Bütün xəbərlər
Azərbaycanlı hakim “Qızıl diplom”a layiq görüldü
Tarix: 12-10-2019 00:01 | Bölmə: Sosial
             

Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.
Modern.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, hakimə “qızıl diplom” hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu dünya çempionatı (4-13 oktyabr) ərəfəsində təqdim olunub.
Qeyd edək ki, bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, Dünya Çempionatı, Yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Yaş Qrupu Yarışlarında qüsursuz fəaliyyətə görə verilir.
Qeyd edək ki, Rza Əliyev Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.


Baxış sayı: 571


Bölməyə aid digər xəbərlər