Bütün xəbərlər
Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
Tarix: 17-08-2018 23:10 | Bölmə: Sosial

Yaxın zamanlarda Azərbaycanda startap layihələrin maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq.
Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibləri ilə görüşü zamanı deyib.
Nazirin sözlərinə görə, bütün səylər ona yönəlib ki, Azərbaycan startapları hər zaman alternativ maliyyə mənbələrinin axtarışında olsun:
“Bugünkü günədək Dövlət Fondu tərəfindən keçirilən qrant müsabiqələri çərçivəsində 903 innovativ layihə təqdim olunub. Onlardan 117-nə qrantlar ayrılıb. Reallaşdırılan layihələrdən 20-i kommersiyalaşdırılıb. Hesab edirəm ki, verilən qrantlar startapçıların biznes qurmasında vacib rol oynayır”.
Nazir əlavə edib ki, qrant müsabiqələri yolu ilə Fond tərəfindən seçilmiş 100-dən çox startap layihəsi dövlət tərəfindən maliyyələşdirilib.


Baxış sayı: 648


Bölməyə aid digər xəbərlər