19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
Hər kəs qarabağlı, hər kəs şuşalı-Məmməd Əkbərli
Tarix: 28-02-2021 13:19 | Bölmə: Ədəbiyyat

Məmməd Əkbərli Naxçıvan MR-nin Babək rayonu, Aşağı Uzunoba kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb, uzun müddət təhsil sahəsində çalışıb. Fransız dili üzrə tərcüməçidir.
Hər kəs qarabağlı, hər kəs şuşalı
Vətənin olmayır nə solu, sağı,
Hələ ki, dardadır Vətən torpağı,
Hələ ki, dağ çəkir sinəmə yağı,
Təpədən dırnağa hər kəs silahlı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Dünya vurhavurda, bölhaböldədi,
Xoş arzu-diləklər hələ dildədi,
Yıxılan can verir, ölhaöldədi,
Hələ ki, çözülmür Vətən sualı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Demə ki, mənə nə, mən şirvanlıyam,
Demə ki, mənə nə, lənkaranlıyam,
Demə sən cənublu, mən şimallıyam,
Hələ ki, qəzəbdən millət “havalı”,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Düşmən dostumuzdan seçilməyirsə,
Düşmən gözümüzdə kiçilməyirsə,
Hələ ki, kəfəni biçilməyirsə,
Hər kəs olmalıdır bu işdən halı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Heç vaxt basılmayan qalası darda,
“Cıdır düzü” kimi talası darda,
Neçə əsir-yesir balası darda,
Dağılıb sarayı, talanıb malı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Nəğməsi ruhları qidalandıran,
Həsrəti qəlbləri yaxıb-yandıran,
Harayı damarda qanı donduran -
Şuşada yoxdursa bircə şuşalı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
04.06.2011
Gəlirəm
Əmr gözləyirdim düz otuz ildir,
Qanına susayib, gözlə, gəlirəm.
Dağıtdın, a vəhşi, od-ocağımı,
Qisasın almağa, gözlə, gəlirəm.
Dayan, dizlərini qıracam indi,
Səni yerdən yerə vuracam indi,
Sən yıxan evimi quracam indi,
Qənimin olmağa, gözlə, gəlirəm.
Murovdan başına od ələyəcəm,
Kimlərin itisən, mən biləcəyəm,
Səni yer üzündən tam siləcəyəm,
Cəlladın olmağa, gözlə, gəlirəm.
Hiylənə çox uydum, səbr etdim, nahaq,
Sən ki, qanmayırsan nədir haqq, nahaq,
İndi duruş gətir qarşımda, axmaq,
Kökünqurutmağa, gözlə, gəlirəm.
Hər yerdə eynisən, bir saxtakarsan,
Soyu bilinməyən tayfasan-haysan,
Tülküsən, çaqqalsan, axır heyvansan,
Dərini soymağa, gözlə, gəlirəm.
19.10.2020
Gəlirəm indi
Mundiri geymişəm oddan, alovdan,
Şuşam, görüşünə gəlirəm indi.
Bağışla gec oldu, uydum hiyləyə,
Başına dönməyə gəlirəm indi.
Unutmam ömründən ötən illəri,
Dərd üstə qalanan ağır dərdləri,
Dağıdıb bəndləri,aşıb sədləri,
Hayları gömməyə gəlirəm indi.
Başında duman var, bilirəm, çoxdan,
Küsmüsən taledən, küsmüsən baxtdan,
Mən həsrət qalmışam sənə nə vaxtdan,
Daşını öpməyə gəlirəm indi.
O namərd düşmənin başın əzməyə,
Kəm baxan gözünə millər çəkməyə,
Qanını tökməyə, soyun kəsməyə,
Kəfənin biçməyə gəlirəm indi.
Baxışla, ay Şuşam, dönürəm sənə,
Qan verib, can verib o Azad Günə,
Səni gülüstana döndərim deyə,
Torpağın əkməyə gəlirəm indi.
05.11.2020
Heç olmadıq biz ayrı
Sən Təbriz, mən Bakıyam,
Bir Vətənin daşıyam,
Demə ki, mən naşıyam,
Heç olmadıq biz ayrı.
Dilimiz dillər şahı,
Dərdimiz ellər ahı,
Gözləyirik sabahı...
Heç olmadıq biz ayrı.
Ürəkdən, qəlbdən birik,
Ölməmişik, diriyik,
Sabaha yol gedirik,
Heç olmadıq biz ayrı.
Başım başına bənzər,
Daşım daşına bənzər,
Aşım aşına bənzər,
Heç olmadıq biz ayrı.
Dağın dağımca uca,
Yaşım yaşınca qoca.
Dərd görmüşük bolluca,
Heç olmadıq biz ayrı.
Alışdım, yandın orda,
Üşüdün, dondum burda,
Yaraşmaz qalaq darda,
Heç olmadıq biz ayrı.
Bizə yad deyənə bax,
Ayrı ad verənə bax,
O ağız əyənə bax,
Heç olmadıq biz ayrı.
Kələklə qəsd ediblər,
Uydururb məst ediblər,
Kəsib şikəst ediblər,
Heç olmadıq biz ayrı.
Dünya ələnəcəkdir,
Dünya bölünəcəkdir,
Haqqa bələnəcəkdir,
Heç olmadıq biz ayrı.
Olmarıq heç vaxt ayrı!
21.05.2011-Təbriz
Tarixçi qardaş
Tarixçi alim Qasım Hacıyevə
Bir yarış başlanıb tarixim üstə,
Hərə bir tərəfdən hücuma keçib.
Kimi həqiqətin sorağındadir,
Kimi gözə girir, saxta yol seçib.
Ümidim sənədir, tarixçi qardaş,
Vermə bu meydanı naşı kəslərə.
Elminlə açdığın həqiqət yolu,
Nurlu çıraq olsun gənc nəsillərə.
Yar yerin bağrını, əlinə dönüm,
Oxu hər qarışda tapdığın daşı.
Saxtakar soysuzlar baş aparırlar,
Göstər bu torpağın neçədir yaşı.
Ara gizlinləri, tap, axı, görək,
Qayada yonulmuş çalada nə var?
Yerin üstündəkin çox oxuyublar,
Yerin altındakı qalada nə var?
Dilləndir hər ələ gələn aləti,
Daşı daş dilində, dəmiri dəmir.
Qoy düzü danışsın, həqiqət desin,
Yalan ayaq tutur, ancaq yerimir.
Dilləndir daşları, dilləndir görək,
Dilləndir söz açsın ulu keçmişdən.
Dilləndir, bir görək, axı, nə deyir,
Min il bundan əvvəl olub bitmişdən?
Görək harda etdik birinci səhvi,
Kimə düşmənikən dost dedik axı?
Qol açdıq hamıya əzizimiztək,
Niyə xəyanəti görmədik axı?
Görək, hardan keçib o yol ötənlər,
Hara su çəkdirib, körpü saldırıb?
Bircə nişanəsi, izi yoxdursa,
Bəs yalan tarixi necə yazdırıb?
Axtar, heç usanma, tapdığın nə var,
Böyük mədəniyyət nişanəsidir.
Hər saxsı qırığı, hər daş parçası,
Mənim millətimin xəzinəsidir.
Nə qılınc, nə tüfəng iş görən deyil,
Qilinc da, qalxan da sənin əlində.
Çıxart həqiqəti yerin təkindən,
Yarat o tarixi tarix dilində.
Vətən tarixini sən özün yarat,
Yaxşı kimsə olmaz sənin yerində.
Millət yazmayırsa öz tarixini,
Olmaz gələcəyi yer üzərində.
07-08 avqust 2010
Gəlirəm indi
Mundiri geymişəm oddan, alovdan,
Şuşam, görüşünə gəlirəm indi.
Bağışla gec oldu, uydum hiyləyə,
Başına dönməyə gəlirəm indi.
Unutmam ömründən ötən illəri,
Dərd üstə qalanan ağır dərdləri,
Dağıdıb bəndləri,aşıb sədləri,
Hayları gömməyə gəlirəm indi.
Başında duman var, bilirəm, çoxdan,
Küsmüsən taledən, küsmüsən baxtdan,
Mən həsrət qalmışam sənə nə vaxtdan,
Daşını öpməyə gəlirəm indi.
O namərd düşmənin başın əzməyə,
Kəm baxan gözünə millər çəkməyə,
Qanını tökməyə, soyun kəsməyə,
Kəfənin biçməyə gəlirəm indi.
Baxışla, ay Şuşam, dönürəm sənə,
Qan verib, can verib o Azad Günə,
Səni gülüstana döndərim deyə,
Torpağın əkməyə gəlirəm indi.
05.11.2020
Aslan və tülkü
Bir aslan zarıyır bayaqdan bəri,
Meşənin ən dərin bir guşəsində.
Tülkü görən kimi bu mənzərəni,
Soruşur halını, hiylə səsində:
- Nə olub, Aslanım, o gur səsinlə,
Zarıltın gütürüb bütün dünyanı?
Sən ki öz hökmünlə, öz qüdrətinlə,
Ayaqda tutardın bütün ormanı.
Aslan bircə anlıq dözüb kiriyir,
Hiyləgər tülkünün cavabın verir:
- Kimsəyə enmədim mən döyüşlərdə,
Enən də deyiləm heç zaman, bil ki.
Bəli, zarıyıram, üzüm göylərdə,
Övlad gətirirəm dünyaya, Tülkü.
Tülkü rişxənd ilə güldü aslana,
İstədi fürsətdən tez yararlana:
- Mən də gətirirəm dünyaya övlad,
Birin yox, hər ildə onun, on beşin.
Ancaq sənin kimi etmirəm fəryad,
Bumudur hünərin, bumudur işin?
Aslan qəzəblənib dikəldi bir az,
Görsün nə danışır bu ağlı dayaz:
- Bilirəm doğursan onun, on beşin,
Özüntək hiyləgər, hamısı tülkü.
Mən birin doğuram, budur vərdişim,
O da aslan olur, aslan, ay tülkü!
Bu sözdən bir qorxu düşdü canına,
Sandı ki, taleyi burda çözülmüş.
Baxıb kinayəylə məğrur aslana,
Tülkü uzaqlaşdı süyu süzülmüş.
09.03.2010
Gedək dağlara, dağlara!
Usandum mən bu şəhərdən,
Gedək dağlara, dağlara!
Doydum bu qazdan, zəhərdən,
Gedək dağlara, dağlara!
Nə tapdım ki, burda görən,
Ömür adlı bina hörəm,
İstəmirəm burda öləm,
Gedək dağlara, dağlara!
Yaylağında gözüm qalıb,
Demədiyim sözüm qalıb,
Hələ qəlbdə dözüm qalıb,
Gedək dağlara, dağlara!
Qartalları süzən görək,
Dağ kəlinin özün görək,
Bulaqların gözün öpək,
Gedək dağlara, dağlara!
Baxış sayı: 1 159
Bölməyə aid digər xəbərlər
Tarix: 28-02-2021 13:19 | Bölmə: Ədəbiyyat

Hər kəs qarabağlı, hər kəs şuşalı
Vətənin olmayır nə solu, sağı,
Hələ ki, dardadır Vətən torpağı,
Hələ ki, dağ çəkir sinəmə yağı,
Təpədən dırnağa hər kəs silahlı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Dünya vurhavurda, bölhaböldədi,
Xoş arzu-diləklər hələ dildədi,
Yıxılan can verir, ölhaöldədi,
Hələ ki, çözülmür Vətən sualı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Demə ki, mənə nə, mən şirvanlıyam,
Demə ki, mənə nə, lənkaranlıyam,
Demə sən cənublu, mən şimallıyam,
Hələ ki, qəzəbdən millət “havalı”,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Düşmən dostumuzdan seçilməyirsə,
Düşmən gözümüzdə kiçilməyirsə,
Hələ ki, kəfəni biçilməyirsə,
Hər kəs olmalıdır bu işdən halı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Heç vaxt basılmayan qalası darda,
“Cıdır düzü” kimi talası darda,
Neçə əsir-yesir balası darda,
Dağılıb sarayı, talanıb malı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
Nəğməsi ruhları qidalandıran,
Həsrəti qəlbləri yaxıb-yandıran,
Harayı damarda qanı donduran -
Şuşada yoxdursa bircə şuşalı,
Hər kəs qarabağlı, hər kəs şuşalı.
04.06.2011
Gəlirəm
Əmr gözləyirdim düz otuz ildir,
Qanına susayib, gözlə, gəlirəm.
Dağıtdın, a vəhşi, od-ocağımı,
Qisasın almağa, gözlə, gəlirəm.
Dayan, dizlərini qıracam indi,
Səni yerdən yerə vuracam indi,
Sən yıxan evimi quracam indi,
Qənimin olmağa, gözlə, gəlirəm.
Murovdan başına od ələyəcəm,
Kimlərin itisən, mən biləcəyəm,
Səni yer üzündən tam siləcəyəm,
Cəlladın olmağa, gözlə, gəlirəm.
Hiylənə çox uydum, səbr etdim, nahaq,
Sən ki, qanmayırsan nədir haqq, nahaq,
İndi duruş gətir qarşımda, axmaq,
Kökünqurutmağa, gözlə, gəlirəm.
Hər yerdə eynisən, bir saxtakarsan,
Soyu bilinməyən tayfasan-haysan,
Tülküsən, çaqqalsan, axır heyvansan,
Dərini soymağa, gözlə, gəlirəm.
19.10.2020
Gəlirəm indi
Mundiri geymişəm oddan, alovdan,
Şuşam, görüşünə gəlirəm indi.
Bağışla gec oldu, uydum hiyləyə,
Başına dönməyə gəlirəm indi.
Unutmam ömründən ötən illəri,
Dərd üstə qalanan ağır dərdləri,
Dağıdıb bəndləri,aşıb sədləri,
Hayları gömməyə gəlirəm indi.
Başında duman var, bilirəm, çoxdan,
Küsmüsən taledən, küsmüsən baxtdan,
Mən həsrət qalmışam sənə nə vaxtdan,
Daşını öpməyə gəlirəm indi.
O namərd düşmənin başın əzməyə,
Kəm baxan gözünə millər çəkməyə,
Qanını tökməyə, soyun kəsməyə,
Kəfənin biçməyə gəlirəm indi.
Baxışla, ay Şuşam, dönürəm sənə,
Qan verib, can verib o Azad Günə,
Səni gülüstana döndərim deyə,
Torpağın əkməyə gəlirəm indi.
05.11.2020
Heç olmadıq biz ayrı
Sən Təbriz, mən Bakıyam,
Bir Vətənin daşıyam,
Demə ki, mən naşıyam,
Heç olmadıq biz ayrı.
Dilimiz dillər şahı,
Dərdimiz ellər ahı,
Gözləyirik sabahı...
Heç olmadıq biz ayrı.
Ürəkdən, qəlbdən birik,
Ölməmişik, diriyik,
Sabaha yol gedirik,
Heç olmadıq biz ayrı.
Başım başına bənzər,
Daşım daşına bənzər,
Aşım aşına bənzər,
Heç olmadıq biz ayrı.
Dağın dağımca uca,
Yaşım yaşınca qoca.
Dərd görmüşük bolluca,
Heç olmadıq biz ayrı.
Alışdım, yandın orda,
Üşüdün, dondum burda,
Yaraşmaz qalaq darda,
Heç olmadıq biz ayrı.
Bizə yad deyənə bax,
Ayrı ad verənə bax,
O ağız əyənə bax,
Heç olmadıq biz ayrı.
Kələklə qəsd ediblər,
Uydururb məst ediblər,
Kəsib şikəst ediblər,
Heç olmadıq biz ayrı.
Dünya ələnəcəkdir,
Dünya bölünəcəkdir,
Haqqa bələnəcəkdir,
Heç olmadıq biz ayrı.
Olmarıq heç vaxt ayrı!
21.05.2011-Təbriz
Tarixçi qardaş
Tarixçi alim Qasım Hacıyevə
Bir yarış başlanıb tarixim üstə,
Hərə bir tərəfdən hücuma keçib.
Kimi həqiqətin sorağındadir,
Kimi gözə girir, saxta yol seçib.
Ümidim sənədir, tarixçi qardaş,
Vermə bu meydanı naşı kəslərə.
Elminlə açdığın həqiqət yolu,
Nurlu çıraq olsun gənc nəsillərə.
Yar yerin bağrını, əlinə dönüm,
Oxu hər qarışda tapdığın daşı.
Saxtakar soysuzlar baş aparırlar,
Göstər bu torpağın neçədir yaşı.
Ara gizlinləri, tap, axı, görək,
Qayada yonulmuş çalada nə var?
Yerin üstündəkin çox oxuyublar,
Yerin altındakı qalada nə var?
Dilləndir hər ələ gələn aləti,
Daşı daş dilində, dəmiri dəmir.
Qoy düzü danışsın, həqiqət desin,
Yalan ayaq tutur, ancaq yerimir.
Dilləndir daşları, dilləndir görək,
Dilləndir söz açsın ulu keçmişdən.
Dilləndir, bir görək, axı, nə deyir,
Min il bundan əvvəl olub bitmişdən?
Görək harda etdik birinci səhvi,
Kimə düşmənikən dost dedik axı?
Qol açdıq hamıya əzizimiztək,
Niyə xəyanəti görmədik axı?
Görək, hardan keçib o yol ötənlər,
Hara su çəkdirib, körpü saldırıb?
Bircə nişanəsi, izi yoxdursa,
Bəs yalan tarixi necə yazdırıb?
Axtar, heç usanma, tapdığın nə var,
Böyük mədəniyyət nişanəsidir.
Hər saxsı qırığı, hər daş parçası,
Mənim millətimin xəzinəsidir.
Nə qılınc, nə tüfəng iş görən deyil,
Qilinc da, qalxan da sənin əlində.
Çıxart həqiqəti yerin təkindən,
Yarat o tarixi tarix dilində.
Vətən tarixini sən özün yarat,
Yaxşı kimsə olmaz sənin yerində.
Millət yazmayırsa öz tarixini,
Olmaz gələcəyi yer üzərində.
07-08 avqust 2010
Gəlirəm indi
Mundiri geymişəm oddan, alovdan,
Şuşam, görüşünə gəlirəm indi.
Bağışla gec oldu, uydum hiyləyə,
Başına dönməyə gəlirəm indi.
Unutmam ömründən ötən illəri,
Dərd üstə qalanan ağır dərdləri,
Dağıdıb bəndləri,aşıb sədləri,
Hayları gömməyə gəlirəm indi.
Başında duman var, bilirəm, çoxdan,
Küsmüsən taledən, küsmüsən baxtdan,
Mən həsrət qalmışam sənə nə vaxtdan,
Daşını öpməyə gəlirəm indi.
O namərd düşmənin başın əzməyə,
Kəm baxan gözünə millər çəkməyə,
Qanını tökməyə, soyun kəsməyə,
Kəfənin biçməyə gəlirəm indi.
Baxışla, ay Şuşam, dönürəm sənə,
Qan verib, can verib o Azad Günə,
Səni gülüstana döndərim deyə,
Torpağın əkməyə gəlirəm indi.
05.11.2020
Aslan və tülkü
Bir aslan zarıyır bayaqdan bəri,
Meşənin ən dərin bir guşəsində.
Tülkü görən kimi bu mənzərəni,
Soruşur halını, hiylə səsində:
- Nə olub, Aslanım, o gur səsinlə,
Zarıltın gütürüb bütün dünyanı?
Sən ki öz hökmünlə, öz qüdrətinlə,
Ayaqda tutardın bütün ormanı.
Aslan bircə anlıq dözüb kiriyir,
Hiyləgər tülkünün cavabın verir:
- Kimsəyə enmədim mən döyüşlərdə,
Enən də deyiləm heç zaman, bil ki.
Bəli, zarıyıram, üzüm göylərdə,
Övlad gətirirəm dünyaya, Tülkü.
Tülkü rişxənd ilə güldü aslana,
İstədi fürsətdən tez yararlana:
- Mən də gətirirəm dünyaya övlad,
Birin yox, hər ildə onun, on beşin.
Ancaq sənin kimi etmirəm fəryad,
Bumudur hünərin, bumudur işin?
Aslan qəzəblənib dikəldi bir az,
Görsün nə danışır bu ağlı dayaz:
- Bilirəm doğursan onun, on beşin,
Özüntək hiyləgər, hamısı tülkü.
Mən birin doğuram, budur vərdişim,
O da aslan olur, aslan, ay tülkü!
Bu sözdən bir qorxu düşdü canına,
Sandı ki, taleyi burda çözülmüş.
Baxıb kinayəylə məğrur aslana,
Tülkü uzaqlaşdı süyu süzülmüş.
09.03.2010
Gedək dağlara, dağlara!
Usandum mən bu şəhərdən,
Gedək dağlara, dağlara!
Doydum bu qazdan, zəhərdən,
Gedək dağlara, dağlara!
Nə tapdım ki, burda görən,
Ömür adlı bina hörəm,
İstəmirəm burda öləm,
Gedək dağlara, dağlara!
Yaylağında gözüm qalıb,
Demədiyim sözüm qalıb,
Hələ qəlbdə dözüm qalıb,
Gedək dağlara, dağlara!
Qartalları süzən görək,
Dağ kəlinin özün görək,
Bulaqların gözün öpək,
Gedək dağlara, dağlara!
Yataq ovçu bərəsində,
Göy yaylaqlar sinəsində
Ruh azadlıq təşnəsində,
Gedək dağlara, dağlara!
Çataq odun təndirini,
Oda tutaq “dibirini”,
Dadaq motal pendirini,
Gedək dağlara, dağlara!
Göy yaylaqlar sinəsində
Ruh azadlıq təşnəsində,
Gedək dağlara, dağlara!
Çataq odun təndirini,
Oda tutaq “dibirini”,
Dadaq motal pendirini,
Gedək dağlara, dağlara!
Bir müdrükə qonaq olaq,
Bir sürüyə çoban olaq,
Kimə desən qınaq olaq,
Gedək dağlara, dağlara!
Bir sürüyə çoban olaq,
Kimə desən qınaq olaq,
Gedək dağlara, dağlara!
Hələ bizi bitirməmiş,
Çirkabında itirməmiş,
“O dünyaya” ötürməmiş,
Gedək dağlara, dağlara!
26.11.2018
Gətir
Çirkabında itirməmiş,
“O dünyaya” ötürməmiş,
Gedək dağlara, dağlara!
26.11.2018
Gətir
Ay gülşən seyrinə çıxan gözəlim,
Gələndə dağların xətrini gətir;
Saçına düzdüyün gülün, çiçəyin,
Lalənin, nərgizin ətrini gətir.
Gələndə dağların xətrini gətir;
Saçına düzdüyün gülün, çiçəyin,
Lalənin, nərgizin ətrini gətir.
Bumbuz bulaqların gözündən su iç,
Yarpızı, nanəni əllərinlə biç,
Ceyran bərəsindən ehtiyatla keç,
Bulaq başındakı ləprini gətir.
Yarpızı, nanəni əllərinlə biç,
Ceyran bərəsindən ehtiyatla keç,
Bulaq başındakı ləprini gətir.
Əl eylə göylərdə süzən qartala,
Səyird köhlənini, çapsın dördnala…
Bax, gör yerindəmi o yaşıl tala?
Geniş ormanların çətrini gətir.
Səyird köhlənini, çapsın dördnala…
Bax, gör yerindəmi o yaşıl tala?
Geniş ormanların çətrini gətir.
Hay sal qayalara, sədası gəlsin,
Xınalı kəkliyin balası gəlsin,
Quşların nəğməsi göyə yüksəlsin, -
Zili orda qalsın, bəmini gətir.
Xınalı kəkliyin balası gəlsin,
Quşların nəğməsi göyə yüksəlsin, -
Zili orda qalsın, bəmini gətir.
Gəz şehli çəməni ayağı yalın,
Dadına bax hərdən qaymağın, balın
Yeyib pendirini, yağın, motalın, -
Gələndə təndirin fətrini gətir.
Dadına bax hərdən qaymağın, balın
Yeyib pendirini, yağın, motalın, -
Gələndə təndirin fətrini gətir.
Bu da göydən gələn bəxtin, qismətin…
Sehrinə düşdünmü, ayrılmaq çətin,
Tanrı yaratdığı o təbiətin, -
Bacarsan, Məmmədə sirrini gətir.
10.04.2009
Sehrinə düşdünmü, ayrılmaq çətin,
Tanrı yaratdığı o təbiətin, -
Bacarsan, Məmmədə sirrini gətir.
10.04.2009
Çox illəri aşacaqsan
Həkim bacım Güllü xanıma
Həkim bacım Güllü xanıma
Ağ xalatda mələklərtək,
Hər haraya hay verirsən.
Körpələrə son nəfəsdə,
Nəfəsindən pay verirsən.
Hər haraya hay verirsən.
Körpələrə son nəfəsdə,
Nəfəsindən pay verirsən.
Çatırsan sən köməyinə,
Ümidlərin sönən vaxtı.
Necə şadsan, necə xoşbəxt,
Xəstən üzə gülən vaxtı.
Ümidlərin sönən vaxtı.
Necə şadsan, necə xoşbəxt,
Xəstən üzə gülən vaxtı.
Əllərinin şəfasından
Şəfa tapar neçə körpə.
O dilinin duasından
Şəfa tapar neçə körpə.
O dilinin duasından
Fərəh düşər neçə qəlbə.
Ömrün keçir süd qoxulu
Çiçəklərin arasında.
Hamı istər səni görsün,
Həkimlərin sırasında.
Çiçəklərin arasında.
Hamı istər səni görsün,
Həkimlərin sırasında.
O şəfalı ruhunla sən,
Axtar, ara dərdə çara,
Sağalt körpə balaları,
Sevinc payla insanlara.
Axtar, ara dərdə çara,
Sağalt körpə balaları,
Sevinc payla insanlara.
Tanrı verən o qüdrətlə,
Sən qəlblərə axacaqsan,
Anaların duasıyla
Çox illəri aşacaqsan.
29.09.2009
Sən qəlblərə axacaqsan,
Anaların duasıyla
Çox illəri aşacaqsan.
29.09.2009
Baxış sayı: 1 159
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













