
“Olsun” adlı başqa bir şeirində o, ürəyindən keçənləri ən bariz şəkildə açıqlayaraq, insanlarda görmək istədiyi müsbət keyfiyyətlərdən söz açır:
Hər kəs həqiqəti xeyrində görə,
Düzü düz söyləmək adətin olsun.
Olmasa yaxşıya dağ məhəbbətin,
Barı qoy pislərə nifrətin olsun.
...Belə hikmətləri anlamaz nadan,
Mərd oğul doğular igid, anadan.
Yüngülün sanbalı olmaz binadan,
Ağır dur-otur ki, hörmətin olsun.
Ay Sabir payını taledən istə,
Öz qismətin alar yaxşı da, pis də.
İlandı qıvrılan xəzinə üstə,
Qiymətli söz topla, sərvətin olsun.
Şair “Həftəbecər” adlı şeirində iddiaları özlərindən böyük olan bəzi yazarlara nəsihət verməyi də unutmur. Aşağıda olduğu kimi:
Dostum şairlik ki, var,
Sanma asan peşədir.
Fərhad olmaq istəsən,
Qələm əldə tişədir.
Amma əvvəlcə hələ,
...Sözü yağdır desinlər,
Bədahətən deyirdi.
Sorsalar bəs qafiyə,
De ki, sərbəst şeirdi.
...Şeir, söz gülşənində,
Yoxdu çiçək qoxuyan.
Heç Füzuli oxunmur,
Səni kimdi oxuyan.
Məzmun oldu, olmadı,
Sən durma, yaz, yaz, keçər.
Anlaşmaz olsun deyə,
Adın qoy həftəbeçər.
Mənim fikrimcə elə bu məqamdaca Sabir Şirvanın bir-birindən mənalı sevgi şeirlərini xatırlatmaq da yerinə düşərdi. Onun bu silsilədən olan şeirlərində də duyumlu bir şair qəlbi döyünməkdədir. Aşağıdakı şeir parçalarından bu hərarəti hiss etmək o qədər də çətin deyildir:
Bitdi başlamamış eşqin havası,
Kaman, tar tələsdi, mən tələsmədim.
Kimsə arzulamaz qarlı zimistan,
Son bahar tələsdi, mən tələsmədim.
İnsan düşməsəydi ehtiyaclara,
Başlar əyilməzdi qızıl taclara.
Ömrün baharında şəvə saçlara,
Yağan qar tələsdi, mən tələsmədim.
“Mən tələsmədim”
Və ya:
Sənin sitəmin çox, mənim kədərim,
Ömür başa yetdi qəm arasında.
Yetməzmi əzabın dilbilməz dilbər?
Kirpiklər göyərdi nəm arasında.
Mən olum qurbanın budur ənənə,
Aşiqi məşuqə gərək güvənə.
İztirab eylərsə sevən sevənə,
Xəcalətli olar cəm arasında.
“Arasında”
Və yaxud:
Al qırmızı dondasan,
Bu donda səni sevdim.
Baxma çoxdan sevirdim,
Elə bil yeni sevdim.
Eylə boyun qurbanı,
Bu dona naz yaraşır.
Başqa görkəm, başqa don.
İnan ki, az yaraşır.
Yanaq lalə, dodaq ləl,
Könül bu qızı sevər.
Mən dəli, o, tamam al,
Dəli qırmızı sevər.
“Sevdim”
Ya da:
Sən ki, qismətindən uzaq qaçardın
Təzə yol almısan, quzum gəlmisən.
Uğursuz bəxtimə gün hardan doğub,
Könüllü gəlmisən, özün gəlmisən.
Sevincin qəlbində olsa da ələm,
Yaş ki, o yaş deyil dönəm, əyiləm.
Bu vaxtsız gəlişlə tək mən deyiləm,
Heyrətdə qoymusan yüzün gəlmisən.
Mənə də çətindir deyim-deməyim,
Sənə bu halında dəyməz köməyim.
Könül sevdasında diligödəyim,
Əli ətəyindən uzun gəlmisən.
“Gəlmisən”
Yeri gəlmişkən, illərdən bəri arabir uşaqlar üçün də şeirlər yazdığımdan, yaxşı bilirəm ki, bu sahədə fəaliyyət göstərmək yazardan çox böyük məsuliyyət tələb edir. Yəni, bir ünlü qələm sahibinin dediyi kimi, “gərək uşağı, uşaq yerinə qoyub” ağlına gələni uşaq şeiri adlandırıb balacalara sırımayasan. Şair dostumun uşaqlar üçün yazdığı yığcam-lakonik şeirlərə istinadən deyə bilərəm ki, bu səpkidə qələmə aldığı şeirlərində də istəyinə nail olmaq gücündədir. Məhzbu baxımdan şair həmkarımın uşaqlar üçün yazdığı aşağıdakı iki şeirini oxucu diqqətinə təqdim etmək kifayətdir:
Nənəsi Ayla üçün,
Yekə bir kukla aldı.
Bu qızcığaz kuklaya,
Tezliklə mehr saldı.
İstəmir ki, böyüklər,
Onu kiməsə verə.
Tutub bağrına basır,
Əlindən qoymur yerə.
Kuklanı bir dost kimi
Danışdırır, dindirir.
Sonra ayaqqabısın,
Kuklaya geyindirir.
Anası yedirəndə,
Yeməkdən kənar qaçır.
Götürüb qucağına,
Kuklanın ağzın açır.
Hər bir işdə, əməldə,
Onu unutmur, anır.
Kuklanı da özünə,
Rəfiqə, yoldaş sanır.
“Aylanın kuklası”
***
Kamal baxıb səmaya,
Göyü yaxın sanırdı.
Ay başı üzərində,
Parlayırdı, yanırdı.
Sonra xeylı uzaqda,
Əmisigilə getdi.
Ayı göydə görəndə,
Diksinib heyrət etdi.
Sanki möcüzə oldu,
Kamalın nəzərində.
Ay yenə parlayırdı,
Başının üzərındə.
Adamlara söylədi,
Uca səslə, əzmlə:
- Göydə bir aya baxın,
Bura gəlib bizimlə.
“Ay”
Sabir Şirvan indiki günlərdə şairliyinin ən yetkin, barlı-bəhrəli çağlarını yaşayır. Və bununla bərabər şair adını daşımağın məsuliyətini də bütün varlığıyla hiss edir. Aşağıdakı şeir parçasında özünün dediyi kimi:
Şair qəlbi şeirlər
Bişirən odlu kürə.
Söz gərəkdir zövq verə
Söz gərək düşündürə...
Yəqin ki, şairin nəşr etdirdiyi kitablarından birində sərgilənən “Unutmayın” adlı şeirinin aşağıdakı misralarını nəzərdən keçirən diqqətli oxucu onun əzəl gündən el-oba sevgisinə böyük önəm verdiyinin fərqində olacaqdır:
Hicranın səddin devirdim,
Yönümü sizə çevirdim.
Mən ki sizi çox sevirdim,
Ellər, məni unutmayın.
Şairin bu istəyi əslində onun-illərdən bəri söz mülkündə “külüng çalan” bir söz sevdalısının-öz halal haqqına sahib olmaq arzusundan irəli gəlir. Şəxsən mən özüm də bu məsələdə ona haqq qazandırmaq umurundayam. Və bu istəklə də şeirdən-şeirə püxtələşib müdrikləşən qələm dostumun bundan sonrakı vaxtlarda da oxucu qəlbini riqqətə gətirəcəyini əminlik hissiylə söyləyə bilərəm. Uğur olsun, Sabir Şirvan, yolçu yolda gərək!...
İSMAYIL MƏRCANLI İMANZADƏ,
Azərbaycan Yazıçılar Birliyi
Mingəçevir bölməsinin sədri, şair-publisist

Baxış sayı: 1 448
Bölməyə aid digər xəbərlər

25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd