Bütün xəbərlər
ABŞ-ın ilk "Miss" titulunun sahibi Ceki Lokeri vəfat edib
Tarix: 27-02-2024 09:59 | Bölmə: Mədəniyyət

Aktrisa Jaklin (Ceki) Lokeri 94 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, 1952-ci ildə ilk "Miss USA" gözəllik müsabiqəsinin qalibi oldu.
Bu barədə onun keçmiş əri Cek Uebbin bioqrafı Den Moyer “The Hollywood Reporter” jurnalına danışıb. O, ölüm səbəbini dəqiqləşdirməyib.
"O, cümə günü Los-Ancelesdə öldü. O, mənim üçün ana kimi idi"- Moyer deyib.
"Miss USA" müsabiqəsində qalib olmaq Lockerinin aktrisa kimi karyera qurmasına kömək etdi, çünki o, "Universal İnternational" film studiyası ilə müqavilə bağladı. O, "Girov" (1956), "On səkkiz və narahat" (1957) və "İctimai iş"(1962) filmlərində rol alıb. Bundan əlavə, sənətçi NBC, CBS və digər televiziya şirkətlərinin televiziya şoularında rol alıb.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya