Bütün xəbərlər
Ramiz Mehdiyev Facebook-a gəldi?
Tarix: 25-10-2019 01:31 | Bölmə: Siyasət

                  

Məlum olduğu kimi dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən çıxarılması haqda sərəncam imzalayıb. Eyni zamanda, akademik R.Mehdiyev ötən gün AMEA Rəyasət Heyətinin prezidenti seçilib.
R.Mehdiyevin akademiyanın prezidenti seçilməsi münasibətilə Facebook sosial şəbəkəsində yazılan bəzi təbrik mətnlərində onun adına olan profil işarələnib. Eyni zamanda, “Ramiz Mehdiyev” adlı Facebook profilində yeni vəzifəyə seçilməsi münasibətilə akademikə təbriklər ünvanlanıb.
Profilin dostlar siyahısında bir sıra tanınmış şəxslər var.
Sözügedən səhifənin şəxsən akademik Ramiz Mehdiyev tərəfindən idarə olunduğu və ya ona məxsus olunduğu isə bəlli deyil.
Turkustan.info


Baxış sayı: 658


Bölməyə aid digər xəbərlər