Bütün xəbərlər
Emindən ilk - Reaksiya
Tarix: 23-03-2024 13:08 | Bölmə: Mədəniyyət

                            eminden-ilk


Xəbər verdiyimiz kimi, ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ilə bağlı iş adamının oğlu Emin Ağalarov instaqram hesabında paylaşım edib.
O, baş vermiş dəhşətli hadisə ilə əlaqədar həlak olanların ailələrinə hüznlə başsağlığı verib:
“Crocus City Hall”da baş vermiş dəhşətli hadisə ilə əlaqədar həlak olanların ailələrinə hüznlə başsağlığı verirəm. Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə təsir etdi. Bütün kədəri çatdırmaq üçün söz yoxdur”.
Xatırladaq ki, ötən gün hadisə baş verəndən qısa vaxt sonra Araz Ağalarov və oğlu Emin Ağalarov hadisə yerinə yollanıblar.


Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya