Bütün xəbərlər
Sumqayıtın 70 illiyinə həsr olunmuş rəsm sərgisi keçirildi
Tarix: 16-05-2019 02:33 | Bölmə: Mədəniyyət


         Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və “Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı iləNəsimi adına mədəniyyət və istirahət parkında Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Canlanır hər qarış çöl Sumqayıtda” adlı rəsm sərgisi keçirilmişdir.
Açıq səma altında təşkil olunan sərgidə 30-a yaxın gənc müəllif öz əl işlərini nümayiş etdirmişdir.
Əvvəlcə qonaqlar gənclərin ifasında klassik musiqi sədaları altında sərgiyə baxış keçirmiş, müəlliflərin fikirləri ilə tanış olmuşlar.
Tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətovşəhərimizin son illər ərzində əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində xüsusi zövq oxşayan görkəm qazanmasından, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmış, sərginin istedadlı və yaradıcı  gəncləri aşkara çıxarmaq, qabiliyyətlərini nümayiş etdirə bilmələri üçün şərait yaratmaq, asudə vaxtlarını səmərəli təşkil etməkməqsədilə keçirildiyini qeyd etmiş və sərgi iştirakçılarınagələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda sərgidə fəal iştiraklarına görə bir qrup gənc rəssam Baş İdarənin fəxri fərman və hədiyyələri ilə təltif edilmişdir.
Sabaha-inamla.Az





Baxış sayı: 649


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya