Bütün xəbərlər
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
Tarix: 19-04-2024 07:53 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Əlcəzairin BMT-dəki daimi nümayəndəsi Amar Benjama bildirib ki, Təhlükəsizlik Şurası Fələstinin dünya təşkilatına tamhüquqlu üzvlüyü məsələsinə qayıdacaq.
"Bəli, biz Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının böyük əksəriyyətinin dəstəyi ilə daha güclü və daha yüksək səslə geri dönəcəyik."
TASS xəbər verir ki, Benjama Fələstinin BMT üzvləri arasında öz layiqli yerə layiq olduğunu vurğulayıb.
Bundan əvvəl ABŞ veto hüququndan istifadə edərək Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı Əlcəzairin qətnamə layihəsini bloklayıb.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər