Bütün xəbərlər
200 rol oynayan hindistanlı aktyor Partxa Sarati Deb vəfat edib
Tarix: 26-03-2024 21:48 | Bölmə: Mədəniyyət

Hindistanın məşhur aktyoru Partxa Sarati Deb Kəlkütə xəstəxanasında dünyasını dəyişib. Benqal kino ulduzunun 68 yaşı var idi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Hindustan Times"in məlumatına görə, Partxa Sarati Deb martın 22-də xəstəxanada dünyasını dəyişib. Aktyor xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkirdi. Bir ay xəstəxanada müalicə olundu. Sənətçi son bir həftəni reanimasiyada keçirib.
Partxa Qərbi Benqal Kinematoqrafçılar Forumunun vitse-prezidenti idi. O, çoxlu filmlərdə rol alıb, teatr tamaşalarında iştirak edib. Onun yaradıcılıq bioqrafiyasına 200 rol daxildir.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya