Sərgi-yarmarka Azərbaycan kitablarının tanıdılmasına mühüm töhfədir
Tarix: 27-09-2019 19:58 | Bölmə: Sosial


Artıq altıncı dəfədir keçirilən bu tədbir Azərbaycan kitablarının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfədir.
Mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri sentyabrın 27-də VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı zamanı media təmsilçilərinə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, kitablarımız dünyanın müxtəlif beynəlxalq sərgi və yarmarkalarında nümayiş olunur və maraqla qarşılanır. Bu mənada Heydər Əliyev Fondunun tariximiz, mədəniyyətimizlə bağlı nəşrlərinə xüsusi maraq var.
Əbülfəs Qarayev bildirib ki, bu gün ölkəmizdə nəşriyyat-poliqrafiya işi inkişaf edir: “Azərbaycan kitabı öz inkişaf dövrünü yaşayır. Bu sərgi-yarmarkada da 80 nəşriyyat ölkəmizin kitab sahəsində işini təmsil edir. Ölkəmizdə kitaba marağı artırmaq üçün müxtəlif maarifləndirici tədbirlər, səyyar kitabxanalar kimi layihələr icra olunur. Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu istiqamətdə reallaşdırılan böyük layihədir. Sərgiyə 22 ölkədən nümayəndələr qatılıb. Tədbir çərçivəsində 60-dan çox müxtəlif tədbirlər, oxucularla görüşlər, imza günləri keçiriləcək”.




Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər