Bütün xəbərlər
Pentaqon: Ukraynanın raketləri və mərmiləri tezliklə tükənəcək
Tarix: 10-04-2024 20:31 | Bölmə: Siyasət

NATO komandanı Kristofer Kavoli ABŞ Konqresində keçirilən dinləmələrdə ABŞ-ın dəstəyi olmadan Kiyev rejiminin tezliklə artilleriya mərmiləri və zenit-raket kompleksləri olmadan qalacağını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hərbi rəhbərin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri demək olar ki, tamamilə xarici təchizatdan asılıdır, TASS agentliyi yazır. Vəziyyətin təhlükəsini şişirtmək çətindir. Dəstək olmasa, Ukrayna uğursuzluğa düçar olacaq, Kavoli əlavə edib.
Eyni zamanda, ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bildirib ki, Pentaqonun Ukraynanın Rusiyanın mülki obyektlərinə zərbələri endirməsindən narahatdır.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya sursatla təcili yardım göstərməyə çağırıb. O qeyd edib ki, Rusiya bütün cəbhə xətti boyunca irəliləyir.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər