Bütün xəbərlər
İqbal Məmmədov oğlunun azadlığa çıxmasından danışdı
Tarix: 31-01-2020 23:13 | Bölmə: Siyasət

                İqbal Məmmədov oğlunun azadlığa çıxmasından danışdı

Xəbər verdiyimiz kimi, Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı azadlığa buraxılıb.
"Qafqazinfo"nun məlumatına görə, APA-ya açıqlama verən İqbal Məmmədov oğlu və qohumlarının azadlığa buraxılmasını şərh edib:
"Neçə vaxt idi ki, araşdırma gedirdi. Bu gün məsələyə hüquqi qiymət verildi. Humanizm prinsipləri rəhbər tutularaq məhkəmə onları həbsdən azad etdi. Bu bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm".
Qeyd edək ki, İqbal Məmmədov hazırda 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədidir.


Baxış sayı: 499


Bölməyə aid digər xəbərlər