Bütün xəbərlər
Təcavüz iddiasında saxlanılan Depardye həbsdən azad edilib
Tarix: 29-04-2024 22:14 | Bölmə: Mədəniyyət

Aktyor Jerar Depardye Parisdə həbsdən azad edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə sənətçinin vəkilinə istinadən BFMTV kanalı məlumat yayıb.
Bundan əvvəl məlum olub ki, Depardye iki cinsi qısnama ittihamından sonra dindirilmək üçün komissarlığa çağırılıb. Çəkiliş qrupunun üzvləri sənətçidən şikayətləniblər.
Qeyd edək ki, Jerar Depardye artıq aktrisa Şarlotta Arnunun təqib olunmasında şübhəli bilinərək istintaqa cəlb olunub. Keçən ilin aprelində də "Mediapart" 13 qadının ifadələrini özündə əks etdirən materialı dərc edərək, sənətçinin onları təqib etdiyini iddia edib. Aktyor özü ona qarşı irəli sürülən ittihamları rədd edir.


Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya