Bütün xəbərlər
Tokayev rus dili ətrafında isteriya oyatmağı axmaqlıq hesab edir
Tarix: 16-04-2024 22:23 | Bölmə: Siyasət

Qazaxıstan prezidenti rus dilindən istifadə ətrafında isteriya oyatmağı axmaqlıq adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qasım-Jomart Tokayev daşqından zərər çəkmiş rayonların sakinləri ilə görüşü zamanı fikirlərini bölüşüb. Ölkə prezidentinin sözlərinə görə, Qazaxıstanda rus dili dövlət dili ilə bərabər istifadə olunur və rəsmi statusa malikdir. Ona görə də Tokayev vurğulayıb ki, burada heç bir ziddiyyət yoxdur. “Hansı əlverişlidirsə, biz bunu deməliyik”, - dövlət başçısı vurğulayıb.
Qasım-Jomart bəzi ölkələrdə olduğu kimi, rus dili ətrafında isterikanın qızışdırılmasının axmaqlıq olduğuna da diqqət çəkib. Qazaxıstan prezidenti vətəndaşları sakit, dözümlü və ağıllı olmağa çağırıb.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər