Bütün xəbərlər
Putin etiraf etdi: Moskva problemlərdən xali deyil
Tarix: 07-09-2019 20:07 | Bölmə: Siyasət

               


Rusiya Prezidenti Vladimir Putin Moskvanın inkişafını yüksək qiymətləndirib, amma şəhərin problemlərdən xali olmadığını da deyib.
Trend-in məlumatına görə, V.Putin bunu Şəhər günü münasibətilə təşkil olunan tədbirdə deyib.
Prezident bildirib ki, Moskvada son illərdə rahat və işgüzar mühit, sosial və rəqəmsal infrastrukturun yaradılması üçün çox işlər görülüb:
“Bununla belə, bu miqyasda meqapolisdə problem olmaya bilməz. Onlar kifayət qədərdir. Amma çoxlu işlər də görülməkdədir. Bütün parklar, küçələr, prospektlər vahid ansamblı – hamımızın sevdiyi və qürur duyduğu Moskvanı yaradır”.


Baxış sayı: 496


Bölməyə aid digər xəbərlər