Bütün xəbərlər
Uşağı döyən müəllimlə bağlı daha bir - Açıqlama
Tarix: 18-01-2020 11:23 | Bölmə: Sosial

                  Uşağı döyən müəllimlə bağlı daha bir

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Suraxanı rayonunda uşaq evində müəllimin azyaşlını döyməsi ilə bağlı açıqlama verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, idarədən bildirilib ki, bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanıb.
Qeyd edilən hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.


Baxış sayı: 479


Bölməyə aid digər xəbərlər