Bütün xəbərlər
AQTA və QMİ-dən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr
Tarix: 05-08-2019 14:56 | Bölmə: Sosial

                           


Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə verilən məlumata görə, Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.
AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.
Heyvan kəsimi məntəqələri lazımi avadanlıqlar ilə təmin ediləcək.
Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.
Qafqaz Müsəlmanları İdarəsi də (QMİ) qurbanın sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməsini tövsiyə edir: "Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil".
Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:
S/sRayonlarHeyvan kəsimi və satışı məntəqələrinin ünvanları
1Səbail rayonuGülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma idarəsinin arxası)
2
20-ci sahə (Badamdar şossesi)
3Xətai rayonuZığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)
4
Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi
5Binəqədi rayonuBiləcəri qəsəbəsi , Xocəsən -Biləcəri - Binəqədi yolu (dördyol adlanan yer)
6
Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı)
7
Cəfər Xəndan küçəsi 54 ("Ət pavilyonu")
8
Şərifzadə küçəsi 196
9Yasamal rayonuYeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 7
10
M.Xiyabani küçəsi 10c
11
Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi)
12Qaradağ rayonuAqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)
13
"Qoç-ət" MMC , Lökbatan qəsəbəsi
14Nizami rayonuM.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi
15
"Azər-Aqro" MMC , Yeni Bakı Neftayırma Zavodu dairəsi
16
Əliyar Əliyev küçəsi 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
17Nərimanov rayonuTəbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı
18
Əlyar Əliyev küçəsi 36a ("Təbriz" KM, Keşlə bazarı)
19Suraxanı rayonuHövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı)
20
Yeni Günəşli V massivi ("Günəş" Ticarət Mərkəzi)
21Xəzər rayonuQala qəsəbəsi Dəmiryol stansiyası (“Lambir” müəssisənin arxası)
22
Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC
23Abşeron rayonu"Səhliyalı" MMC,Xırdalan şəhəri Quşçuluq massivi
24
Zabrat yolu "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə
25
Zabrat-Kürdaxanı şossesinin sağ tərəfi
26
Zabrat-Maştağa şosesi ("Kanal" marketin yanı)
27
Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72
28Sabunçu rayonuNardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 107
29
Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti)
30
Ramana qəsəbəsi, Şuşa küçəsi
31
Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
32
Sabunçu rayonu, Zabrat qəsəbəsi "Azmeat" MMC
33
Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Baxış sayı: 576


Bölməyə aid digər xəbərlər