12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Mişustin: "Rusiya və Belarus vahid effektiv hava xidməti qurdular"
Tarix: 22-04-2024 16:30 | Bölmə: Siyasət

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin Roşidromet kollegiyasının iclasında bildirib ki, Rusiya Federasiyası və Belarus Birlik dövləti çərçivəsində vahid effektiv meteoroloji xidmət yaradıblar.
“O, ümumi metodoloji əsasda işləyir, onlar proqnozlar hazırlayarkən eyni məlumatlardan, metodlardan və eyni avadanlıqdan istifadə edirlər”, - deyə, Mişustin qeyd edib ki, iclasda Belarus meteoroloqları da iştirak edir.
Baş nazirin sözlərinə görə, Rusiya və Belarus mütəxəssisləri birgə tədqiqatlar aparır və toplanmış bilik mübadiləsi aparırlar. O, həmçinin bildirib ki, hazırda ümumi müşahidə proqramı həyata keçirilir, bunun nəticəsində “Birlik dövləti real vaxt rejimində regionda baş verən hidrometeoroloji proseslər haqqında məlumat alır”.
"Bu, təbii fövqəladə halların qarşısını almaq üçün lazımdır", - Mişustin bildirib və əlavə edib ki, bu tədbirlərin nəticələri inteqrasiya proseslərinin dərinləşməsinə kömək edir.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər