16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
20:53 / 27-09-2026
Yandırıcı sursat istehsalı haqqında danışdı
20:48 / 27-09-2026
Rusiya Silahlı Qüvvələrinin hərbçisi Ukrayna Silahlı Qüvvələrinin Oleşkini "ölü zonaya" çevirmək vəzifəsindən danışıb
20:46 / 27-09-2026
Tramp Tehranla danışıqların gələn həftə keçiriləcəyini açıqladı
20:43 / 27-09-2026
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
20:40 / 27-09-2026
"Zenit"in baş məşqçisi "Şanxay Şenhua" ilə əməkdaşlığından danışıb
20:37 / 27-09-2026
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
19:58 / 27-09-2026
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
17:51 / 27-09-2026
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
22:48 / 26-09-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:22 / 25-09-2026
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22:48 / 25-09-2026
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
“Zamanın dar süzgəcindən keçib gəldim çeşmə kimi”- Ələsgər Talıboğlu
Tarix: 25-01-2021 00:22 | Bölmə: Ədəbiyyat
Müasir Azərbaycan ədəbiyyatının Qazax ədəbi mühiti olmadan təsəvvür etmək məncə çox yalnış olardı.Axı bu ədəbi mühit keçən əsrdə bizə Səməd Vurğun,Osman Sarıvəlli,Mehdi Hüseyn,İsmayıl Şıxlı kimi dahilər bəxş etmişdir.Bu gün də eyni ilə davam etməkdədir.Bu ədəbi mühitdən olan bir sıra şair,yazıçı və ədəbi tənqidçilər müasir ədəbiyatımızın ağırlığını öz çiyinlərində daşımaqdadırlar.Onlardan Vaqif Nəsib,Məti Osmanoğlu,Rüstəm Kamal,İbrahim Ilyaslı,Rəşid Vəkil,Güllü Eldarqızı,Elburus Qəmgin kimi yazıçıları yaxından tanıyıram və yaradıcılıqlarını sevə-sevə izləyirəm.Və bu cür şairlərdən biri də Sədaqət Şıxlıdır.

Mən Sədaqət Şıxlını “Dirili Qurbani”məclisinə ayaq basdığım günlərdən dəli-dolu və bir azda baməzə bir şair kimi tanıdım.Hər dəfə məclisdə şeir oxuduğu zaman onu diqqətlə dinləyər, hətta bəzən səmimi öz münasibətimi də bildirərdim. O da xoş qarşılayırdı.Bu günlərdə isə şairin”Dərdlərimin şairiyəm”adlı ilk şeirlər kitabı əlimə düşdü,oxudum,özüdə sevə-sevə...
Hər şeiri oxuduqca,hər vərəqi çevirdikcə,Sədaqət Şıxlının daxili dünyası,könül çırpımtıları ilə tanış olduqca,bu çırpıntıların ritminə qulaq asdıqca,dinlədikcə onun duyğularının saflığına bir daha inanmış oldum.
“Axı ürək daşdan deyil”-deyən şair:
Nəyə lazım o ürək ki,
Alovlanmır,yanmır bir an.-
deməklə yetinməyərək,başqa bir şeirində fikirini daha da dolğun şəkildə belə ifadə edir:
Hər yan gül-çiçəyə dönür,
Dağlar laləyə bürünür.
Çirkin də göyçək görünür,
Iki könül birləşəndə.
S.Şıxlı şeirinin özünə məxsus əsas cəhəti odur ki,fikrini canlı xalq dilində, sadə,aydın və anlaşan bir dillə ifadə etməyə çalışır.Bu isə ona düşüncələrinin uğurlu ifadəsində kömək edir.
İstərəm bir topa bulud olum mən,
Susuz səhralarda çöllərə yağım.
Zərif çiçəklərin,bəyaz güllərin,
Xoş rahiyəsini hər yana yayım.
İstərəm bir yannan çıraq olum mən,
Zülmət gecələrə işıqlar saçım.
İstərəm bir yaşıl budaq olum mən,
Oxuyan bülbülə xoş qucaq açım.
Şairin hər bir şeiri ana təbiətə, yaşadığı həyata ,dünyaya,insanlığa dərin sevgi,məhəbbət hislərilə yoğrulub.
Bu dünyanın əzəli də sevgidir,
Bu dünyanın gözəli də sevgidir-
deyən şair fikrinə qat verərək belə əlavə edir:
Mavi gözlü o səmanı sevirəm,
Məhəbbəti,ülviyyəti sevirəm,
İnsanlarda ləyaqəti sevirəm.
S.Şıxlı bir şair kimi ətrafında baş verənlərə biganə qala bilmir,zamanın eybəcərliklərini, qəlbini ağrıdan həyat həqiqətlərini poetik bir dillə bu cür canlandırır.
Saya salan yoxdu yetimi,acı,
Didərgin düşəni,dərdə möhtacı.
Bürokrat düşünür yalnız taxt-tacı,
Dövranı dəyişib gidi dünyanın.
Onun şeirlərinin şah damarı,ana xətti Vətən sevgisidir.Hər sözü-söhbəti vətənlə başlayır, çünki şair ülvi bir eşqlə vətənini sevir.Elə bu sevginin ilahi ülviyətindəndir ki,işğal altına düşən torpaqlarımızın ağrısına,acısına ağı deyir,yana-yana ağlayır.
Torpağımız tapdalandı,
Ürəyimiz parçalandı,
Ahımız ərşə qalxdı,
Yağıların əllərindən.
***
Çal “Dilqəmi”,çal,”Kərəmi”,
Qoy,dərd yandırsın sinəmi.
Ahım ayıltsın aləmi,
Çal,aşıq,qurbanın olum.
Vətənin dərdini öz dərdi bilən şairin ahı,naləsi qəlbləri göynədir,könülləri sızladır.Bu göynərti,bu sızıltı isə onun Vətən sevgisindən ,Vətənə ülvi məhəbbətindən irəli gəlir.
Vətən dərdi qəddim əydi,
Bəxt ulduzum daşa dəydi.
Çaxan şimşək,yoxsa nəydi?...
Qaldım boylana-noylana.
Naləsi ərşə,sonsuz göylərə dirənən Sədaqət Şıxlı üçün Vətən torpağının hər qarışı ana südü,ata çörəyi qədər doğma və müqəddəsdir.Odur ki,Xocalı faciəsini könül çırpıntılarının əks-sədası ilə şeirlərində poetik bir dillə belə ahəngləndirir.
Yer titrədi,göy kişnədi yerindən,
Xanimanlar talan oldu o gecə.
...İnsan qanı”bəzək”oldu çöllərə,
“Ölüm”sözü yalan oldu o gecə.
Lakin şair qəlbinin yanğısını söndürmək üçün :
Hər gecənin gündüzü var,
Yolun enişi,düzü var,
Həqiqətin bir üzü var,-
deyə özünə toxtaxlıq verir.Nicatın yalnız öz əlimizdə olduğunu dərk edən şair sonda üz tutub yad ellərdə baş girlələyən Vətən oğullarına hayqırır.
Yurdum düşmən əlindədi,
Yağıların felindədi,
Dərdi yüklü belindədi,
Köməyə gəl,Vətən oğlu!
S.Şıxlı bir komandan kimi oğullarımızı,Vətən sevdalı insanları döyüşə səsləyir:
Eşidin oğullar,qalxın ayağa,
Bu gün ana Vətən sizi çağırır.
...Qalxın,ey yurdumun cəngavərləri,
Siz ki,Koroğlunun nəvələrisiz!
Və onlara bir ana kimi görün nəyi tövsüyyə edir:
Döyüş meydanına atıl nər kimi,
Qayıt el-obana kişi-ər kimi.
Qələbə müjdəli bir əsgər kimi,
Vuruş,səngərlərdə çəkilmə geri!
Şair bacım Sədaqət Şıxlının iyirmi üç il bundan öncə poetik bir dillə qələmə aldığı duyğuları bu gün həyatda öz həqiqi əksini tapmış oldu.Belə ki,ordumuzun erməni işğalçılarına qarşı apardığı döyüşlərdə əsgərlərimiz göstərdiyi qəhramanlıqlarla böyük bir zəfər əldə etdik.Yağıların işğalı altında olan torpaqlarımız birbə- bir geri qaytarıldı.Bununla da, təkcə Sədaqət müəllimin, bu şair xanımın deyil,hər bir Vətən sevdalı Azərbaycan övladının arzusu, muradı qəlbində çiçəkləmiş oldu.Otuz illik həsrətə son qoyuldu.
Yeri gəlmişkən onu da qeyd edək ki, Sədaqət Şıxlının atası da söz adamı olmuş, yazdığı şeirlər neçə-neçə könüllər fəth etmişdir.Odur ki,atasından və ustad sənətkarlarımızdan aldığı dərslə iftixar edir.
Dədə Ələsgərin,aşıq Şəmşirin,
Gəzdiyi dağların düzünə qurban!
Dədəm Qorqud əldə qopuz çalanda
Kəsərli sözünə,sazına qurban!
Şairin öz doğmalarına-körpə balalrına ithaf etdiyi şeirləri də dil baxımından bir-birindən necə də sadə,əlvan bir dildə əks olunmuşdur.
Anam boyuna qurban,
Ağıllı çiçək balam.
Sənsən ömrümə hayan,
Sənsən ipək balam.
S.Şıxlının”Dərdlərimin şairiyəm”adlı bu ilk kitabına toplanmış,daxil edilmiş şeirlərinin heç də hamısı uğurlu deyildir.Elə şeirləri vardır ki,dili aydın və şirin olsada poetik gücü zəifdir və yaxudda bəddi vasitələrdən yoxsundur.
Zamanın dar süzgəcindən,
Keçıb gəldim süzmə kimi,
Hər şeirə naxış verdim
“Tirmə”kimi,”ilmə”kimi,-
deyən şair ilhamını eldən,obadan,Məcnunu olduğu Vətən torpağından,onun qayasından,daşından alır.Bu ilhamın gücü ilə də misra-misra,beyit-beyit şeir-şeir könüllərə nur,işıq səpir.Qoy,bu nur,işıq da Sədaqət Şıxlı yaradıcılığında həmişə yaşar olsun.
Yenə sap düzüb şeirlərimi,
Muncuq tək bənd etdim bir sıra ilə.
Zərif naxışlardan bəzək vuraraq,
İz qoymaq istədim gələn nəsilə.
29-30 noyabr 2020 ci il
Ələsgər Talıboğlu,
Şair-publisist,AYB-nin üzvü,
Məmməd Araz mükafatı laureatı

Baxış sayı: 939
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR