20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
10:50 / 01-11-2026
Tehran Britaniya Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini terrorçu elan edib
10:46 / 01-11-2026
İran vətəndaşlarının nüvə doktrinasını dəyişdirmək istəyini açıqladı
10:42 / 01-11-2026
Rusiyalı diplomat Danimarkanı Ukrayna Silahlı Qüvvələri üçün istehsal arxası adlandırdı
09:38 / 31-10-2026
Şəhid Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin qardaşı toy günü onun məzarını ziyarət etdi-VİDEO+FOTOLAR
19:45 / 30-10-2026
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adl ıtədbir keçirilib
19:12 / 30-10-2026
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
20:45 / 29-10-2026
"Bloomberg" və iki firma Trampın nəşrlərinə erkən giriş üçün pul ödəyəcək
20:41 / 29-10-2026
DPA: Almaniyadakı fəallar iki gün ərzində üçüncü bir universitetin girişini bağladılar
20:37 / 29-10-2026
İran Hörmüz boğazı üzərində Amerika pilotsuz təyyarəsini ələ keçirdiyini bildirib
20:28 / 29-10-2026
Polis neft çirklənməsi səbəbindən turistləri dənizdən təxliyə edir
20:25 / 29-10-2026
66 yaşlı qadın vəhşicəsinə saxlanıldıqdan sonra öldü
20:21 / 29-10-2026
15 milyon rubl ödəməyi əmr etdi
20:12 / 29-10-2026
ABŞ-dan olan bir köhnə mömin rahib Krasnoyarsk diyarında nərə balığı tutduğuna görə həbs edilib
20:04 / 29-10-2026
Rik Sançez: "Melaniya Tramp Ukraynanı çətin vəziyyətə salıb"
19:44 / 29-10-2026
TASS: Bir avtomobilin altında partlayıcı qurğu tapılıb və zərərsizləşdirilib Stavropolda bir avtomobilin altında partlayıcı qurğu zərərsizləşdirilib
19:41 / 29-10-2026
Netanyahunun partiyası səslərin 97,3%-i sayıldıqdan sonra liderliyini qoruyub saxlayır
10:16 / 29-10-2026
Rosatom ABŞ ilə bir sıra əməkdaşlıq sahələrini müzakirə etdiyini açıqladı
10:13 / 29-10-2026
Braziliya Bolsonaronun açıqlamalarının Lula da Silvanın hakimiyyətini təhdid etmədiyini bildirir
10:08 / 29-10-2026
Media: ABŞ nüvə obyektində laboratoriya yanğınında bir nəfər xəsarət alıb
İSA HƏBİBBƏYLİ: «ŞƏRUR» ƏDƏBİ BİRLİYİ NAXÇIVAN YAZIÇILAR BİRLİYİNİN ŞƏRURDAKI YARADICILIQ BAZASIDIR» -“Şərur” Ədəbi Birliyi - 50
Tarix: 12-11-2020 21:11 | Bölmə: Ədəbiyyat

1970-ci ilin ortalarında Şərur rayonun bir qrup yaradıcı ziyalısı «İşıqlı yol» (indiki «Şərurun səsi») qəzetinin nəzdində ədəbi birlik yaratmaq təklifi ilə o vaxtkı redaktor Rafiq Həsənova müraciət etdi. Rafiq müəllim özü də ədəbiyyatın vurğunu olduğundan bu təklifi məmnuniyyətlə qəbul elədi. Bir neçə gündən sonra qəzetdə dərc olunmuş elanı oxuyan qələm sahibləri redaksiyaya toplaşdılar. Qızğın müzakirələrdən sonra rayon qəzetinin nəzdində «Şərur qönçələri» adlı ədəbi birlik təsis edildi və tanınmış pedaqoq-şair Altay Tağızadə ədəbi birliyə rəhbər seçildi.
Az vaxt ərzində rayonun müxtəlif yaşayış məntəqələrində olan yazarları öz ətrafında birləşdirən «Şərur qönçələri» ədəbiyyat həvəskarının ilk qələm təcrübəsini araya-ərsəyə gətirdiyi ünvan oldu. Bir vaxtlar ədəbi birliyin məşğələlərində ürək çırpıntısı ilə öz yazılarını oxuyanlar, «dəmiri isti-isti döyərlər» devizi ilə tənqid olunanlar, ilk yazılarını qəzet səhifələrində görəndə sevincdən quş kimi qanadlananlar bu gün müxtəlif yerlərə pərvazlansalar da, ədəbi birlikə əlaqələrini yenə də üzmürlər.
«Şərur qönçələri» Ədəbi Birliyinin yaradıcılarından biri, «Şərur» Ədəbi Birliyi Naxçıvan Yazıçılar Birliyinin Şərurdakı yaradıcılıq bazasıdır», -- deyən Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli sonralar «Ədəbiyyat» qəzetində dərc olunmuş «Şərurun poetik səsi» adlı məqaləsində yazırdı: «Şərur qönçələri» Şərurda pöhrələnən şeir-sənət qönçələrinin yaradıcılıq dərnəyi idi. Bir çox istedadlar «Şərur qönçələri»ndən çıxdı, qönçələndi, çiçək kimi açdı. «Şərur qönçələri» bu Oğuz yurdunda ədəbi mühitin formalaşması mərhələsidir...».
Doğrudan da, «Şərur qönçələri»nin (1990-cı ildən «Şərur» adlanır) üzvü olmuş qələm sahiblərinin adlarını xatırladıqca qəlbimizdən iftixar hissi keçir: Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya elmləri doktorları, Vəli Nəbioğlu, Akif İmanlı, Əbülfəz Əzimli, fəlsəfə doktorları Sona Vəliyeva, Vaqif Məmmədov, Seyfəddin Eyvazov, Vahid Rzayev, Həsənəli Eyvazlı, tanınmış şair və yazıçılardan Asim Yadigar, Əhməd Sədərəkli, Telman Ağrıdağ, Hüseyn Əsgərov, Budaq Təhməz, Kəmaləddin Qədim, Kəmalə Nəsrin, İnqilab Orxan, Rafiq Oday, Nəriman Zeynalzadə, Aləm Kəngərli, Allahverdi Aqil, Nüşabə Məmmədova və onlarca digər qələm sahibləri «Şərur» Ədəbi Birliyinin yetirmələridir.
Həqiqi ədəbi məktəb kimi fəaliyyət göstərən «Şərur» Ədəbi Birliyi üzvlərinin 30 nəfərdən çoxu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Onların müxtəlif illərdə qələmə aldıqları 300-dən artıq müxtəlif mövzulu kitab nəşr olunub oxuculara çatdırılmışdır. Ədəbi toplularda, «Ulduz» və «Azərbaycan» curnallarında, Naxçıvan Muxtar Respublikasında yazıb-yaradan qələm sahiblərinin əsərlərindən ibarət «Araz» seriyalı almanaxlarda, «Dünyanın bəzəyi», «Dostluq töhfəsi, «Uşaqlar və Günəş», «Təmsillər», «Hekayələr», «Poemalar və pyeslər» adlı kitablarda, «Naxçıvan» jurnalında ilk dəfə «Şərur» Ədəbi Birliyinin məşğələlərində oxunan və bəyənilən bədii əsərlər dərc olunmuşdur. İkicildlik «İlhamla çağlayır «Şərur» bu gün də» və ədəbi birliyin 35 illiyinə həsr edilmiş «Yaşadığın yaşa dəyər» adlı almanaxlar da oxucu marağını çəkən çap nümunələrindəndir.
Zamanın 1988-ci ildən başlayan sərt sınaqları, ziddiyyətli həyat ədəbi məclis üzvlərinin uzun illər müraciət etdikləri mövzuların səmtini dəyişdi, xain qonşuların vəhşiliyi onların qələmini süngüyə çevirdi. Əhməd Sədərəklinin «Haray», Vaqif Məmmədovun «Danışır torpaq», Kamran Əliyevin «Sədərək döyüşləri», İbrahim Yusifoğlunun «Mənim inamımı güllələdilər», «Ölümü Tanrıdan gələnlər», «O günü göylərdən kədər yağırdı» adlı kitabları, digər şairlərin döyüşkən şeirləri yazıldı. Bu sənət əsərlərinin çoxunun əlyazması ilk dəfə ədəbi birliyin məşğələlərində oxunub müzakirə edildikdən sonra «Şərurun səsi» qəzeti vasitəsi ilə oxuculara çatdırılırdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün sahələr kimi, ədəbiyyatımızı da fəlakətlərdən xilas etdi. O böyük insanın yazarlara, onların yaradıcılığına göstərdiyi diqqət və qayğının sayəsində Azərbaycan ədəbiyyatı yenidən öz axarına düşdü. Naxçıvan Yazıçılar Birliyi yaradıldı, «Şərur» Ədəbi Birliyi isə, akademik İsa Həbibbəylinin təbirincə desək, təzədən onun bazası kimi fəaliyyətini davam etdirdi.
25 ildən çoxdur ki, ədəbi birlik üzvlərinin yaradıcılığında qurub-yaradan insanlara rəğbət, ana Vətənin tərənnümü, lirik duyğular yenidən geniş yer tutur. Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Sürəyya Nəsibin, Elmira Rzayevanın, şairlərdən Püstə Gülsevənin, Xədicə Təbəssümün, Ümbülbanu Musayevanın, Yeganə Bağırovanın yaradıcılıqlarında kövrək hisslərlə yanaşı anaya, doğma torpağa, təbiətə, qəlb sirdaşına təmiz, ülvi məhəbbət duyulmaqdadır.
Aramızdan vaxtsız getmiş Səyyad Əzizoğlu və İlyas Fərəməzoğlunun hər bir şeiri mövzu baxımından təzə-tər və oxucu qəlbində özünə daim yer tutandır. Əziz Kərimoğlu məhsuldar yazan birlik üzvlərindəndir. Yeni mövzu axtarışı, yazılanları təkrar etməmək, şeirlərdəki axıcılıq onun yaradıcılığına xas olan xüsusiyyətlərdir.
Mehman Cəfəroğlu lirik şeirlərlə birgə, qəzəlləri ilə də diqqəti çəkir. Sözə, şeirə hörmətlə yanaşmaq Mehmanın qəlbinin dərinliklərindən gələn ülvi hisslərdir. Oxucularına bir neçə kitabını təqdim edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Qafar Alışarlının mövzusunun mayasını qoşmalar, gəraylılar, sevgi və məhəbbətlə dolu şeirlər təşkil edir. Qurban Məhərrəmoğlunun satirik şeirlər toplanmış kitabları da maraqla oxunur. Yaşar Cəliloğlu isə sərbəst şeirləri ilə öz poetik fikirlərini tam çatdıra bilir. Ömrünü müəllimliyə həsr etmiş Siyafər Xələclinin şeirlərində müsiqi ilə poeziya vəhdət təşkil edir.
«Şərur» Ədəbi Birliyinin məşğələlərində yaradıcı gəncliyə geniş yer verilir. Qılman Mərdanoğlu, Araz Məmməd, Prezident mükafatçısı Humay Nur, Mövlan Əliyev, əsgəri borcunu başa vurmuş istedadlı şair Əli Rüzgar, Bakı Dövlət Universitetinin tələbəsi olmuş Seyidraza Salehoğlu kimi gənc yazarlar bir neçə kitablarını oxuculara təqdim etmişlər. Respublikamızda, onun ayrılmaz hissəsi olan Naxçıvanda aparılan geniş quruculuq işləri və sosial-iqtisadi inkişaf ədəbi birlik üzvlərinin əsərlərində bədii dillə tərənnüm olunur. Bunun nəticəsidir ki, «Şərur» Ədəbi Birliyinin bir neçə üzvü bu mövzularda keçirilən müsabiqələrin iştirakçısı və qalibləri sırasında olmuş, mükafata layiq yerlər tutmuşlar.
50 illik yubileyini qeyd etdiyimiz «Şərur» Ədəbi Birliyi bu gün də ilhamla çağlamaqdadır. Ədəbi birliyin ilk üzvlərindən olan İsa Həbibbəylinin birlik haqqında dediyi aşağıdakı fikirlərlə yazını bitirmək istəyirəm: «Azərbaycanın ayrılmaz parçası, Naxçıvan diyarının bənzərsiz bölgəsi olan qədim və həmişəcavan Şərurun bədii obrazı, nağıllı-əfsanəli Arpaçayın poetik səsi, elmi-publisist salnaməsi «Şərur» Ədəbi Birliyində formalaşıb. «Şərur» Ədəbi Birliyi Dədə Qorqud yurdu Şərurun sabahına da gur işıq salır…».
İbrahim YUSİFOĞLU,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” media mükafatçısı, Prezident təqaüdçüsü,
“Şərur” Ədəbi Birliyinin rəhbəri
Baxış sayı: 1 453
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib