Bütün xəbərlər
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı bəyanat yaydı
Tarix: 20-04-2024 18:16 | Bölmə: Siyasət

                        turkiye-xin-qazaxin-4-kendinin-qaytarilmasi-ile-bagli-beyanat-yaydi



Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının əldə etdiyi razılaşma ilə bağlı bəyanat yayıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bəyanatda deyilir:
“Biz Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılığı alqışlayırıq.
Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər