Bütün xəbərlər
Qəbizlik və bağırsaq xərçəngindən qoruyan meyvə
Tarix: 04-08-2018 09:58 | Bölmə: Sosial

                

Amerika alimləri gavalını qidalanmaya tez-tez daxil etməyi tövsiyə edir. Bu xüsusilə tünd rəngli növlərə aiddir ki, onlar antioksidantlarla zəngindir.
Gavalı həzm proseslərini yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır, infeksiya və xərçəngin qarşısını alır. Gavalı diabet xəstələri üçün də faydalıdır.
Kalium və qidalı liflərlə zəngin olan gavalı qəbizliklə mübarizədə çox effektlidir. Həmçinin gavalı bağırsaqların mikroflorasını yaxşılaşdırır, disbakteriozu müalicə edir.
Alimlər qara gavalını bağırsaq xərçənginin profilaktikasında çox effektli hesab edir. Gavalı polifenol maddələri ilə zəngindir. Bu maddələr güclü antioksidantlar sayılır və orqanizmi hüceyrələr səviyyəsində qoruyur.
Mütəxəssislər hər gün 2-3 gavalı yeməyi tövsiyə edirlər.
Trend


Baxış sayı: 958


Bölməyə aid digər xəbərlər