Bütün xəbərlər
Sumqayıt idmançılarının növbəti uğuru
Tarix: 09-07-2019 08:16 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və idman Baş İdarəsində 29-30 iyun 2019-cu il tarixlərində Polşanın Krakov şəhərində keçirilmiş kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə Avropa birinciliyində qalib gəlmiş Sumqayıt idmançıları ilə  görüş keçirilmişdir. Baş İdarənin rəisi Elgün Hümbətov milli yığma komandanın tərkibində çıxış edərək qızıl və bürünc medal qazanan Təvəkkül Həziyevi (48 kq) və Fərid Xəlilovu (52 kq) təbrik edərək onlara daha da yüksək nailiyyətlərə imza atmağı arzulamışdır. Qeyd etmişdir ki, ölkə başçısı İlham Əliyev cənabları tərəfindən bu gün Respublikamızda Bədən Tərbiyəsi və İdmana çox böyük diqqət və qayğı göstərilir. Bu diqqət və qayğıdan ruhlanan şəhərimizin idmançıları nəinki Respublika səviyyəli yarışlarda, eləcə də avropa və dünya miqyaslı çempionatlarda qələbələr əldə edirlər. Daha sonra çıxış edən yunan-roma güləşi üzrə şəhər yığma komandasının baş məşqçisi Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Qərib Əliyev və idmançıların şəxsi məşqçisi Sədi Quliyev onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına və şəhər rəhbərliyinə öz təşəkkürünü bildirmişdi. Sonda E.Hümbətov idmançıları və onların məşqçilərini hədiyyə ilə təltif etmiş, onlarla xatirə şəkili çəkdirmişdir.
Sabaha-inamla.Az


Baxış sayı: 527


Bölməyə aid digər xəbərlər