11:05 / 13-12-2019
Əbədiyaşar lider...
Sumqayıtda bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə işi davam edir
Tarix: 04-12-2019 22:57 | Bölmə: Sosial
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Texniki Kollecindəilk dəfə səs verəcək gənclərin iştirakı ilə seminar keçirildi.
Tədbirdəçıxış edənBaş İdarənin rəisi Elgün Hümbətov ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi qayğısından, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən genişmiqyaslı layihələrdən, gələcək inkişaf planlarından danışdı.Qeyd edildi ki, tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası, gənclər arasında seçkilərdə iştirakın təbliği, seçkilərdə ilk dəfə iştirak edən gənclərin seçki prosesi, seçkilərdə iştirak hüququ, seçicilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə maarifləndirilməsidir.
            Kollecin tədris işləri üzrə direktor müavini Əsəd Qurbanov seçki qanunvericiliyindən danışaraq, qanunla hüquqları məhdudlaşdırılmayan hər bir Azərbaycan vətəndaşının seçki hüququ olduğunu qeyd etdi və gəncləri seçkilərdə aktiv olmağa dəvət etdi.
            Sonra təlimçi Ramil Süleymanov iştirakçılara seçkilərdə iştirak hüququ, səsvermə proseduru barədə ətraflı məlumat verərək, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının öz səsvermə hüququndan istifadə etməklə əslində seçki obyektivliyini təmin etmiş olacağını bildirdi.
            Sonda gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmış, qarşılıqlı diskussiya təşkil edilmiş və iştirakçılara maarifləndirici bukletlər paylanılmışdır.
Sabaha-inamla.Az




Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər