Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının iclası keçirildi
Tarix: 06-02-2020 09:17 | Bölmə: Siyasət
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 9 saylı Yol İstismarı İdarəsi ilk partiya təşkilatında iclas keçirildi. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının  böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyinin  gündən-günə artdığını qeyd etdi.  Bildirildi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf  konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə həyata keçirilir.
        İclasın gündəliyində  duran əsas məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 9 saylı Yol İstismarı İdarəsi ilk partiya təşkilatına yeni sədrin təyin olunması məqsədilə ilk partiya təşkilatının İdarə Heyəti üzvləri və partiya fəallarının təklifi ilə İsmayılov Natiq Ağarəhim   oğlunun namizədliyi irəli sürüldü. Səsvermə yolu ilə sədr seçildikdən  sonra Natiq İsmayılov  iclas iştirakçılarına təşəkkürünü bildirərək, ilk partiya təşkilatında işin keyfiyyətinin artırılması  üçün səylə çalışacağına söz verdi.
                   İclasın sonunda  09 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə növbədənkənar  seçkilərində  partiya üzvlərinə fəallıq nümayiş etdirilməsi tövsiyə olundu.
Sabaha-inamla.Az




Baxış sayı: 512


Bölməyə aid digər xəbərlər