Bütün xəbərlər
"Vəhşi mələk"in ulduzu Estrela Novais vəfat edib
Tarix: 09-03-2024 18:09 | Bölmə: Mədəniyyət

Tamaşaçılara “Vəhşi mələk” serialından tanış olan portuqaliyalı aktrisa Estrela Novais 71 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu kədərli xəbəri onun həmkarı Rikardo Kastro sosial şəbəkələrdə yayıb.
Sənətçi 71 yaşına beş gün qalmış, martın 8-də dünyasını dəyişib. Novaiş yuxusunda ölüb.
Ölümün səbəbi hələ açıqlanmayıb.
Estrela Novais bir çox seriallarda iştirak edib.Onun rollarına "Böyük sevgi", "Belmonte", "Gözəl qaçaq" və digər seriallar daxildir. "Vəhşi Mələk" serialının Portuqaliya remeykində İzabel rolunu canlandırıb.
20 yaşında sənətçi teatr truppasının yaradıcılarından biri oldu. Daha sonra kino və televiziya layihələrinə üstünlük verdi. 90-cı illərdə o, yalnız televiziyada parlayırdı.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya