09:37 / 12-11-2026
Yoldan keçənlərə paylamaq üçün mağazadan ərzaq oğurlayıb
09:35 / 12-11-2026
Vitkoff və Kuşner Kreml danışıqlarından əvvəl Dmitriyevlə görüşəcəklər
23:45 / 11-11-2026
Dvalişvili Usman Nurməhəmmədovu Əbu-Dabidə ona hücum etməkdə günahlandırır
23:40 / 11-11-2026
Kallas bildirib ki, Rusiya Əbu-Dabidə danışıqlar yolu ilə sanksiyaların qaldırılmasını istəyir
22:00 / 11-11-2026
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
21:56 / 11-11-2026
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının işçisini Enerhodardakı evində öldürdü
21:51 / 11-11-2026
Nebenzya Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə bağlı başsağlığı verib
21:46 / 11-11-2026
Venesuela illərdir ilk dəfə ABŞ-a təmir üçün neft avadanlıqları göndərib
21:42 / 11-11-2026
NATO kəşfiyyat təyyarəsi Qara dəniz üzərində 9 saatdan çox vaxt keçirib
21:39 / 11-11-2026
Rusiyanın gənclərdən ibarət futbol komandası Türkiyəyə uçuşu ilə bağlı problemlərlə üzləşib
21:32 / 11-11-2026
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
21:28 / 11-11-2026
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
20:18 / 11-11-2026
Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etmədiyini bildirdi
20:14 / 11-11-2026
Kreml: "Amerikalılarla ünsiyyət davam edəcək"
20:03 / 11-11-2026
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
19:55 / 11-11-2026
Soyuducuda təqaüdçülərin parçalanmış cəsədləri tapılıb
19:47 / 11-11-2026
Kuşner Putinlə Avropanın Ukrayna danışıqlarındakı iştirakını müzakirə edəcək
19:44 / 11-11-2026
Rusiya nümayəndə heyəti çərşənbə günü Əbu-Dabidən Moskvaya yola düşəcək
19:40 / 11-11-2026
Rusiya və Ukrayna arasında mübadilə edilən məhbusların sayı hər iki tərəfdə min nəfəri keçəcək
19:35 / 11-11-2026
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
16:50 / 11-11-2026
Kuşner Vitkoffla birlikdə Putinlə görüşmək üçün Moskvaya gedəcəyini açıqladı
16:47 / 11-11-2026
Bank işçisi SVO iştirakçılarından 16 milyon rubl ödəniş oğurlayıb
07:34 / 11-11-2026
Dövlət idarəçiliyində siyasi məsuliyyət, strateji düşüncə və milli maraqlara əsaslanan liderlik əsas şərtdir-Könül Nurullayeva
23:04 / 10-11-2026
İlham Əliyev Türkiyəyə səfərə gəlib
23:00 / 10-11-2026
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
21:05 / 10-11-2026
Silahların olduğu orta əsrlərə aid bir məzarlıq aşkar edilib
21:02 / 10-11-2026
Şri-Lankadakı ruslara təhlükəsiz üzgüçülük yerləri seçmələri tövsiyə edildi
20:56 / 10-11-2026
Fiko Merzin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etdiyinə görə ona necə qışqırdığını açıqladı
20:52 / 10-11-2026
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
19:47 / 10-11-2026
10 noyabr bəyanatı regionun siyasi arxitekturasında ciddi dəyişikliklərə yol açdı-Könül Nurullayeva
18:41 / 10-11-2026
Belarus xarici işlər naziri BMT-dəki müttəfiqlərinin mövqeyini tənqid etdi
18:37 / 10-11-2026
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
18:29 / 10-11-2026
Danimarka Ukraynaya 640 milyon avrodan çox hərbi yardım göstərəcək
18:24 / 10-11-2026
Qonaq evinin yaxınlığında turistin ölümündən sonra məhkəmə qarşısına çıxacaq
ƏLİQULU QƏMKÜSARIN AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİNİN İN¬KݬŞAF ETMƏSİNDƏ XİDMƏTLƏRİ ÇOXDUR- Anadan olmasının 140 illiyi münasibətilə
Tarix: 04-06-2020 21:42 | Bölmə: Ədəbiyyat

«Xadimi-millət», «O taylı», «Simurğ», «Qəmbərqulu», «Cüvəllağı bəy», «Dağyunuszadə» və başqa gizli imzalarla tanıdığımız və eləcə də böyük demokrat Cəlil Məmmədquluzadənin çox yaxın silahdaşı, məslək dostu, Mirzə Cəlilin təbiri ilə desək «Molla Nəsrəddin» jurnalının fəal qələm əməkdaşı Əliqulu Qəmküsar Nəcəfovdur (1880-1919). Azərbaycanda ilk milli ədəbi məktəb təsis edən və yeni nəsil ərsəyə çatdıran görkəmli müəllim-pedaqoq Məhəmməd Tağı Sidqinin Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əziz Şərif, Rza Təhmasib, Əli Səbri Qasımov, Bəhruz Kəngərli, Məmməd Əli Sidqi və b. kimi sevimli şagirdlərinin sırasında Əliqulu Qəmküsarın da adı var.
İlk öncə qeyd edək ki, Əliqulu Qəmküsarın bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırmaqdan ibarət olub. O, həmişə millətini, xalqını həddindən artıq sevən və millətinə həddindən artıq xidmət edən bir insan olmaqla yanaşı, həm də qorxmaz, döyüşkən bir mühərrir olmuşdur. Əliqulu Qəmküsarda böyük istedadı görən Mirzə Cəlil 16 yanvar 1913-cü ildə Tiflis qubernatoruna yazdığı ərizədə xahiş edir ki, bundan sonra «Molla Nəsrəddin» jurnalının redaktorluğuna Əliqulu Qəmküsarın da adını əlavə etməyə icazə versin. Mirzə Cəlilin xahişi qəbul olunur və jurnalın bundan sonrakı nömrələri «Müdir və baş mühərrirlər Cəlil Məmmədquluzadə və Əliqulu Nəcəfov» imzaları ilə çıxmağa başlayır. «Kaspi» qəzeti Əliqulu Qəmküsarın «Molla Nəsrəddin» jurnalına redaktor kimi imza atdığından bəhs edərək yazırdı: «Bu adam uzun müddət tatar (Azərbaycan - K.C.) qəzetlərində işləmiş və «Molla Nəsrəddin» jurnalında da əməkdaşlıq etmişdir. Ümid etmək olar ki, Ə.Q.Nəcəfovun redaktorluğa gəlməsi həm jurnala, həm də xalqa daha çox xeyir vermiş olar».
«Molla Nəsrəddin» səhnələşdirilmiş əsərləri ilə Bakıda, Təbrizdə, Naxçıvanda və Gəncədə yayılıb şöhrətləndiyi qədər, həm də Tehranda və İstanbulda, Daşkənddə və Aşqabadda, Kazanda və Orenburqda, Həştərxanda və Ufada, Moskvada və Peterburqda, Səmərqənddə və Kəlkütdə də yayılmış, hər yerdə də mütərəqqi ictimai qüvvələr mühitində böyük nüfuz qazanmışdır.
Cəlil Məmmədquluzadənin «Ölülər» tamaşası 1916-cı ildən qastrol səfərinə çıxmışdır. Adları qeyd olunan bu ölkə və şəhərlərdə Əliqulu Qəmküsar Şeyx Nəsrullah rolunu ifa etmişdir. Gəzdiyi və gördüyü bu ölkələrdəki müsəlman xalqlarına ögey münasibət, onların səfalət içində yaşaması Qəmküsarın seyrçi baxışlarından yan keçməmiş, şairə böyük dərd olmuşdur. Bu münasibətlə Qəmküsar yazırdı:
Gəzdim Bakı, Daşkəndi, Orenburqu, Samarı,
Gördüm həmi Həştərxanı, həm başqa diyarı.
Hər yerdə müsəlman qoyub üz nikbətə sarı,
Bu dərdə çətindir ola dərman, başa gəlməz.

Gözəl bilirik ki, «Molla Nəsrəddin» jurnalının hər bir əməkdaşı təqiblərə, tənqidlərə, təhqirlərə, hücumlara, hədələrə və s. məruz qalmışdır. Ancaq bütün bunlara rəğmən mollanəsrəddinçilər yollarından dönməmiş, öz amal və ideyalarına sona qədər sadiq qalmışlar. Belə dönələrlə hücumlara məruz qalanlarlardan biri də Əliqulu Qəmküsar olmuşdur. Azərbaycan SSR Xalq artisti mərhum Mustafa Mərdanov «Əlli il Azərbaycan səhnəsində» adlı kitabında İrəvanda Əliqulu Qəmküsarın başına gələn bir faciəvi hadisəni belə xatırlayır: «Birinci «Dəmirçi Gavə» tamaşasını göstərdik. İkinci tamaşamız «Ölülər» oldu… Onu da deyim ki, tamaşaçılar bir yana qalsın, biz aktyorlar da Mirzə Əliqulunun roluna valeh olmuşduq. «Ölülər» tamaşası böyük müvəffəqiyyətlə keçdi. Mirzə Əliqulunu üç dəfə səhnəyə çağırdılar. Bütün salondakılar onu səmimi alqışladılar.
…Lakin bu sevinc çox davam etmədi… Mehmanxana xidmətçisi tələsik içəri girib məni oyatdı:
«Durun, cənab Mərdanov, yoldaşınızı öldürdülər!»
Mən tələsik geyinib aşağı düşdüm. Mirzə Əliqulunu başı-gözü qan içində mehmanxana qabağında uzatmışdılar. Əhvalat belə olmuşdu: Mirzə Əliqulu adəti üzrə «Molla Nəsrəddin» jurnalı üçün material toplamaq məqsədi ilə hacıların, kərbəlayıların, seyidlərin, dərvişlərin bol yeri olan İrəvan bazarına gedibmiş. İrəvan mömünləri, «din mücahidləri» dünənki «biabırçı» tamaşadan xəbər tutub, onun əsas iştirakçısı olan Mirzə Əliqulunu gördükdə: «Bu kafir oğludur bizim dinimizə gülüb, şeyxlərimizi biabır edən, budur babı oğlu, babı!» - deyərək şairi döyüblər. Mirzə Əliqulunu Tiflisə göndərməli olduq».
Bir çox mollanəsrəddinçi tədqiqatçılar oxucu kütləsinə «Molla Nəsrəddin» jurnalını sanki islam dininə qarşı radikal mübarizə aparan bir jurnal kimi təqdim edirlər. Düzdür, bunun bir başlıca səbəbi var idi ki, o da keçmiş sovetlər birliyinin ateizm və ya deizm ruhunda apardığı mürtecə siyasətdən irəli gəlirdi. Bu gün müasir düşüncəli oxucular çox yaxşı başa düşürlər ki, mollanəsrəddinçilər müxtəlif bədii yollarla sağlam zəkaya uymayan, ağlasığmayan etiqada, qısacası mövhumatçılığa qarşı mübarizə aparmış, yalnız və yalnız fırıldaqçı din nümayəndələrini tənqid etmişlər. Belə ki, fanat mollalar qızların təhsil almasını, musiqini, xarici dilləri, dünyəvi elmləri və s. öyrənməyin «Quran»da haram buyrulduğunu misal gətirirdilər. Bildiyimiz kimi, cahil və fanat mollalar, axundlar, zahidlər, seyidlər baxışlarında qızların oxumasını, təhsil almasını islam dinə qarşı çıxmaq kimi dəyərləndirirdilər. Görkəmli pedaqoq-müəllim Məhəmməd Tağı Sidqi də «Quran»dan sitat gətirərək qara camaatı inandırmağa çalışırdı ki, qızların təhsil almasında heç bir qadağa yoxdur. Sonralar bu qarma-qarışıq mənzərəni Sidqinin müasiri Məşədi Zeynalabdın belə xatırlayır: «Mirzə Təqi müəllimlə mollaların, müşteyidlərin bərk davası düşdü…. Onlar istəmirdilər ki, Sidqi müəllim qızları oxutsun. Əslinə baxsan, heç bizim də könlümüz yox idi. Elə ki, Mirzə Təqi müəllim qızların oxumasını «Quran»nın da tələb etdiyini camaata oxuyub göstərdi, daha şəkk olmadı». Göründüyü kimi, belə uzun sürən mübahisə və təbliğatdan sonra 1896-cı ildə Sidqi «Qız məktəbi» təsis etmiş və cəmi səkkiz qızın təhsil və tərbiyəsi ilə məşğul olmuşdur. Sidqi qızlara dünyəvi təhsil verməklə kifayətlənməmiş, həmçinin bu gün də tərbiyəvi əhəmiyyətini itirməyən (təxminən bir əsrə yaxın olmasına baxmayaraq) gözəl bir dərslik «Töhfei-benat, yainki qızlara hədiyyə» əsərini ərmağan etmişdir.
Qeyd etdiyimiz kimi, «Molla Nəsrəddin» jurnalının əməkdaşları da ağlasığmayan bu fikirləri tamam alt-üst edir, din xadimlərini dinə, şəriətə sədaqətlə qulluq etməyə çağırır, onları tərbiyələndirməyə çalışırdı. «Molla Nəsrəddin» jurnalının cəfakeş əməkdaşı olan Qəmküsar tərəfindən yazılmış şeirlərin birində oxuyuruq:
Musiqi nəğməsinin çöldə eşitcək səsini,
Mollamız evdə oturduqca qulağın tıxayır,
Bilmirəm, bəs nə əcəb tab eləyir məsciddə
Çıxır mərsiyəxan ilə şahnaz oxuyur
və ya «Axund» sərlövhəli şeirində yazırdı:
İnsaf elə, bu qədər yalan macəra demə,
Peyğəmbərə, imama bu növ iftira demə,
Mənbərdə hər cəfəng sözü qıl həya, demə…
Ey mənbəri-peyğəmbəri murdar edən axund
Ey millətin işıq gözünü tar edən axund.
Mollanəsrəddinçilərin yazdığı məktublardan, teleqramlardan, göndərdiyi sifarişlərdən məlum olur ki, «Molla Nəsrəddin» jurnalının maliyyə vəziyyəti çox ağır olmuşdur. Bu imkansızlıqlar «Molla Nəsrəddin» jurnalının gələn say nömrəsinin vaxtında çıxmasını xeyli çətinləşdirirdi. Əliqulu Qəmküsarın qızı Qəmərxanım ata nənəsi Bilqeyis xanımın xatirələrinə əsaslanaraq yazır ki, «atam o zaman jurnalın işlərini sahmana salmaq üçün iki dəfə evimizin xalılarını satmalı olmuşdu».
Belə maraq dolu xatirələrdən biri də Azərbaycan SSR Xalq artisti Seyid Şuşinskiyə aiddir. O yazır ki, «Ə.Qəmküsar C.Məmmədquluzadənin məsləhətinə görə hər işi vaxtında görməyə çalışırdı. Odur ki, çox gərgin işləyirdi. Rəssamlara şəkil mövzusu vermək, növbəti nömrənin materiallarını tərtib etmək, şeir və felyetonlar yazmaq, mətbəənin işlərinə baş çəkmək, hazır nüsxələri yola salmaq, bütün bu ağır işlərin öhdəsindən gəlmək o qədər də asan deyildi. Lakin tükənməz həyat eşqinə malik olan şair yorğunluqdan heç vaxt şikayətlənməz, daim şən əhvali-ruhiyyədə olar, özünün duzlu söz-söhbətləri ilə müsahiblərinin diqqətini cəlb edərdi. Axşamlar bəzən gərgin iş saatlarından sonra o, qarmon çalar, muğamatın ən çətin və həzin rənglərini məlahətlə ifa edərdi. Təsniflərdən mənə öyrədərdi».
Jurnalın naşiri, redaktoru, əməkdaşları və rəssamları hökumət tərəfindən tez-tez cərimə edilir, həbsə alınır və ya hədələnirdi. «Molla Nəsrəddin» jurnalının 1913-cü il 20-ci nömrəsində bəhailər dininə toxunan bir şəkil verildiyi üçün Aşqabad və Mərv bəhailəri jurnaldan şikayətlənirlər və Qafqaz canişini idarəsinə məktublar yazırlar. Bunun üstündə həmin nömrə senzura komitəsi tərəfindən müsadirə edilir. Bundan başqa, 1913-cü ildə «Dəstançı» imzası ilə yazılmış «Gimnazist» şeiri üstündə jurnalın 21-ci nömrəsi yenidən müsadirə edilir. Ancaq jurnal iki gün içində oxucular arasında elə böyük sürətlə yayılır ki, hətta kitab mağazalarında, şəxsi qəzet və jurnal satanların əlində belə qalmamışdır. Tiflis polismeysterinin məlumatına görə həmin nömrədən cəmi 19 nüsxə ələ keçmişdir. Karikaturada təsvir olunur ki, bir oğlan uşağını dizləri üstündə oturdaraq əylənən bəhai Əbdülbəhanın başı üzərindəki lövhədə «Allah» sözü yazılmışdır. Onun xidmətçisi içəri daxil olmaq istəyən məleykəni Əbdülbəhayə göstərərək deyir: «Cəmali mübarək! Mələkutdan lövh nazil olmuş, ruhulqüds şərəfyab olmaq istəyir». Əbdülbəha isə deyir: «De getsin sabah gəlsin, bu gün vaxtım yoxdur. İbadətlə məşğulam!». Göründüyü kimi, «mömin müsəlman din xadimləri»nin iç üzünü açan, onların murdar əxlaqi keyfiyyətlərini ciddi şəkildə ifşa edən Cəlil Məmmədquluzadə və Əliqulu Qəmküsar (Nəcəfov) jurnalın 20 və 21 nömrələri üstündə müqəssir edilir və məhkəmənin qərarı ilə hərəsi 200 manat cərimə olunurlar. Məhkəmə qərarında qeyd edilir ki, əgər onlar bu pulu ödəməsələr hər biri iki ay həbs cəzasına məhkum ediləcəklər.
Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran Əliqulu Qəmküsarın yaratdığı əsərlər milli sərvətdir. Mir Cəlal Paşayevin və Firidun Hüseynovun universitet tələbələri üçün müştərək hazırladığı «XX əsr Azərbaycan ədəbiyyatı» adlı dərslik kitabında qeyd edilir ki, «yerli (Naxçıvan) ləhcənin təsiri Qəmküsarın əsərlərində duyulmaqdadır».
Cəmisi 39 il yaşayıb həyatdan nakam köçən Əliqulu Qəmküsar XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. 1919-cu ildə axşam evə qayıdarkən «Qızıl ordu»nun agent əsgərinin gülləsinə tuş gələn Əliqulu Qəmküsarın ölümü «Molla Nəsrəddin» jurnalının əməkdaşlarının kədərinə səbəb oldu. Mollanəsrəddinçi Əbdürrəhimbəy Haqverdiyev baş verən bu faciəvi hadisəyə öz münasibətini belə bildirirdi: «Əliqulu Nəcəfzadəyə dəyən güllə «Molla Nəsrəddin» məcmuəsinin ürəyinə dəydi… Heyf olsun bivəxt əlimizdən gedən rəfiqimizə ki, həmişə qədirşünas dostlarının ürəyində diridir. Bununla onun nəcib ruhunu təmin edirik».
Yekun nəticə olaraq belə qeyd edək:
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Baxış sayı: 3 125
Bölməyə aid digər xəbərlər
Tarix: 04-06-2020 21:42 | Bölmə: Ədəbiyyat

«Xadimi-millət», «O taylı», «Simurğ», «Qəmbərqulu», «Cüvəllağı bəy», «Dağyunuszadə» və başqa gizli imzalarla tanıdığımız və eləcə də böyük demokrat Cəlil Məmmədquluzadənin çox yaxın silahdaşı, məslək dostu, Mirzə Cəlilin təbiri ilə desək «Molla Nəsrəddin» jurnalının fəal qələm əməkdaşı Əliqulu Qəmküsar Nəcəfovdur (1880-1919). Azərbaycanda ilk milli ədəbi məktəb təsis edən və yeni nəsil ərsəyə çatdıran görkəmli müəllim-pedaqoq Məhəmməd Tağı Sidqinin Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əziz Şərif, Rza Təhmasib, Əli Səbri Qasımov, Bəhruz Kəngərli, Məmməd Əli Sidqi və b. kimi sevimli şagirdlərinin sırasında Əliqulu Qəmküsarın da adı var.
İlk öncə qeyd edək ki, Əliqulu Qəmküsarın bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırmaqdan ibarət olub. O, həmişə millətini, xalqını həddindən artıq sevən və millətinə həddindən artıq xidmət edən bir insan olmaqla yanaşı, həm də qorxmaz, döyüşkən bir mühərrir olmuşdur. Əliqulu Qəmküsarda böyük istedadı görən Mirzə Cəlil 16 yanvar 1913-cü ildə Tiflis qubernatoruna yazdığı ərizədə xahiş edir ki, bundan sonra «Molla Nəsrəddin» jurnalının redaktorluğuna Əliqulu Qəmküsarın da adını əlavə etməyə icazə versin. Mirzə Cəlilin xahişi qəbul olunur və jurnalın bundan sonrakı nömrələri «Müdir və baş mühərrirlər Cəlil Məmmədquluzadə və Əliqulu Nəcəfov» imzaları ilə çıxmağa başlayır. «Kaspi» qəzeti Əliqulu Qəmküsarın «Molla Nəsrəddin» jurnalına redaktor kimi imza atdığından bəhs edərək yazırdı: «Bu adam uzun müddət tatar (Azərbaycan - K.C.) qəzetlərində işləmiş və «Molla Nəsrəddin» jurnalında da əməkdaşlıq etmişdir. Ümid etmək olar ki, Ə.Q.Nəcəfovun redaktorluğa gəlməsi həm jurnala, həm də xalqa daha çox xeyir vermiş olar».
«Molla Nəsrəddin» səhnələşdirilmiş əsərləri ilə Bakıda, Təbrizdə, Naxçıvanda və Gəncədə yayılıb şöhrətləndiyi qədər, həm də Tehranda və İstanbulda, Daşkənddə və Aşqabadda, Kazanda və Orenburqda, Həştərxanda və Ufada, Moskvada və Peterburqda, Səmərqənddə və Kəlkütdə də yayılmış, hər yerdə də mütərəqqi ictimai qüvvələr mühitində böyük nüfuz qazanmışdır.
Cəlil Məmmədquluzadənin «Ölülər» tamaşası 1916-cı ildən qastrol səfərinə çıxmışdır. Adları qeyd olunan bu ölkə və şəhərlərdə Əliqulu Qəmküsar Şeyx Nəsrullah rolunu ifa etmişdir. Gəzdiyi və gördüyü bu ölkələrdəki müsəlman xalqlarına ögey münasibət, onların səfalət içində yaşaması Qəmküsarın seyrçi baxışlarından yan keçməmiş, şairə böyük dərd olmuşdur. Bu münasibətlə Qəmküsar yazırdı:
Gəzdim Bakı, Daşkəndi, Orenburqu, Samarı,
Gördüm həmi Həştərxanı, həm başqa diyarı.
Hər yerdə müsəlman qoyub üz nikbətə sarı,
Bu dərdə çətindir ola dərman, başa gəlməz.

Gözəl bilirik ki, «Molla Nəsrəddin» jurnalının hər bir əməkdaşı təqiblərə, tənqidlərə, təhqirlərə, hücumlara, hədələrə və s. məruz qalmışdır. Ancaq bütün bunlara rəğmən mollanəsrəddinçilər yollarından dönməmiş, öz amal və ideyalarına sona qədər sadiq qalmışlar. Belə dönələrlə hücumlara məruz qalanlarlardan biri də Əliqulu Qəmküsar olmuşdur. Azərbaycan SSR Xalq artisti mərhum Mustafa Mərdanov «Əlli il Azərbaycan səhnəsində» adlı kitabında İrəvanda Əliqulu Qəmküsarın başına gələn bir faciəvi hadisəni belə xatırlayır: «Birinci «Dəmirçi Gavə» tamaşasını göstərdik. İkinci tamaşamız «Ölülər» oldu… Onu da deyim ki, tamaşaçılar bir yana qalsın, biz aktyorlar da Mirzə Əliqulunun roluna valeh olmuşduq. «Ölülər» tamaşası böyük müvəffəqiyyətlə keçdi. Mirzə Əliqulunu üç dəfə səhnəyə çağırdılar. Bütün salondakılar onu səmimi alqışladılar.
…Lakin bu sevinc çox davam etmədi… Mehmanxana xidmətçisi tələsik içəri girib məni oyatdı:
«Durun, cənab Mərdanov, yoldaşınızı öldürdülər!»
Mən tələsik geyinib aşağı düşdüm. Mirzə Əliqulunu başı-gözü qan içində mehmanxana qabağında uzatmışdılar. Əhvalat belə olmuşdu: Mirzə Əliqulu adəti üzrə «Molla Nəsrəddin» jurnalı üçün material toplamaq məqsədi ilə hacıların, kərbəlayıların, seyidlərin, dərvişlərin bol yeri olan İrəvan bazarına gedibmiş. İrəvan mömünləri, «din mücahidləri» dünənki «biabırçı» tamaşadan xəbər tutub, onun əsas iştirakçısı olan Mirzə Əliqulunu gördükdə: «Bu kafir oğludur bizim dinimizə gülüb, şeyxlərimizi biabır edən, budur babı oğlu, babı!» - deyərək şairi döyüblər. Mirzə Əliqulunu Tiflisə göndərməli olduq».
Bir çox mollanəsrəddinçi tədqiqatçılar oxucu kütləsinə «Molla Nəsrəddin» jurnalını sanki islam dininə qarşı radikal mübarizə aparan bir jurnal kimi təqdim edirlər. Düzdür, bunun bir başlıca səbəbi var idi ki, o da keçmiş sovetlər birliyinin ateizm və ya deizm ruhunda apardığı mürtecə siyasətdən irəli gəlirdi. Bu gün müasir düşüncəli oxucular çox yaxşı başa düşürlər ki, mollanəsrəddinçilər müxtəlif bədii yollarla sağlam zəkaya uymayan, ağlasığmayan etiqada, qısacası mövhumatçılığa qarşı mübarizə aparmış, yalnız və yalnız fırıldaqçı din nümayəndələrini tənqid etmişlər. Belə ki, fanat mollalar qızların təhsil almasını, musiqini, xarici dilləri, dünyəvi elmləri və s. öyrənməyin «Quran»da haram buyrulduğunu misal gətirirdilər. Bildiyimiz kimi, cahil və fanat mollalar, axundlar, zahidlər, seyidlər baxışlarında qızların oxumasını, təhsil almasını islam dinə qarşı çıxmaq kimi dəyərləndirirdilər. Görkəmli pedaqoq-müəllim Məhəmməd Tağı Sidqi də «Quran»dan sitat gətirərək qara camaatı inandırmağa çalışırdı ki, qızların təhsil almasında heç bir qadağa yoxdur. Sonralar bu qarma-qarışıq mənzərəni Sidqinin müasiri Məşədi Zeynalabdın belə xatırlayır: «Mirzə Təqi müəllimlə mollaların, müşteyidlərin bərk davası düşdü…. Onlar istəmirdilər ki, Sidqi müəllim qızları oxutsun. Əslinə baxsan, heç bizim də könlümüz yox idi. Elə ki, Mirzə Təqi müəllim qızların oxumasını «Quran»nın da tələb etdiyini camaata oxuyub göstərdi, daha şəkk olmadı». Göründüyü kimi, belə uzun sürən mübahisə və təbliğatdan sonra 1896-cı ildə Sidqi «Qız məktəbi» təsis etmiş və cəmi səkkiz qızın təhsil və tərbiyəsi ilə məşğul olmuşdur. Sidqi qızlara dünyəvi təhsil verməklə kifayətlənməmiş, həmçinin bu gün də tərbiyəvi əhəmiyyətini itirməyən (təxminən bir əsrə yaxın olmasına baxmayaraq) gözəl bir dərslik «Töhfei-benat, yainki qızlara hədiyyə» əsərini ərmağan etmişdir.
Qeyd etdiyimiz kimi, «Molla Nəsrəddin» jurnalının əməkdaşları da ağlasığmayan bu fikirləri tamam alt-üst edir, din xadimlərini dinə, şəriətə sədaqətlə qulluq etməyə çağırır, onları tərbiyələndirməyə çalışırdı. «Molla Nəsrəddin» jurnalının cəfakeş əməkdaşı olan Qəmküsar tərəfindən yazılmış şeirlərin birində oxuyuruq: Musiqi nəğməsinin çöldə eşitcək səsini,
Mollamız evdə oturduqca qulağın tıxayır,
Bilmirəm, bəs nə əcəb tab eləyir məsciddə
Çıxır mərsiyəxan ilə şahnaz oxuyur
və ya «Axund» sərlövhəli şeirində yazırdı:
İnsaf elə, bu qədər yalan macəra demə,
Peyğəmbərə, imama bu növ iftira demə,
Mənbərdə hər cəfəng sözü qıl həya, demə…
Ey mənbəri-peyğəmbəri murdar edən axund
Ey millətin işıq gözünü tar edən axund.
Mollanəsrəddinçilərin yazdığı məktublardan, teleqramlardan, göndərdiyi sifarişlərdən məlum olur ki, «Molla Nəsrəddin» jurnalının maliyyə vəziyyəti çox ağır olmuşdur. Bu imkansızlıqlar «Molla Nəsrəddin» jurnalının gələn say nömrəsinin vaxtında çıxmasını xeyli çətinləşdirirdi. Əliqulu Qəmküsarın qızı Qəmərxanım ata nənəsi Bilqeyis xanımın xatirələrinə əsaslanaraq yazır ki, «atam o zaman jurnalın işlərini sahmana salmaq üçün iki dəfə evimizin xalılarını satmalı olmuşdu».
Belə maraq dolu xatirələrdən biri də Azərbaycan SSR Xalq artisti Seyid Şuşinskiyə aiddir. O yazır ki, «Ə.Qəmküsar C.Məmmədquluzadənin məsləhətinə görə hər işi vaxtında görməyə çalışırdı. Odur ki, çox gərgin işləyirdi. Rəssamlara şəkil mövzusu vermək, növbəti nömrənin materiallarını tərtib etmək, şeir və felyetonlar yazmaq, mətbəənin işlərinə baş çəkmək, hazır nüsxələri yola salmaq, bütün bu ağır işlərin öhdəsindən gəlmək o qədər də asan deyildi. Lakin tükənməz həyat eşqinə malik olan şair yorğunluqdan heç vaxt şikayətlənməz, daim şən əhvali-ruhiyyədə olar, özünün duzlu söz-söhbətləri ilə müsahiblərinin diqqətini cəlb edərdi. Axşamlar bəzən gərgin iş saatlarından sonra o, qarmon çalar, muğamatın ən çətin və həzin rənglərini məlahətlə ifa edərdi. Təsniflərdən mənə öyrədərdi».Jurnalın naşiri, redaktoru, əməkdaşları və rəssamları hökumət tərəfindən tez-tez cərimə edilir, həbsə alınır və ya hədələnirdi. «Molla Nəsrəddin» jurnalının 1913-cü il 20-ci nömrəsində bəhailər dininə toxunan bir şəkil verildiyi üçün Aşqabad və Mərv bəhailəri jurnaldan şikayətlənirlər və Qafqaz canişini idarəsinə məktublar yazırlar. Bunun üstündə həmin nömrə senzura komitəsi tərəfindən müsadirə edilir. Bundan başqa, 1913-cü ildə «Dəstançı» imzası ilə yazılmış «Gimnazist» şeiri üstündə jurnalın 21-ci nömrəsi yenidən müsadirə edilir. Ancaq jurnal iki gün içində oxucular arasında elə böyük sürətlə yayılır ki, hətta kitab mağazalarında, şəxsi qəzet və jurnal satanların əlində belə qalmamışdır. Tiflis polismeysterinin məlumatına görə həmin nömrədən cəmi 19 nüsxə ələ keçmişdir. Karikaturada təsvir olunur ki, bir oğlan uşağını dizləri üstündə oturdaraq əylənən bəhai Əbdülbəhanın başı üzərindəki lövhədə «Allah» sözü yazılmışdır. Onun xidmətçisi içəri daxil olmaq istəyən məleykəni Əbdülbəhayə göstərərək deyir: «Cəmali mübarək! Mələkutdan lövh nazil olmuş, ruhulqüds şərəfyab olmaq istəyir». Əbdülbəha isə deyir: «De getsin sabah gəlsin, bu gün vaxtım yoxdur. İbadətlə məşğulam!». Göründüyü kimi, «mömin müsəlman din xadimləri»nin iç üzünü açan, onların murdar əxlaqi keyfiyyətlərini ciddi şəkildə ifşa edən Cəlil Məmmədquluzadə və Əliqulu Qəmküsar (Nəcəfov) jurnalın 20 və 21 nömrələri üstündə müqəssir edilir və məhkəmənin qərarı ilə hərəsi 200 manat cərimə olunurlar. Məhkəmə qərarında qeyd edilir ki, əgər onlar bu pulu ödəməsələr hər biri iki ay həbs cəzasına məhkum ediləcəklər.
Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran Əliqulu Qəmküsarın yaratdığı əsərlər milli sərvətdir. Mir Cəlal Paşayevin və Firidun Hüseynovun universitet tələbələri üçün müştərək hazırladığı «XX əsr Azərbaycan ədəbiyyatı» adlı dərslik kitabında qeyd edilir ki, «yerli (Naxçıvan) ləhcənin təsiri Qəmküsarın əsərlərində duyulmaqdadır».
Cəmisi 39 il yaşayıb həyatdan nakam köçən Əliqulu Qəmküsar XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. 1919-cu ildə axşam evə qayıdarkən «Qızıl ordu»nun agent əsgərinin gülləsinə tuş gələn Əliqulu Qəmküsarın ölümü «Molla Nəsrəddin» jurnalının əməkdaşlarının kədərinə səbəb oldu. Mollanəsrəddinçi Əbdürrəhimbəy Haqverdiyev baş verən bu faciəvi hadisəyə öz münasibətini belə bildirirdi: «Əliqulu Nəcəfzadəyə dəyən güllə «Molla Nəsrəddin» məcmuəsinin ürəyinə dəydi… Heyf olsun bivəxt əlimizdən gedən rəfiqimizə ki, həmişə qədirşünas dostlarının ürəyində diridir. Bununla onun nəcib ruhunu təmin edirik».
Yekun nəticə olaraq belə qeyd edək:
- Əliqulu Qəmküsar«Molla Nəsrəddin» jurnalında və digər mətbu orqanlarda sadə adamların, yaşanan mühitin ictimai yaralarını açmağa, cəmiyyətdəki eybəcərlikləri bütün çılpaqlığı ilə təsvir etməyə çalışmışdır.
- Əliqulu Qəmküsar güney və quzey Azərbaycanda, həm İranda, həm də türk dünyasında baş verən zərərli ictimai-siyasi hadisələrə qarşı sərt reaksiya vermişdir. Çar Rusiyasının, İran, Türkiyə dönəmində Nokalayları, Stolıpinləri, Məmmədəli şahları, Zilli-Sultanları, Sultan Əbdülhəmidləri və b. azadlıq və insan hüquqlarının tapdalamasını, onlar tərəfindən özbaşınalığın, istismarın hökm sürdüyünü, xalqın istək və arzularını öz şeir və felyetonlarında məharətlə təsvir etmişdir. Hadisələrin səbəbkarlarının tənqid atəşinə tutulmaları əxlaqi, tərbiyəvi mühiti pozanlara qarşı sərt yazılar yazması pedaqoji fikir tarixi üçün mühüm əhəmiyyət kəsb edir.
- Xalqın acınacaqlı vəziyyətini vətəndaşlıq kədəri ilə qələmə alan Əliqulu Qəmküsar ictimai quruluşun öz-özünə məhvini gözləməyin səhv olduğunu, bunun üçün xalqın, vətənin mənafeyi və tərəqqisi uğrunda mübarizə aparmağı başlıca amil saymışdır.
- Maarifçi Əliqulu Qəmküsar hər şeyə rəğmən ictimai-siyasi həyatın, pedaqoji-psixoloji, ədəbi-mədəni həyatın inkişafı üçün geniş imkanlar, insanların məişətində və şüurunda mühüm dönüş yaratmış, böyük ideallar uğrunda mübarizə aparmışdır.
- Əliqulu Qəmküsarın yaradıcılığı, fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan və həmçinin, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Baxış sayı: 3 125
Bölməyə aid digər xəbərlər
22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib













