Bütün xəbərlər
Finlandiyanın Baş naziri və AK rəhbəri rusdilli sakinlərlə ünsiyyətə vaxt tapmadı
Tarix: 19-04-2024 22:58 | Bölmə: Siyasət

Finlandiyanın rusdilli sakinləri Finlandiyanın baş naziri Petteri Orpo və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen-in onlarla Rusiya Federasiyası ilə bağlı sərhədləri müzakirə etməyə vaxt tapmamasından şikayətləniblər, Aleksandr Cəmiyyətinin Teleqram kanalı yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş nazirin ofisi hökumət başçısının çox məşğul olduğu iddiası ilə görüşdən imtina edib. Eyni zamanda Orpo və fon der Leyn helikopterdən sərhədə baxış keçiriblər.
Xatırladaq ki, fon der Leyen Rusiya ilə sərhəddəki vəziyyəti qiymətləndirmək üçün Finlandiyanın Lappeenranta şəhərinə gəlib. AK rəhbəri iddia edir ki, Avropa İttifaqı gərgin dövrlərdən keçir və xarici sərhədlərinin təhlükəsizliyinə nəzarət etməlidir.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər