Bütün xəbərlər
Cüdoçumuz Gülşən Bəşirovanı festivalın bürünc medalına layiq görülməsi münasibətilə təbrik edirik!
Tarix: 31-07-2019 14:14 | Bölmə: Sosial



XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının birinci günündə Azərbaycan idmançıs-ıQəbələ rayon 5 saylı tam orta məktəbin XI sinif şagirdi Gülşən Bəşirova (44 kq) çəkidə ölkəmizin aktivinə bürünc medal yazdırıb.
Təmsilçimiz bürünc medal uğrunda görüşdə hollandiyalı Yoslin Supusepi ipponla məğlub edib.
Xatırladaq ki, G.Bəşirova səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub etsə də, dörddəbir finalda rusiyalı Anastasiya Balabana ipponla məğlub olub. Təsəlliverici görüşə qatılan idmançımız polşalı Natalia Stoklosa ipponla qalib gəlib.
Bu çəki dərəcəsində digər bürünc medala rumıniyalı Anne Brebinarunu məğlub edən rusiyalı Marina Vorobyoba layiq görülüb.
Finalda isə türkiyəli Merve Azak rusiyalı Anastasiya Balaban üzərində qələbə qazanaraq XV Avropa Gənclər Olimpiya Festivalının çempionu olub.
Sabaha-inamla.Az saytının kollektivi bu gənc cüdoçunu səmimi qəlbdən təbrik edir, gələcək mötəbər yarışlardada uğurlar qazanmasını arzulayır!
Sabaha-inamla.Az



Baxış sayı: 1 380


Bölməyə aid digər xəbərlər