Bütün xəbərlər
Sumqayıtda yeniyetmələrin “Xəmsə” Çempionatı keçirildi
Tarix: 17-11-2019 00:39 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 15 noyabr 2019-cu il tarixində Gənclər Evində “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan Çempionatının şəhər seçim turu keçirildi. Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov intellektual oyunun “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərini icra etmək, gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini qeyd etdi.
Yarışmada ümumilikdə 8 komanda iştirak edib. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Texniki və Təbiət Elmləri Liseyinin “Zion”, II yerə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “Kamelot”, III yerə 31 saylı tam orta məktəbin “Qriffindor”, IV yerə “İstedad” liseyinin “Uğur” komandası layiq görüldü. Qaliblərə Baş İdarənin medal və fəxri fərmanları təqdim olunub.
Oyunun əsasnaməsinə uyğun olaraq ilk dördlüyə düşmüş komandalar Çempionatın Abşeron zona seçim turunda iştirak etmək hüququ əldə ediblər.





Baxış sayı: 623


Bölməyə aid digər xəbərlər