12:14 / 26-04-2024
Patriarx Kirill Dmitri Kiselevi "Radonej Sergius" ordeni ilə təltif etdi
11:58 / 26-04-2024
Elektrikli skuter vuran məktəbli reanimasiyaya yerləşdirilib
11:53 / 26-04-2024
Rusiya və Qırğızıstan hərbi əməkdaşlıq haqqında iki saziş imzalayıb
11:47 / 26-04-2024
AMEA NİZAMİ GƏNCƏVİ ADINA İNSTİTUTUN 90 İLLİYİ
11:19 / 26-04-2024
Polis intihar etməyi planlaşdıran şəxsi güllələyib
11:15 / 26-04-2024
ABŞ mediası Rusiyada işləmək üçün döyüş təcrübəsi olan operatorlar axtarır
11:11 / 26-04-2024
Onunla mübahisə edən dostunu başından 11 güllə ilə vurub
05:20 / 26-04-2024
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu-Səyavuş Qasımov
03:20 / 26-04-2024
Sumqayıtın 75 illiyi ilə bağlı 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr olunmuş xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
23:33 / 25-04-2024
NYT: ABŞ Kiyevin Krımı ATACMS ilə vura biləcəyini etiraf etdi
23:28 / 25-04-2024
ABŞ Rusiya Federasiyasına hərbi tədarükün asanlaşdırılmasına görə Çin banklarına qarşı sanksiyalar tətbiq etməyə hazırdır
22:41 / 25-04-2024
Peskov: "Rusiya Federasiyasının hökuməti və biznesi arasında dialoq davam edəcək, may-iyun üçün iş planları var"
22:35 / 25-04-2024
Kreml: Putin aprelin 26-da Sankt-Peterburqda Qanunvericilər Şurasında çıxış edəcək
22:27 / 25-04-2024
Stoltenberq: "ABŞ və Aİ Ukraynaya lazımi dəstəyi vermədi"
22:24 / 25-04-2024
Şoyqu Astanaya ŞƏT-ə üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşü üçün gəlib
22:05 / 25-04-2024
"Soçi" futbolçuları "Axmat"la oyundan əvvəl zəhərlənib
21:56 / 25-04-2024
Kirbi: "Ukrayna üçün bəzi silahlar bir neçə günə Polşadan gətiriləcək"
21:45 / 25-04-2024
Polşa prokurorluğu: ekspertizalar Kaçinskinin təyyarəsində partlayış faktını təsdiqləməyib
21:37 / 25-04-2024
Yamayka Britaniya hökmranlığından ayrılmağı planlaşdırır
21:30 / 25-04-2024
WADA çinli üzgüçülərin işində iştirak etmək üçün müstəqil prokurora müraciət edib
21:09 / 25-04-2024
VDNKh-da “Rusiya” sərgi-forumunu 11 milyondan çox insan ziyarət edib
21:03 / 25-04-2024
"BI": Britaniya "Paveway" idarə olunan bombalarını Ukraynaya təhvil verəcək
20:39 / 25-04-2024
Rusiya diplomatlarının "Mauthauzen" həbs düşərgəsində anım mərasimində iştirakdan imtina edilib
20:33 / 25-04-2024
Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını bildirib
20:11 / 25-04-2024
Nalçikdə iki İD üzvü həbs edilib
20:07 / 25-04-2024
Patruşev: "Qeyri-qanuni miqrasiya terror təhlükələri ilə sıx bağlıdır"
20:01 / 25-04-2024
“Şençjou-18”kosmik gəmisi orbital stansiyaya yaxınlaşır
19:55 / 25-04-2024
Rusiya səfiri: "İsveçrədə Ukrayna sammiti səs-küylü və boş piar kampaniyasına çevriləcək
19:50 / 25-04-2024
“Rostov” Ronaldonun qolu sayəsində “Ural”ı məğlub edib
19:47 / 25-04-2024
Ukrayna mərmisi çoxmərtəbəli yaşayış binasına düşüb
01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
Deputatlıq şəkil çəkdirməklə bitmir - Yeni seçkilərdə TƏLƏBLƏR dəyişəcək
Tarix: 28-08-2019 15:01 | Bölmə: Siyasət
10-15 il bundan əvvəl vəzifə arzusunda olanlardan kimi dindirirdinsə, ya JEK müdiri, ya da polis rəisi olmaq istədiyini deyirdi. O səbəbdən ki, bu peşə sahiblərinin öz ətrafları arasında nüfuz sahibi olmaları kimi bir anlayış formalaşmışdı. Əslində, altşüurda nüfuz sahibi olmaqdan daha çox, rahat və pullu həyata sahiblənmək istəyi dayanırdı.
Zamanla insanların peşələrə sevgisi də dəyişdi. Bəzi insanlar daha rahat və pullu həyata sahib olmaq üçün başqa yol axtardılar. Təbii bu axtarış da öz-özünə yaranmadı.
Milli Məclisdə təmsil olunan bəzi deputatlar zaman-zaman özlərinin “biznes imperiyası” ilə gündəmə gəldiklərindən hər kəsdə belə fikir formalaşdı: Deputat olmaq nə yaxşı işdir... Mən də deputat olsam, həm nüfuzum, həm də çoxlu pulum olar.
Bu səbəbdən də indi çoxlarının könlündən deputat olmaq istəyi keçir.
Bu qədər peşə dura-dura niyə bəzi insanlar qanunverici orqanda təmsil olunmaq istəyir?
Deputat olmaq bu qədərmi asandır?
Konstitutsiya Araşdırmaları Fondunun rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a mövzu ilə bağlı danışıb.
“Parlament seçkiləri yaxınlaşdığına görə...”
Hüquqşünasın sözlərinə görə, bir çoxlarının deputat olmaq istəyinin mütləq səbəbləri var:
“Bunun əsas səbəblərindən biri odur ki, KİV-də, sosial şəbəkələrdə deputatlarla bağlı çoxlu məlumatlar yayılmaqdadır. Eyni zamanda, qarşıdan gələn parlament seçkiləri də yaxınlaşmaqdadır. Ona görə də bir çox insanlar bu istiqamətdə fikirlərini səsləndirirlər. Bizim cəmiyyətdə belə fikir formalaşıb ki, deputat olmaq hansısa ritualı icra etməkdən ibarətdir. Halbuki, deputat olmaq daha çox nümayəndəlik xarakteri daşıyır”.
“Bəziləri üçün deputat olmaq rahatdır”
Müsahibimiz qeyd edib ki, bəzi deputatların fəaliyyəti boyunca yol verdikləri nöqsanlar yaxşı sonluqla nəticələnmir:
“Təəssüfedici hal odur ki, bəzi məlumatlarda bir çox deputatların hərəkətlərində yol verilən nöqsanlar “sanki deputatlar qanunvericilik funksiyası ilə məşğul olmurlar” fikirlərini deməyə əsas verir. Onların işi yalnız əmək haqqı almaq və öz bizneslərini genişləndirməkdir. Çünki bununla bağlı KİV-də, sosial şəbəkələrdə yetərincə məlumat var. Bəziləri də belə düşünür ki, deputat olmaq çox rahatdır və biz də deputat ola bilərik. Onsuz də hər hansı öhdəlik yoxdur”.
Çox rahat şəkildə Milli Məclisə düşənlər...
Bir çox insanların deputat olmaq istəyinin arxasında məsuliyyət məsələsinin olmadığını deyən Əliməmməd Nuriyev bunu yanlış düşüncə sayır:
“Bir çoxları qanunverici hakimiyyətin hansı vəzifələrə malik olduğunu dərk etmir. Milli Məclisin üzvü olmaq çox böyük məsuliyyət tələb etməklə yanaşı, həm də böyük cavabdehlikdir. Bu cavabdehlik həm ölkə qarşısında, həm ölkə xaricində, həm də konkret seçkilər qarşısında olur. Bəzi hallarda kimlərinsə rahat şəkildə Milli Məclisə düşməsi ilə bağlı məlumatların sosial şəbəkələrdə bu və digər formada yayılması da bir çox insanların kütləvi şəkildə deputat olmaq həvəslərini artıran amillərdəndir”.
“Şəkil çəkdirməklə deputat olmaq olmur”
Hüquqşünas deputatlığın heç də asan olmadığını deyərək, savadlı və hazırlıqlı insanlara ehtiyac duyulduğunu vurğulayıb:
“Təbii ki, çox savadlı, fədakar və rəqabət qabiliyyətli insanların Milli Məclisin üzvü olması vacibdir. Qanunvericilik bazasının hazırlanması ilə bağlı çox savadlı və hazırlıqlı insanlara ehtiyac var. Hesab edirəm ki, növbəti parlament seçkiləri zamanı Milli Məclis çox fərqli olacaq. Ona görə də deputat olmaq istəyənlər bu amili nəzərə almalıdırlar. Qarşıdakı parlament seçkiləri zamanı ciddi rəqabət olacaq. Parlament üzvü olmaq üçün yüksək tələblər qoyulacaq. Bu heç də sadə görünməsin. Eyni zamanda, deputat olmaq üçün müəyyən resurslara malik olmaq da böyük məsələdir. Hesab edirəm ki, qarşıdakı parlament seçkilərində fərqli yanaşmalar, üsullar tətbiq olunacaq. Bunun üçün deputat olmaq istəyən şəxslərin həm intellektual, həm də mənəvi hazırlıqlı olmalıdırlar. İndi yeni seçicilər yaranmaqdadır. Yeni seçicilər Milli Məclisin üzvü olmaq istəyənlərin qarşısında daha sərt tələblər qoyacaq. Ona görə də deputat olmaq heç də asan görünməsin. Deputatın fəaliyyəti parlamentdə oturmaqla, hansısa tədbirlərdə poza verməklə, yaxud da, şəkil çəkdirməklə bitmir. Həm qanunvericilik prosesini yaxşı bilməli, həm beynəlxalq proseslərdə yüksək intellektini nümayiş etdirməli, həm də daxili siyasəti çox yaxşı anlamalıdır. Təkcə özünə görə yox, ailə üzvlərinə, qohumlarına, yaxınlarına görə də məsuliyyət daşımalıdır. Bir çox hallarda bəzi deputatların öz övladlarına görə hansı işlərdən keçdiklərini görürük. Ona görə də deputat olmaq məsələsində bir qədər düşünmək lazımdır”.
Baxış sayı: 537
Bölməyə aid digər xəbərlər

Bu gün, 05:20
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu-Səyavuş Qasımov
Dünən, 19:55
Rusiya səfiri: "İsveçrədə Ukrayna sammiti səs-küylü və boş piar kampaniyasına çevriləcək
24-04-2024, 22:31
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
24-04-2024, 21:35
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
23-04-2024, 21:19
Raisi İsraili məhv etməklə hədələyib
22-04-2024, 23:50
Moldova siyasətçilərinin Moskvada keçirilən qurultayının iştirakçıları Kişinyovda saxlanılıb
22-04-2024, 22:25
Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Zalujnıya müqavilə imzalayıb
22-04-2024, 16:30
Mişustin: "Rusiya və Belarus vahid effektiv hava xidməti qurdular"
21-04-2024, 23:41
Şor və Hutsul Moldova prezidentliyinə namizəd olmayacaqlar
20-04-2024, 18:25
Abbas: "Fələstin BMT üzvlüyünə veto qoyduğu üçün ABŞ-la münasibətlərə yenidən baxacaq"
20-04-2024, 18:16
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı bəyanat yaydı
20-04-2024, 12:21
Deputat İvlev: "Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələri NATO tərəfindən planlaşdırılıb"
19-04-2024, 08:09
Kuleba Kobaxidzeni Gürcüstanın “ukraynalaşması” ilə bağlı sözlərə görə tənqid edib
19-04-2024, 07:53
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
18-04-2024, 22:18
Krımda “Ağ kostyum” neonasist qruplaşmasının 12 üzvü saxlanılıb
18-04-2024, 15:14
Zaxarova: "Almaniya Rusiyanı konsentrasiya düşərgəsi məhbuslarının xatirəsini yad etməyə dəvət etməyib"
18-04-2024, 14:47
Peskov: "Kiyevə yeni yardım paketi cəbhədəki vəziyyəti dəyişməyəcək"
17-04-2024, 21:32
Yeni yardım layihəsi ABŞ prezidentini Kiyevlə təzminatla bağlı danışıqlar aparmağa məcbur edir
17-04-2024, 13:03
Azərbaycan XİN: Paris Bakını qorxuda bilməyəcək
17-04-2024, 11:13
Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
16-04-2024, 23:18
Kadırov Alaudinovun yeni təyinatını açıqlayıb
16-04-2024, 22:23
Tokayev rus dili ətrafında isteriya oyatmağı axmaqlıq hesab edir
16-04-2024, 16:26
Knaysl Zelenskini ölkə konstitusiyasını dəyişdirməyə çağırıb
15-04-2024, 22:38
Filippo Ukraynaya maliyyə və hərbi yardımı dayandırmağa çağırıb
15-04-2024, 10:08
Nebenzya: "Quterreş İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə bağlı görüşdə iştirak etməyib"
14-04-2024, 20:17
Rəşid Nurqaliev: "Qərb Rusiyaya qarşı kəşfiyyat üçün kiberhücumlardan istifadə edir"
13-04-2024, 20:40
Zaxarova Rusiyada diplomatik statusun toxunulmazlığına işarə edib
13-04-2024, 08:32
Polyanski: "Yaponiya baş nazirinin ABŞ Konqresindəki çıxışı “rüsvayçılıq və biabırçılıqdır”
12-04-2024, 22:06
Hizbullah İsrail artilleriyasına onlarla raket atıb
11-04-2024, 21:08
Lukaşenko bildirib ki, Belarusun Ukrayna ilə sərhəddə sanitar zonaya ehtiyacı yoxdur
11-04-2024, 21:01
Zaxarova: "İsveçrəyə münaqişənin həlli platforması kimi etibar yoxdur"
10-04-2024, 22:57
Pentaqon hesab edir ki, Krım kontekstində Rusiyaya “dərs” verilməlidir
10-04-2024, 20:31
Pentaqon: Ukraynanın raketləri və mərmiləri tezliklə tükənəcək
10-04-2024, 20:22
Zelenski bildirib ki, Rusiyanın bütün dünyaya güclü təsiri var
10-04-2024, 20:08
Qaqauziyanın rəhbəri Hutsula qarşı Şor partiyasını maliyyələşdirmək işi üzrə ittiham irəli sürülüb
9-04-2024, 20:11
Antonov: "ABŞ-a Ukrayna münaqişəsinin bitməsi yox, Rusiyanın yoxa çıxması lazımdır"
8-04-2024, 22:03
Kuçma: "Ukraynanın artıq qardaşı yoxdur"
8-04-2024, 16:01
Rusiya Almaniya qoşunlarının Litvaya göndərilməsi ilə bağlı xüsusi tədbirlər görəcək
8-04-2024, 15:14
Ramin Məmmədov Dövlət Komitəsinin sədri təyin edildi
8-04-2024, 14:59
Zeynal Ağayev Bakı Hərbi Məhkəməsinin sədri təyin edildi
8-04-2024, 14:51
Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam