22:48 / 08-04-2026
İİKK Livana hücumlarla bağlı İsraili təhdid etdi
22:38 / 08-04-2026
Fiko Slovakiyanın NATO xaricindəki gələcəyindən danışdı
22:33 / 08-04-2026
İsrail Beyrutda "Hizbullah" komandirini vurdu
22:28 / 08-04-2026
Livanda atəşkəs bəndi İranın münaqişəyə son qoymaq planının bir hissəsi idi
22:24 / 08-04-2026
Jurnalist Xabarov: "Starmer reytinqini artırmaq üçün Yaxın Şərqə gedib"
22:19 / 08-04-2026
İki çay öz məcrasından çıxaraq təxminən 500 ev və sahəni su altında qoyub
22:06 / 08-04-2026
Doğuş zamanı qadının ölümü ilə bağlı cinayət işi açılıb
22:02 / 08-04-2026
Medvedev İranın Hörmüz boğazını bağlaması ilə bağlı şərh verdi
21:07 / 08-04-2026
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
20:36 / 08-04-2026
İran Hörmüz boğazından tankerlərin hərəkətini dayandırıb
20:28 / 08-04-2026
Başqırdıstan mədəniyyət naziri məhkəməyəqədər həbsdə qalıb
20:23 / 08-04-2026
Bağça uşaqlarına qarşı zorakılıqla bağlı cinayət işi açılıb
20:16 / 08-04-2026
Senator Vasilenko ABŞ-ın İranı sındıra bilməyəcəyini bildirdi
20:11 / 08-04-2026
1 sentyabr 2026-cı il tarixindən etibarən Rusiya məktəblərində yeni bir fənn tətbiq olunacaq
20:04 / 08-04-2026
Üç tibb işçisinə hücum edən məhkəmə qarşısına çıxacaq
19:56 / 08-04-2026
İİKK ABŞ ilə danışıqlarda çox çeviklik göstərməyəcək
19:32 / 08-04-2026
Professor Suxov ABŞ-İran danışıqlarına təsir edəcək ölkənin adını çəkdi
19:30 / 08-04-2026
Pentaqon İrana qarşı əməliyyatı ABŞ-ın tarixi qələbəsi adlandırdı
17:16 / 08-04-2026
Türkiyə 52 ton qızıl satdı
23:07 / 07-04-2026
"Qafqaz üslubunda adam oğurluğu" filmindəki kimi bir qızı qaçırmağa cəhd etdiyinə görə 15 günlük həbs cəzası alıb
22:58 / 07-04-2026
10 milyard rubl dəyərində əmlakı müsadirə edildi
22:53 / 07-04-2026
ABŞ Konqresi İranla bağlı Trampın vəzifədən uzaqlaşdırılması ehtimalını müzakirə edir
22:48 / 07-04-2026
Nebenzya Rusiyanın Hörmüz boğazı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini niyə blokladığını izah etdi
22:42 / 07-04-2026
Nebenzya İranda mülki şəxslərə və infrastruktura hücumları qəbuledilməz adlandırdı
22:36 / 07-04-2026
Korotçenko İrana 700 "Tomahawk" raketinin atılacağını proqnozlaşdırıb
22:30 / 07-04-2026
Roskosmos pilotlu proqramların inkişafı ilə bağlı Hindistanla dialoq aparır
22:24 / 07-04-2026
26 sovet əsgərinin məzarı qazılıb
22:14 / 07-04-2026
NASA Ayın uzaq tərəfinin yeni görüntüsünü yayımladı
22:05 / 07-04-2026
Media xəbərlərinə görə, İran və ABŞ arasında danışıqlar dayandırılmayıb
21:57 / 07-04-2026
Məktəb hücumlarının qarşısını almağa nəyin kömək edə biləcəyini izah etdi
21:53 / 07-04-2026
Ekspert Knutov İranın hansı ABŞ bazalarına hücum edə biləcəyini izah etdi
21:49 / 07-04-2026
400 kvadratmetr ərazidə avtomobil servis mərkəzi yanır
21:41 / 07-04-2026
Moskva və Pekin Hörmüz boğazı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini blokladılar
21:37 / 07-04-2026
Təhsil Nazirliyi məktəblərdə davranış qiymətləndirmələrinin zəruriliyini izah etdi
21:27 / 07-04-2026
Senator Cabarov AB-nin veto səlahiyyətini ləğv etmək istəməsinin səbəbini açıqladı
Hüquqşünas-şairin "Turan harayı" kitabı işıq üzü gördü
Tarix: 04-11-2020 16:21 | Bölmə: Ədəbiyyat

Hörmətli oxucular, bu günlərdə əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olan, Sumqayıt şəhərində yaşayıb yaradan hüquqşünas-şair Ədalət(Əroğlu) İzzətoğlunun "Turan harayı" kitabı "Azəri" nəşriyyatı tərəfindən işıq üzü görüb. Eləcədə şairin "İçimizdə yurd adlı yaramız var" adlı kitabının təkrar nəşri çıxıb. Sabaha-inamla.az Ədalət Əroğlunun "Turan harayı" kitabında çap olunan şeirlərindən bir qismini oxuculara çatdırır:
Fotoda Sabaha-inamla.az xəbər portalının baş redaktoru
Namiq Məmmədli və hüquqşünas-şair Ədalət Əroğlu
AZƏRBAYCANIM
Mən səninəm, sən isə mənim canım,
Sənsən doğma yurdum, Azərbaycanım.
Damarda çağlayıb axan al-qanım,
Dilimin əzbəri, Azərbaycanım.
Ömrümün günəşi parlayır sənlə,
Qaranlıq gecəm də ağlayır sənlə,
Türk öz soyadını bağlayır sənlə,
Soydaşım, Turanım, Azərbaycanım.
Səhərim açılır azan səsiylə,
Gül və çiçəklərin tər nəfəsiylə,
Yaşadım həyatda eşq həvəsiylə,
Eşqim, məhəbbətim, Azərbaycanım.
Müstəqil dövlətin, yanıb arxivi,
Qəhrəmanlar tarixidir, tarixin,
Azıx mağarası sirdir tarixin,
Silinməz bir izsən, Azərbaycanım.
Yüksəlir hər zaman şanım-şöhrətim,
Dövlətlər yanında artıq hörmətin,
Ucalır hər yanda sözün, şöhrətin,
Başımın tacısan Azərbaycanım.
Vətənim böyükdür, uludur, ulu,
Millətim şöhrətlə keçir bu yolu,
Müstəqil dövlətin olmuşam qulu,
Ədalət carçısı Azərbaycanım.

İGİD ƏSGƏR
İgid Əsgər, hazır ol, gedən davaya,
Üçrəngli bayrağı qaldır havaya,
Vətənin yolunda sən məğrur dayan,
Dünya da göz yumur qopan ah-vaya.
Düşmən hiyləsilə getməyək bada,
Bir qarış torpağı verməyək yada,
Vətən əsgərimə dəyməsin qada,
Dünya da göz yumur qopan ah-vaya.
İgidim hazır ol, Qələbə çalaq,
Düşmənim kimdir ki, biz də alçalaq,
Millətlər içində biz də Ucalaq,
Dünya da göz yumur qopan ah-vaya.
Vətənim bölünüb, paramparçadır,
Qarabağ vətəndə “Qara xalçadır”
Düşmən əsirləri yaman alçaldır,
Dünya da göz yumur qopan ah-vaya.
İgidim, Vətəndən qalma intizar,
Düşmənə birlikdə qazaq biz məzar,
Vətənim olacaq yenə gülizar,
İzzətoğlu dözməz gələn ah-vaya.
Dünya da göz yumur qopan ah-vaya.

DÖYÜŞKƏN ƏSGƏRƏM
Yurdumun haqq səsi qulaqlarımda,
Hər gün qan ağlayır bulaqlarım da,
Quruyub, çatlayır dodaqlarım da,
Döyüşkən əsgərəm Vətən yolunda.
Yollara çıxmışam ucsuz, bucaqsız,
Qalmışam vətəndə evsiz, ocaqsız,
Olsam da həyatda nə qədər haqsız,
Döyüşkən əsgərəm Vətən yolunda.
Bu həyat vətənsiz nəyə gərəkdir?
Şəhidlər vətənə böyük örnəkdir.
Torpaq and yeridir, sudur, çörəkdir,
Döyüşkən əsgərəm Vətən yolunda.
Üçrəngli bayrağım, ucal göylərə,
Qoy şanın, şöhrətin düşsün dillərə,
Sözümü deyirəm, düşmən ellərə,
Döyüşkən əsgərəm Vətən yolunda.
Ədalət, düşmənə vermə sən aman,
Düşmənin qiymətin verəcək zaman.
Əlimdə qələmim, dönmüşəm yaman,
Döyüşkən əsgərəm Vətən yolunda.

TURAN ELLƏR VAR OLSUN
Turanellərvarolsun,
Qoyaləmə car olsun,
Düşmənbaxıbxarolsun.
TanrıTürkə yar olsun.
Allahdandırpayımız,
Cah-cəlallıdünyamız,
Milyonlardısayımız,
TanrıTürkə yar olsun.
Salam olsun ellərə,
Turan deyən dillərə,
Alqışlayan əllərə,
TanrıTürkə yar olsun.
Xoşarzular, ellərə,
Coşub dönsün sellərə,
Uzanmasın illərə,
TanrıTürkə yar olsun.
Əroğluyam, Ərənlər!
Soykökünü bilənlər,
Bu birliyəgələnlər,
TanrıTürkə yar olsun.

MİLLƏTİM
Doğma yurdda, öz elimdə nər idim,
Ayrı düşdüm, qəm-kədərdən əridim.
Yağı düşmən, elə bilmə kiridim,
Yaxşı anla, uduzmayıb millətim.
Tez bir zaman azad olsun ellərim,
Yağsın yağış, coşsun yurdda sellərim,
Qarabağda əssin tufan, yellərim,
Yaxşı anla, uduzmayıb millətim.
Allaha şükr edib, hər gün deyirəm,
Mən vətən oğluyam, qorxaq deyiləm,
De, düşmən önündə niyə əyiləm?
Yaxşı anla, uduzmayıb millətim.
Vətən igidlərim səf-səf düzülsün,
Qələbədən göz yaşlarım süzülsün,
Kim ki, sevmir, millətimi üzülsün,
Yaxşı anla, uduzmayıb millətim.
TURAN HARAYI
Bir nağıl həyatı yaşayıram mən,
Tarixi qələmə alıram hər an.
Kiminə nağıldır, kiminə ağıl,
Ətri var Vətənin, şeirlərimdə.
Bir günəş doğacaq,
dünyamıza nur saçacaq,
al şəfəqə boyanacaq,
dövran belə qalmayacaq.
Gəl, yapış əllərimdən.
Söhbət aç ellərimdən,
Mən bir haray çəkirəm,
Bu Türkün harayıdı.
Vətənim parçalanıb,
Bu torpaq yaralıdır...
Arazla bölünüb ara,
Bu Vətən paralıdır...
Həm o taylı,
həmbutaylı,
bu, Vətənharayıdır!.
Bu, Turanharayıdır!
ruhumunharayıdır!

QİSAS VAXTIDIR...
Yağıbdır başıma dağların qarı,
Axır gözlərimdən qəm bulaqları.
Qəlbimdə alışır yurd ocaqları,
Qalx millətim: indi qisas vaxtıdır!
Görünmür gözümə dərdimin sonu,
Abad evlərimə bayquşlar qonub.
Vətənim işğaldır, işığım sönüb,
Qalx millətim: indi qisas vaxtıdır!
Şəhid məzarını unutmaq olmaz,
Boş sözlə, göz yaşın qurutmaq olmaz,
Torpaq ayaq altda heç yatmaq olmaz,
Qalx millətim: indi qisas vaxtıdır!
Dünya susur, haqqı-doğrunu danır,
Düşmən arxasında düşmən dayanır.
Dözməyir ürəyim, od tutub yanır,
Qalx millətim: indi qisas vaxtıdır!
Ədalətəm, mən Türkün qardaşıyam.
Yaralı yurdumun ocaq daşıyam,
Sadə Azərbaycan Vətəndaşıyam,
Qalx millətim: indi qisas vaxtıdır!
ŞƏHİD EŞQİNƏ
Ey xalqım, oyanaq, qalxaq ayağa,
Bu vətən eşqinə, yurdun eşqinə,
Düşməni biz əzək, salaq ayağa,
Xocalım eşqinə, Şəhid eşqinə.
Sinəm də dağlıdır, Azərbaycanım,
Yaralı qalıbdır, Vətənim, canım,
Sinəm yaralanır, tökülür qanım,
Xocalım eşqinə, Şəhid eşqinə.
Qəlbimi dağlayır, körpə naləsi,
Al-qan içindədir, çay, şəlaləsi,
Bitməyir dağımda, açmır laləsi,
Xocalım eşqinə, Şəhid eşqinə.
Əsgər paltarını geyinəm gərək,
Mübarizlərimlə öyünəm, gərək,
Vətən sevgisiylə döyünər ürək,
Xocalım eşqinə, Şəhid eşqinə.
Əsgər paltarını geyməyən kəsdə,
Qələbə çalmağa olmaz həvəs də,
Qələbə əzmiylə qulağım səsdə,
Xocalım eşqinə, şəhid eşqinə..

ŞƏHİDLƏR
Düşmən atəşinə sinəsin verib,
Başını əymədi, dözdü Şəhidlər.
Vətənin yolunda canların verib,
Tarixə adların yazdı Şəhidlər.
Qalxıbdı göylərə, ana naləsi,
Başında fikir var, çoxlu həvəsi...
Görmək istəyirdi oğul nəvəsi,
Tarixə adların yazdı Şəhidlər
Dağlayır qəlbini, oğul yarası,
Göz yaşı axıdır ciyərparası,
Qorxuyla olmadı əsla arası,
Tarixə adların yazdı Şəhidlər.
Analar məzarı qucaqlayırlar,
Gecələr yatmayır, sayaqlayırlar,
Övladın keçmişin varaqlayırlar,
Tarixə adların yazdı Şəhidlər.
Ədalət, üzürsən qəmlər içində,
Göz yaşı tökməyək ellər içində,
İgidlər olmamış belə biçimdə,
Tarixə adların yazdı Şəhidlər.
ƏSİRLƏRİM DARDADIR...
(Vətənimizin ərazi bütövlüyu uğrunda itgin düşmüş və əsirlikdə qalan əsirlərimizə
ithaf edirəm)
Yollarım bağlıdır, gözüm yoldadır,
Taqətim hələ var, gücüm qoldadır,
Bu ürək çatlayır, qandal qoldadır,
Azad edək əsirləri, dardadır.
Nə tez də unutduq ötən illəri,
Od-alov içindən keçən günləri,
Əsirlikdə qalmış bağlı dilləri,
Azad edək əsirləri, dardadır.
Vətən param-parça düşmənim ha çox,
Qələmim olubdur əlimdə bir ox,
Düşmənin qəlbinə vuram gərək ox,
Azad edək əsirləri, dardadır.
Biz keçən günləri salmasaq yada,
O səslər qalarmı daşda, qayada?
Çataq köməyinə, çataq haya da,
Azad edək əsirləri, dardadır.
Güvənək xalqıma, ulu soyada,
Tarixi var, şöhrəti var dünyada,
Yetər tufan qopa, bizi oyada,
Azad edək əsirləri, dardadır.
Gecələr yatmayır bizim əsirlər,
İncidib nəfəsin, səsin kəsirlər,
Nağıllar danışır “məmmədnəsirlər”,
Azad edək əsirləri, dardadır.
Dözməyir bu ürək, dözməyir vallah,
Gecələr yatmadım, dinclikdən uzaq,
Kömək ol xalqıma, sən özün Allah,
Azad edək əsirləri, dardadır.
Düşmüşük vətəndə qəfəsə, tora,
Gedə də bilmirəm, mən hələ ora,
Düşməni göndərək gərək biz gora,
Azad edək əsirləri, dardadır.
Yurdum ola-ola mən yurdsuz gəzəm?
Əsirdir yurdlarım, mən rahat gəzəm,
Şəhidlər qan tökür, düşməni əzəm,
Azad edək əsirləri, dardadır.

DÜNYA MƏNƏ DAR GƏLİR...
Vətənim bölükdür, mənə ar gəlir.
Yurdum əsir, ürəyimi xar dəlir.
Öz elimdə qəlbə ahu-zar gəlir,
Bu dünyamız mənə yaman dar gəlir.
A dostum, incimə, düzgün sözümdən,
Bircə anda getmir yurdum gözümdən.
Doğrusu, bezmişəm, özüm-özümdən,
Bu dünyamız mənə yaman dar gəlir.
Bağça-bağım, meşələrim solubdur,
Vətənimə düşmən, zalım dolubdur,
Anam, bacım saçlarını yolubdur,
Bu dünyamız mənə yaman dar gəlir.
Bazarıma, yadellərdən bar gəlir,
Alma, heyva, əncir, üzüm, nargəlir,
Dərd çəkməkdən saçlarıma qar gəlir,
Bu dünyamız mənə yaman dar gəlir.
Yurdum cənnət, solub bahar, qar gəlir,
Torpağıma “qatil adamlar” gəlir,
Dünya fani, susmaq mənə ar gəlir,
Bu dünyamız mənə yaman dar gəlir.
Könlüm qübar, bağça-bağım talandır,
Dostum demə, dünyamız da yalandır,
Pak əməllər tarixlərdə qalandır,
Bu dünyamız mənə yaman dar gəlir.
Düşmənnamərd, yenibəlalargəlir,
ÜstümüzəŞəhidbalalargəlir,
Sevinin, qarşıdanxoşanlargəlir,
Ədalət, yurdumaxoşbahargəlir.

ALAQ O DAĞI...
Danışım, bu dərdim dağlardan ağır,
Düşmənlər yurdumda zəhər tək yağır.
Millətim susmasın, baxmasın fağır,
Dözmüşük, bəsdirək, alaq o dağı.
Sağalmaz yaradır düşmənin dağı,
Tapdaq altda qalıb Vətənin dağı
Vurub əzək, qalmasın o yaltağı,
Dözmüşük, bəsdirək, alaq o dağı.
Minlərlə insanın taleyi yanmış,
Həyatda arzusu ürəkdə qalmış,
İnsanın naləsi ərşə dayanmış,
Dözmüşük, bəsdirək, alaq o dağı.
Düşmən evimizi yıxıb, talamış
Millətimi al-qanına boyamış,
Vətən torpağını, o parçalamış,
Dözmüşük, bəsdirək, alaq o dağı.
Ədalət, ürəyin qürurla vurdu,
İndi varımızdır şanlı bir ordu,
Bəsdir, düşməntalanetdibuyurdu,
Yox! Dahadözməyək, alaq o dağı.
YAŞA, VƏTƏN!
Rəbbimdən güc alıram,
Vətənimlə ucalıram,
Ömür sürüb qocalıram,
Yaşa, Dünya! Yaşa, Vətən!
Vətən-Ana, Ana-Vətən,
Qədir bilməz yoldan ötən,
Doymuram da nəfəsindən,
Yaşa, Dünya! Yaşa, Vətən!
Doğulmuşam vətəncanlı,
Ayrılıbdır o tay, canlı,
Bu millət Azərbaycanlı,
Yaşa, Dünya! Yaşa, Vətən!
Ələk-ələk ələnmişik,
Düzlərə səpələnmişik,
Biz ki, sənə güvənmişik,
Yaşa, Dünya! Yaşa, Vətən!
Gəl birləşək ay Eloğlu,
Bütövləşək, ay Eloğlu,
Köçüm yurda, mən Əroğlu,
Yaşa, Dünya! Yaşa, Vətən!

XOCALI FACİƏSİ
(Xocalı rayonunun Meşəli kəndində valideyinlərini və iki qardaşı Şəhid olmuş Quliyev İbrahim Qənimət oğluna ithaf edirəm.)
Meşəli kəndinin meşəsi yandı,
Meşəli kəndində neçəsi yandı,
Meşəli kəndinin çeşməsi qandı,
Halına dözməyir şair ürəyi.
İbrahim, necə də qəmli baxırsan?
Yandırıb özünü oda yaxırsan,
Acı göz yaşıma dönüb axırsan,
Halına dözməyir şair ürəyi.
Xocalı atəşi yanır içimdə,
Neçə arzularım donur içimdə,
Şuşam od içində,alov içində,
Halına dözməyir şair ürəyi.
Vətənin yolunda igidlər getdi,
Gör neçə insanın taleyi bitdi,
Elimi, Obamı, tar-mar etdi,
Halına dözməyir şair ürəyi.
Ay Haray, Qarabağ yanır, amandır,
Bağlıdır yollarım xeyli zamandır,
Düşməni əzməyin vaxtı tamamdır,
Halına dözməyir şair ürəyi.
QARABAĞ ŞEİRLƏ QAYITMAZ, QARDAŞ!
Vətənin torpağın bölən deyiləm,
Düşmən kimdiraxı, ona əyiləm?!
Torpağı qoruyub sinəmi verrəm,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
Sinəmə alsam da mən telli sazı,
Çalsam da “Koroğlu”, çatmır avazı.
Min dəfə yazsam da deyiləm razı,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
Qələbə marşının yoxdur əvəzi,
Vətən Anamızdır, çəkməz tərəzi.
Suyu buz kimiydi, könlün pəhrizi,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
Oxuyub şerimi əllər çalarsan,
Sözümə söz qoşsan, yolda qalarsan.
Yurdunu unutsan çöldə qalarsan,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
Ağlama, sızlama, biz ərənlərik,
Koroğlu, Babəkik, Vətəndə nərik,
Ədalət sözlüyük, Vətənpərvərik,
Qarabağ şeirlə qayıtmaz, qardaş!

QARDAŞDIR TƏBRİZ
Hələ ki, yol gedirik, yol üstəyik biz,
Əyilib, qalxırıq, diz üstəyik biz.
Ürəyim dözməyir bu ayrılığa,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
Bax, kürək-kürəyə əriyirik biz,
Millətim böyükdür, uludur Təbriz.
Xudafərin, Şuşa tarixiyik biz,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
Dünya uludursa, elim böyükdür,
Dövlətim, millətim, dilim böyükdür.
Düşməni qərq edən selim böyükdür,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
Açıldı sabaha işıqlı yollar,
Zəncirini qırıb qandallı qollar,
Bağlamaz yolumu tikanlı kollar,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
Şeiri yazıram ürəkdə bir dağ,
Alınsın yurdlarım, həm də Qarabağ.
Ədalət, sinəndə bu yaraya bax,
Bakıdan ayrılmaz qardaşdır Təbriz

OĞLUMA
Vətən, yurdum işğal olub,
Dözmür artıq səbrim dolub.
Qeyrətinə qurban olum,
Qoyma qala, darda Oğul!
Vətənimə girib düşmən,
Qeyrətimi görüb düşmən,
Torpağımda qəzir düşmən,
Qoyma qala, darda Oğul!
Qoçalıram, illər ötür,
Yağı hiylə dillər ötür.
Həyat keçir kələ-kötür,
Qoyma qala, darda Oğul!
Ədalətəm, ömür bitir,
Dağlarımdan soraq gətir.
Ömrümüzə olsun çətir,
Qoyma qala, darda Oğul!
OXU, BÜLBÜL
Bülbül, nalə çəkdin, bu necə səsdi?
Qərib düşən ürəyim yaman əsdi.
İllər ötdü, ömür keçdi, tələsdi,
Saç ağardı, bel büküldü, ta, bəsdi.
Ürəyimin sarı simi oyandı,
Axan çaylar bir anlığa dayandı,
Sevinc hissim kədərimə boyandı,
Göz yaşlarım selə döndü, ta, bəsdi.
Qəlbimi sızlatdı yanıqlı səsin,
Keçmişə qaytardı məni nəfəsin.
Sarvan tapa bilmir sanki dəvəsin.
Karvan gedir, cığır qalır, ta, bəsdi.
Oxu bülbül, dərd calama dərdimə,
Dərdim böyük, dərd bulama dərdimə,
Oxuduqca, sən qoşuldun dərdimə,
Dərd əlindən üzülmüşəm, ta, bəsdi.
Ədalətəm, vətənimə bağlıyam,
Kür, Araza, Xəzərimə bağlıyam,
Qaramanlı məbədimə bağlıyam,
Yandı ürək, hey sızladı, ta, bəsdi.
HÜQUQŞÜNAS-ŞAİR
QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)



Baxış sayı: 1 747
Bölməyə aid digər xəbərlər
Tarix: 04-11-2020 16:21 | Bölmə: Ədəbiyyat

Hörmətli oxucular, bu günlərdə əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olan, Sumqayıt şəhərində yaşayıb yaradan hüquqşünas-şair Ədalət(Əroğlu) İzzətoğlunun "Turan harayı" kitabı "Azəri" nəşriyyatı tərəfindən işıq üzü görüb. Eləcədə şairin "İçimizdə yurd adlı yaramız var" adlı kitabının təkrar nəşri çıxıb. Sabaha-inamla.az Ədalət Əroğlunun "Turan harayı" kitabında çap olunan şeirlərindən bir qismini oxuculara çatdırır:
Fotoda Sabaha-inamla.az xəbər portalının baş redaktoruNamiq Məmmədli və hüquqşünas-şair Ədalət Əroğlu
AZƏRBAYCANIM
Mən səninəm, sən isə mənim canım,
Sənsən doğma yurdum, Azərbaycanım.
Damarda çağlayıb axan al-qanım,
Dilimin əzbəri, Azərbaycanım.
Ömrümün günəşi parlayır sənlə,
Qaranlıq gecəm də ağlayır sənlə,
Türk öz soyadını bağlayır sənlə,
Soydaşım, Turanım, Azərbaycanım.
Səhərim açılır azan səsiylə,
Gül və çiçəklərin tər nəfəsiylə,
Yaşadım həyatda eşq həvəsiylə,
Eşqim, məhəbbətim, Azərbaycanım.
Müstəqil dövlətin, yanıb arxivi,
Qəhrəmanlar tarixidir, tarixin,
Azıx mağarası sirdir tarixin,
Silinməz bir izsən, Azərbaycanım.
Yüksəlir hər zaman şanım-şöhrətim,
Dövlətlər yanında artıq hörmətin,
Ucalır hər yanda sözün, şöhrətin,
Başımın tacısan Azərbaycanım.
Vətənim böyükdür, uludur, ulu,
Millətim şöhrətlə keçir bu yolu,
Müstəqil dövlətin olmuşam qulu,
Ədalət carçısı Azərbaycanım.

İGİD ƏSGƏR
İgid Əsgər, hazır ol, gedən davaya,
Üçrəngli bayrağı qaldır havaya,
Vətənin yolunda sən məğrur dayan,
Dünya da göz yumur qopan ah-vaya.
Düşmən hiyləsilə getməyək bada,
Bir qarış torpağı verməyək yada,
Vətən əsgərimə dəyməsin qada,
Dünya da göz yumur qopan ah-vaya.
İgidim hazır ol, Qələbə çalaq,
Düşmənim kimdir ki, biz də alçalaq,
Millətlər içində biz də Ucalaq,
Dünya da göz yumur qopan ah-vaya.
Vətənim bölünüb, paramparçadır,
Qarabağ vətəndə “Qara xalçadır”
Düşmən əsirləri yaman alçaldır,
Dünya da göz yumur qopan ah-vaya.
İgidim, Vətəndən qalma intizar,
Düşmənə birlikdə qazaq biz məzar,
Vətənim olacaq yenə gülizar,
İzzətoğlu dözməz gələn ah-vaya.
Dünya da göz yumur qopan ah-vaya.

DÖYÜŞKƏN ƏSGƏRƏM
Yurdumun haqq səsi qulaqlarımda,
Hər gün qan ağlayır bulaqlarım da,
Quruyub, çatlayır dodaqlarım da,
Döyüşkən əsgərəm Vətən yolunda.
Yollara çıxmışam ucsuz, bucaqsız,
Qalmışam vətəndə evsiz, ocaqsız,
Olsam da həyatda nə qədər haqsız,
Döyüşkən əsgərəm Vətən yolunda.
Bu həyat vətənsiz nəyə gərəkdir?
Şəhidlər vətənə böyük örnəkdir.
Torpaq and yeridir, sudur, çörəkdir,
Döyüşkən əsgərəm Vətən yolunda.
Üçrəngli bayrağım, ucal göylərə,
Qoy şanın, şöhrətin düşsün dillərə,
Sözümü deyirəm, düşmən ellərə,
Döyüşkən əsgərəm Vətən yolunda.
Ədalət, düşmənə vermə sən aman,
Düşmənin qiymətin verəcək zaman.
Əlimdə qələmim, dönmüşəm yaman,
Döyüşkən əsgərəm Vətən yolunda.

TURAN ELLƏR VAR OLSUN
Turanellərvarolsun,
Qoyaləmə car olsun,
Düşmənbaxıbxarolsun.
TanrıTürkə yar olsun.
Allahdandırpayımız,
Cah-cəlallıdünyamız,
Milyonlardısayımız,
TanrıTürkə yar olsun.
Salam olsun ellərə,
Turan deyən dillərə,
Alqışlayan əllərə,
TanrıTürkə yar olsun.
Xoşarzular, ellərə,
Coşub dönsün sellərə,
Uzanmasın illərə,
TanrıTürkə yar olsun.
Əroğluyam, Ərənlər!
Soykökünü bilənlər,
Bu birliyəgələnlər,
TanrıTürkə yar olsun.

MİLLƏTİM
Doğma yurdda, öz elimdə nər idim,
Ayrı düşdüm, qəm-kədərdən əridim.
Yağı düşmən, elə bilmə kiridim,
Yaxşı anla, uduzmayıb millətim.
Tez bir zaman azad olsun ellərim,
Yağsın yağış, coşsun yurdda sellərim,
Qarabağda əssin tufan, yellərim,
Yaxşı anla, uduzmayıb millətim.
Allaha şükr edib, hər gün deyirəm,
Mən vətən oğluyam, qorxaq deyiləm,
De, düşmən önündə niyə əyiləm?
Yaxşı anla, uduzmayıb millətim.
Vətən igidlərim səf-səf düzülsün,
Qələbədən göz yaşlarım süzülsün,
Kim ki, sevmir, millətimi üzülsün,
Yaxşı anla, uduzmayıb millətim.
TURAN HARAYI
Bir nağıl həyatı yaşayıram mən,
Tarixi qələmə alıram hər an.
Kiminə nağıldır, kiminə ağıl,
Ətri var Vətənin, şeirlərimdə.
Bir günəş doğacaq,
dünyamıza nur saçacaq,
al şəfəqə boyanacaq,
dövran belə qalmayacaq.
Gəl, yapış əllərimdən.
Söhbət aç ellərimdən,
Mən bir haray çəkirəm,
Bu Türkün harayıdı.
Vətənim parçalanıb,
Bu torpaq yaralıdır...
Arazla bölünüb ara,
Bu Vətən paralıdır...
Həm o taylı,
həmbutaylı,
bu, Vətənharayıdır!.
Bu, Turanharayıdır!
ruhumunharayıdır!

QİSAS VAXTIDIR...
Yağıbdır başıma dağların qarı,
Axır gözlərimdən qəm bulaqları.
Qəlbimdə alışır yurd ocaqları,
Qalx millətim: indi qisas vaxtıdır!
Görünmür gözümə dərdimin sonu,
Abad evlərimə bayquşlar qonub.
Vətənim işğaldır, işığım sönüb,
Qalx millətim: indi qisas vaxtıdır!
Şəhid məzarını unutmaq olmaz,
Boş sözlə, göz yaşın qurutmaq olmaz,
Torpaq ayaq altda heç yatmaq olmaz,
Qalx millətim: indi qisas vaxtıdır!
Dünya susur, haqqı-doğrunu danır,
Düşmən arxasında düşmən dayanır.
Dözməyir ürəyim, od tutub yanır,
Qalx millətim: indi qisas vaxtıdır!
Ədalətəm, mən Türkün qardaşıyam.
Yaralı yurdumun ocaq daşıyam,
Sadə Azərbaycan Vətəndaşıyam,
Qalx millətim: indi qisas vaxtıdır!
ŞƏHİD EŞQİNƏ
Ey xalqım, oyanaq, qalxaq ayağa,
Bu vətən eşqinə, yurdun eşqinə,
Düşməni biz əzək, salaq ayağa,
Xocalım eşqinə, Şəhid eşqinə.
Sinəm də dağlıdır, Azərbaycanım,
Yaralı qalıbdır, Vətənim, canım,
Sinəm yaralanır, tökülür qanım,
Xocalım eşqinə, Şəhid eşqinə.
Qəlbimi dağlayır, körpə naləsi,
Al-qan içindədir, çay, şəlaləsi,
Bitməyir dağımda, açmır laləsi,
Xocalım eşqinə, Şəhid eşqinə.
Əsgər paltarını geyinəm gərək,
Mübarizlərimlə öyünəm, gərək,
Vətən sevgisiylə döyünər ürək,
Xocalım eşqinə, Şəhid eşqinə.
Əsgər paltarını geyməyən kəsdə,
Qələbə çalmağa olmaz həvəs də,
Qələbə əzmiylə qulağım səsdə,
Xocalım eşqinə, şəhid eşqinə..

ŞƏHİDLƏR
Düşmən atəşinə sinəsin verib,
Başını əymədi, dözdü Şəhidlər.
Vətənin yolunda canların verib,
Tarixə adların yazdı Şəhidlər.
Qalxıbdı göylərə, ana naləsi,
Başında fikir var, çoxlu həvəsi...
Görmək istəyirdi oğul nəvəsi,
Tarixə adların yazdı Şəhidlər
Dağlayır qəlbini, oğul yarası,
Göz yaşı axıdır ciyərparası,
Qorxuyla olmadı əsla arası,
Tarixə adların yazdı Şəhidlər.
Analar məzarı qucaqlayırlar,
Gecələr yatmayır, sayaqlayırlar,
Övladın keçmişin varaqlayırlar,
Tarixə adların yazdı Şəhidlər.
Ədalət, üzürsən qəmlər içində,
Göz yaşı tökməyək ellər içində,
İgidlər olmamış belə biçimdə,
Tarixə adların yazdı Şəhidlər.
ƏSİRLƏRİM DARDADIR...
(Vətənimizin ərazi bütövlüyu uğrunda itgin düşmüş və əsirlikdə qalan əsirlərimizə
ithaf edirəm)
Yollarım bağlıdır, gözüm yoldadır,
Taqətim hələ var, gücüm qoldadır,
Bu ürək çatlayır, qandal qoldadır,
Azad edək əsirləri, dardadır.
Nə tez də unutduq ötən illəri,
Od-alov içindən keçən günləri,
Əsirlikdə qalmış bağlı dilləri,
Azad edək əsirləri, dardadır.
Vətən param-parça düşmənim ha çox,
Qələmim olubdur əlimdə bir ox,
Düşmənin qəlbinə vuram gərək ox,
Azad edək əsirləri, dardadır.
Biz keçən günləri salmasaq yada,
O səslər qalarmı daşda, qayada?
Çataq köməyinə, çataq haya da,
Azad edək əsirləri, dardadır.
Güvənək xalqıma, ulu soyada,
Tarixi var, şöhrəti var dünyada,
Yetər tufan qopa, bizi oyada,
Azad edək əsirləri, dardadır.
Gecələr yatmayır bizim əsirlər,
İncidib nəfəsin, səsin kəsirlər,
Nağıllar danışır “məmmədnəsirlər”,
Azad edək əsirləri, dardadır.
Dözməyir bu ürək, dözməyir vallah,
Gecələr yatmadım, dinclikdən uzaq,
Kömək ol xalqıma, sən özün Allah,
Azad edək əsirləri, dardadır.
Düşmüşük vətəndə qəfəsə, tora,
Gedə də bilmirəm, mən hələ ora,
Düşməni göndərək gərək biz gora,
Azad edək əsirləri, dardadır.
Yurdum ola-ola mən yurdsuz gəzəm?
Əsirdir yurdlarım, mən rahat gəzəm,
Şəhidlər qan tökür, düşməni əzəm,
Azad edək əsirləri, dardadır.

DÜNYA MƏNƏ DAR GƏLİR...
Vətənim bölükdür, mənə ar gəlir.
Yurdum əsir, ürəyimi xar dəlir.
Öz elimdə qəlbə ahu-zar gəlir,
Bu dünyamız mənə yaman dar gəlir.
A dostum, incimə, düzgün sözümdən,
Bircə anda getmir yurdum gözümdən.
Doğrusu, bezmişəm, özüm-özümdən,
Bu dünyamız mənə yaman dar gəlir.
Bağça-bağım, meşələrim solubdur,
Vətənimə düşmən, zalım dolubdur,
Anam, bacım saçlarını yolubdur,
Bu dünyamız mənə yaman dar gəlir.
Bazarıma, yadellərdən bar gəlir,
Alma, heyva, əncir, üzüm, nargəlir,
Dərd çəkməkdən saçlarıma qar gəlir,
Bu dünyamız mənə yaman dar gəlir.
Yurdum cənnət, solub bahar, qar gəlir,
Torpağıma “qatil adamlar” gəlir,
Dünya fani, susmaq mənə ar gəlir,
Bu dünyamız mənə yaman dar gəlir.
Könlüm qübar, bağça-bağım talandır,
Dostum demə, dünyamız da yalandır,
Pak əməllər tarixlərdə qalandır,
Bu dünyamız mənə yaman dar gəlir.
Düşmənnamərd, yenibəlalargəlir,
ÜstümüzəŞəhidbalalargəlir,
Sevinin, qarşıdanxoşanlargəlir,
Ədalət, yurdumaxoşbahargəlir.

ALAQ O DAĞI...
Danışım, bu dərdim dağlardan ağır,
Düşmənlər yurdumda zəhər tək yağır.
Millətim susmasın, baxmasın fağır,
Dözmüşük, bəsdirək, alaq o dağı.
Sağalmaz yaradır düşmənin dağı,
Tapdaq altda qalıb Vətənin dağı
Vurub əzək, qalmasın o yaltağı,
Dözmüşük, bəsdirək, alaq o dağı.
Minlərlə insanın taleyi yanmış,
Həyatda arzusu ürəkdə qalmış,
İnsanın naləsi ərşə dayanmış,
Dözmüşük, bəsdirək, alaq o dağı.
Düşmən evimizi yıxıb, talamış
Millətimi al-qanına boyamış,
Vətən torpağını, o parçalamış,
Dözmüşük, bəsdirək, alaq o dağı.
Ədalət, ürəyin qürurla vurdu,
İndi varımızdır şanlı bir ordu,
Bəsdir, düşməntalanetdibuyurdu,
Yox! Dahadözməyək, alaq o dağı.
YAŞA, VƏTƏN!
Rəbbimdən güc alıram,
Vətənimlə ucalıram,
Ömür sürüb qocalıram,
Yaşa, Dünya! Yaşa, Vətən!
Vətən-Ana, Ana-Vətən,
Qədir bilməz yoldan ötən,
Doymuram da nəfəsindən,
Yaşa, Dünya! Yaşa, Vətən!
Doğulmuşam vətəncanlı,
Ayrılıbdır o tay, canlı,
Bu millət Azərbaycanlı,
Yaşa, Dünya! Yaşa, Vətən!
Ələk-ələk ələnmişik,
Düzlərə səpələnmişik,
Biz ki, sənə güvənmişik,
Yaşa, Dünya! Yaşa, Vətən!
Gəl birləşək ay Eloğlu,
Bütövləşək, ay Eloğlu,
Köçüm yurda, mən Əroğlu,
Yaşa, Dünya! Yaşa, Vətən!

XOCALI FACİƏSİ
(Xocalı rayonunun Meşəli kəndində valideyinlərini və iki qardaşı Şəhid olmuş Quliyev İbrahim Qənimət oğluna ithaf edirəm.)
Meşəli kəndinin meşəsi yandı,
Meşəli kəndində neçəsi yandı,
Meşəli kəndinin çeşməsi qandı,
Halına dözməyir şair ürəyi.
İbrahim, necə də qəmli baxırsan?
Yandırıb özünü oda yaxırsan,
Acı göz yaşıma dönüb axırsan,
Halına dözməyir şair ürəyi.
Xocalı atəşi yanır içimdə,
Neçə arzularım donur içimdə,
Şuşam od içində,alov içində,
Halına dözməyir şair ürəyi.
Vətənin yolunda igidlər getdi,
Gör neçə insanın taleyi bitdi,
Elimi, Obamı, tar-mar etdi,
Halına dözməyir şair ürəyi.
Ay Haray, Qarabağ yanır, amandır,
Bağlıdır yollarım xeyli zamandır,
Düşməni əzməyin vaxtı tamamdır,
Halına dözməyir şair ürəyi.
QARABAĞ ŞEİRLƏ QAYITMAZ, QARDAŞ!
Vətənin torpağın bölən deyiləm,
Düşmən kimdiraxı, ona əyiləm?!
Torpağı qoruyub sinəmi verrəm,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
Sinəmə alsam da mən telli sazı,
Çalsam da “Koroğlu”, çatmır avazı.
Min dəfə yazsam da deyiləm razı,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
Qələbə marşının yoxdur əvəzi,
Vətən Anamızdır, çəkməz tərəzi.
Suyu buz kimiydi, könlün pəhrizi,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
Oxuyub şerimi əllər çalarsan,
Sözümə söz qoşsan, yolda qalarsan.
Yurdunu unutsan çöldə qalarsan,
Qarabağ şeirlə qayıtmaz, qardaş!
Ağlama, sızlama, biz ərənlərik,
Koroğlu, Babəkik, Vətəndə nərik,
Ədalət sözlüyük, Vətənpərvərik,
Qarabağ şeirlə qayıtmaz, qardaş!

QARDAŞDIR TƏBRİZ
Hələ ki, yol gedirik, yol üstəyik biz,
Əyilib, qalxırıq, diz üstəyik biz.
Ürəyim dözməyir bu ayrılığa,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
Bax, kürək-kürəyə əriyirik biz,
Millətim böyükdür, uludur Təbriz.
Xudafərin, Şuşa tarixiyik biz,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
Dünya uludursa, elim böyükdür,
Dövlətim, millətim, dilim böyükdür.
Düşməni qərq edən selim böyükdür,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
Açıldı sabaha işıqlı yollar,
Zəncirini qırıb qandallı qollar,
Bağlamaz yolumu tikanlı kollar,
Bakıdan ayrılmaz qardaşdır Təbriz.
Şeiri yazıram ürəkdə bir dağ,
Alınsın yurdlarım, həm də Qarabağ.
Ədalət, sinəndə bu yaraya bax,
Bakıdan ayrılmaz qardaşdır Təbriz

OĞLUMA
Vətən, yurdum işğal olub,
Dözmür artıq səbrim dolub.
Qeyrətinə qurban olum,
Qoyma qala, darda Oğul!
Vətənimə girib düşmən,
Qeyrətimi görüb düşmən,
Torpağımda qəzir düşmən,
Qoyma qala, darda Oğul!
Qoçalıram, illər ötür,
Yağı hiylə dillər ötür.
Həyat keçir kələ-kötür,
Qoyma qala, darda Oğul!
Ədalətəm, ömür bitir,
Dağlarımdan soraq gətir.
Ömrümüzə olsun çətir,
Qoyma qala, darda Oğul!
OXU, BÜLBÜL
Bülbül, nalə çəkdin, bu necə səsdi?
Qərib düşən ürəyim yaman əsdi.
İllər ötdü, ömür keçdi, tələsdi,
Saç ağardı, bel büküldü, ta, bəsdi.
Ürəyimin sarı simi oyandı,
Axan çaylar bir anlığa dayandı,
Sevinc hissim kədərimə boyandı,
Göz yaşlarım selə döndü, ta, bəsdi.
Qəlbimi sızlatdı yanıqlı səsin,
Keçmişə qaytardı məni nəfəsin.
Sarvan tapa bilmir sanki dəvəsin.
Karvan gedir, cığır qalır, ta, bəsdi.
Oxu bülbül, dərd calama dərdimə,
Dərdim böyük, dərd bulama dərdimə,
Oxuduqca, sən qoşuldun dərdimə,
Dərd əlindən üzülmüşəm, ta, bəsdi.
Ədalətəm, vətənimə bağlıyam,
Kür, Araza, Xəzərimə bağlıyam,
Qaramanlı məbədimə bağlıyam,
Yandı ürək, hey sızladı, ta, bəsdi.
HÜQUQŞÜNAS-ŞAİR
QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)



Baxış sayı: 1 747
Bölməyə aid digər xəbərlər
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib













